Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-380/2023 08.06.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1nə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Ximəti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1nə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Ximəti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Qusar rayonu sabiq Əvəcuq bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 18 saylı qərarının və 11 dekabr 2006-cı il tarixdə 1311 nömrə ilə qeydiyyata alınmış torpaqların alqı-satqısına dair aktın ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Qusar rayonu sabiq Əvəcuq bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 18 saylı qərarı ilə Əvəcuq kəndi ərazisində yerləşən 0.07 ha torpaq sahəsi həyətyanı məqsədi ilə ona satılmışdır. Bundan sonra torpaqların alqı-satqısına dair akt tərtib edilmiş və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsində 11 dekabr 2006-cı il tarixdə 1311 nömrə ilə qeydiyyata alınmışdır. Qusar rayonu sabiq Əvəcuq bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 18 saylı qərarı və torpaqların alqı-satqısına dair akt əsasında həmin qərarla ona satılmış torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etdikdən həmin idarə tərəfindən ona bildirilmişdir ki, bələdiyyənin qərarında və torpaqların alqı-satqısına dair aktda hüquq sahibi olan şəxsin, yəni onun adı Flura əvəzinə səhvən Flora yazılmışdır. Bu səbəbdən də, həmin səhvin düzəldilməsi bildirilmişdir. Bundan sonra o, Maraqlı şəxs1nə müraciət edərək həmin səhvin aradan qaldırılmasını xahiş etmiş, lakin bələdiyyə tərəfindən belə bir səlahiyyətlərinin olmadığı bildirilərək məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Onun adının Flora deyil, əslində Flura olması şəxsiyyətimi təsdiq edən sənədlə, o cümlədən yaşadığı kənd üzrə icra nümayəndəliyi tərəfindən verilmiş arayışla təsdiq olunur. Bundan başqa, Maraqlı şəxs1 tərəfindən həqiqətən də Qusar rayonu sabiq Əvəcuq bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 18 saylı qərarı və torpaqların alqı-satqısına dair akt əsasında ona 0.07 ha torpaq sahəsinin satılması, həmin torpaq sahəsi ilə bağlı heç bir mübahisə olmaması barədə arayış verilmişdir. Qusar rayonu sabiq Əvəcuq bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 18 saylı qərarı və 11 dekabr 2006-cı il tarixdə 1311 nömrə ilə qeydiyyata alınmış torpaqların alqı-satqısına dair akt həmin sənədlər əsasında ona satılmış 0.07 ha torpaq sahəsinə dair onun sahiblik və istifadə hüquqlarını təsdiq edən, o cümlədən sərəncam hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsas hüquq müəyyənedici sənədlərdir və ona görə də hesab edir ki, həmin sənədlərin ona məxsus olması faktı müəyyən edilməlidir. Ərizəçi məhkəməyə ərizə təqdim edərək MPN-nin 53-cü maddəsinə uyğun olaraq ərizənin xahiş etdi hissəsində mexaniki səhv olaraq Qusar rayonu sabiq Əvəcuq bələdiyyəsinin xx.xx.2006-cı il tarix əvəzinə xx.xx.2006 yazılmışdır. Bunu nəzərə alaraq Qusar rayonu sabiq Əvəcuq bələdiyyəsinin qərar tarixinin xx.xx.2006-cı il kimi oxunmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə etmiş, ərizədəki xüsusatları təsdiq edərək izahatında bildirmişdir ki, o, keçmiş Əvəcuq bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 18 saylı qərarı ilə ona satılmış torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Həmin idarə tərəfindən ona bildirilmişdir ki, bələdiyyənin qərarında və torpaqların alqı-satqısına dair aktda onun adı Flura əvəzinə səhvən Flora yazılıb. Bu səbəbdən də, həmin səhvin düzəldilməsi bildirilmişdir. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxslər Maraqlı şəxs1nə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Ximəti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin bələdiyyənin və idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Belə ki, işdə olan Maraqlı şəxs1 22 noyabr 2006-cı il tarixli 18 saylı qərarından və 02 saylı qəbzdən görünür ki, Muradova Flora Ç. qızına Qusar rayonu Əvəcuq bələdiyyəsinin ehtiyyat fondunun alqı-satqı predmeti olan təsərrüfatına yararlı torpaq sahəsindən həyətyanı məqsədilə 0.07 ha torpaq sahəsi 90 (doxsan) manata satılmışdır. İşdə olan Maraqlı şəxs1ndən verilmiş torpaqların alqı satqısına dair aktdan görünür ki, ünvan 1 ünvanında yaşayan X3 22 noyabr 2006-cı il tarixli 18 saylı Köhnə Xudat bələdiyyəsinin qərarı ilə Qusar rayonu Əvəcuq bələdiyyə ərazisində 0.07 ha torpaq sahəsi 90 manata satılmışdır. İşdə olan Maraqlı şəxs1 xx.xx.2023-cü il tarixli 29 saylı arayışdan görünür ki, Qusar rayon Köhnə Xudat bələdiyyəsi tərəfindən ona satılmış 0.07 ha torpaq sahəsinə dair xx.xx.2006-cı il tarixli 18N-li qərarda edilmiş texniki səhvdə düzəliş etmək qanuna ziddir. Həmin sənəddə düzəliş etmək üçün Qusar rayon məhkəməsinə müraciət etmək hüququnuz var. İşdə olan Qusar RİHB-nın Köhnə Xudat kənd İƏD üzrə nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli 116 saylı arayışdan görünür ki, Qusar rayonun Əvəcuq bələdiyyəsi tərəfindən verilmiş torpağın alqı-satqı sənədlərində X1 adı səhvən Flora yazılmışdır. Əslində şəxsiyyəti təsdiq edən sənəddə X4 yazılmalıdır və oxunmalıdır. İşdə olan AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1980c- ildə Qusar rayonu Əvəcuq kəndində anadan olmuşdur. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən təqdim edilmiş Qusar rayonu sabiq Əvəcuq bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 18 saylı qərarı və 11 dekabr 2006-cı il tarixdə 1311 nömrə ilə qeydiyyata alınmış torpaqların alqı-satqısına dair akt həmin şəxs üçün hüquq müəyyənedici sənəddir, belə ki, həmin sənədlər əsasında o, göstərilən torpaq sahəsinə dair sərəncam hüquqlarını həyata keçirilməlidir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, həqiqətən də, X2 adına verilmiş Qusar rayonu sabiq Əvəcuq bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 18 saylı qərarı və 11 dekabr 2006-cı il tarixdə 1311 nömrə ilə qeydiyyata alınmış torpaqların alqı-satqısına dair aktı Ərizəçi məxsus olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçilər öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. Qusar rayonu sabiq Əvəcuq bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 18 saylı qərarının və 11 dekabr 2006-cı il tarixdə 1311 nömrə ilə qeydiyyata alınmış torpaqların alqısatqısına dair aktın Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-380/2023
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-380/2023
08.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver