Məhkəmə qərarları › İş №2(029)-394/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-394/2021

09.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-394/2021 09.06.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizələri üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək X8, X9, X10 və X6 adlarına verilmiş JN:0065 kod 30103028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının onlara-yəni Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Qusar rayonunda torpaq islahatları keçirilərkən onlara-yəni Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 Qusar rayon Avaran qışlaq kəndi ərazisindən 3.05 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədləri üçün nəzərdə tutulmuş pay torpaq sahəsi verilmişdir. Bu barədə JN:0065 kod 30103028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Həmin aktda adları səhvən Ərizəçi1 əvəzinə X3, Ərizəçi2 əvəzinə X4, Ərizəçi3 əvəzinə X5 və Aslanova (Hacıyeva) Əlvidə Dəmirbəy qızı əvəzinə X2 yazılmışdır. Qeyd olunan torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın alınması üçün tərəflərindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə 28.09.2020-ci il tarixdə müraciət olunmuş, həmin müraciətə verilmş 14.10.2020-ci il tarixli cavab məktubunda həmin Dövlət Aktında qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqların aradan qaldırılması və düzəlişlərin həyata keçirilməsinin 5 saylı Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı və bununla əlaqədar məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. Ərizəyə əlavə edilmiş şəxsiyyət vəsiqələrinin sürətlərindən görünür ki, həmin sənədlərdə ad, soyad və ata adları müvafiq olaraq Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 kimi qeyd edilmişdir. Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər. Ərizəçi və digər ərizəçilərin nümayəndəsi Ərizəçi4 məhkəməyə ərizə göndərərək şəxsi işləri ilə əlaqədar məhkəmə iclasına gələ bilmədiklərini göstərmiş və işə onların iştirakları olmadan baxılaraq ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.6-cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan JN:0065 kod 30103028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 11 dekabr 1997-ci il tarixli 17/2 nömrəli qərarı ilə Qusar rayonu Avaranqışlaq kəndində yerləşən 3.05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X8, X9, X10 və X6 xüsusi mülkiyyətlərinə verilmişdir. İşdə olan Qusar rayon İHB-nın Kuzunqışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 07 sentyabr 2020-ci il tarixli 546 saylı arayışdan görünür ki, JN:0065 KOD 30103028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət X1, X14, X17 və X2 yazılmış, əslində isə hüquq sahiblərinin adları soyadları, atalarının adı Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 kimi yazılmalı və oxunmalıdır. İşdə olan Seriya AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi4 xx.xx.1992-ci ildə Qusar rayonu Avaran kəndində anadan olmuş, Avaran Qışlaq kəndində yaşayır. İşdə olan Seriya AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1989-cu ildə Qusar rayonu Avaran Qışlaq kəndində anadan olmuş, həmin kənddə yaşayır. İşdə olan Seriya AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1953-cü ildə Qusar rayonu Çiləgir kəndində anadan olmuş, Qusar rayonu Avaran Qışlaq kəndində yaşayır. İşdə olan Seriya AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 xx.xx.1989-cu ildə anadan olmuşdur. İşdə olan Qusar rayon İHB-nın Kuzunqışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 16 noyabr 2020-ci il tarixli 655, 656, 657 və 658 saylı arayışlardan görünür ki, Ərizəçi4, Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 hal-hazırda Qusar rayonu Avaranqışlaq kəndində yaşayırlar. İşdə olan AZ-İ 744609 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X25 ilə X7 nikahları Qusar rayon İHB-nın Kuzunqışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində bağlanmış 03 avqust 2012-ci il tarixli 14 saylı akt qeydi ilə rəsmiləşdirilmiş, Əlvidə Murtuzayeva “Aslanova” soyadını qəbul etmişdir. İşdə olan V-ЖГ 417498 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə X12 nikahları Qusar rayon Avaran kənd sovetində bağlanmış 22 iyun 1991-ci il tarixli 11 saylı akt qeydi ilə rəsmiləşdirilmiş, Ramizə Hacıyeva “Murtuzayeva” soyadını qəbul etmişdir İşdə olan AZ-İİ 315996 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X18 ilə X16 nikahları Qusar rayon İHB-nın Kuzunqışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində bağlanmış 07 iyul 2008-ci il tarixli 06 saylı akt qeydi ilə rəsmiləşdirilmiş, Xavər Hacıyeva “Fərzaliyeva” soyadını qəbul etmişdir İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 14.10.2020-ci il tarixli **********32 saylı məktubundan görünür ki, DT və XK tərəfindən verilmiş JN-0065 KOD 30103028 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi həmin idarənin səlahiyyətlərinə aid deyildir. Bununla bağlı məhkəməyə müraciət etməsi Ərizəçi1 tövsiyyə edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, ərizəçilər tərəfindən təqdim edilmiş Qusar rayonu Avaranqışlaq kəndində yerləşən 3.05 ha torpaq sahəsinə dair verilmiş KOD 30103028 JN:0065 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı onlar üçün hüquq müəyyənedici sənəddir, belə ki, həmin sənəd əsasında onlar qanunla müəyyən edilmiş qaydada sərəncam hüquqlarını həyata keçirməlidirlər. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, həqiqətən də, Qusar rayonu Avaranqışlaq kəndində yerləşən 3.05 ha torpaq sahəsinə dair verilmiş dövlət aktında hüquq sahibləri kimi göstərilmiş şəxslər məhz ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4dır. Bu hal məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə tam təsdiq olunur. Ona görə də, həmin Dövlət Aktının həmin şəxslərə məxsus olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçilərin öz tələblərinin əsası kimi istinad etdikləri hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Qusar rayonu Avaranqışlaq kəndində yerləşən 3.05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair verilmiş KOD 30103028 JN:0065 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar