Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-382/2021 21.05.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, Ərizəçi üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “X14”nun və “X11”nın adlarına verilmiş JN: 0036 KOD 30124048 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının X7na və anası X8 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışlar ki, Qusar rayonunda torpaq islahatları keçirilərkən onun X7na və anası X8 Qusar rayonunun Üzdən-Oba kəndi ərazisindən 1.20 hektar torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə onların mülkiyyət hüquqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN: 0036 KOD 30124048 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə təsdiq edilir. X29 atası X2 səhvən “Qayırxanov”, adı səhvən “Şahmurad” və anası X6 ata adı səhvən “Əlimət qızı” qeyd dilmişdir. X7 27 aprel 2009-cu il tarixə, anası X13 isə 14 oktyabr 2012-ci il tarixdə vəfat etmişlər. Valideynlərinin ölümündən sonra həmin torpaq sahəsini o, faktiki qəbul edib idarə edir. O, valideynlərindən qalmış həmin torpaq sahəsini miras əmlak kimi qəbul edib öz adına dövlət reyestrindən Çıxarış almaq istəyir. Lakin JN: 0036 KOD 30124048 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında atası X2 səhvən “Qayırxanov”, adı səhvən “Şahmurad” və anası X6 ata adı səhvən “Əlimət qızı” qeyd edildiyi üçün həmin torpaq sahəsini miras əmlak kimi qəbul edə bilmir. Ona görə də JN: 0036 KOD 30124048 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının X7na və anası X8 məxsus olması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Həqiqətən də atasının soyadının “Qairxanov”, adının “Şamurad” və anasının ata adının “Abbas” olması onların şəxsiyyətlərini təsdiq edən sənədlərlə sübut olunur. Bu faktı bir çox şahidlər təsdiq edə bilərlər. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək məhkəmə iclasına gələ bilmədiyini göstərmiş və işə onun iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.6-cı maddələrinə əsasən işə ərizəçinin və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan JN: 0036 KOD 30124048 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qusar rayon Agrar İslahat Komissiyasının 30 sentyabr 1997-ci il tarixli 14/2 saylı qərarı ilə “X14”nun və “X11”nın mülkiyyətinə Qusar rayonu Üzdənoba kəndi ərazisindən 1.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qusar rayon İHB-nın Şirvanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 11 mart 2021-ci il tarixli, 115 saylı arayışdan görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 1997-ci il 30 sentyabr tarixli 14/2 nömrəli qərarı ilə verilmiş JN: 0036 KOD 30124048 saylı torpağa mülkiyyət hüququna dair Dövlət X1 əvəzinə X18 və X11 əvəzinə X13 oxunmalıdır. İşdə olan AZ-İ 340955 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 27 aprel 2009-cu il tarixdə ölmüşdür. İşdə olan AZ-İ 516558 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 14 oktyabr 2012-ci il tarixdə ölmüşdür. İşdə olan ərizəçi X5 məxsus Seriya AZE 02298261 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin şəxs 02.08.1951-ci il tarixdə Qusar rayonu Gedəzeyxur kəndində anadan olmuş və həmin kənddə yaşayır. İşdə olan АЗ ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1967-ci il tarixdə anadan olmuş, atası X17, anası X10r. İşdə olan Ərizəçi məxsus Seriya AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin şəxs xx.xx.1967-ci il tarixdə Qusar rayonu Üzdənoba kəndində anadan olmuş və həmin kənddə yaşayır. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 13.10.2020-ci il tarixli **********34 saylı məktubdan görünür ki, Ərizəçi müraciətinə cavab olaraq bildirilmişdir ki, DT və XK tərəfindən verilmiş JN: 0036 KOD 30124048 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi həmin idarənin səlahiyyətinə aid deyildir. Bununla bağlı məhkməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, ərizəçi Qəmər Qairxanova tərəfindən təqdim edilmiş Qusar rayonu Üzdənoba kəndində yerləşən 1.20 ha torpaq sahəsinə dair verilmiş JN: 0036 KOD 30124048 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı onun üçün hüquq müəyyənedici sənəddir, belə ki, həmin sənəd əsasında o, qanunla müəyyən edilmiş qaydada sərəncam hüququnu həyata keçirməlidir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, həqiqətən də, Ərizəçi atası 27 aprel 2009-cu il tarixdə ölmüş X18 və anası 14 oktyabr 2012-ci il tarixdə ölmüş X4 rayonu Üzdənoba kəndində yerləşən 1.20 ha torpaq sahəsinə dair verilmiş Dövlət Aktında hüquq sahibləri kimi göstərilmiş şəxslərin siyahısına daxildirlər, lakin X29 həmin şəxslərə münasibətdə yuxarıda qeyd olunan səhvlərə yol verilmişdir. Bu hal məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə tam təsdiq olunur. Ona görə də, həmin Dövlət Aktının həmin şəxslərə məxsus olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçilərin öz tələblərinin əsası kimi istinad etdikləri hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. JN: 0036 KOD 30124048 saylı torpağa mülkiyyət hüququna dair Dövlət X3 və X8 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №2(029)-382/2021
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-382/2021
21.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver