Məhkəmə qərarları › İş №2(029)-356/2023

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-356/2023

20.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-356/2023 20.06.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət Torpaq və Xəritəçəkmə və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “X7”nun və “Ərizəçi”nın adlarına verilmiş JN:095A KOD 30100018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin ona, yəni Ərizəçi və mərhum həyat yoldaşı X3 məxsus olması faktının müəyyənləşdirilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir Ərizə onunla əsaslandırılmışdır ki, Qusar rayonunda torpaq islahatları keçirilərkən ona və həyat yoldaşı X3 Qusar rayonunun Aşağı Ləgər kəndi ərazisindən 0,25 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə onların mülkiyyət hüquqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:095A KOD 30100018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə təsdiq edilir. Həmin Şəhadətnamədə həyat yoldaşı X1 səhvən “Mirzəyev”, adı səhvən “İkram” qeyd edilmişdir. Həyat yoldaşı X4 23 dekabr 2013-cü il tarixdə vəfat etmişdir. Şəxsiyyətini təsdiq edən bütün sənədlərdə həyat yoldaşı X1 “Mirzoyev”, adı “İkraməddin” qeyd edilmişdir. Əslində JN:095A KOD 30100018 saylı Şəhadətnamədə də soyadlı və adı şəxsiyyətini təsdiq edən sənədlərə uyğun qeyd edilməli idi. Bu yaxınlarda o, həmin Şəhadətnamədə olan torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınması üçün maraqlı şəxs DƏDKR PHŞ-in 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Lakin JN:095A KOD 30100018 saylı Şəhadətnamədə həyat yoldaşı X1 səhvən “Mirzəyev”, adı səhvən “İkram” qeyd edildiyi üçün DƏDKR PHŞ-in 5 saylı Xaçmaz Ərazi İdarəsi ona çıxarış verməkdən imtina etmişdir. Ona görə həmin Şəhadətnamənin ona və həyat yoldaşı X3 məxsus olması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, o xəstə olduğu üçün məhkəmə iclaslarına gələ bilmir. Odur ki, həmin iş onun iştirakı olmadan baxılmasını və ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4 və 185.5-ci maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN:095A KOD 30100018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1998-ci il tarixli 10/7 saylı qərarı ilə Qusar rayonu Aşağı Ləyər kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsi X5 və Ərizəçi xüsusi mülkiyyətlərinə verilmişdir İşdə olan AZ-622937 ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. İşdə olan Qusar RİHB-nın Aşağı Ləgər kənd İƏD üzrə nümayəndəliyindən verilmiş xx.xx.2022-ci il tarixli 207 saylı arayışdan görünür ki, mərhum X3 və ailəsinə verilmiş Qusar rayonu Aşağı Ləgər kəndində yerləşən JN-095A nömrəli KOD 30100018 olan Torpağa mülkiyyət verilməsinə dair şəhadətnamədə vətəndaşın adı səhv olaraq yazılımşdır. Əslində isə aşağıdakı qaydada oxunmalı və yazılmalıdır: X4. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən təqdim edilmiş JN:095A KOD 30100018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə həmin şəxs üçün hüquq müəyyənedici sənəddir, belə ki, həmin sənəd əsasında ərizəçi, göstərilən torpaq sahəsinə dair sərəncam hüquqlarını həyata keçirilməlidir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, ərizəçi həqiqətən də, Dövlət Torpaq və Xəritəçəkmə və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN:095A KOD 30100018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə hüquq sahibləri kimi qeyd olunmuş şəxslərin siyahısına daxildir, həmin sənəddə göstərilən torpaq sahələrinin birgə mülkiyyətçilərindən biridir. Lakin, həmin Şəhadətnamədə yuxarıda qeyd olunan səhvə yol verilmişdir. Bu hal məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə tam təsdiq olunur. Ona görə də, həmin Şəhadətnamənin Ərizəçi və onun mərhum həyat yoldaşı X3 məxsus olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçilər öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. Dövlət Torpaq və Xəritəçəkmə və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “X7”nun və “Ərizəçi”nın adlarına verilmiş JN:095A KOD 30100018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin Ərizəçi və mərhum həyat yoldaşı X3 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar