Məhkəmə qərarları › İş №2(029)-386/2022

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-386/2022

21.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-386/2022 21.04.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Balabəyova (Xasmətova) Xəyalə Ələddin qızına və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Balabəyova (Xasmətova) Xəyalə Ələddin qızına və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 28 fevral 2000-ci il tarixli KOD 30103038 JN:-276 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Balabəyova (Xasmətova) Xəyalə Ələddin qızı ilə birlikdə ona yəni, Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 28 fevral 2000-ci il tarixli KOD 30103038 JN:-276 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Qusar rayonu Xurel kəndində yerləşən 5.31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə ona və maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Balabəyova (Xasmətova) Xəyalə Ələddin qızına məxsusdur. Maraqlı şəxs1 onun həyat yoldaşı, digərləri isə övladlarıdır. Qeyd etdiyi torpaq sahəsi onların ailə mülkiyyətinə verilmişdir. Bu yaxınlarda həmin torpaq sahəsinə dair sərəncam hüquqlarını həyata keşirmək istəyərkən məlum olmuşdur ki, həmin dövlət aktında onun ata adı səhvən “Ağabala qızı” yazılmışdır. Halbuki, onun şəxsiyyətini təsdiq edən sənəddə ata adı “Gülməmməd qızı” qeyd edilmişdir. Bundan başqa həyat yoldaşı Maraqlı şəxs1la aralarında bağlanan nikaha dair şəhadətnamədə də onun ata adı məhz “Gülməmməd qızı” olması qeyd olunmuşdur. Həmin dövlət aktında yuxarıda qeyd etdiyi maraqlı şəxslərin adları, soyadları və ata adları düzgün yazılmışdır. Həmin səhvə görə isə o, mülkiyyətçi kimi həmin torpağa dair hüquqlarını həyata keçirə bilmir. Lakin, həqiqətən də həmin torpaq sahəsinin ona məxsus olması və həmin torpaq sahəsinə dair verilmiş Dövlət Aktının həm də məhz onun adına verilməsi barədə yaşadığı kənd üzrə icra nümayəndəliyi tərəfindən müvafiq arayış verilmişdir. O, həmin səhvin aradan qaldırılması üçün DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etsə də, həmin idarə bunun mümkün olmadığını bildirərək məhkəməyə müraciət etməyini tövsiyyə etmişdir. Bu barədə həmin idarə tərəfidən 01.02.2022-ci il tarixli məktub verilmişdir. 28 fevral 2000-ci il tarixli KOD 30103038 JN:-276 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı onun həmin Dövlət aktında göstərilən torpaq sahəsinə dair mülkiyyət hüququnu həyata keçirmək üçün əsas hüquqmüəyyənedici sənəddir və ona görə də hesab edir ki, həmin sənədin maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Balabəyova (Xasmətova) Xəyalə Ələddin qızı ilə birlikdə ona, yəni Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, ərizəni müdafiə edir və təmin edilməsini xahiş edir. Həmçinin, şəxsi işləri ilə əlaqədar 21 aprel 2022-ci il tarixə saat 10:30-a təyin olunmuş məhkəmə iclasına gələ bilmir, işə onun iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Balabəyova (Xasmətova) Xəyalə Ələddin qızı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişlər, məhkəməyə ərizə göndərərək bildirmişlər ki, onlar ərizəni qəbul edir və təmin edilməsini xahiş edirlər. Həmçinin, şəxsi işləri ilə əlaqədar 21 aprel 2022-ci il tarixə saat 10:30-a təyin olunmuş məhkəmə iclasına gələ bilmirlər, işə onların iştirakları olmadan baxılaraq ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edirlər. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4, 185.5 və 185.6cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Belə ki, işdə olan KOD 30103038 JN:-276 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 11 dekabr 1997-ci il tarixli 17/2 saylı qərarı ilə Qusar rayonu Xurel kəndində yerləşən 5.31 ha torpaq sahəsi Maraqlı şəxs1, Ərizəçi Ağabala qızının, X2, Maraqlı şəxs2 və Maraqlı şəxs3 xüsusi mülkiyyətlərinə verilmişdir. İşdə olan İİİ-ЖГ 471126 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs1 ilə X1 arasında Qusar rayonu Avaran kənd sovetində 22 avqust 1985-ci il tarixdə 16 nömrəli akt qeydi ilə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra Rübabə Ağabalayeva “Xasmətova” soyadını qəbul etmişdir. İşdə olan Qusar RİHB-nın Avaran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 14 yanvar 2022-ci il tarixli 17 saylı arayışdan görünür ki, Ərizəçi və onun ailə üzvlərinə məxsus olan JN:-276 saylı X6 Rübabə Ağabala qızı səhv yazılmış, AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən Ərizəçi kimi yazılmalı və oxunmalıdır. İşdə olan Seriya AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1961-ci ildə Dəvəçi rayonu Yeni-kənd kəndində anadan olmuş, Qusar rayonu Xurel kəndində qeydiyyatdadır. İşdə olan şəxsiyyət vəsiqəsi məlumatlarından elektron Çıxarışdan görünür ki, Ərizəçi Ağabala qızı adlı şəxs mövcud deyildir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 01 fevral 2022-ci il tarixli **********39 saylı məktubdan görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN:-276 (kod ********) nömrəli Dövlət Aktında qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Bununla bağlı məhkəməyə müraciət etməsi Ərizəçi tövsiyə olunmuşdur. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən təqdim edilmiş KOD 30103038 JN:-276 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı həmin şəxs üçün hüquq müəyyənedici sənəddir, belə ki, həmin sənəd əsasında o, həmin Dövlət Aktında göstərilən torpaq sahələsinə dair sərəncam hüquqlarını həyata keçirilməlidir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, həqiqətən də, KOD 30103038 JN:-276 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında hüquq sahibləri kimi qeyd olunmuş şəxslər məhz Ərizəçi və maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Balabəyova (Xasmətova) Xəyalə Ələddin qızıdır, lakin həmin Dövlət Aktında yuxarıda qeyd olunan səhvə yol verilmişdir. Bu hal məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə tam təsdiq olunur. Ona görə də, həmin Dövlət Aktının Ərizəçi və maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Balabəyova (Xasmətova) Xəyalə Ələddin qızına məxsus olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. “Maraqlı şəxs1”nun, “Ərizəçi Ağabala qızı”nın, “X3”nın, “Maraqlı şəxs2”nun və “Maraqlı şəxs3”nun adlarına verilmiş KOD 30103038 JN:-276 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının Maraqlı şəxs1, Ərizəçi, Balabəyova (Xasmətova) Xəyalə Ələddin qızına, Maraqlı şəxs2 və Maraqlı şəxs3 məxsus olması faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar