Məhkəmə qərarları › İş №2(029)-383/2025

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-383/2025

03.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-383/2025 03.04.2025 QUSAR RAYON MƏHKƏMƏSİ X13 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “X5”nun, “Cinətova Sara”nın və “X7”nın adlarına verilmiş JN:054F KOD 30109028 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin ona, yəni Ərizəçi, X3 və X6 məxsus olması faktının müəyyənləşdirilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Qusar rayonunda torpaq islahatları keçirilərkən onun və ailə üzvləri, iş üzrə maraqlı şəxslər X2 və X4 adlarına Qusar rayonunun Haçatala kəndi ərazisindən 0,33 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə onların mülkiyyət hüquqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:054F KOD 30109028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə təsdiq edilir. Həmin Şəhadətnamədə onun adı səhvən “Sara” qeyd edilmiş, ata adı isə ümumiyyətlə qeyd edilməmişdir. Digər mülkiyyətçilərin soyadları, adları və ata adları həmin Şəhadətnamədə şəxsiyyətlərini təsdiq edən sənədlərə uyğun düzgün qeyd edilmişdir. Mülkiyyətçi X7 25 aprel 2025-ci il tarixdə nikaha daxil olaraq əri X1, yəni “Bədirxanova” soyadını qəbul etmişdir. Şəxsiyyətini təsdiq edən bütün sənədlərdə onun adı “Ziyafə”, ata adı isə “Baba qızı”qeyd edilmişdir. Əslində JN:054F KOD 30109028 saylı Şəhadətnamədə də adı və ata adı şəxsiyyətini təsdiq edən sənədlərə uyğun qeyd edilməli idi. O, 10 yanvar 2025-ci il tarixdə JN:054F KOD 30109028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə yol verilmiş səhvlərin aradan qaldırılması və həmin Şəhadətnamədə olan 0,33 ha torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınması üçün üçüncü şəxs DƏDKR PHŞ-in 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, lakin həmin idarə onun ərizəsini cavablandırmamış və faktiki olaraq həmin Şəhadətnamədə olan 0,33 ha torpaq sahəsinə onların adlarına çıxarış verməkdən imtina etmişdir. Ona görə də, həmin Şəhadətnamənin ona, yəni Ərizəçi və ailə üzvlərinə məxsus olması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək məhkəmə iclasına gələ bilmədiyini göstərmiş və işə onun iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4 və 185.6cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN:054F KOD 30109028 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Qusar rayonu Haçatala kəndi ərazisində yerləşən 0.33 ha həyətyanı torpaq sahəsi “X5”nun, “Cinətova Sara”nın və “X7”nın birgə mülkiyyətlərinə verilmişdir. İşdə olan Qusar rayon İHB-nın Gilahoba kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 10 dekabr 2024-cü il tarixli 148 saylı arayışdan görünür ki, həqiqətən də JN-054F Kod 30109028 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə adı qeyd olunmuş X10 əslində şəxsiyyət vəsiqəsində adı qeyd olunduğu kimi Ərizəçi oxunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən təqdim edilmiş JN-054F Kod 30109028 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə həmin şəxs üçün hüquq müəyyənedici sənəddir, belə ki, həmin sənəd əsasında o, həmin sənəddə göstərilən torpaq sahəsinə dair mülkiyyət hüququnu həyata keçirməlidir. Məhkəmə tərəfindən araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, həqiqətən də, JN-054F Kod 30109028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə hüquq sahibi kimi qeyd olunmuş şəxslərdən biri məhz Ərizəçidır. Lakin, həmin sənəddə yuxarıda qeyd olunan səhvlərə yol verilmişdir. Bu hal məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərlə təsdiq olunur. Ona görə də, həmin şəhadətnamənin digər mülkiyyətçilərlə birlikdə Ərizəçi məxsus olması faktı müəyyən olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “X5”nun, “Cinətova Sara”nın və “X7”nın adlarına verilmiş JN:054F KOD 30109028 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin Ərizəçi, X3 və X6 məxsus olması faktı müəyyən olunsun. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ANAR QASİMOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar