Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-35/2022 14.06.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qusar rayon İcra Hakimiyyətinin nümayəndəsi X9 iştirakları ilə İddiaçı Cavabdeh və qeyrilərinə qarşı özbaşına tikintinin sökülməsi tələbinə dair iddiası, Cavabdeh İddiaçı, üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və Qusar rayon İcra Hakimiyyətinə qarşı torpaq sahəsində aparılmış tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh və qeyrilərinə qarşı özbaşına tikintinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən Qusar şəhəri F.Musayev küçəsi ev 31 ünvanda qeyri-qanuni şəkildə, tikinti norma və qaydaları, o cümlədən onun qonşuluq hüququ kobud şəkildə pozulmaqla inşa edilmiş çoxmənzilli yaşayış evinin cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bundan başqa, Cavabdeh İddiaçı, üçüncü şəxslər Qusar rayon İcra Hakimiyyətinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı torpaq sahəsində aparılmış tikililərin sökülməsi, torpaq sahəsinin boşaldılması və daşınmaz əmlakın dövlət reyestrində olan qeydiyyatın ləğv edilməsinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsində cavabdeh tərəfindən aparılmış tikililərin (yaşayış evinin) cavabdehin öz hesabına sökülməsi və həmin torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi, həmçinin ona məxsus torpaq sahəsində cavabdehin inşa etdiyi tikililərə (yaşayış evinə) dair daşınmaz əmlakın dövlət reyestrində cavabdehin adına aparılmış qeydiyyatın ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, ünvan 2 ünvanında yaşayır. Cavabdeh isə onunla qonşuluqda F.Musayev küçəsi ev 31 ünvanında yaşayır. Cavabdeh özünə məxsus olan fərdi yaşayış evini sökmüş, həmin ərazinin perimetri boyu küçənin yaşıllıq zolağını da zəbt edərək, evlərinin xarici divarlarının 1.5-1.7 metr yaxınlığında 3-4 metr dərinliyində katlavan qazdırmış, daha sonra isə həmin ərazidə tikinti norma və qaydalarını kobud şəkildə pozmaqla 5 mərtəbəli çoxmənzilli ev inşa etmişdir. Tikintiyə adi vizual olaraq baxdıqda görünür ki, konstruktiv əsaslandırma aparılmamış, yanğın təhlükəsizliyinə riayət edilməmişdir. Tikinti obyekti keyfiyyətsiz qırmızı kərpicdən istifadə olunmaqla hörülərək araları nazik armaturla sütunlardan tikildiyindən, obyekt 4-5 ballıq zəlzələyə davamsız olduğundan onun evinin üstünə uçmaq təhlükəsi yaradır. Bu barədə aidiyyəti qurumlara, o cümlədən Qusar rayon İcra Hakimiyyətinə və Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təlükəsizliyə Nəzarət Dövlət Agentliyinə müraciət etmişdir. Göründüyü kimi, cavabdeh yuxarıda qeyd etdiyi çoxmənzilli yaşayış evini inşa etdirərkən layihədən kənara çıxmaqla tikinti norma və qaydalarını, eləcə də, qonşu kimi onun hüquqlarını kobud şəkildə pozmuş, onu və digər qonşuları təhlükəyə məruz qoymuşdur. Ona görə də, hesab edir ki, həmin tikili cavabdehin öz hesabına sökülməlidir. Cavabdeh qarşılıqlı iddianı onunla əsaslandırmışdır ki, o, Quba rayon Notariat Kontorunun təsdiq etdiyi xx.xx.1996-cı il tarixli, p3-m-113 saylı alqı-satqı müqaviləsinə əsasən ünvan 3 ünvanında yerləşən evi torpaq sahəsi ilə birgə, əmlakın əvvəlki mülkiyyətçisi X3 almışdır. Həmin alqı-satqı müqaviləsi “X8 Büro”su tərəfində X4 adına verilmiş 1983-cü ilin dekabr ayı tarixli 148 inventar nömrəli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasport” əsasında həyata keçirilmişdir. Sözügedən Pasporta əsasən satın alınmış torpaq sahəsinin ölçüləri küçə boyunca 18.6 metr, qonşuların sahələri ilə toxunan hissədə 25.1 metr təşkil edir. Torpağın məhz bu ölçülərinə əsasən tərəfindən müvafiq torpaq sahəsi satın alınmışdır. Lakin, faktiki duruma baxanda müəyyən olunur ki, cavabdeh İddiaçı öz evini tikərkən ona məxsus torpaq sahəsinin sərhədi boyunca təqribən 1.8 metr ölçüdə ona məxsus torpaq sahəsinə girmiş və ümumən 45.18 kvadrat metr (25.1 x 1.8) torpaq sahəsini zəbt edərək üzərində öz evini tikmişdir. Digər cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi isə öz növbəsində ona məxsus torpaq sahəsində İddiaçı qanunsuz şəkildə aparmış olduğu tikili ilə bağlı müvafiq qeydiyyat keçirmişdir. Hesab edir ki, cavabdeh tərəfindən mülkiyyətində olan torpaq sahəsində aparılmış tikililər (yaşayış evi) onun öz hesabına sökülməli, torpaq sahəsi boşaldılaraq ona təhvil verilməli, o cümlədən ona məxsus torpaq sahəsində cavabdehin aparmış olduğu tikililərlə (yaşayış evi) bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsində aparılmış qeydiyyat ləğv edilməlidir. Göründüyü kimi, cavabdeh onun mülkiyyət hüquqlarını kobud şəkildə pozması hazırkı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə əsas yaranmışdır. Məhkəmə iclasında İddiaçı ilkin iddianı müdafiə etmiş, qarşılıqlı iddianı isə etiraf etməyərək, ilkin iddiada göstərilən halları təsdiq edərək ona qarşı qaldırılan iddiaya etiraz ərizəsi təqdim etmiş və izahatında göstərmişdir ki, o, ünvan 4 ünvanda yaşayır. Ona məxsus ünvan 5966-1967-ci illərdə tikilməyə başlamış, tikinti başa çatdıqdan sonra 1969cu ildə həmin evə köçmüşlər. O, Cavabdeh iddia etdiyi kimi, həmin şəxsin torpaq sahəsinə girməmişdir. Əgər həmin torpaq sahəsinə girmiş olsaydılar onda Zakirin torpaq sahəsini aldığı əvvəlki sahibi onlara qarşı o vaxt iddia qaldırıb torpaq sahəsini geri tələb edərdi. Cavabdeh onunla qonşuluqda F.Musayev küçəsi ev 31 ünvanda yaşayır. Cavabdeh özünə məxsus olan fərdi yaşayış evini sökmüş, həmin ərazinin perimetri boyu küçənin yaşıllıq zolağını da zəbt edərək, evlərin xarici divarlarının 1,5-1,7 metr yaxınlığında 3-4 metr dərinliyində katlavan qazdırmış, daha sonra isə həmin ərazidə tikinti norma və qaydalarını kobud şəkildə pozmaqla 5 mərtəbəli çoxmənzilli ev inşa etdirmişdir. Tikintiyə adi vizual olaraq baxdıqda görünür ki, konstruktiv əsaslandırılma aparılmamış, yanğın təhlükəsizliyinə riayət edilməmişdir. Tikinti obyekti keyfiyyətsiz qırmızı kərpicdən istifadə olunmaqla hörülərək araları nazik armaturlu sütunlardan tikildiyindən obyekt 4-5 ballıq zəlzələyə davamsız olduğundan evinin üstünə uçmaq təhlükəsi yaradır. Bu barədə aidiyyəti qurumlara, o cümlədən Qusar rayon İcra Hakimiyyətinə və Fövqəladə Hallar Nazirliyinin Tikintidə X17 Agentliyinə müraciət etmişdir. Həm Qusar rayon İcra Hakimiyyəti, həm də Fövqəladə Hallar Nazirliyinin Tikintidə X17 Agentliyi tərəfindən məktubla ona bildirilmişdir ki, həqiqətən də, Cavabdeh tikinti işləri apararkən layihədən kənara çıxmışdır və ona tikintinin layihəyə uyğunlaşdırılması tapşırılmışdır. Lakin, indiyədək Cavabdeh həmin tapşırıqlara məhəl qoymamış, özbaşına tikinti işlərini davam etdirmişdir. Göründüyü kimi Cavabdeh yuxarıda qeyd etdiyi çoxmənzilli yaşayış evini inşa etdirərkən layihədən kənara çıxmaqla tikinti norma və qaydalarını, eləcə də, qonşu kimi onun hüquqlarımı kobud şəkildə pozmuş, onu və digər qonşuları təhlükəyə məruz qoymuşdur. Ona görə də, hesab edir ki, həmin tikili həmin şəxsin öz hesabına sökülməlidir. Bundan başqa o, ekspert rəyi ilə qismən razıdır. Belə ki, cavabdeh həqiqətən də, eskiz layihədən kənara çıxmış, həmin tikilinin mansard mərtəbəsi, mansard mərtəbəsinin ətrafında olan balkon tikilisi, birinci, ikinci, üçüncü mərtəbələrdə divarlarda olan çıxıntılar Eskiz Layihədə nəzərdə tutulmamışdır. Eyni zamanda daxili arakəsmə divarlar, pəncərələrin sayı və yeri, mərkəzdə yerləşən sütunların sayı Eskiz Layihəyə uyğun deyildir. Beləliklə, ekspert rəyi ilə müəyyən edilir ki, həqiqətən də, Cavabdeh inşa etdirdiyi ev qanunsuz olaraq, tikinti norma və qaydaları və onun qonşuluq hüququ pozulmaqla inşa edilmişdir. Odur ki, ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh ilkin iddianı qəbul etməyərək, qarşılıqlı iddianı isə müdafiə edərək qarşılıqlı iddiada göstərilən halları təsdiq edərək ona qarşı qaldırılan iddiaya etiraz ərizəsi təqdim etmiş və izahatında göstərmişdir ki, ünvan 6 ünvanda atasına məxsus ev olmuşdur. Həmin ev taxtadan olmuş və yaşayış üçün yararsız hala düşmüşdür. Bu səbəbdən də, o, 7 il bundan əvvəl həmin evi söküb yerində yeni layihə əsasında ev tikməyə başlamışdır. Hazırda da, həmin evi tikməkdə davam edir. Ev müvafiq icazə əsasında yeni layihə üzrə tikilmişdir. Ev tikinti norma və qaydalarına uyğun inşa edilmişdir. Evin müvafiq qaydada bünövrəsi qazılmış, bundan sonra 1 il açıq vəziyyətdə qalmışdır. Həmin evin hündürlüyü 12 metrdən aşağıdır. Evin İddiaçı heç bir təsiri yoxdur. Belə ki, onunla bütün qonşuluq normalarına əməl edilmişdir. O, iddiaçının evi ilə 1.82 metr ara məsafəsi saxlamışdır. Ev inşa olunarkən iddiaçının evi tərəfdən 80 sm uzunluğunda eyvan tikmək istəmiş, iddiaçı isə buna razı olmamışdır. Ona görə də, eyvan inşa etməmişdir. Evi inşa etdirərkən Fövqəladə Hallar Nazirliyindən icazə almamışdır. Çünki, onlar yalnız evin hündürlüyünə nəzarət edirlər. O, ekspert rəyi ilə qismən razıdır, evi inşa edərkən layihədən kənara çıxmış, lakin bunu dam hissədə etmişdir. Belə ki, evin damını layihədə göstəriləndən fərqli formada etmişdir. O, evin damını yastı formada etməli idi. Lakin, qış aylarında damda olan qarı təmizləmək üçün və yerə qar düşməsin deyə çıxıntı yerlər hazırlamış və həmin yerlərə raşotka (məhəccər) çəkmişdir. Həmin yerlər eyvana bənzəsə də, əslində eyvan deyildir. Onun inşa etdiyi evin dam hissəsində layihədən kənara çıxsa da, evin iddiaçıya heç bir təsiri yoxdur və buna görə də, onun maraqlı şəxs kimi hazırkı iddianı qaldırmaq hüququ yoxdur. O, iddiaçının qonşuluq hüququnu pozmamış, ara məsafələrini lazımi qaydada saxlamış, evi özünün torpaq sahəsində inşa etdirmişdir. Ona görə də, iddiaçıya dair hissədə ekspert rəyi ilə razı deyildir. Bu səbəbdən də, hesab edir ki, İddiaçı iddia əsassızdır və rədd olunmalıdır. Bundan başqa, Əfqan Oduxanov özü yeni ev inşa etdirərkən onun torpaq sahəsinə girmişdir. Ona görə də, İddiaçı onun torpaq sahəsində inşa etdirdiyi ev həmin şəxsin öz hesabına sökülərək torpaq sahəsi ona qaytarılmalıdır. Odur ki, ilkin iddianın rədd olunmasını, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qusar rayon İcra Hakimiyyətinin nümayəndəsi X18 həmin icra hakimiyyəti tərəfindən 02 noyabr 2020-ci il tarixli 2-853 saylı məktubla məhkəməyə təqdim edilmiş yazılı mülahizədə göstərilən halları tam təsdiq etmiş və izahatında göstərmişdir ki, Cavabdeh 07 oktyabr 2016-cı ildə Qusar şəhəri F.Musayev küçəsi ev 31 ünvanda özünə məxsus 0.04669 ha torpaq sahəsində tikiləcək zirzəmi və 3 mərtəbədən ibarət fərdi yaşayış evinin layihəsinə münasibət bildirməsi üçün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə uyğun olaraq Qusar rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Qusar rayon İcra Hakimiyyəti tərəfindən Cavabdeh tərəfindən təqdim edilmiş layihə razılaşdırılmışdır. Cavabdeh fərdi yaşayış evinin tikintisi zamanı özü tərəfindən təqdim edilmiş və rayon icra Hakimiyyəti ilə razılaşdırılmış layihədən kənara çıxmaqla qanunsuz olaraq yaşayış evinə əlavə konstruksiyalar və mansarda mərtəbəsini əlavə etmişdir. Tikinti işləri aparılarkən Cavabdeh yaxın qonşuları İddiaçı və X14 həm rayon İcra Hakimiyyətinə, həm də Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X17 X21 Müfəttişliyinə şikayət etmişdir. Şikayətlə əlaqədar rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası FHN-nin Tikintidə X17 X21 Tikinti Müfəttişliyinin mütəxəssisləri tərəfindən yerində araşdırma aparılmış və Cavabdeh tərəfindən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri pozulmaqla, yəni rayon İcra hakimiyyəti ilə razılaşdırılmış layihədən kənara çıxmaqla fərdi yaşayış evinin tikildiyi müəyyən edilmişdir. Həm rayon İcra Hakimiyyəti tərəfindən, həm də Azərbaycan Respublikası FHN-nin Tikintidə X17 X21 Tikinti Müfəttişliyi tərəfindən Cavabdeh fərdi yaşayış evinin özü tərəfindən təqdim edilmiş və rayon İcra Hakimiyyəti tərəfindən razılaşdırılmış layihəyə uyğun tikilməsi tələb edilmişdir. Cavabdeh rayon İcra hakimiyyəti tərəfindən və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X17 X21 Müfəttişliyinin əməkdaşları tərəfindən dəfələrlə yazılı və şifahi surətdə fərdi yaşayış evinin rayon İcra Hakimiyyəti ilə razılaşdırılmış layihəyə uyğun tikilməsi və layihədən kənar tikilmiş konstruktiv elementlərin sökülməsi tövsiyyə edilmişdir. Lakin, Cavabdeh xəbərdarlıqlara məhəl qoymayaraq rayon İcra Hakimiyyəti ilə razılaşdırılmış layihədən kənara çıxmaqla fərdi yaşayış evinin tikintisini başa çatdırmışdır. Bununla da Cavabdeh fərdi yaşayış evini tikərkən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsini və yaxın qonşularla olan qonşuluq münasibətlərini pozmuşdur. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.5-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir. Əlavə olaraq bildirmişdir ki, X11 mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən X2 verilmiş Qeydiyyat vərəqəsinə əsasən (inventar № 17/İİ-2006-cı il) İddiaçı yaşadığı fərdi yaşayış evi onun atası X2 məxsus olmuşdur. Həmin fərdi yaşayış evi şəxsi mülkiyyət hüququ əsasında Qusar rayon XDS İK-nin 12 avqust 1987-ci il tarixli 202 saylı Qərarı ilə X1 adına qeydiyyata alınmışdır. Sənədlərdən aydın olur ki, İddiaçı yaşadığı fərdi yaşayış evi 1987 ci ildən əvvəl tikilmişdir. Fərdi yaşayış evi tikilən vaxt qüvvədə olan Dövlət şəhərsalma norma və qaydaları, Şəhər qəsəbə və kənd yaşayış məntəqələrinin planlaşdırılması və tikilib abadlaşdırılması AzDTN 2.6-1-nə əsasən fərdi yaşayış evləri həyətyanı sahənin sərhədindən 1 metrdən az olmayan məsafədə yerləşdirmək lazım idi. Həmin vaxt X5 fərdi yaşayış evini torpaq sahəsinin sərhəddindən tikmiş, ara məsafəsi saxlanılmamışdır. Cavabdeh tərəfindən rayon İcra Hakimiyyətinə təqdim edilmiş sənədlərə görə onun aldığı köhnə fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin uzunluğu F.Musayev küçəsi boyunca 18.6 metrdir. Cavabdeh tərəfindən tikilən fərdi yaşayış evinin F.Musayev küçəsi boyunca ölçüsü 14.5 metrdir. Cavabdeh fərdi yaşayış evini tikərkən İddiaçı yaşadığı fərdi yaşayış evindən 1.8 metr, digər qonşusu X6 yaşadığı fərdi yaşayış evi tərəfdə isə 2.2 metr ara məsafəsi saxlamışdır.Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 70.1-ci maddəsinə əsasən tikilib abadlaşdırılmış və bərpa olunan ərazilərdə bu Məcəllənin 69.4-cü maddəsində müəyyən olunmuş məsafə şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri nəzərə alınmaqla azaldıla bilər. Bu zaman tikintinin yanğın təhlükəsizliyi, sağlam sanitarepidemioloji, insolyasiya və təbii işıqlandırma şəraitinin təmin edilməsi zəruridir. ünvan 7 ünvanda yaşayan X15 da Cavabdeh tərəfindən qonşuluqda fərdi yaşayış evinin tikintisi onun da qonşuluq münasibətlərinin pozulduğunu, Cavabdeh tərəfindən fərdi yaşayış evinin daxili kanalizasiyasının yağış sularının axıdılması üçün özünün yaşadığı evə tərəf quraşdırılmış 100 mm-lik plastik borusuna qoşulduğunu və həmin boruların da şəhər kanalizasiya xəttinə qoşulduğunu bildirmişdir.S.Abdurahmanov şikayət ərizəsində həmçinin Cavabdeh fərdi yaşayış evini ara məsafəsini saxlamadan tikdiyini və pəncərə bloklarını özünün həyətinə açdığını bildirmişdir. Rayon İcra Hakimiyyəti başısı Aparatının Memarlıq və tikinti şöbəsinin və Qusar sukanal idarəsinin mütəxəssisləri tərəfindən yerində araşdırma aparılmış şikayətçinin haqlı olduğu müəyyən olmuşdur. Cavabdeh rayon İcra Hakimiyyətinə dəvət edilərək ondan nöqsanların aradan qaldırılması tələb edilmişdir. Cavabdeh həmçinin tövsiyyə edilmişdir ki, qunşunun həyətinə açılan pəncərələrə görməni məhdudlaşdıran şüşələr qoyulsun. Cavabdeh yağış suların axıdılması üçün binanın fasadından çəkilmiş borulara qoşulmuş kanalizasiya xətlərini ayırmış və suaxıdıcı boruları şəhərin mərkəzi kanalizasiyasından kənarlaşdırılmışdır. Beləliklə, Cavabdeh şəhərin F.Musayev küçəsi 31 ünvanda özünə məxsus torpaq sahəsində fərdi yaşayış evini tikərkən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsini və yaxın qonşularla olan qonşuluq münasibətlərini kobudcasına pozmuşdur.Tövsiyyə edirik ki, ya Cavabdeh ilə Qusar şəhəri F.Musayev küçəsində tikilmiş fərdi yaşayış evinin yaxın qonşuları olan İddiaçı və X15 ilə razılaşma protokolu imzalansın və razılaşma notarial qaydada rəsmiləşdirilsin, ya da Cavabdeh tərəfindən rayon İcra Hakimiyyəti ilə razılaşdırılmış layihədən kənara çıxmaqla qanunsuz olaraq yaşayış evinə əlavə edilmiş konstruksiyalar və mansarda mərtəbəsi onun öz vəsaiti hesabına sökülməlidir. Ekspert rəyi ilə razıdır, həmin rəyi əsaslı hesab edir. Əvvəlki məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qusar bələdiyyəsinin nümayəndəsi X23 izahatında göstərmişdir ki, o, Qusar bələdiyyəsində mühəndis vəzifəsində işləyir. Bildirmişdir ki, həqiqətən də, Cavabdeh ünvan 8 ünvanda layihə əsasında fərdi yaşayış evi inşa etdirmişdir. Bundan əvvəl evin layihəsi hazırlanmış və tikinti işlərinə başlanılmışdır. Sonradan məlum olmuşdur ki, Cavabdeh layihədən kənara çıxmış və özbaşına mansard və digər konstruksiyalar inşa etmişdir. Onlar evi layihəyə uyğun qaydada inşa etməsini Zakirə bildirmiş, lakin Zakir həmin kənara çıxmaları aradan qaldırmamışdır. Odur ki, mübahisənin həllini məhkəmənin öz mülahizəsinə buraxmış və iş üzrə qanuni qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qusar bələdiyyəsinin nümayəndəsi sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir Üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin, 185.6-cı maddəsinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, tərəflərin, müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin izahatlarını dinləyib, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, aşağıdakı əsaslara görə İddiaçı iddiası qismən təmin edilməli, Cavabdeh qarşılıqlı iddiası isə rədd edilməlidir. Belə ki, işdə olan 13 mart 2019-cu il tarixli 37/0-00840 saylı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X17 Agentliyindən verilmiş məktubun surətindən görünür ki, ünvan 9 ünvanında inşa edilmiş fərdi yaşayış evinin tikintisinin Qusar rayon İcra Hakimiyyəti tərəfindən razılaşdırılmış eskiz layihəsindən kənarlaşmaqla aparıldığı mütəxəsislər tərəfindən aşkarlanmışdır. Bununla əlaqədar, fərdi yaşayış evinin layihə vəziyyətinə gətirilməs barədə vətəndaş Cavabdeh tapşırıqlar verilmişdir. İşdə olan reyestr nömrəsi **********86-10301 olan ******* saylı, xx.xx.2007-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Qusar şəhəri, F.Musayev küçəsində X16 mülkiyyətində olan 0.0377 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 58 kv.metr yaşayış, 99.62 kv.metr köməkçi sahədən ibarət 39 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X16 adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 64 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 11 ünvanda yerləşən, ümumi sahəsi 142.60 fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.0377 ha həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan Qusar rayon İcra Hakimiyyəti başçısının Aparatından verilmiş 03 aprel 2019-cu il tarixli 3-269 saylı cavab məktubunun surətindən görünür ki, ünvan 12 ünvanda Cavabdeh Qusar rayon İcra Hakimiyyəti ilə razılaşdırılmış layihədən kənara çıxmaqla fərdi yaşayış evi inşa etmişdir. Bununla əlaqədar Cavabdeh Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X17 X21 Mərkəzinin və Rayon İcra Hakimiyyəti başçısının Aparatının Memarlıq və Tikinti şöbəsinin mütəxəsisləri tərəfindən dəfələrlə yaşayış evinin Rayon İcra Hakimiyyəti ilə razılaşdırılmış layihəyə uyğun inşa etdirilməsini və inşa etdiyi fərdi yaşayış evinin layihədən kənara çıxmış əlavə hissələrini sökməklə layihəyə uyğunlaşdırılmasını tövsiyə etmişdir. Bu barədə Cavabdeh rayon İcra Hakimiyyəti tərəfindən xəbərdarlıq məktubu da göndərilmişdir. İşdə olan Qusar rayon İcra Hakimiyyətinin 02 noyabr 2020-ci il tarixli 2-853 saylı mülahizədən görünür ki, Cavabdeh ilə Qusar şəhəri F.Musayev küçəsində tikilmiş fərdi yaşayış evinin yaxın qonşuları olan İddiaçı və X15 ilə razılaşma protokolunun imzalanması və razılaşmanın notariat qaydada rəsmiləşdirilməsi, ya da Cavabdeh tərəfindən rayon İcra Hakimiyyəti ilə razılaşdırılmış layihədən kənara çıxmaqla qanunsuz olaraq yaşayış evinə əlavə edilmiş konstruksiyaların və mansard mərtəbəsi onun öz vəsaiti hesabına sökülməsi tövsiyyə olunmuşdur. İşdə olan reyestr nömrəsi **********31 olan ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 12 ünvanında yerləşən 0.04669 ha yaşayış məntəqələri tipli torpaq tam mülkiyyət payı üzrə Cavabdeh məxsusdur. İşdə olan Qusar rayon İcra Hakimiyyəti başçısının Aparatından verilmiş 29 mart 2019-cu il tarixli 2-255 saylı məktubun surətindən görünür ki, Qusar şəhəri F.Musayev küçəsi ev 31 ünvanda Cavabdeh Qusar rayon İcra Hakimiyyəti ilə razılaşdırılmış layihədən kənara çıxmaqla fərdi aşayış evi inşa etmişdir. Bununla əlaqədar Cavabdeh Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X17 X21 Mərkəzinin və Rayon İcra Hakimiyyəti başçısının Aparatının Memarlıq və Tikinti şöbəsinin mütəxəsisləri tərəfindən dəfələrlə yaşayış evinin layihədən kənara çıxmış əlavə hissələrini sökməklə layihəyə uyğun inşa etdirilməsini və inşa etdiyi fərdi yaşayış evinin layihədən kənara çıxmış əlavə hissələrini sökməklə layihəyə uyğunlaşdırılmasını tövsiyyə etmişdir. Bu barədə Cavabdeh rayon İcra Hakimiyyəti tərəfindən xəbərdarlıq məktubu da göndərilmişdir. Əlavə olaraq bildirilmişdir ki, şikayətçi İddiaçı özünə məsus fərdi yaşayış evini ara məsafəni saxlamadan qonşusu Cavabdeh məxsus torpaq sahəsinin sərhəd xəttinin üzərində inşa etmişdir. İşdə olan Qusar rayon İcra Hakimiyyəti başçısının Aparatından Cavabdeh ünvanlanmış 07 fevral 2019-cu il tarixli 3-130 saylı cavab məktubunun surətindən görünür ki, ünvan 12 ünvanda Qusar rayon İcra Hakimiyyəti ilə razılaşdırılmış layihədən kənara çıxmaqla fərdi yaşayış evi inşa edilir. Bununla əlaqədar ona dəfələrlə Qusar rayon İcra Hakimiyyəti Başçısı Aparatanın Memarlıq və Tikinti şöbəsinə dəvət olunaraq fərdi yaşayış evinin razılaşdırılmış layihəyə uyğun inşa edilməsi bildirilmişdir. Ona həmin inşa etdiyi fərdi yaşayış evinin əlavə hissələrini sökməklə layihəyə uyğun inşa edilməsi tövsiyə edilmişdir. Əks təqdirdə barəsində qnunvericiliyə uyğun tədbir görüləcəyi bildirilmişdir. İşdə olan Qusar rayon İcra Hakimiyyəti başçısının Aparatından verilmiş 04 sentyabr 2020-ci il tarixli 3-663 saylı X10 ünvanlanmış cavab məktubunun surətindən görünür ki, Cavabdeh şəhərin F.Musayev küçəsində yerləşən özünə məxsus həmin torpaq sahəsində Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərini kobud şəkildə pozmaqla, RİHB aparatının Memarlıq və Tikinti şöbəsi tərəfindən razılaşdırılmış tikinti layihəsindən kənara çıxmaqla yaşayış binası inşa etmişdir. Bu barədə Cavabdeh dəfələrlə həm yazılı həmdə şifahi xəbərdarlıq da edilmişdir. Lakin, Cavabdeh edilən xəbərdarlıqlara məhəl qoymayaraq tikinti işlərini davam etdirmişdir. RİHB aparatının Memarlıq və Tikinti şöbəsinin əməkdaşları tərəfindən həmin ünvana baxış keçirilərək müvafiq akda tərtib edilmişdir. Məlum məsələ ilə əlaqədar Məhkəmə orqanlarına müraciət etməyi tövsiyə edilmişdir. İşdə olan 02 sentyabr 2020-ci il tarixli Qusar RİHB aparatının Memarlıq və Tikinti şöbəsinin böyük məsləhətçisi Araz Abdullayev, Qusar RİHB aparatının Memarlıq və Tikinti şöbəsinin aparıcı məsləhətçisi Ağaverdi Ağaverdiyev və şikayətçi Seymur Abdurəhmanov tərəfindən tərtib edilmiş aktdan görünür ki, şəhərin F.Musayev küçəsi ev 35 ünvanda yaşayan X7 RİH-nə ünvanladığı şikayət ərizəsinə əsasən həmin ünvana baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, F.Musayev küçəsində, S.Abdurəhmanovun qonşuluğunda Cavabdeh özünə məxsus torpaq sahəsində Şəhərsalma və Tikinti Məcəlləsinin qaydalarını və qonşuluq hüquqlarını kobud şəkildə pozmaqla qonşu ilə ara məsafəsi saxlamadan (70-80 sm), pəncərə bloklarını S.Abdurəhmanovun həyətinə tərəf açmaqla dörd mərtəbəli, zirzəmili yaşayış binası inşa etmişdir. Binanın üst mərtəbəsinin açıq eyvan hissəsindən axan yağış sularının axıdılması üçün S.Abdurəhmanovun yaşadığı evə tərəf quraşdırılmış (100 mm-lik) plastik borusuna da binanın daxili kanalizasiya xətləri qoşulmuşdur. Bu da ətraf mühitin gigiyenik cəhətdən çirklənməsi və ətrafa xoşagəlməz qoxunun yayılmasına səbəb olacaqdır. Cavabdeh rayon İcra Hakimiyyəti tərəfindən razılaşdırılmış layihədən kənara çıxmaqla mərtəbələrin sayını artırmış və binanın dam hissəsinə açıq eyvan quraşdırmışdır. Ona bu barədə rayon İcra Hakimiyyəti tərəfindən həm yazılı həmdə şifahi xəbərdarlıq edilmişdir. Lakin Cavabdeh xəbərdarlıqlara məhəl qoymayaraq qeyd edildiyi kimi təsdiq edilmiş layihənin qaydalarını kobud şəkildə pozmaqla həmin binanın tikintisini başa çatdırmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə tikinti-texniki obyektlərinin tədqiqi ekspertizasının 08 may 2021-ci il tarixli 10/631 saylı rəyindən görünür ki, Cavabdeh tərəfindən ünvan 15 ünvanda inşa edilmiş tikilinin yerüstü mərtəbəsinin 3 mərtəbə olmasını, birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək olan məsafənin 12 metrdən az olmasını və aşırımlarının uzunluğu 6 metrdən az olmasını nəzərə alaraq, həmin tikilinin məlumatlandırma icraatı qaydasında inşa olunduğu müəyyən olunmuşdur. Cavabdeh məxsus tikili inşa olunarkən həmin tikiliyə dair 2016-cı il tarixində Qusar rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti şöbəsi ilə razılaşdırılmış Eskiz Layihədən kənara çıxılmışdır. Belə ki, həmin tikilinin mansarda mərtəbəsi, mansarda mərtəbəsinin ətrafında olan balkon tikilisi, birinci, ikinci, üçüncü mərtəbələrdə divarlarda olan çıxıntılar Eskiz Layihədə nəzərdə tutulmamışdır. Eyni zamanda daxili arakəsmə divarlar, pəncərələrin sayı və yeri, mərkəzdə yerləşən sütunların sayı Eskiz Layihəsinə uyğun deyildir. Cavabdeh məxsus tikilinin mansarda mərtəbəsi inşa olunarkən Şəhərsalma və Tikinti Məcəlləsinin 59.5-ci maddəsinin tələbinin pozulduğu müəyyən olunmuşdur. İddiaçı məxsus fərdi yaşayış evinin ona məxsus torpaq sahəsinin sərhəd xəttinin üzərində yerləşməsini və Cavabdeh məxsus tikilinin razılaşdırılmış Eskiz layihədə göstərilən yerdə inşa olunmasını nəzərə alaraq, Cavabdeh məxsus tikili inşa edilərkən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.1-ci maddəsinin (Yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtləri) və 70.1-ci maddəsinin (Yanaşı sahələrdə obyektlərin yerləşdirilməsi) tələblərinin pozulmadığı müəyyən olunmuşdur. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh məxsus tikilinin hündürlüyü, mərtəbələrin sayı, həmçinin aşırımların uzunluğu, dam örtüyünün və eyvanların ölçüləri Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə zidd deyildir. Cavabdeh tərəfindən ünvan 16 ünvanda inşa edilmiş tikilinin İddiaçı məxsus torpaq sahəsinin sərhəd xəttinə ən yaxın hissədə 1.5 metr aralıda inşa olunduğunu nəzərə alaraq, həmin tikilinin İddiaçı məxsus torpaq sahəsinin sərhədlərini pozmadığı müəyyən olunur. Cavabdeh məxsus torpaq sahəsinin şimal-şərq tərəfindən uzunluğu boyunca konkret sərhəd xətti (hasar) yerində mövcud olmadığından, 1984-cü il tarixli Texniki pasport sənədində göstərilən yaşayış evi faktiki olaraq söküldüyündən İddiaçı məxsus fərdi yaşayış evinin hər hansı bir hissəsinin Cavabdeh məxsus torpaq sahəsinin hüdudlarına düşüb-düşməməsinin müəyyən etmək mümkün olmamışdır. Cavabdeh tərəfindən inşa olunmuş həmin fərdi yaşayış evinin möcudluğu İddiaçı hüquqlarının pozub-pozmamasının müəyyən olunması və həmin evin həmin vəziyyətdə saxlanması həmin şəxsin və ya digər şəxslərin həyatı və sağlamlığı üçün hər hansı təhlükə yaradıb-yaratmamasının müəyyən olunması hüquqi xarakterli məsələ olmaqla tikinti-texniki ekspertizanın predmetinə aid olmadığından bu suallar üzrə tədqiqat aparılmamışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 08 may 2021-ci il tarixli 10/631 saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. İşdə olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X17 Agentliyinin “Azərinşaatlayihə” DBLKTİ-nin baş mühəndisinin verdiyi 30 mart 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü 0.00 səviyyəsindən yəni yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Cavabdeh ünvan 15 ünvanda inşa olunmuş mansardalı fərdi yaşayış evinin tikintisi üçün Qusar Şəhər İcra Hakimiyyətinə məlumtlandırma icraatı qaydasında müraciət etmiş və təqdim etdiyi layihə razılaşdırılmışdır. Lakin, yerində inşa olunmuş fərdi yaşayış evi məlumtlandırma icraatı qaydasında İcra Hakimiyyəti tərəfindən razılaşdırılmış və möhür ilə təsdiq olunmuş layihədən fərqli inşa edilmişdir. ünvan 15 ünvanda monolit dəmir-betondan karkas tipli inşa olunmuş fərdi yaşayış evinə vizual texniki baxış keçirilən zaman evin konstruktiv elementlərində gözlə görünən hər hansı inşaat norma və qaydalarının pozulması müəyyən edilməmişdir. Müayinə zamanı evin konstruksiya layihəsinin işçi cizgiləri, geoloji mühəndis-axtarış işləri, konstruktiv hesabatı təqdim olunmadığından və tikinti tam başa çatdığından, konstruksiya elementlərinin üstü örtüldüyündən konstruksiya elementlərinin armaturlanması, onların yükgötürmə qabiliyyəti, həmçinin inşaat norma və qaydalarının tələblərinə uyğunluğu müəyyən edilə bilmir. Cavabdeh məxsus yaşayış evinin eskiz layihəsinə əsasən eni və uzunluğunun oxlararası ölçüləri 14,10x19,60 metr olmaqla zirzəmili, 3 mərtəbəli, çardaq tipli nəzərdə tutulmuşdur. Zirzəmi və mərtəbələrin hündürlüyü 2.35 metrdir. Daxildə yerləşən məzkəzi sütunlar uzununa istiqamətdə 4 ədəd layihələndirilmişdir. İcra Hakimiyyətinə təqdim olunan layihədən fərqli olaraq edilmiş dəyişikliklər aşağıdakılardır: ünvan 18 ünvanda inşa olunmuş fərdi yaşayış evinə vizual baxış keçirilən zaman evin eni və uzunluğunun oxlararası ölçüləri zirzəmi və 1-ci mərtəbədə 13,90x18,90 metr, 2-ci və 3-cü mərtəbədə 13,90x19,90 metr olmaqla zirzəmili, 3+(mansarda) mərtəbəli inşa olunduğu müəyyən edildi. Zirzəminin hündürlüyü 1-ci mərtəbənin döşəməsinin üst səviyyəsinə kimi 3,80 metr, mərtəbələrdə 3,20 metr, mansardada isə 2,50÷3,60 metr inşa olunmuşdur. Eyni zamanda evin daxilində uzununa istiqamətdə mərkəzdə yerləşən sütunların sayı 6 ədəd inşa edilmişdir. ünvan 15 ünvanda zirzəmili, 3 +(mansarda) mərtəbəli inşa olunmuş fərdi yaşayış evinin hündürlüyü 13,40 metr olduğunu nəzərə alaraq bu fərdi yaşayış evi üçün ara məsafəsi öz torpaq sahəsinin sərhəddinə qədər 13,40x0,3=4,02 metr olmalıdır. Ara məsafəsi yuxarıda göstərilən tikinti məcəlləsinin 69.2-ci maddəsinə əsasən torpaq sahəsinin sərhəddinə qədər müəyyən edilir. Torpaq sahəsinin sərhədləri koordinatlara əsasən yerində müəyyən edilərək həmin sərhəddən ara məsafəsi ölçülməlidir. Yerində torpaq sahələrinin sərhədlərini müəyyən etmək mümkün olmadı. Fərdi yaşayış evləri arasındakı məsafə 1,50÷1,70 metr təşkil edir. Həmin rəydə həmçinin qeyd olunmuşdur ki, sualın 1-ci hissəsi -yəni “Cavabdeh tərəfindən inşa olunmuş həmin fərdi yaşayış evinin mövcudluğu İddiaçı hüqüqlarını pozurmu” sualı inşaat mühəndisinin səlahiyyətinə aid olmadığından cavablandırılmır. 2-ci sualın cavabında qeyd edildiyi kimi yaşayış evinin konstruktiv elementlərində gözlə görünən hər hansı inşaat norma və qaydalarının pozulması müəyyən edilməmişdir. Müayinə zamanı evin konstruksiya layihəsinin işçi cizgiləri, geoloji mühəndis-axtarış işləri, konstruktiv hesabatı təqdim olunmadığından və tikinti tam başa çatdığından konstruksiya elementlərinin armaturlanması və onların yükgötürmə qabiliyyəti, həmçinin inşaat norma və qaydalarının tələblərinə uyğunluğu müəyyən edilə bilmir. Qeyd etmək lazımdırki, zirzəmili, 3 +(mansarda) mərtəbəli karkas tipli inşa olunmuş fərdi yaşayış evinə vizual baxış zamanı evin yükdaşıyan konstruksiyalarında çat, zədə və deformasiyalar rast gəlinməmişdir. Rəyə müvafiq fotoşəkillər əlavə olunmuşdur. İşdə olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X17 Agentliyi tərəfindən verilmiş 04 aprel 2022-ci il tarixli xx/xx-02116 saylı məktubdan görünür ki, Agentliyin mütəxəssisi qərardadda göstərilən ünvanda müvafiq tədqiqat işləri aparmışdır. Tədqiqat işlərinin dəyəri 500 (beş yüz) manat təşkil etmişdir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə tikinti-texniki obyektlərinin tədqiqi ekspertizasının 08 may 2021-ci il tarixli 10/631 saylı ekspert rəyi və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X17 Agentliyinin “Azərinşaatlayihə” DBLKTİ-nin baş mühəndisinin verdiyi 30 mart 2022-ci il tarixli mütəxəssis rəyi ilə razılaşaraq həmin rəyləri işin hallarını müəyyən edən kifayət qədər əsaslı, tam aydın və dolğun sübut kimi qəbul edir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh tərəfindən ünvan 8 ünvanda inşa edilmiş tikinti obyekti məlumatlandırma icraatı qaydasında inşa olunmaqla həmin tikiliyə dair 2016-cı ildə Qusar rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti şöbəsi ilə razılaşdırılmış Eskiz Layihədən kənara çıxılmışdır. Belə ki, həmin tikilinin mansarda mərtəbəsi, mansarda mərtəbəsinin ətrafında olan balkon tikilisi, birinci, ikinci, üçüncü mərtəbələrdə divarlarda olan çıxıntılar Eskiz Layihədə nəzərdə tutulmamışdır. Eyni zamanda daxili arakəsmə divarlar, pəncərələrin sayı və yeri, mərkəzdə yerləşən sütunların sayı Eskiz Layihəsinə uyğun deyildir. Bununla da, Cavabdeh məxsus tikilinin mansarda mərtəbəsi inşa olunarkən Şəhərsalma və Tikinti Məcəlləsinin 59.5-ci maddəsinin tələbi pozulmuşdur. Həmçinin, məlum olmuşdur ki, Cavabdeh məxsus tikili inşa edilərkən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.1-ci maddəsinin (Yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtləri) və 70.1-ci maddəsinin (Yanaşı sahələrdə obyektlərin yerləşdirilməsi) tələbləri pozulmamışdır. Cavabdeh məxsus tikilinin hündürlüyü, mərtəbələrin sayı, həmçinin aşırımların uzunluğu, dam örtüyünün və eyvanların ölçüləri Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə zidd deyildir. Cavabdeh tərəfindən inşa edilmiş tikilinin İddiaçı məxsus torpaq sahəsinin sərhəd xəttinə ən yaxın hissədə 1.5 metr aralıda inşa olunmaqla həmin tikilinin İddiaçı məxsus torpaq sahəsinin sərhədlərini pozmadığı müəyyən olunmuşdur. Həmçinin, İddiaçı məxsus fərdi yaşayış evinin hər hansı bir hissəsinin Cavabdeh məxsus torpaq sahəsinin hüdudlarına düşməsi, İddiaçı Cavabdeh məxsus torpaq sahəsinin hər hansı bir hissəsindən qanunsuz istifadə etməsi məhkəmə iclasında öz təsdiqini tapmış, həmin hal Zakir Qasımoiv tərəfindən sübuta yetirilməmiışdir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasəmn tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci maddəsinə əsasən tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi) tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Həmin Məcəllənin 59.3-cü maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Həmin Məcəllənin 59.4-cü maddəsinə əsasən yaşayış binalarında mənzillərin döşəmədən tavana qədər hündürlüyü 2,7 metrdən az olmamalıdır. Həmin Məcəllənin 59.5-ci maddəsinə əsasən mansarda mərtəbələrinin bayır divarlar boyunca hündürlüyü 1,6 metrdən, yüksək hissəsində hündürlüyü 2,7 metrdən az olmamalıdır. Həmin Məcəllənin 69.1, 69.1.1, 69.1.2-ci maddələrinə əsasən binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. Aşağıdakı şərtlərin mövcud olduğu hallarda torpaq sahələrinin sərhədlərindəki xarici divarların önündə ara məsafəsi sahəsinin saxlanılması zəruri deyil: tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsi müfəssəl planda nəzərdə tutulduqda (mövcud tikintinin ara məsafəsi sahəsinin saxlanılmasını tələb etdiyi hallar istisna olmaqla); tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsinə yol verilməsi müfəssəl planda nəzərdə tutulduqda və qonşu torpaq sahəsində də tikintinin müvafiq torpaq sahəsinin sərhədində tikilməsi şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri baxımından mümkündürsə. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən ara məsafəsi hər torpaq sahəsinin öz üzərində olmalıdır. Nəqliyyat yollarında, ümumi istifadədə olan yaşıllıqlarda və su sahələrində də ara məsafələrinin olmasına yol verilir. Hər iki tərəfdən becərilə bilən torpaq sahələrində isə ara məsafələri yalnız həmin torpaq sahələrinin ortasına qədər nəzərdə tutulur. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən ara məsafəsi sahələrinin kəsişməsinə yol verilmir. Bu qayda, biri-birinə münasibətdə 75 dərəcədən çox bucaq altında yerləşən xarici divarlar arasındakı məsafələrə şamil olunmur. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir. Həmin Məcəllənin 69.5, 69.5.1-69.5.2-1-ci maddələrinə əsasən ara məsafəsi aşağıdakı qaydada müəyyən edilir: divar hündürlüyünün 0,6 hissəsi; xüsusi yaşayış ərazilərində (hərbi şəhərciklər, tələbə şəhərcikləri, müvəqqəti məskunlaşma əraziləri) divar hündürlüyünün 0,4 hissəsi; bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən tikilib abadlaşdırılmış və bərpa olunan ərazilərdə bu Məcəllənin 69.4-cü maddəsində müəyyən olunmuş məsafə şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri nəzərə alınmaqla azaldıla bilər. Bu zaman tikintinin yanğın təhlükəsizliyi, sağlam sanitar-epidemioloji, insolyasiya və təbii işıqlandırma şəraitinin təmin edilməsi zəruridir. Həmin Məcəllənin 70.2, 70.2.1-70.2.4-cü maddələrinə əsasən obyektlər arasında mövcud olan boş ərazilərdə (sahələrdə) aşağıdakılara yol verilir: oyun meydançalarının və velosipedlər üçün dayanacaq yerlərinin təşkil edilməsi; hündürlüyü torpaq səviyyəsindən 50 santimetrdən çox olmayan açıq terrasların təşkil edilməsi; əlilliyi olan şəxslər üçün pandusların təşkil edilməsi; tikintisinə icazə tələb olunmayan obyektlərin tikintisi. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “ 0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Həmin Məcəllənin 80.3-cü maddəsinə əsasən barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır. Beləliklə, məhkəmə İddiaçı dəlilləri ilə qismən razılaşaraq hesab edir ki, Cavabdeh tərəfindən ünvan 8 ünvanda inşa edilmiş evin Qusar rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsi ilə razılaşdırılmış Eskiz Layihəsindən kənara çıxılan və ona zidd olan hissələrdə-yəni evin mansarda mərtəbəsi, mansarda mərtəbəsinin ətrafında olan balkon tikilisi, birinci, ikinci, üçüncü mərtəbələrdə divarlarda olan çıxıntılar Cavabdeh öz hesabına sökülməli və həmin ev Qusar rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsi ilə razılaşdırılmış Eskiz Layihəsinə uyğunlaşdırılmalıdır. Həmçinin, həmin evin daxili arakəsmə divarları, pəncərələrin sayı və yeri, mərkəzdə yerləşən sütunların sayı Qusar rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsi ilə razılaşdırılmış Eskiz Layihəyə uyğunlaşdırılmalıdır. İlkin iddianın qalan hissəsinin əsası kimi istinad olunmuş digər hallar sübuta yetirilmədiyindən və əsassız olduğundan həmin hissədə iddia rədd olunmalıdır. Bundan başqa, məhkəmə Cavabdeh İddiaçı, üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və ünvan 20 ünvanda yerləşən torpaq sahəsində İddiaçı tərəfindən aparılmış tikililərin (yaşayış evinin) sonuncunun öz hesabına sökülməsi və həmin torpaq sahəsinin boşaldılaraq Cavabdeh təhvil verilməsi barədə qarşılıqlı iddiasının dəlillərini müzakirə edərək belə qənaətə gəlir ki, İddiaçı tərəfindən Cavabdeh hər hansı torpaq sahəsindən qanunsuz istifadə etməsi, orada hər hansı tikili inşa etməsi məhkəmə iclasında öz təsdqini tapmadığından, bu barədə Cavabdeh tərəfindən məhkəməyə heç bir sübut təqdim edilmədiyindən qarşılıqlı iddia tam şəkildə rədd olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, İddiaçı öz iddia tələbinin əsası kimi istinad etdiyi hallar qismən sübuta yetirilmiş, Cavabdeh ilkin iddia üzrə etirazlarının, həmçinin qarşılıqlı iddia üzrə tələblərinin əsası kimi istinad etdiyi hallar isə sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iş üzrə 100 (yüz) manat məbləğində məhkəmə xərcləri İddiaçı və Cavabdeh müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X13, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Həmçinin, iş üzrə 500 (beş yüz) manat məbləğində məhkəmə xərcləri İddiaçı və Cavabdeh müştərək qaydada tutularaq “Azərinşaatlayihə” DBLKTİ-nin (VÖEN 150064181, H/h: AZ29AZFİ38060AZ**********002, "xxxx" ASC-nin Sahil filialı, Kod:503217, VÖEN: **********, M/h: AZ81NABZ********************, SWİFT: AZFİAZ22) hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İlkin iddia qismən təmin edilsin. Cavabdeh tərəfindən Qusar şəhəri F.Musayev küçəsi ev 31 ünvanda inşa edilmiş evin mansarda mərtəbəsi, mansarda mərtəbəsinin ətrafında olan balkon tikilisi, birinci, ikinci, üçüncü mərtəbələrdə divarlarda olan çıxıntılar Cavabdeh öz hesabına sökülsün və həmin ev Qusar rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsi ilə razılaşdırılmış Eskiz Layihəsinə uyğunlaşdırılsın. Cavabdeh tərəfindən Qusar şəhəri F.Musayev küçəsi ev 31 ünvanda inşa edilmiş evin daxili arakəsmə divarları, pəncərələrin sayı və yeri, mərkəzdə yerləşən sütunların sayı Qusar rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsi ilə razılaşdırılmış Eskiz Layihəyə uyğunlaşdırılsın. Qalan hissədə ilkin iddia rədd edilsin. Cavabdeh İddiaçı, üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və ünvan 20 ünvanda yerləşən torpaq sahəsində İddiaçı tərəfindən aparılmış tikililərin (yaşayış evinin) sonuncunun öz hesabına sökülməsi və həmin torpaq sahəsinin boşaldılaraq Cavabdeh təhvil verilməsi barədə qarşılıqlı iddiası rədd edilsin. İş üzrə 100 (yüz) manat məbləğində məhkəmə xərcləri İddiaçı və Cavabdeh müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X13, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. İş üzrə 500 (beş yüz) manat məbləğində məhkəmə xərcləri İddiaçı və Cavabdeh müştərək qaydada tutularaq “Azərinşaatlayihə” DBLKTİ-nin (VÖEN 150064181, H/h: AZ29AZFİ38060AZ**********002, "xxxx" ASC-nin Sahil filialı, Kod:503217, VÖEN: **********, M/h: AZ81NABZ********************, SWİFT: AZFİAZ22) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №2(029)-35/2022
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-35/2022
14.06.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver