Məhkəmə qərarları › İş №2(029)-394/2023

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-394/2023

12.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-394/2023 12.06.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən Maraqlı şəxs4, Maraqlı şəxs3, Maraqlı şəxs2, Maraqlı şəxs1, X2, Ərizəçi2 Şixmurad qızının, adlarına verilmiş JN:514 KOD 30107018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının onlara, yəni Maraqlı şəxs4. Maraqlı şəxs3 oğuna, Maraqlı şəxs2, Maraqlı şəxs1, Ərizəçi1, Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Qusar rayonunda torpaq islahatları keçirilərkən Aqrar İslahat Komissiyasının 25 dekabr 1999-cu il tarixli 14/3 saylı qərarına əsasən Maraqlı şəxs4, Maraqlı şəxs3, Maraqlı şəxs2, Maraqlı şəxs1, Ərizəçi1, Ərizəçi2 Qusar rayonunun Gedəzeyxur kəndi ərazisindən 2.63 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədləri üçün nəzərdə tutulmuş pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə mülkiyyət hüquqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:514 KOD 30107018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə təsdiq edilmişdir. X8 Ərizəçi2 atasının adı səhvən “Şixmurad”, Ərizəçi1 adı və atasının adı səhvən “Əliyar Fazil” oğlu kimi qeyd edilmişdir. Bu yaxınlarda onlar X8 olan torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən sənədləri almaq üçün maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə müraciət etmişlər. X9 və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:514 KOD 30107018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında Ərizəçi2 atasının adı səhvən “Şixmurad”, Ərizəçi1 adı və atasının adı səhvən “Əliyar Fazil” oğlu kimi qeyd edildiyi üçün DƏDRX-nin 5 saylı Ərazi İdarəsi onlara lazım olan sənədləri verməkdən imtina etmişdir. Ona görə də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:514 KOD 30107018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının onlara məxsus olması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişlər, Ərizəçi1 etibarnamə üzrə nümayəndəsi Maraqlı şəxs1 və Ərizəçi2 məhkəməyə ərizə göndərərək bildirmişlər ki, onlar ərizəni müdafiə edirlər. Bundan başqa şəxsi işləri ilə əlaqədar 12 iyun 2023-cü il tarixə saat 10:00a təyin olunmuş məhkəmə iclasına gələ bilmirlər, işə onların iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, həmin şəxlər və idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4 və 185.6-cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN:514 KOD 30107018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 25 dekabr 1999-cu il tarixli 14/3 saylı qərarı ilə Qusar rayonu Gedəzeyxur kəndində yerləşən 2.63 ha torpaq sahəsi Maraqlı şəxs1, Ərizəçi2 Şixmurad qızının, Maraqlı şəxs2, X2, Maraqlı şəxs3 və Maraqlı şəxs4 xüsusi mülkiyyətlərinə verilmişdir. İşdə olan Qusar RİHB-nın Gedəzeyxur kənd İƏD üzrə nümayəndəliyindən verilmiş 868 saylı xx.xx.2021-ci il tarixli arayşdan görünür ki, JN-514 kod 30107018 torpağa mülkiyyət hüququna dair X4a Sayadnisə Şixmurad qızı əvəzinə Ərizəçi2 oxunmalıdır. İşdə olan Qusar RİHB-nın Gedəzeyxur kənd İƏD üzrə nümayəndəliyindən verilmiş 873 saylı xx.xx.2021-ci il tarixli arayşdan görünür ki, JN:514 KOD 30107018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət X1 əvəzinə Ərizəçi1 oxunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən təqdim edilmiş JN:514 KOD 30107018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı həmin şəxslər üçün hüquq müəyyənedici sənəddir, belə ki, həmin sənəd əsasında o, X8 göstərilən torpaq sahəsinə dair sərəncam hüquqlarını həyata keçirilməlidir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, həqiqətən də, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən Maraqlı şəxs4, Maraqlı şəxs3, Maraqlı şəxs2, Maraqlı şəxs1, X2, Ərizəçi2 Şixmurad qızının, adlarına verilmiş JN:514 KOD 30107018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının Maraqlı şəxs4, Maraqlı şəxs3 oğuna, Maraqlı şəxs2, Maraqlı şəxs1, Ərizəçi1, Ərizəçi2 məxsus olması faktının müəyyən olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçilər öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən Maraqlı şəxs4, Maraqlı şəxs3, Maraqlı şəxs2, Maraqlı şəxs1, X2, Ərizəçi2 Şixmurad qızının, adlarına verilmiş JN:514 KOD 30107018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktını Maraqlı şəxs4, Maraqlı şəxs3 oğuna, Maraqlı şəxs2 qızma, Maraqlı şəxs1, Ərizəçi1, Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar