Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-334/2025 29.05.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət Torpaq və Xəritəçəkmə və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “X15”un, “X10”ın və “Mustafayeva (Məmmədxanova) Aynurə Feyzəmməd qızın”ın adlarına verilmiş JN:244 KOD 30121018 saylı torpağa mülkiyyətə hüququna dair Dövlət X1, X7 və Mustafayeva (Məmmədxanova) Aynurə Feyzəmməd qızına məxsus olması faktının müəyyənləşdirilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Qusar rayonunda torpaq islahatları keçirilərkən ona və ailə üzvləri atası X11, anası X8 və bacısı Mustafayeva (Məmmədxanova) Aynurə Feyzəmməd qızına Qusar rayonunun Urva kəndi ərazisindən 1.60 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə onların mülkiyyət hüquqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:244 KOD 30121018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə təsdiq edilir. X6 xx.xx.2022-ci il tarixdə Xaçmaz rayonu Yeni-həyat kəndində vəfat etmişdir. X2 xx.xx.2016cı il tarixdə Xaçmaz rayonu Yeni-həyat kəndində vəfat etmişdir. X4 xx.xx.2017-ci il tarixdə Qusar rayonu Urva kəndində vəfat etmişdir. JN:244 KOD 30121018 saylı Dövlət Aktında X6nun adı səhvən “Feyzəmməd”, ata adı isə “Şahlar”, anam X5 adı səhvən “Zenfira” qeyd edilmişdir. Mərhum bacısının soyadı, adı və ata adı isə JN:244 KOD 30121018 saylı Dövlət Aktında olduğu kimi qeyd edilmişdir. Mərhum valideynlərinin ölüm haqqında şəhadətnamələrdə X6, X2 kimi qeyd edilmişdir. Əslində JN:244 KOD 30121018 saylı Dövlət Aktında da mərhum valideynlərinin soyadları, adları və ata adları şəxsiyyətilərini təsdiq edən sənədlərə uyğun qeyd edilməli idi. Bu yaxınlarda o, həmin Dövlət Aktında olan torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınması üçün maraqlı şəxs DƏDKR PHŞ-in 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Lakin JN:244 KOD 30121018 saylı Dövlət aktında yuxarıda qeyd etdiyi uyğunsuzluqlara görə ona çıxarış verməkdən imtina etmişdir. Ona görə həmin Dövlət Aktının onun valideynlərinə və bacısına məxsus olması faktı müəyyən olunmalıdır. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişlər ki, o, ərizəni müdafiə edir. Həmçinin bildirmişdir ki, şəxsi işləri ilə əlaqədar məhkəmə iclaslarına gələ bilmir, işə onun iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4 və 185.6-cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Belə ki, işdə olan KOD 30121018 JN-244 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1998-ci il tarixli 10/5 saylı qərarı ilə Qusar rayonu Urva kəndində yerləşən 1.60 ha torpaq sahəsi X11, X8, X9 xüsusi mülkiyyətlərinə verilmişdir. İşdə olan AZ-İ 787959 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2016-cı il tarixdə Xaçmaz rayonu Yeni Həyat qəsəbəsində ölmüşdür. İşdə olan AZ-İ 863017 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2017-cı il tarixdə Qusar rayonu Yeni Urva kəndində ölmüşdür. İşdə olan AZ-İİ 245464 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.2022-ci il tarixdə Xaçmaz rayonu Yeni Həyat qəsəbəsində ölmüşdür. İşdə olan Qusar RİHB-nın Urva kənd İƏD üzrə nümayəndəliyindən verilmiş 684 saylı 14 noyabr 2024-cü il tarixli arayışın surətindən görünür ki, Azərbaycan Respublikası Qusar rayon Aqrar İslahat Komissiyası tərəfindən verimiş JN-244 KOD 30121018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında səhv olaraq X18 və X14 qeyd olunmuşdur. Əslində belə olmalıdır : 1. X19 2. X12. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, həqiqətən də, KOD 30121018 JN-244 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında hüquq sahibi kimi qeyd olunmuş şəxslər məhz mərhum X19, X12 və Mustafayeva (Məmmədxanova) Aynurə Feyzəmməd qızıdır. Lakin həmin Dövlət aktında yuxarıda qeyd olunan səhvlərə yol verilmişdir. Bu hal məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə tam təsdiq olunur. Ona görə də, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “X15”un, “X10”ın və “Mustafayeva (Məmmədxanova) Aynurə Feyzəmməd qızın”ın adlarına verilmiş JN:244 KOD 30121018 saylı torpağa mülkiyyətə hüququna dair Dövlət X1, X7 və Mustafayeva (Məmmədxanova) Aynurə Feyzəmməd qızına məxsus olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçilərin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. Dövlət Torpaq və Xəritəçəkmə və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “X15”un, “X10”ın və “Mustafayeva (Məmmədxanova) Aynurə Feyzəmməd qızın”ın adlarına verilmiş JN:244 KOD 30121018 saylı torpağa mülkiyyətə hüququna dair Dövlət X1, X7 və Mustafayeva (Məmmədxanova) Aynurə Feyzəmməd qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-334/2025
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-334/2025
29.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver