Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-339/2025 05.06.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh nümayəndəsi X13 iştirakları ilə, İddiaçı Cavabdehnə və üçüncü şəxs Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X1rşı əsassız hesablanmış pul məbləğinin silinməsinə dair iddia ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə və üçüncü şəxs Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X1rşı əsassız hesablanmış pul məbləğinin silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Xaçmaz X17 İdarəsinin Qusar XS-nin əməkdaşları tərəfindən əsassız hesablanmış 2058 (iki min əlli səkkiz) manat borcun silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, ailəsilə birlikdə ünvan 1 ünvanda yerləşən özünə məxsus olan fərdi yaşayış evində yaşayır. Fərdi istehlakçı kimi o, Cavabdeh İB-nin X18 İstismar İdarəsinin Qusar XS ilə müqavilə bağlayaraq yaşayış evində təbii qazdan istifadə edir. Digər abonentlər kimi o da, hər ay istifadə etdiyi qaz sərfıyyatına uyğun mütəmadi olaraq qaz borcu ödəmişdir. Əvvəllər abonent kodu mərhum atasının adına idi, onun ölümündən sonra abonent kodu öz adına rəsmləşdirmişdir. 23 oktyabr 2023-cü il tarixdə X18 İstismar İdarəsinin Qusar xidmət sahəsinin əməkdaşları qaz xətlərinə baxış keçirilən zaman guya o, sayğacdan kənar xətt vasitəsi ilə qazdan qanunsuz istifadə etdiyini əsas götürərək ona qarşı 23 oktyabr 2023-ci il tarixli, ******* №-li akt tərtib edilmiş və həmin akta əsasən istifadəsində olan qaz cihazların sayına görə ona itirilmiş qazın həcmi 17150 kub.metr və yaxud 2058 (iki min əlli səkkiz) manat məbləğində dəymiş ziyan hesablanmışdır. Aktda qeyd olunan sayğacdan kənar rezin boru köhnədən qalmış, istismara yararsız rezin boru idi ondan mərhum atası heç vaxtı istifadə etməyib, lakin buna baxmayaraq onlar akt tərtib edərək mərhum atasının adına dəymiş ziyan hesablanmışdır. Mərhum atasının adına əsassız hesablanmış 2058 (iki min əlli səkkiz) manat məbləğində dəymiş ziyanla qətiyyən razı deyil və bununla əlaqədar olaraq mübahisəni Məhkəmə qaydasında həll etmək istəyir. Aşağıda göstərəcəyi hallara görə “Azəriqaz “ İB-nin X18 İstismar İdarəsinin Qusar Xidmət Sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 23 oktyabr 2023-cü il tarixli, ******* №-li “Təbii X14nın pozulması haqqında” akt əsasında qəbul edilmiş 23 oktyabr 2023-cü il tarixli qərarın etibarsız hesab edilməsinə və əsassız hesablanmış 2058 (iki min əlli səkkiz) manat məbləğində borc silinməlidir. Xaçmaz RQİl-nin Qusar xidmət sahəsinin əməkdaşları “Təbii X14nın pozulması haqqında akt tərtib olunarkən sayğacdan kənar rezin boru vasitəsilə təbii qazdan istifadə edib etməməsi ilə bağlı yerində həmin xəttə baxış keçirməmiş, köhnədən qalmış, istismara yararsız rezin boru əsas götürərək guya o, qazdan qanunsuz istifadə etmiş, baxmayaraq ki, həmin vaxtı sayğac işlək vəziyyətdə olub və sayğac qaz sərfıyyatı qeydə alınıb. Qusar xidmət sahəsinin əməkdaşları tərəfindən heç bir hüquqi əsası olmadan təıtib edilmiş “Təbii X14nın pozulması haqqında” akta əsasən istifadəsində olan qaz cihazların sayına görə itirilmiş qazın bərpası üzrə hesabat aparmış və 17150 kub metr müəyyən edilmiş və yaxud 2058 (iki min əlli səkkiz) manat məbləğində dəymiş ziyan hesablanmışdır. Dəymiş ziyan həcmini aşağıda göstərilən formada hesablanmışdır; 2 ədəd PQ-3-ün maksimal saatlıq qaz sərfi 0.97 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün, 2 ədəd iran sobası, maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün, 120-lik həcimli su qızdırıcısı maksimal saatlıq qaz sərfi 1.5 m3 saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Xaçmaz RQİİ-nin hesablamalardan belə çıxır ki, mətbəxdə sutka ərzində 12 saat olmaqla 360 gün ərzində PQ-3 tipli qaz plitəsindən istifadə etmiş. Bundan əlavə 2 ədəd iran sobasından 360 gün ərzində (bütün fəsillərdə) 12 saat ərzində, həmçinin su qızdırıcısı sutka ərzində 12 saat olmaqla 360 gün istifadə etmişdir. Onun qaz sərfıyyat saldosuna əsasən: istifadə etdiyi qazın dəyəri 2020-ci ildə 266. 30 manat, 2021ci ildə 297.70 manat, 2022-ci ildə 280.90 manat və 2023-cü ildə 194.42 manat təşkil edir. Cəmi: 4 il ərzində 1039.32 manatlıq qazdan istifadə etmişdir. Belə olduğu halda Xaçmaz RQİİ-nin əməkdaşları hansı əsasla ona 2058 ( iki min əlli səkkiz) manat məbləğində dəymiş ziyan hesablanmışdır. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, iddia ərizəsində qeyd edilir ki, Cavabdeh İB-yi tərəfindən tərtib edilmiş akta istinadən ünvan 2 ünvanda yerləşən ona məxsus fərdi yaşayış evinə əsasız yazılmış 2058 manat borc pulun silinməsi barədə qətnamə qəbul edilsin. Aşağıda göstərilən sübut və dəlillərdən aydın olur ki, İddiaçı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, abonentin qaz xətlərinə, qaz sayğacına və qaz işlədici cihazlarına 23 oktyabr 2023-cü il tarixdə Xaçmaz RQİİ-nin İstehlakçılara satılan qaza Nəzarət şöbəsinin və Qusar xidmət sahəsinin satış xidmətiin işçiləri tərəfindən baxış keçirilmişdir. Baxış zamanı İddiaçı evinin qaz xəttinin üzərində quraşdırılmış sayğacdan əvvəl xəttə qoşulmuş rezin boru vasitəsi ilə evinə qaz xətti aparıldığı və təbii qazdan qanunsuz istifadə edildiyi aşkar edilmişdir. İddiaçı qanunsuz yolla təbii qazdan istifadə etməsi halının aşkarlanması video çəkilişlə həyata keçirilmiş, abonentin fərdi yaşayış evinə çəkilmiş qanunsuz qaz xəttinin görüntüləri tam aydın şəkildə video çəkilişdə öz əksini tapmışdır (disk etiraza əlavə edilir). Bu hal aşkar olunan zaman abonent İddiaçı haqqında fərdi yaşayış evində sayğacdan kənar qanunsuz xətt vasitəsi ilə təbii qazdan istifadə etməsi barədə “Təbii X14nın pozulması haqqında” həmin vaxt xx.xx.2023-cü il tarixli ******* saylı akt tərtib edilmiş, abonentin qaz işlədici cihazlarının keçiricilik qabiliyyətinə uyğun olaraq abonent üçün 17150 m3 və ya hər kübmetr qaz üçün 12 qəpik hesabı ilə 2058 manat itirilmiş qazın ziyanı hesablanaraq bazadakı koduna işlənilmişdir. Sayğacdan kənar qanunsuz qaz xətti aşkar olunan zaman İddiaçı ailə üzvləri də iştirak etmişdir. İddiaçı iddia ərizəsində onun evində sayğacdan kənar qaz xəttinin mövcudluğunu etiraf etmiş, lakin o qanunsuz xəttin istifadəsiz olaraq qaldığını, təbii qazdan həmin xəttlə istifadə edilmədiyini qeyd etmişdir.Halbu ki, video çəkilişlə abonentin evində təbii qazdan qanunsuz çəkilmiş rezin boru vasitəsi ilə istifadə edilməsi halı tam aydın şəkildə əks olunmuşdur. Buna görə də o evdə qanunsuz istifadə olunan təbii qazın bərpası üçün ziyan onun koduna hesablanmış və onun tərəfindən ödənilməldir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011 -ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “X14”nın 6.5 bəndinə əsasən Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyinə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Belə ki, təbii qazdan qanunsuz qoşulma ilə istifadə halları nəticəsində dəymiş zərərin hesablanması həmin Qaydaların 6.5-3-cü bəndində göstərilir ki, sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarında qanunsuz xətt dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsi dayandırılmalı, etibarlılğının və təhlükəsizliyinin müəyyən edilməsi məqsədi ilə qaz paylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyərinin qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və qaz sayğacının markası nəzərə alınmaqla məişət abonentlərinə münasibətdə sutkanın 12 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanmalıdır. İddiaçı evində qaz xəttində quraşdırılmış qaz işlədici cihazların saatlıq qaz sərfi nəzərə alınmaqla 360 gün (12 aydan çox olmayan müddət) qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Təlimata uyğun olaraq 17150 m3 itirilmiş qazın bərpası hesablanmışdır ki, bu da hər m3 üçün 12 qəpikdən 2058 manat edir. Göründüyü kimi X3 üçün sayğacdan kənar xətlə təbii qazdan istifadəyə görə ziyan Qaydalara tam uyğun hesablanmışdır. 80 saylı Qərarın 1.3 bəndinə uyğun olaraq abonentlə qazpaylayıcı arasında bağlanmış qazın alqı-satqısı haqqında müqavilənin 2.2.5-ci bəndinə əsasən Qazpaylayıcı İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində, habelə abonentlə bağlanmış Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək hüququna malikdir. Bundan başqa X5 barəsində tərtib edilmiş sənədlər Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji X2 Xaçmaz Filialına göndərilmiş, onun qanunsuz yolla təbii qazdan istifadə etməsi halı təsdiqlənərək, Agentliyin xx.xx.2024-cü il tarixli qərarı ilə 100 (yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Bununla da aydın olur ki, iddiaçının tələbi Qanuna, sübut və dəlillərə əsaslanmır, İddiaçı öz şəxsi mülahizələrinə və fərziyyələrinə uyğun irəli sürdüyü fikirləridir. Yuxarıda göstərilənlərə görə İddiaçı iddia tələbi Məhkəmə tərəfindən əsassız sayılmalı və təmin edilməməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X15 iddianı qəbul etməmiş, etirazda göstərilənləri nəzərə alınmasını və iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında üçüncü şəxs Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji X4 Xaçmaz Filialının nümayəndəsi iddianı qismən qəbul etdiyini, rəyə uyğun qətnamə çıxarılmasını xahiş etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji X4 Xaçmaz Filialına məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin agentliyin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan Cavabdeh Xaçmaz X16 İdarəsi tərəfindən tərtib edilmiş «təbii X14nın pozulması haqqında» 23 oktyabr 2023-cü il tarixli ******* saylı aktdan görünür ki, Şafi Sərdarova məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində qeyri qanuni sayğacdan kənar, rezin boru vasitəsilə təbii qazdan istifadə etdiyi aşkar olunmuşdur. Həmçinin, qeyd edilmişdir ki, dəymiş ziyan hesablansın və dəyəri ödənilsin. İşdə olan Cavabdeh Xaçmaz X16 İdarəsi tərəfindən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair 31 oktyabr 2023-cü il tarixli tələbnamənin surətindən görünür ki, 23 oktyabr 2023-cü il tarixli ******* saylı akt əsasında Cabbar Seyidovaitirilmiş qazın bərpası üzrə cəmi 17150 kub.metr qaz sərfiyyatı hesablanmışdır. İşdə olan üçüncü şəxs Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji X4 Xaçmaz Filialı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəyin surətindən görünür ki, İddiaçı “borcun düzgün hesablanmaması barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun **********00041 saylı hesab koduna yazılmış cərimə borcunun düzgün hesablanmaması barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qusar rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-611/2024 nömrəli məktubu ilə həmin mülki iş üzrə mütəxəssis təyinin alınması X6 Agentliyinin Xaçmaz filialına həvalə edilmiş və aşağıdakı suallar qoyulmuşdur. Rəyin verilməsi üçün zəruri olan təqdim edilmiş sənədlər təhlil edilərək qoyulmuş sualların mahiyyəti üzrə bildirir. Təhlil nəticəsində məlum olmuşdur ki, Cavabdeh Xaçmaz RQİİ tərəfindən ünvan 2 ünvanında yerləşən İddiaçı məxsus fərdi yaşayış evində sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğuna görə «təbii X14nın pozulması haqqında» 23 oktyabr 2023-cü il tarixli ******* saylı akt tərtib edilərək itirilmiş təbii qazın bərpası məqsədilə hesabat aparılaraq 2058 manat məbləğində borc borc abonentin hesabına daxil edilmişdir. Göründüyü kimi təbii qazın sərfiyyatına aktda qeyd olunmuş qaz avadanlıqlarının saatlıq maksimal qaz sərfiyyatına əsasən sutkada 12 saat və 360 gün olmaqla hesabat aparılmışdır. Tərtib edilmiş akt və aparılmış hesabat zamanı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 №-li qərarı ilə təsdiq olunmuş“X14”nın 6-5- 3-cü bəndinin (istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır) tələbləri pozulmuşdur. Vətəndaşın fərdi yaşayış evində mövcud qaz cihazlarında istifadə olunan qazın hesabatının aşağıdakı qaydada aparılması məqsədəmüvafiqdir. Məişət tipli PQ-3 qaz pilitəsinin 2 ədəd saatlıq qaz sərfiyyatı 1.6 kub .metr X 6 saat X 90 gün= 864 kub. metr X 0.12 qəpik= 103.68 manat. Həcimli su qızdırıcının saatlıq qaz sərfiyyatı 1.5 X 12 saat X 90 gün= 1620 kub.metr X 0.12 qəpik= 194.4 manat. Cəmi 298 manat təşkil edir. İşdə olan üçüncü şəxs Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji X4 Xaçmaz Filialı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli rəyin surətindən görünür ki, vətəndaşın fərdi yaşayış evində mövcud qaz cihazlarında istifadə olunan qazın hesabatının aşağıdakı qaydada aparılması məqsədə müvafiqdir. Məişət tipli PQ-3 qaz pilitəsinin 1 ədəd saatlıq qaz sərfiyyatı 0.8 kub .metr X 6 saat X 90 gün= 432 kub. metr X 0.12 qəpik= 51.84 manat. Həcimli su qızdırıcının saatlıq qaz sərfiyyatı 1.5 X 12 saat X 90 gün= 1620 kub.metr X 0.12 qəpik= 194.4 manat. Cəmi 246.24 manat təşkil edir “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 13. Qazın pаylаnmаsı, satılması və qazın verilməsinindayandırılması
8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsinidayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X14 ilə tənzimlənir. Maddə 6-2. Müayinə
1. Qaz paylayıcısının işçiləri istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə), bu Qanunun 6-2-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməli, nəticəsi barədə müvafiq icra hakimiyyəti оrqаnının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. Müayinə zamanı nöqsan və (və ya) pozuntular aşkar edildikdə müayinə aktında texniki xidmətin qaz paylayıcısı, ixtisaslaşmış podratçı və ya məişət abonenti olmayan istehlakçının müvafiq ixtisaslı işçi heyəti tərəfindən bir aydan çox olmayan müddətdə həyata keçirilməsi barədə istehlakçının seçimi qeyd edilməlidir. Müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 №-li qərarı ilə təsdiq olunmuş“X14” 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qazpaylayıcısı ilə istehlakçı arasında qaz paylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt əlavə edilir. 3.1.10. bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir; 3.1.11. qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir. 4.5. Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasındankeçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasındankeçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsinidayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. 6.5-2. İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-4. Qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısıtərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyət orqanlarının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və hüquqi şəxslərin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Müəyyən olunmuşdur ki, iddidaçı İddiaçı tərəfindən təbii X14nın pozulması və qaz xəttinə qanunsuz qoşulması halı olmuşdur. Belə olan halda məhkəmə həmin faktın mövcud olması halı ilə razılaşır,lakin hesab edir ki, müdaxilə nəticəsində dəymiş ziyanın hesablanması təbii X14 haqqında yuxarıda qeyd edilmiş qərarın tələblərinə zidd olmuş və şişirdilmişdir.Belə ki, Qaz idarəsi tərəfindən qaz paylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixi qeyd edilməmişdir. Həmçinin, iddiaçıya məxsus fərdi yaşayış evinə sonuncu dəfə qaz şəbəkəsinə nə vaxt baxış keçirilməsi,cərimə hesablanarkən mövsüm nəzərə alınıb-alınmaması,cərimə hesablanarkən əvvəlki illərin orta günlük az sərfiyyatı müəyyən edilərək nəzərə alınması ilə bağlı cavabdeh tərəfindən sübutlar təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi etiraz ərizəsi əsassızdır və mötəbərliyi sübuta yetirilməmişdir. Həmçinin Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji X4 Xaçmaz Filialı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəyini məhkəmə sübut kimi qəbul etmir, xx.xx.2025-ci il tarixli rəyini isə sübut kimi qəbul edir. Cavabdeh tərəfindən, istehlakçı tərəfindən qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; əvvəlki dövrün orta gündəlik qaz sərfi; istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası ilə bağlı sənəd, arayış, sübut təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, vurulmuş ziyan düzgün hesablanmamışdır. Məhkəmə sadalanan qanunvericilik aktları normalarına və iş üzrə tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, zərərin məbləği hesablanarkən Azərbaycan Respublikası Enerji X2 xx.xx.2025-ci il tarixli rəyi nəzərə alınmalıdır. İddiaçıya Cavabdeh tərəfindən hesablanmış borcun məbləği ilə bağlı məsələni müzakirə edərkən, məhkəmə Azərbaycan Respublikası Enerji X2 xx.xx.2025-ci il tarixli rəyini nəzərə alaraq hesab edir ki, hesablanmış zərərin məbləği dəyişdirilməli, cavabdeh tərəfindən hesablanmış zərər məbləğindən Azərbaycan Respublikası Enerji X2 xx.xx.2025-ci il tarixli rəydə göstərilmiş məbləğ 246.24 manat çıxılmalıdır. Belə ki, məhkəmə hesab edir ki, iş üzrə üçüncü şəxs Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji X4 Xaçmaz Filialının məhkəməyə təqdim etdiyi xx.xx.2025-ci il tarixli rəyi əsaslıdır və həmin rəyə uyğun olaraq iddia qismən təmin edilməli, Cavabdeh Xaçmaz X17 İdarəsinin Qusar XS-nin əməkdaşları tərəfindən əsassız hesablanmış 1811.76 (min səkkiz yüz on bir manat yetmiş altı qəpik) manat borc silinməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə qismən sübuta yetirmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təminedilsin. Cavabdeh Xaçmaz X17 İdarəsinin Qusar XS-nin əməkdaşları tərəfindən əsassız hesablanmış 1811.76 (min səkkiz yüz on bir manat yetmiş altı qəpik) manat borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: ƏLİ CƏLİLOV