Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-350/2020 12.06.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh «Cavabdeh» İstehsalat Birliyinə qarşı xx xxxx 2018-ci il tarixli ******* saylı akta əsasən tərtib olunmuş xx xxxx 2018-ci il tarixli qərarın ləğv edilməsi, əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə Qusar şəhərində xx xxxx 2020-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Cavabdeh» İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «Cavabdeh» X3 X7 İdarəsinin xx xxxx 2018-ci il tarixli ******* saylı akta əsasən tərtib olunmuş xx xxxx 2018-ci il tarixli qərarın ləğv edilməsinə, əsassız hesablanmış 2343.6 (iki min üç yüz qırx üç manat altmış qəpik) manat məbləğində borcun silinməsinə və Kapital Banka ödənilmiş 10 (on) manat dövlət rüsumunun ona qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı xx xxx 2020-ci il tarixdə məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə göndərərək, «Cavabdeh» X3 X7 İdarəsinin xx xxxx 2018-ci il tarixli ******* saylı akta əsasən tərtib olunmuş xx xxxx 2018-ci il tarixli qərarın ləğv edilməsinə, əsassız hesablanmış 2343.6 (iki min üç yüz qırx üç manat altmış qəpik) manat məbləğində borcun silinməsinə, onun tərəfindən cavabdehə ödənilmiş 738 (yeddi yüz otuz səkkiz) manatın və Kapital Banka ödənilmiş 10 (on) manat dövlət rüsumunun ona qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında göstərdi ki, iddiaçı cavabdeh «Cavabdeh» X3 X7 İdarəsi ilə aralarında bağlanmış “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə əsasında təbii qazdan istifadə edir. xx xxx 2018-ci il tarixdə iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən fərdi evinə gedən qaz xəttinin üzərindəki BK-G4T markalı, ******* zavod nömrəli, 27946 kub.metr göstəricili, üzərində 08922365 saylı plomb ilə küçədə quraşdırılmış qaz sayğacını X8 X4 rayon üzrə sayğacların qəbulu və istismarı xidmətinin nümayəndələri tərəfindən sayğacın ekranının üst hissəsinin zədələnməsi səbəb göstərilərək başqa bir tipli BK-G4T markalı, 10584778 zavod nömrəli, 0000 kubmetr göstəricili qaz sayğacı ilə əvəz edilmişdir. Həmin vaxt “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında ******* nömrəli akt tərtib olunmuşdur. Həmin akt tərtib edilən zaman iddiaçının evdə olan atası narazı olması və sayğacın üzərində heç bir zədədin olmaması barədə həmin aktda qeyd etmişdir. Buna baxmayaraq adı şəkilən idarənin nümayəndələri sayğacı digər bir sayğac iilə əvəz etmişlər. Sayğac dəyişdirilən zaman İddiaçı evdə olmamış, həmin vaxt evdə iddiaçının atası tək olmuşdur. İddiaçının atası bir daha sayğacın dəyişdirilməsinin səbəbini soruşanda ona X8 İstismar İdarəsindən gələn yoxlama tərəfindən sayğacda nöqsan aşkar edildiyi və busəbəbdən də sayğacın dövlət yoxlamasına aparıldığı bildirilmişdir. İlk öncə iddiaçının atası qaz sayğacının dəyişdirilməsinə icazə verməsə də, evə gedən qazın dayandırılacağı və barələrində tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına şikayət ediləcəyi bildirildiyi üçün məcbur razılıq vermişdir. Qusar Qaz Xidmət sahəsinin nümayəndələri onun qaz sayğacını başqa bir sayğac ilə dəyişdirərək çıxartdığı sayğacı qutuya salıb möhürləmədən digər dəmir detalları olan öz xidmət maşınlarına ataraq təhlükəli şəraitdə aparmışlar. İddiaçıya məxsus evə aid qaz sayğacında heç bir nöqsan olmamışdır, sayğac xətdən açıldığı zaman onun üzərində bütün plombları olmuş və heç bir zədəsi olmamışdır. Lakin Qusar rayon qaz xidmət sahəsinin nümayəndələrinin belə bir şəraitdə sayğacın aparılması hər bir nöqsana səbəb ola bilərdi. Bundan sonra isə sayğacı ekspertizaya göndərmişlər. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Cavabdeh» İstehsalat Birliyi MSK-29/1710- 00585-2 saylı akta əsasən xx xxxx 2019-cu il tarixdə İnformasiya Texnologiyaları və X6 və məişət qaz sayğaclarının kalibrləmə laboratoriyasında baxış keçirən zaman ona məxsus olan ******* zavod nömrəli qaz sayğacına “Xətalar normaya uyğun deyil. Plastmas qapağının yan və üst tərəfində iz olduğundan plomb açıldı. Sayğacın hesablama mexanizminin qapağı yan tərəfindən əzilib və daxili qulaqcıklarında əzik-cızıq izləri var” rəyi verilmişdir. Bu rəyə əsasən Qusar Qaz Xidmət Sahəsinin nümayəndələri güya iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsini əsas gətirərək təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx xxxx 2019-cu il tarixli ******* nömrəli aktı tərtib etmişlər. Həmin aktlarazı olmadığı üçün iddiaçı aktı imza etməkdən imtina etmişdir. xx xxxx 2019-cu il tarixli ******* nömrəli akta əsasən isə İddiaçı 2343.6 (iki min üç yüz qırx üç manat altmış qəpik) manat məbləğində itirilmiş qazın bərpası üzrə cərimə hesablanmışdır. Sözügedən qaz sayğacı iddiaçının yaşadığı ünvanda küçədə quraşdırılmışdır və Qaz İdarəsinin nümayəndələri tərəfindən xətdən açılaraq dövlət yoxlamasına aparıldığı zaman təhlükəsizlik qaydalarına riayət edilmədiyi üçün zədələnmişdir. Bundan başqa iddiaçı istifadə etdiyi qaza görəə hər zaman vaxtı-vaxtında ödənişlərini etmiş və heç vaxt böyük məbləğdə borcu olmamışdır. Tərtib olunmuş xx xxxx 2019-cu il tarixli ******* nömrəli akta əsasən tərtib olunmuş qərar etibarsız hesab olunmalıdır. Belə ki, sayğac evdən kənarda küçədə örtüksü quraşdırılmış, həmçinin yoxlamaya aparıldığı zaman təhlükəsizlik qaydalarına əməl olunmadığı üçün zədələnmişdir. İddiaçı qaz sayğacına müdaxilə etməmiş və kimin müdaxilə ediyini də bilmir. Sadalanan xüsusatlar iddiaçıya hesablanmış cərimənin əsassız olduğunu göstərir. Həmçinin qərar əsasında hesablanmış cəriməyə görə qaz kartına 2019-cu ilin yanvar ayından 2020-ci ilin may ayına kimi 738 (yeddi yüz otuz səkkiz) manat ödənişlər etmişdir ki, həmin ödənişlərdən sözügedən cərimədən çıxılmışdır. Odur ki, qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh “Cavabdeh” İstehsalat Birliyi məhkəmə iclasının vaxtı və yteri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə qeyd edilənləri nəzərə alıb cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə baxıb, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutları araşdıraraq hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki iş materiallarında olan İşdə olan «Cavabdeh» İstehsalat Birliyinin xx xxx 2018-ci il tarixli ******* nömrəli qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında Aktdan görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən evin qaz sayğacı dəyişdirilərək yenisi ilə əvəz edilmişdir. İşdə olan «Cavabdeh» İstehsalat Birliyi tərəfindən tərtib edilmiş xx xxxx 2018-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanında quraşdırılmış sayğaca verilmiş rəyə əsasən, xətalar normaya uyğun deyil. Plastmas qapağın yan və üst tərəfində iz olduğundan plomb açıldı. Sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarda əzik, cızıq izləri var. Həmçinin qeyd edilmişdir ki, dəymiş ziyan hesablansın və dəyəri ödənilsin. İşdə olan ««Cavabdeh» X3 X7 İdarəsi tərəfindən tərtib edilmiş xx xxx 2018-ci il tarixli itirilmiş qazın bərpası üzrə dəymiş ziyanın hesablanmasına dair qərarın surətindən görünür ki, İddiaçı itirilmiş qazın bərpası üzrə 11718 kub metr qaz sərfiyyatı hesablanmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərinin yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 nömrəli qazdan istifadə qaydaları haqqında qərarının 4.2-ci bəndində qeyd olunmuşdur ki, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-ci bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin19-cu maddəsinə əsasəndövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 560.1-cimaddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Göründüyü kimi Cavabdeh X3 Regional Qaz X4 Xidmət Sahəsinin əməkdaşları İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qaz sayğacında xətalar normaya uyğun olmadığı üçün, plastmas qapağın yan və üst tərəfində iz olduğundan plomb açılmış, sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzildiyi və daxili qulaqcıqlarda əzik, cızıq izləri olduğu üçün xx xxxx 2018-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib etmişlər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 nömrəli qazdan istifadə qaydalarının tələblərinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməlidir (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən). Həmçinin həmin qaydalara görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Bundan başqa, qaz sayğacının zədələnməsində istehlakçı İddiaçı təqsiri heç bir sənədlə və ya sübutla təsdiq olunmur və onun həmin sayğaca müdaxilə etməsi əsaslandırılmamışdır. Sonradan isə «Cavabdeh» X3 X7 İdarəsi tərəfindən itirilmiş qazın bərpası üzrə dəymiş ziyanın hesablanmasına dair komissiyanın xx xxx 2018-ci il tarixli qərarı ilə 11718 kub metr qaz itkisi hesablanmışdır. Odur ki, məhkəmə hesab edir ki, «Cavabdeh» X3 X7 İdarəsinin itirilmiş qazın bərpası üzrə dəymiş ziyanın hesablanmasına dair komissiyanın xx xxx 2018-ci il tarixli qərarı ləğv edilməli və həmin qərar əsasında İddiaçı hesablanmış 2343.6 (iki min üç yüz qırx üç manat altmış qəpik) manat borc silinməli və ödənilmiş 10 (on) manat dövlət rüsumu cavabdeh «Cavabdeh» İstehsalat Birliyindən alınıb İddiaçı verilməlidir. İddiaçı 738 (yeddi yüz otuz səkkiz) manat məbləğinə pulun alınıb ona verilməsinə dair məhkəməyə heç bir mötəbərə sübut təqdim etməmiş və bu hal məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Ona görə də, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbayucan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasinin MPM-nin 216-220 və 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh «Cavabdeh» X3 X7 İdarəsinin itirilmiş qazın bərpası üzrə dəymiş ziyanın hesablanmasına dair xx xxx 2018-ci il tarixli komissiya qərarı ləğv edilsin, həmin qərar əsasında İddiaçı hesablanmış 2343.6 (iki min üç yüz qırx üç manat altmış qəpik) manat borc silinsin və ödənilmiş 10 (on) manat dövlət rüsumu cavabdeh «Cavabdeh» İstehsalat Birliyindən alınıb İddiaçı verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(029)-350/2020
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-350/2020
12.06.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver