Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-341/2024 07.05.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “təbii qazdan istifadəyə görə əsassız hesablanmış borcun silinməsinə” dair iddia ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “təbii qazdan istifadəyə görə əsassız hesablanmış borcun silinməsinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh AZƏRİQAZ X2 X3 İdarəsi tərəfindən onun barəsində tərtib edilmiş “dəymiş ziyanın bərpasına dair” 10 aprel 2023-cü il tarixli tələbnaməsinə əsasən ona 12960 kub.metr təbii qazdan istifadəyə görə əsassız hesablanmış 1555,2 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, ailəsilə birlikdə ünvan 2ində yerləşən özünə məxsus yaşayış evində yaşayır. Fərdi istehlakçı kimi o, cavabdeh AZƏRİQAZ X2 X3 İdarəsinin Qusar Xidmət Sahəsi ilə müqavilə bağlayaraq yaşayış evində təbii qazdan istifadə edir. Evdə istehlak etdiyi təbii qazın haqqını vaxtlı-vaxtında ödəyir. 10 aprel 2023cü il tarixdə Xaçmaz X3 İdarəsinin Qusar Xidmət Sahəsinin əməkdaşları yaşayış evinə gəlib onun evinə aid, lakin evindən aralı küçədə yerləşən qaz sayğacına baxış keçirib onun barəsində 10 aprel 2023-cü il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib emişlər. Həmin akt onun iştirakı olmadan tərtib edilmişdir, o, həmin vaxt evdə olmamışdır. Həmin akta əsasən Xaçmaz X3 İdarəsi tərəfindən ona 10 aprel 2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə” ilə 12960 kub.metr təbii qazdan qanunsuz istifadəyə görə 1555,2 manat borc hesablanmışdır. Xaçmaz X3 İdarəsinin Qusar Xidmət Sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 10 aprel 2023-cü il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktda qeyd edilmişdir ki, “sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi deşilib”. 10 aprel 2023cü il tarixdə Xaçmaz X3 İdarəsinin Qusar Xidmət Sahəsinin əməkdaşları onun barəsində qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib etdikləri vaxt yaşayış evinə aid qaz sayğacının üzərində heç bir zədə, əzinti, xarici və ya daxili detalların nasazlığı olmamış, qaz sayğacı saz, işlək vəziyyətdə olmuşdur. O, əsassız hesablanmış 1555,2 manat borcun silinməsi üçün 18 yanvar 2024-cü il tarixdə cavabdeh AZƏRİQAZ İstehsalat Birliyinə ərizə ilə müraciət etmişdir. Lakin AZƏRİQAZ X2 X3 İdarəsi 02 fevral 2024-cü il tarixli məktubla ona cavab verərək ərizəni təmin etməmiş, ona əsassız hesablanmış 1555,2 manat borcu silməmişdir. Aşağıda göstərilən hallara görə AZƏRİQAZ X2 X3 İdarəsinin “dəymiş ziyanın bərpasına dair” 10 aprel 2023-cü il tarixli tələbnaməsi ilə ona əsassız hesablanmış 1555,2 manat borc silinməlidir. Onun evinə aid qaz sayğacı evdən aralı, küçədə örtüksüz quraşdırılmışdır. Xaçmaz X3 İdarəsinin Qusar Xidmət Sahəsinin əməkdaşları tərəfindən sayğacın üzəri kənar müdaxilələrdən qorunması üçün müvafiq örtük ilə təchiz edilmədiyi üçün Qaydaların 4.7-ci bəndinə əsasən sayğaca edilə biləcək hər hansı müdaxilələrə görə istehlakçı deyil, Xaçmaz X3 İdarəsinin Qusar Xidmət Sahəsi cavabdehlik daşıyır. Cavabdeh İddiaçı Cavabdehnə qarşı “təbii qazdan istifadəyə görə əsassız hesablanmış borcun silinməsinə” dair iddia ərizəsinə etiraz ərizəsi göndərərək bildirmişdir ki, aşağıda göstərilən sübut və dəlillərdən aydın olur ki, İddiaçı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, xx.xx.2023-cü il tarixdə Xaçmaz RQİİ-nin Qusar XS-nin əməkdaşları tərəfindən abonent İddiaçı ünvan 1i ünvanında yerləşən ona məxsus fərdi yaşayış evində quraşdırılmış qaz sayğacı çıxarılaraq növbəti Dövlət yoxlamasına göndərilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh X1 Departamentinin Sayğacların müayinəsi laboratoriyasının qaz sayğaclarının yoxlanması aktına əsasən qaz sayğacına baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin deşildiyi müəyyən olunmuş, bunun müdaxilə nəticəsində baş verdiyi və qazın itkisinə gətirdiyi müəyyən edilmişdir. Bununla əlaqədar olaraq, İddiaçı ona məxsus qaz sayğacına müdaxiləsi nəticəsində dəymiş zərər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Baş direktorunun 28 iyun 2022-ci il tarixli əmri ilə təsdiq olunmuş “Qazdan qanunsuz istifadə halları nəticəsində dəymiş zərərin, eləcə də uçota alınmayan qaz həcminin müəyyənləşdirilməsi, hesablanması və idarəolunması üzrə” təlimata uyğun hesablanmış və itirilmiş qazın bərpası tələbi ilə ona 1555,20 manat məbləğində hesabat aparılaraq abonent hesabına işlənilmişdir. Bununla da aydın olur ki, iddiaçının tələbi Qanuna, sübut və dəlillərə İddiaçı öz şəxsi mülahizələrinə və fərziyyələrinə uyğun irəli sürdüyü fikirləridir. Yuxarıda göstərilənlərə görə İddiaçı iddia tələbi Məhkəmə tərəfindən əsassız sayılmalı və təmin edilməməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin Birliyin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan Cavabdeh Xaçmaz X3 İdarəsi tərəfindən tərtib edilmiş «təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 10 aprel 2023-cü il tarixli ******* saylı aktdan görünür ki, İddiaçı məxsus ünvan 2i ünvanda yerləşən fərdi yaşayış evində quraşdırılmış sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi deşilib. Qeyd edilmişdir ki, dəymiş ziyan hesablansın və dəyəri ödənilsin. Həmin akt İddiaçı tərəfindən imzalanmaqdan imtina edilmişdir. İşdə olan 04 aprel 2023-cü il tarixli ******* saylı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, istehlakçı İddiaçı ünvan 2i ünvanda olan evinə quraşdırılmış Zenner G-4 markalı, **********6 nömrəli, üzərində 11679053 saylı plomb olan qaz sayğacı çıxarılmışdır. İşdə olan Cavabdeh Xaçmaz X3 İdarəsi tərəfindən tərtib edilmiş 10 aprel 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, 10 aprel 2023-cü il tarixli ******* saylı akt əsasında İddiaçı itirilmiş qazın bərpası üzrə cəmi 12960 kub.metr qaz sərfiyyatı hesablanmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qazdan istifadə qaydaları haqqında qərarın 4.2-ci bəndində qeyd olunmuşdır ki, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasındankeçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasındankeçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5-2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmçinin həmin Qaydaların 6.7. bəndinə görə qazın verilməsinindayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyət orqanlarının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və hüquqi şəxslərin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə hesab edir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı, istehlakçı tərəfindən qazın hesabı tam ödənilməlidir. İstehlakçı fiziki şəxs olarsa, onun qaz sayğacı ilə təchiz edilməsi, quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısıdayışır. Qazın verilməsinindayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan yaşayış evi qaz ilə təchiz edilib, quraşdırılmış sayğacın işlək vəziyyətdə olmasına görə məsuliyyəti iddiaçı deyil, qaz paylayıcı olan cavabdeh daşıdığından, həmin sayğaca iddiaçı tərəfindən müdaxilə edilməsi cavabdeh tərəfindən sübuta yetirilə bilmədiyinə görə iddiaçı barəsində mülki hüquq məsuliyyətinin yaranmasına görə qərar qəbul edilməsi əsaslı hesab edilə bilməz. Belə olan halda qaz sayğacının yararsız vəziyyətə düşməsi nəticəsində hər hansı borc məbləği kimi pul abonentdən tələb edilə bilməz. Göründüyü kimi Cavabdeh Xaçmaz X3 İdarəsi Qusar Qaz Xidməti Sahəsi tərəfindən istehlakçı İddiaçı ünvan 2i ünvanında yerləşən evi üçün quraşdırılmış qaz sayğacın hesablama mxanizminin qoruyucu şüşəsi deşilməsi aşkar olunmuş, lakin həmin vaxt həmin sayğaca məhz istehlakçı İddiaçı tərəfindən müdaxilə olunması müəyyən edilməmişdir. Belə olan halda, həmin qaz sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi deşilməsi məhz İddiaçı tərəfindən hər hansı şəkildə sayğaca müdaxilə olunması, həmçinin sayğacın hər hansı şəkildə zədələnməsi şübhə doğurur. Bundan başqa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qazdan istifadə qaydalarının tələblərinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməlidir (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən). Həmçinin, həmin qaydalara görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Bundan başqa, qaz sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi deşilməsi istehlakçı İddiaçı təqsiri heç bir sənədlə və ya sübutla təsdiq olunmur və onun həmin sayğaca müdaxilə etməsi əsaslandırılmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, İddiaçı evi üçün quraşdırılmış qaz sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin deşilməsi məhz onun tərəfindən həmin sayğaca müdaxilə edilməsi və qaz paylayıcısı olan Cavabdehnə ziyan vurulması kimi qiymətləndirilə bilməz. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh AZƏRİQAZ X2 X3 İdarəsi tərəfindən İddiaçı barəsində tərtib edilmiş “dəymiş ziyanın bərpasına dair” 10 aprel 2023cü il tarixli tələbnaməsinə əsasən İddiaçı 12960 kub.metr təbii qazdan istifadəyə görə əsassız hesablanmış 1555,2 manat borc silinməlidir. Həmçinin məhkəmə hesab edir ki, Cavabdeh nümayəndəsinin məhkəməyə təqdim etdiyi etiraz ərizəsində qeyd edilmiş hallar əsassızdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə tam sübuta yetirmişdir. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış pul məbləğinin silinməsinə” dair iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh AZƏRİQAZ X2 X3 İdarəsi tərəfindən İddiaçı barəsində tərtib edilmiş “dəymiş ziyanın bərpasına dair” 10 aprel 2023-cü il tarixli tələbnaməsinə əsasən İddiaçı 12960 kub.metr təbii qazdan istifadəyə görə əsassız hesablanmış 1555,2 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-341/2024
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-341/2024
07.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver