Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-399/2025 10.04.2025 QUSAR RAYON MƏHKƏMƏSİ X1 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, Ərizəçi İddiaçı sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi İddiaçı sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “İddiaçı Bağıəli qızının adma verilmiş JN:008F KOD 30127018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin ona, yəni ərizəçi İddiaçı məxsus olması faktının müəyyənləşdirilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi İddiaçı ərizəni onunla əsaslandırmışdır ki, Qusar rayonunda torpaq islahatları keçirilərkən ona Qusar rayonunun Quxur Oba kəndi ərazisindən 0,12 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə onun mülkiyyət hüquqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:008F KOD 30127018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə təsdiq edilir. Həmin Şəhadətnamədə onun ata adı səhvən “Bağıəli qızı” qeyd edilmişdir. Şəxsiyyətini təsdiq edən bütün sənədlərdə onun ata adı “Bağış qızı”qeyd edilmişdir. Əslində JN:008F KOD 30127018 saylı Şəhadətnamədə də ata adım şəxsiyyətini təsdiq edən sənədlərə uyğun qeyd edilməli idi. O, həmin Şəhadətnamədə olan torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınması üçün üçüncü şəxs DƏDKR PHŞ-in 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Lakin, JN:008F KOD 30127018 saylı Şəhadətnamədə onun ata adı səhvən “Bağıəli qızı”qeyd edildiyi üçün DƏDKR PHŞ-in 5 saylı Xaçmaz Ərazi İdarəsi 30 yanvar 2025-ci il tarixli məktubla ona çıxarış verməkdən imtina etmişdir. Ona görə həmin Şəhadətnamənin ona, yəni ərizəçi İddiaçın məxsus olması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Ərizəçi İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək məhkəmə iclasına gələ bilmədiyini göstərmiş və işə onun iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4 və 185.6-cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN:008F KOD 30127018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Qusar rayonu Quxur oba kəndi ərazisində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi “İddiaçı Bağıəli qızı”nın mülkiyyətinə verilmişdir. İşdə olan Qusar rayon İHB-nın Quxuroba kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 16 yanvar 2025-ci il tarixli 5-63-13/2-T-7-42-6/2025 saylı arayışdan görünür ki, JN-008F Kod 30127018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə adı qeyd olunmuş İddiaçı Bağıəli qızı əslində şəxsiyyət vəsiqəsində adı qeyd olunduğu kimi İddiaçı oxunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən təqdim edilmiş JN-054F Kod 30109028 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə həmin şəxs üçün hüquq müəyyənedici sənəddir, belə ki, həmin sənəd əsasında o, həmin sənəddə göstərilən torpaq sahəsinə dair mülkiyyət hüququnu həyata keçirməlidir. Məhkəmə tərəfindən araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, həqiqətən də, JN-008F Kod 30127018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə hüquq sahibi kimi qeyd olunmuş şəxs məhz ərizəçi İddiaçıdır. Lakin, həmin sənəddə yuxarıda qeyd olunan səhvlərə yol verilmişdir. Bu hal məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərlə təsdiq olunur. Ona görə də, həmin şəhadətnamənin ərizəçi İddiaçı məxsus olması faktı müəyyən olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “İddiaçı Bağıəli qızı”nın adma verilmiş JN:008F KOD 30127018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin ərizəçi İddiaçı məxsus olması faktı müəyyən olunsun. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ANAR QASİMOV
Məhkəmə qərarları › İş №2(029)-399/2025
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-399/2025
10.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver