Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-392/2025 24.06.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçi maraqlı şəxslər Mürsəlova (Mərdəliyeva) Əzizə Camaləddin qızına və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi maraqlı şəxslər Mürsəlova (Mərdəliyeva) Əzizə Camaləddin qızına və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət Torpaq və Xəritəçəkmə və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “X24”nun, “X9”nın, “X25”nun adlarına verilmiş JN:255 KOD 30119018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının ona yəni Ərizəçi, üçüncü şəxs Mürsəlova (Mərdəliyeva) Əzizə Camaləddin qızına və digər mülkiyyətçi, mərhum oğlu X12 məxsus olması faktının müəyyənləşdirilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Qusar rayonunda torpaq islahatları keçirilərkən onun ailə üzvlərinin mülkiyyətlərinə Qusar rayonunun Piral kəndi ərazisindən 2,26 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə onun mülkiyyət hüquqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:255 KOD 30119018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə təsdiq edilir. X7 səhvən “Mursalov”, adım səhvən “Əliğa”, mülkiyyətçi Mürsəlova (Mərdəliyeva) Əzizə Camaləddin qızının soyadı səhvən “Mursalova”, adı səhvən “Əziza”, mülkiyyətçi X3 səhvən “Mursalov”, ata adı isə səhvən “Əliğa” qeyd edilmişdir. Mülkiyyətçi, oğlu X18 08 iyul 1998-ci il tarixdə vəfat etmişdir. Mülkiyyətçi X10 onun keçmiş həyat yoldaşıdır. 11 aprel 2001-ci il tarixdə X10 ilə olan nikahları pozulduqdan sonra o, “Mərdəliyeva” soyadını qəbul etmişdir. Bu yaxınlarda o, X37 olan torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən müvafiq sənədlərin alınması üçün maraqlı şəxs DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin JN:255 KOD 30119018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında onun soyadı səhvən “Mursalov”, adım səhvən “Əliğa”, mülkiyyətçi Mürsəlova (Mərdəliyeva) Əzizə Camaləddin qızının soyadı səhvən “Mursalova”, adı səhvən “Əziza”, mülkiyyətçi X3 səhvən “Mursalov”, ata adı isə səhvən “Əliğa”qeyd edildiyi üçün DƏDRX-nin 5 saylı Ərazi İdarəsi onlara həmin sənədləri verməkdən imtina etmişdir. Ona görə həmin Dövlət Aktının bizə məxsus olması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Həqiqətən də onun soyadının “Mürsəlov”, adımın “Əliağa”, mülkiyyətçi Mürsəlova (Mərdəliyeva) Əzizə Camaləddin qızının soyadının “Mürsəlova”, adının “Əzizə”, mülkiyyətçi X1 “Mürsəlov”, ata adının “Əliağa”olması ərizəyə əlavə etdiyi şəxsiyyətləri təsdiq edən sənədlərlə təsdiq olunur. Bu faktı bir çox şahidlər təsdiq edə bilərlər. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişlər ki, o, ərizəni müdafiə edir. Həmçinin bildirmişdir ki, şəxsi işləri ilə əlaqədar məhkəmə iclaslarına gələ bilmir, işə onun iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxslər Mürsəlova (Mərdəliyeva) Əzizə Camaləddin qızına və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq həmin şəxslər və həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4 və 185.6-cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Belə ki, işdə olan KOD 30119018 JN-255 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 25 may 1998-ci il tarixli 10/1 saylı qərarı ilə Qusar rayonu Piral kəndində yerləşən 2.26 ha torpaq sahəsi X17, X5 və X13 xüsusi mülkiyyətlərinə verilmişdir. İşdə olan İİ-ЖГ 332719 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X19 ilə X4 nikahları 11 aprel 2001-ci il tarixdə pozulmuşdur. Nikah pozulduqdan sonra qadın “Mərdəliyeva” soyadını qəbul etmişdir. İşdə olan V-ЖГ 288234 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 08 iyul 1998-ci il tarixdə ölmüşdür. İşdə olan 24 yanvar 2025-ci il tarixli 5-63-20/2-M-49-xx-xx/2025 saylı Qusar RİHB-nın Piral kənd İƏD üzrə nümayəndəliyindən verilmiş arayışdan görünür ki, JN 255 kod 30119018 torpağa mülkiyyət hüququna dair dövlət aktında səhv olaraq X26 qeyd edilmişdir əslində şəxsiyyət vəsiqəsində olduğu Ərizəçi kimi, səhvən X9 qeyd edilmişdir əslində şəxsiyyət vəsiqəsində olduğu X2, səhvən X27 qeyd edilmişdir əslində ölüm haqqında şəhadətnamədə olduğu X8 yazılmalıdır. İşdə olan xx.xx.2021-ci il tarixli 232 saylı Qusar RİHB-nın Piral kənd İƏD üzrə nümayəndəliyindən verilmiş arayışdan görünür ki, JN 255 kod 3C11SC18 torpağa mülkiyyət hüququna dair dövlət aktında səhvən soyadı və adı X26 qeyd ediimişdir əslində şəxsiyyət vəsiqəsində olduğu Ərizəçi kimi yazılmalıdır. İşdə olan xx.xx.2022-ci il tarixli 476 saylı Qusar RİHB-nın Piral kənd İƏD üzrə nümayəndəliyindən verilmiş arayışdan görünür ki, JN 255 kod 30119018 torpağın mülkiyyət hüqıquna dair dövlət aktında səhvərı atasının adı X25 yazılmışdır əslində ölüm haqqında şəhadətnamədə olduğu X8 yazılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, həqiqətən də, JN 255 kod 30119018 torpağın mülkiyyət hüqıquna dair dövlət aktında hüquq sahibi kimi qeyd olunmuş şəxslər məhz Ərizəçi, maraqlı şəxs Mürsəlova (Mərdəliyeva) Əzizə Camaləddin qızı və mərhum X15r, lakin X37 yuxarıda qeyd olunan səhvlərə yol verilmişdir. Bu hal məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə tam təsdiq olunur. Ona görə də, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən X17, X5 və X13 adlarına verilmiş JN:255 KOD 30119018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının onlara, yəni Ərizəçi, Mürsəlova (Mərdəliyeva) Əzizə Camaləddin qızına və X12 məxsus olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçilərin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. Dövlət Torpaq və Xəritəçəkmə və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “X24”nun, “X9”nın, “X25”nun adlarına verilmiş JN:255 KOD 30119018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının onlara yəni Ərizəçi, maraqlı şəxs Mürsəlova (Mərdəliyeva) Əzizə Camaləddin qızına və digər mülkiyyətçi, mərhum X12 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-392/2025
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-392/2025
24.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver