Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-392/2023 13.06.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxslər Maraqlı şəxs1, Ziyatxanova (Cəlilova) Ulyana Əzizovnaya və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxslər Maraqlı şəxs1, Ziyatxanova (Cəlilova) Ulyana Əzizovnaya və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən X5, X2, Maraqlı şəxs1, X9, Ərizəçi2 Əzizoviçin adlarına verilmiş JN:440 KOD 30104018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının onlara yəni X8, X6, Maraqlı şəxs1, Ziyatxanova (Cəlilova) Ulyana Əzizovnaya, Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir Ərizə onunla əsaslandırılmışdır ki, Qusar rayonunda torpaq islahatları keçirilərkən Qusar rayon AİK-nin xx.xx.1998-ci il tarixli 15 saylı və məhkəmənin 11.05.06-i tarixli 2-175 saylı qətnaməsinə əsasən Ziyatxanova (Cəlilova) Ulyana Əzizovnaya, Maraqlı şəxs1, Ərizəçi2, X6 və X8 Qusar rayonunun Əcəxur kəndi ərazisindən 5.53 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədləri üçün nəzərdə tutulmuş pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə mülkiyyət hüququ Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:440 KOD 30104018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə təsdiq edilmişdir. X11 xx.xx.2008-ci ildə vəfat etmişdir. Həmin Dövlət aktında X3 adı səhvən “İndira” , Ərizəçi2 atasının adı səhvən “Əzizoviç” kimi qeyd edilmişdir. Şəxsiyyətlərini təsdiq edən bütün sənədlərdə ərizəçi X3 adı “İndra” Ərizəçi2 atasının adı “Əzizağa” kimi qeyd edilmişdir. X17 və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:440 KOD 30104018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında da ərizəçiləmin soyadları, adları və ata adları şəxsiyyətlərini təsdiq edən sənədə uyğun qeyd edilməli idi. Bu yaxınlarda onlar həmin Dövlət Aktında olan torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən sənədləri almaq üçün maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə müraciət etmişlər. X18 və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:440 KOD 30104018 saylı torpağa mülkiyyət hüququna dair Həmin Dövlət aktında X3 adı səhvən “İndira” kimi qeyd edildiyi üçün DƏDRX-nin 5 saylı Ərazi İdarəsi ona lazım olan sənədləri verməkdən imtina etmişdir. Ona görə də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:440 KOD 30104018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının onlara məxsus olması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişlər, məhkəməyə ərizə ilə müraciət edərək bildirmişlər ki, onlar ərizəni müdafiə edirlər. Həmçinin bildirmişlər ki, işləri ilə əlaqədar 13 iyun 2023-cü il tarixə saat 10:30-a təyin edilmiş məhkəmə iclasına gələ bilmirlər, işə onların iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxslər Maraqlı şəxs1, Ziyatxanova (Cəlilova) Ulyana Əzizovnaya və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq onlar, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4 və 185.6-cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN:440 KOD 30104018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qusar rayonunda torpaq islahatları keçirilərkən Qusar rayon AİK-nin xx.xx.1998-ci il tarixli 15 saylı və məhkəmənin 11.05.06-i tarixli 2-175 saylı qətnaməsinə əsasən X8, X4, Maraqlı şəxs1, X10 və Ərizəçi2 Əzizoviçə Qusar rayonunun Əcəxur kəndi ərazisindən 5.53 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədləri üçün nəzərdə tutulmuş pay torpaq sahəsi verilmişdir. İşdə olan AZ-İ 049565 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X9 nikahları 20 noyabr 2003-cü il tarixdə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra qadın “Ziyatxanova” soyadını qəbul etmişdir. İşdə olan AZ-İ 299455 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 30 sentyabr 2008-ci ildə Qusar rayonu Əcəxur kəndində ölmüşdür. İşdə olan AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1964-cü il tarixdə Qusar rayonu Əcəxur kəndində anadan olmuşdur. İşdə olan AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1986-cı il tarixdə anadan olmuşdur. İşdə olan Qusar RİHB-nın Əcəxur kənd İƏD üzrə nümayəndəliyindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 10 aprel tarixli 15 nömrəli qərarı və Məhkəmənin 11 may 2006-cı il tarixli 2-175 saylı Qətnaməsi ilə verilmiş JN - 440 , kod 30104018 olan torpağa mülkiyyət hüququna dair dövlət aktında ailə üzvü Ərizəçi2 adı səhvən Ərizəçi2 Əzizoviç kimi göstərilmişdir. Ona görə də həmin sənəddə ailə üzvünün adı yuxarıda qeyd edildiyi kimi oxunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, ərizəçilər tərəfindən təqdim edilmiş JN:440 KOD 30104018 torpağa mülkiyyət hüququna dair dövlət aktı həmin şəxslər üçün hüquq müəyyənedici sənəddir, belə ki, həmin sənəd əsasında ərizəçilər, göstərilən torpaq sahəsinə dair sərəncam hüquqlarını həyata keçirilməlidir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, ərizəçilər həqiqətən də, Dövlət Torpaq və Xəritəçəkmə və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN:440 KOD 30104018 torpağa mülkiyyət hüququna dair dövlət aktında hüquq sahibləri kimi qeyd olunmuş şəxslərin siyahısına daxildir, həmin sənədlərdə göstərilən torpaq sahələrinin birgə mülkiyyətçilərindən biridir. Lakin, həmin Dövlət Aktında yuxarıda qeyd olunan səhvə yol verilmişdir. Bu hal məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə tam təsdiq olunur. Ona görə də, həmin Dövlət X1, X6, Maraqlı şəxs1, Ziyatxanova (Cəlilova) Ulyana Əzizovnaya, Ərizəçi2 məxsus olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçilər öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən X5, X2, Maraqlı şəxs1, X9, Ərizəçi2 Əzizoviçin adlarına verilmiş JN:440 KOD 30104018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının, X8, X6, Maraqlı şəxs1, Ziyatxanova (Cəlilova) Ulyana Əzizovnaya, Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-392/2023
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-392/2023
13.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver