Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-378/2025 03.06.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçilər Nümayəndə, Niftəliyeva (Zöhrəbəyova) Diana Raqimbekovnanın, Ərizəçi3 üçüncü şəxslər X16, Rüstəmova (Zöhrəbəyova) Əfsanə Rəhimbəy qızına və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması tələbinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçilər Nümayəndə, Niftəliyeva (Zöhrəbəyova) Diana Raqimbekovna, Ərizəçi3 üçüncü şəxslər X16, Rüstəmova (Zöhrəbəyova) Əfsanə Rəhimbəy qızına və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət Torpaq və Xəritəçəkmə və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “X22”un, “X10”nın, “X28”nın, “X25”nın, “Zöhrəbəyova” Əfsanə Rəhimbəy qızı”nın və “X29”nun adlarına verilmiş JN:120A KOD 30125028 saylı torpağın mülkiyyətə verilməsinə dair X1, Nümayəndə, Niftəliyeva (Zöhrəbəyova) Diana Raqimbekovnaya, X16, Rüstəmova (Zöhrəbəyova) Əfsanə Rəhimbəy qızına və Ərizəçi3 məxsus olması faktının müəyyənləşdirilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Qusar rayonunda torpaq islahatları keçirilərkən ona yəni Nümayəndə və ailə üzvləri mərhum yoldaşı X17, qızı Niftəliyeva (Zöhrəbəyova) Diana Raqimbekovnaya, qızı X16, qızı Rüstəmova (Zöhrəbəyova) Əfsanə Rəhimbəy qızına və oğlu Ərizəçi3 Qusar rayonunun Zuxul kəndi ərazisindən 0.14 ha fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə onların mülkiyyət hüquqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:120A KOD 30125028 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməsi ilə təsdiq edilir. Mərhum həyat yoldaşı X26 xx.xx.2022-ci il tarixdə Qusar rayonu Şivanovka kəndində vəfat etmişdir. JN:120A KOD 30125028 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə Nümayəndə, yəni onun adı “Baqiat”, X2 səhvən “Zöhrəbəyov”, ata adı isə “Kürəbəy”, Ərizəçi2 ata adı səhvən “Rəhimbəy qızı”, Ərizəçi3 adı isə səhvən “Tapdıq” kimi qeyd edilmişdir. X12 və X4, adı və ata adı isə JN:120A KOD 30125028 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə olduğu kimi qeyd edilmişdir. X3 ölüm haqqında şəhadətnaməsində X8 qeyd edilmişdir. Həmçinin onun, yəni Nümayəndə, Niftəliyeva (Zöhrəbəyova) Diana Raqimbekovnanın və Ərizəçi3 adları şəxsiyyətlərini təsdiq edən sənəddə Nümayəndə, Ərizəçi2 və Ərizəçi3 kimi qeyd edilmişdir. Həmçinin xx.xx.2025-ci il tarixli Qusar rayon Dövlət Arxivindən verilmiş arxiv arayışından görünür ki, ümumiyyətlə onların ailədə Tapdıq adlı insan yaşamamış, heç elə bir insan onların ailədə mövud olmamışdır. Əslində JN:120A KOD 30125028 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə onların soyadları, adları və ata adları şəxsiyyətlərini təsdiq edən sənədlərə uyğun qeyd edilməli idi. Bu yaxınlarda o, həmin Dövlət Aktında olan torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınması üçün maraqlı şəxs DƏDKR PHŞ-in 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Lakin JN:120A KOD 30125028 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə yuxarıda qeyd etdiyi uyğunsuzluqlara görə ona çıxarış verməkdən imtina etmişdir. Ona görə həmin Dövlət Aktının mənim və ailə üzvlərinə məxsus olması faktı müəyyən olunmalıdır. Ərizəçilər Nümayəndə, Niftəliyeva (Zöhrəbəyova) Diana Raqimbekovna, Ərizəçi3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişlər ki, onlar, ərizəni müdafiə edir. Həmçinin bildirmişlər ki, şəxsi işləri ilə əlaqədar məhkəmə iclaslarına gələ bilmirlər, işə onların iştirakları olmadan baxılmasını və ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4 və 185.6-cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Belə ki, işdə olan KOD 30125028 JN-120A saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1998-ci il tarixli 10/3 saylı qərarı ilə Qusar rayonu Zuxul kəndində yerləşən 0.14 ha torpaq sahəsi X13, X6, X18, X12, X14 və X19 xüsusi mülkiyyətlərinə verilmişdir. İşdə olan AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1989-cu ildə anadan olmuşdur. İşdə olan AA0987045 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X31 xx.xx.1994-cü ildə anadan olmuşdur. İşdə olan AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 xx.xx.1998-ci ildə anadan olmuşdur. İşdə olan AA0740477 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X25 xx.xx.1990-cı ildə anadan olmuşdur. İşdə olan AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Nümayəndə Abdulsəlum qızı xx.xx.1970-ci ildə anadan olmuşdur. İşdə olan 451209 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi3 xx.xx.1998-ci ildə anadan olmuşdur. X7, anası Nümayəndə Abdulsəlum qızıdır. İşdə olan Qusar rayon Dövlət Arxivindən verilmiş xx.xx.2025-ci il tarixli 3-48-30RA/2-Z-1xxxx/2025 saylı arxiv arayışından görünür ki, rayon arxivində saxlanılan Qusar rayonu Yuxarı- Kalunxur İnzibati Ərazi Vahidi üzrə Nümayəndəliyinin 1996-2000-ci illərin Zuxul kəndi üzrə 3№li Təsərrüfatbaşına kitabında şəxsi hesab nömrəsi 172 olan X13 təsərrüfat üzvlərinin siyahısında aşağıdakı ailə tərkibinin olduğu qeyd edilmişdir. X13 özü ailə başçısı, Nümayəndə – arvadı, X28, X25, X27, Ərizəçi3 İşdə olan Qusar RİHB-nın Qələnxur kənd İƏD üzrə nümayəndəliyindən verilmiş 13 fevral 2025-ci il tarixli 5-63-35/2-10/2025 saylı arayışdan görünür ki, Qusar rayonu Aqrar İslahat Komissiyasının 16 iyun 1998- ci il tarixli 10/3 saylı qərarı verilmiş JN-120A kod 30125028 Torpağın Mülkiyyəttə verilməsinə dair Şəhadətnamədə vətəndaşın soyadı,adı,atasının adı: X38 oglu kimi yazılmış ancaq onun soyadı, adı, atasının adı xx.xx.2023-cü ildə verilmiş AA ******* vətəndaşın şəxsiyyət vəsiqəsində oldigu kimi Ərizəçi3 oglu düzgündür. X5 yazılmış ancaq onun soyadı, adı, atasının adı xx.xx.2021-ci ildə verilmiş AA ******* nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsində olduğu kimi Nümayəndə düzgündür. X9 yazılmış ancaq onun soyadı, adı, atasının adı xx.xx.2015-ci ildə verilmiş AZE № ******** vətəndaşın şəxsiyyət vəsiqəsində oldigu kimi Niftəliyeva(Zöhrəbəyova)Diana Raqimbekovna qızı düzgündür. X34 oglu kimi yazılmış ancaq onun soyadı,adı,atasının adı xx.xx.2022-ci ildə verilmiş AZ-İİ № 277564 ölüm şəhadətnamədə olduğu kumi X35 oglu düzgündür. İşdə olan Qusar RİHB-nın Qələnxur kənd İƏD üzrə nümayəndəliyindən verilmiş 13 fevral 2025-ci il tarixli 5-63-35/2-9/2025 saylı arayışdan görünür ki, Qusar rayonu Aqrar İslahat Komissiyasının 16 iyun 1998-ci il tarixli 10/3 saylı qərarı verilmiş JN-120A kod 30125028 Torpağın Mülkiyyəttə verilməsinə dair Şəhadətnamədə vətəndaşın soyadı,adınasının adı: l.X38 oglu kimi yazılmış ancaq onun soyadı, adı, atasının adı xx.xx.2023-cü ildə verilmiş AA ******* vətəndaşın şəxsiyyət vəsiqəsində oldigu kimi Ərizəçi3 oglu düzgündür. İşdə olan AZ-İİ 277564 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2022-ci ildə ölmüşdür. İşdə olan AZ-İ 792988 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X24 ilə X21 nikahları 07 fevral 2013-cü ildə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra qadın “Niftəliyeva” soyadını qəbul etmişdir. İşdə olan AZ-İ 900111 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X42 ilə X14 nikahları 05 dekabr 2013-cü ildə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra qadın “Niftəliyeva” soyadını qəbul etmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, həqiqətən də, JN:120A KOD 30125028 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə hüquq sahibi kimi qeyd olunmuş şəxslər məhz ərizəçilər Nümayəndə, Niftəliyeva (Zöhrəbəyova) Diana Raqimbekovna, Ərizəçi3 üçüncü şəxslər X25 və Rüstəmova (Zöhrəbəyova) Əfsanə Rəhimbəy qızı və mərhum X20r. Lakin həmin Şəhadətnamədə yuxarıda qeyd olunan səhvlərə yol verilmişdir. Bu hal məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə tam təsdiq olunur. Ona görə də, Dövlət Torpaq və Xəritəçəkmə və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “X22”un, “X10”nın, “X28”nın, “X25”nın, “Zöhrəbəyova” Əfsanə Rəhimbəy qızı”nın və “X29”nun adlarına verilmiş JN:120A KOD 30125028 saylı torpağın mülkiyyətə verilməsinə dair X1, Nümayəndə, Niftəliyeva (Zöhrəbəyova) Diana Raqimbekovnaya, X16, Rüstəmova (Zöhrəbəyova) Əfsanə Rəhimbəy qızına və Ərizəçi3 məxsus olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçilərin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. Dövlət Torpaq və Xəritəçəkmə və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “X22”un, “X10”nın, “X28”nın, “X25”nın, “Zöhrəbəyova” Əfsanə Rəhimbəy qızı”nın və “X29”nun adlarına verilmiş JN:120A KOD 30125028 saylı torpağın mülkiyyətə verilməsinə dair X1, Nümayəndə, Niftəliyeva (Zöhrəbəyova) Diana Raqimbekovnaya, X16, Rüstəmova (Zöhrəbəyova) Əfsanə Rəhimbəy qızına və Ərizəçi3 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-378/2025
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-378/2025
03.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver