Məhkəmə qərarları › İş №2(029)-401/2020

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-401/2020

18.06.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-401/2020 18.06.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı İsmayılova (Pirverdiyeva) Sevil Pirvəli qızının Cavabdeh2 nümayəndəsi və vəkili X45 iştirakları ilə, İddiaçı İsmayılova (Pirverdiyeva) Sevil Pirvəli qızının cavabdehlər Qusar rayon Notariat Kontoruna, Cavabdeh2, üçüncü şəxslər X12, X17, Cavabdeh3 və Cavabdeh4 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Qusar şəhərində xx xxxx 2020-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı İsmayılova (Pirverdiyeva) Sevil Pirvəli qızı cavabdeh lər Qusar rayon Notariat Kontoruna, Cavabdeh2, üçüncü şəxslər X12, X17, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar rayon Dövlət Notariat Kontoru tərəfindən verilmiş xx xxxxxx 2011-ci il tarixli 2V-168 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı İsmayılova (Pirverdiyeva) Sevil Pirvəli qızı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, xx xxxx 1957-ci il tarixdə Qusar şəhərində anadan olmuşdur. X24 İbrahimoviç və X9 olmuşdur. Atası Pirvəli xx xxxxxx 1983-cü il tarixdə, anası Leylifər isə xx xxxxxx 1997-ci il tarixdə vəfat etmişlər. Valideynləri vəfat etdikdən sonra onların ünvan 8 saylı ünvanda 0.06 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində ümumi sahəsi 43.7 kv.metr olan fərdi yaşayış evi qalmışdır. Valideynləri vəfat etdikdən sonra isə ona məlum olmayan şəraitdə və vaxtda həmin ev və torpaq sahəsi vərəsəlik qaydasında qardaşı X27 mülkiyyətinə keçmişdir. Bu barədə ona sonradan məlum olmuşdur. Belə ki, o, valideynlərinin mirasını vərəsə kimi qəbul etmək üçün Qusar rayon Notariat Ofisinə müraciət etmişdir. X7 adına vərəsəlik şəhadətnaməsi verilərkən onun da vərəsə olmağı nəzərə alınmamış və onun xəbəri olmadan həmin evə və torpaq sahəsinə X27 vərəsəlik hüququ müəyyən olunaraq adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. X42 xx xxxx 2019-cu il tarixdə vəfat etmiş, vəfat etdikdən sonra həmin miras qızı Cavabdeh2 verilmişdir. X27 adına vərəsəlik şəhadətnaməsinin verilməsinə əsas Qusar RİHB-nın Qusar şəhər inzibati ərazi nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxxx 2011-ci il tarixli 6008 nömrəli Arayış olmuşdur. Həmin arayışda vərəsələrin dairəsi tam olaraq göstərilməmişdir. Bununla da, X27 adına Qusar rayon Notariat Kontoru tərəfindən verilmiş xx xxxxxx 2011-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə düzgün verilməmiş, şəhadətnamə verilərkən miras qoyanın vərəsələri tam müəyyən edilməmiş, nəticədə onun vərəsə kimi hüququ pozulmaqla, mirasdan pay almaq hüququndan məhrum olmuşdur. Bundan başqa mərhum qardaşı X42 özü mərhum valideynlərinin mirasını qəbul etmək üçün müəyyən olunmuş müddəti ötürmüş və xx xxxxxx 2011-ci il tarixdə notariat qaydasında təsdiq olunmuş ərizə verərək həmin mirası qəbul etmədiyini, bu barədə gələcəkdə məhkəməyə müraciət etməyəcəyini bildirmişdir. Belə olan halda, həmin miras notariat qaydasında mərhum qardaşı Akifin adına verilə bilməzdi. Ümumiyyətlə, mərhum valideynlərinin ondan başqa digər bütün vərəsələri mirası qəbul etmək istəməmələri barədə ərizələr vermişlər. Belə ki, onun mərhum valideynlərinin ölümündən sonra miras qalmış əmlaklarda birinci dərəcəli vərəsə kimi payı vardır və həmin pay onun adına rəsmiləşdirilməlidir. Buna görə də Qusar rayon Notariat Kontoru tərəfindən verilmiş xx xxxxxx 2011-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə ləğv edilməli və onun pozulmuş hüquqları bərpa edilməlidir. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili X55 iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı İsmayılova (Pirverdiyeva) Sevil Pirvəli qızı Cavabdeh2 və qeyrilərinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddia qaldırmışdır. Cavabdeh2 babası X31 xx xxxxxx 1983-cü il tarixdə, nənəsi X9 isə xx xxxxxx 1997-ci il tarixdə vəfat etmişlər. Onların vəfatından sonra Qusar şəhəri, M.Paşayev küçəsi, 5 saylı ünvanda 0.06 hektar həyətyanı torpaq sahəsi və orada yerlşən 1 mərtəbəli fərdi yaşayış evi qalmışdır. Cavabdehin babası X31 və nənəsi X9 vəfat etdikdən sonra onlardan miras qalmış Qusar şəhəri, M.Paşayev küçəsi, 5 saylı ünvanda yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsini və orada yerləşən 1 mərtəbəli yaşayış evini Cavabdeh2 atası, vəfat etmiş şəxslərin doğma oğlu X42 faktiki qəbul edərək həmin daşınmaz əmlakları idarə etmişdir. Bundan sonra cavabdehin X15 valideynlərindən miras qalmış həmin daşınmaz əmlaklara dair Qusar rayon Notariat Kontoruna mirası qəbul etdiyi barədə ərizə vermiş və Qusar rayon Notariat Kontoru tərəfindən xx xxxxxx 2011-ci il tarixdə Qusar şəhəri, M.Paşayev küçəsi, 5 saylı ünvanda yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsinə və orada yerləşən 1 mərtəbəli fərdi yaşayış evinə cavabdehin X15nun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İddiaçı İsmayılova (Pirverdiyeva) Sevil Pirvəli qızı Cavabdeh2 bibisi, yəni cavabdehin X15nun bacısıdır. Cavabdehin babası X31 və nənəsi X9 vəfat etdikdən sonra onlardan miras qalmış Qusar şəhəri, M.Paşayev küçəsi, 5 saylı ünvanda yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsini və orada yerləşən 1 mərtəbəli yaşayış evini iddiaçı X38 faktiki qəbul etməmiş və həmin əmlakları idarə etməmiş, eləcə də həmin evdə yaşamamışdır. Həmçinin iddiaçı İsmayılova (Pirverdiyeva) Sevil Pirvəli qızı qanunla müəyyənləşdirilmiş müddət ərzində Qusar rayon Notariat Kontoruna həmin mirası qəbul etdiyi barədə ərizə verməmişdir. Cavabdehin atası Akif Pirverdiyev xx xxxx 2019-cu il tarixdə vəfat etmişdir. Cavabdehin atasının ölümündən sonra isə həmin daşınmaz əmlakı Cavabdeh2 vərəsəlik qaydasında qəbul edərək həmin daşınmaz əmlaka dair öz adına daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış almışdır. İddiaçı İsmayılova (Pirverdiyeva) Sevil Pirvəli qızı yalnız 2019-cu ilin dekabrında X24 İbrahimoviç və X1 miras qalmış Qusar şəhəri, M.Paşayev küçəsi, 5 saylı ünvanda yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsinə və orada yerləşən 1 mərtəbəli yaşayış evinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Qusar rayon Notariat Kontoruna müraciət etmişdir. Lakin həmin daşınmaz əmlaklara artıq xx xxxxxx 2011-ci il tarixdə iddiaçının qardaşı X27 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyi üçün Qusar rayon Notariat Kontoru iddiaçıya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Bundan sonra iddiaçı İsmayılova (Pirverdiyeva) Sevil Pirvəli qızı Cavabdeh2 və qeyrilərinə qarşı iddia qaldırmışdır. İddiaçı İsmayılova (Pirverdiyeva) Sevil Pirvəli qızı valideynlərinin ölümündən sonra onlardan miras qalmış Qusar şəhəri, M.Paşayev küçəsi, 5 saylı ünvanda yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsi və orada yerləşən 1 mərtəbəli yaşayış evi barəsində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə uyğun olaraq mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməmiş və ya həmin əmlaka sahiblik etməmiş və ya əmlakı idarə etməmişdir. Ona görə də iddiaçı İsmayılova (Pirverdiyeva) Sevil Pirvəli qızının hazırki iddiası əsassız olduğundan rədd edilməlidir. Qeyd edilənləri nəzərə alıb iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh2 nümayəndəsi və vəkili X55 məhkəməyə iddia müddətinin tədbiq olunması haqqında ərizə verərək iddiaçı İsmayılova (Pirverdiyeva) Sevil Pirvəli qızının Cavabdeh2 və qeyrilərinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair iddiasının iddia müddəti tədbiq etməklə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs X28 xx xxxx 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Qusar rayon Notariat Ofisi xx xxxx 2020-ci il tarixdə məhkəməyə məktub göndərərək, mülki işlə bağlı keçiriləcək məhkəmə baxışı iclasında xidməti zərurətlə əlaqədar iştirak edə bilmədikləri üçün işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Həmçinin iş üzrə iddianı qəbul etdiklərini qeyd etmişlər. Üçüncü şəxslər X20, X28, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə qeyd edilənləri nəzərə alıb cavabdeh Qusar rayon Notariat Ofisinin nümayəndəsinin, üçüncü şəxslər X10, X13, Cavabdeh3 və Cavabdeh4 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı İsmayılova (Pirverdiyeva) Sevil Pirvəli qızının və Cavabdeh2 nümayəndəsi və vəkili X45 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia əsassızdır. Belə ki, işdə olan İ-ЖГ № 362892 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X34 xx xxxx 1957-ci il tarixdə anadan olmuşdur. Atası X31, anası X4r. İşdə olan V-ЖГ № 396226 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X39 ilə X34 arasında xx xxxxxxxx 1990-cı il tarixdə Qusar rayonu VVAQ-da 110 nömrəli akt qeydi ilə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına İsmayılova soyadı verilmişdir. İşdə olan İİ-ЖГ № 351636 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətondən görünür ki, X31 xx xxxxxx 1983-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx xxxxxx 1983-cü il tarixdə 5 nömrə ilə qeyd edilmişdir. İşdə olan V-ЖГ № 287845 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X9 xx xxxxxx 1997-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx xxxxxx 1997-ci il tarixdə 117 nömrə ilə qeyd edilmişdir. İşdə olan İ-ЖГ № 362891 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X42 xx xxxxxx 1955-ci il tarixdə anadan olmuşdur. X8, anası X4r. İşdə olan AZ-İ № 990083 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X42 xx xxxx 2019-cu il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx xxxx 2019-cu il tarixdə 72 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Vİİİ-ЖГ № 315062 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh4 xx xxxxxx 1981-ci il tarixdə anadan olmuşdur. X15, anası X11. İşdə olan Vİ- ЖГ № 341027 nömrəli doğum haqqında şəhadətnamənin Cavabdeh3 xx xxxxxx 1978-ci il tarixdə anadan olmuşdur. X15, anası X11. İşdə olan Qusar RİHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli, 3067 nömrəli Arayışdan görünür ki, İddiaçı Qusar şəhəri, T.İsmayılov küçəsi 68 saylı evdə yaşayır. İşdə olan АЗ-№ 201867nömrəli evlənmək haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X31 ilə X14 arasında xx xxxxxx 1950-ci il tarixdə Qusar rayon BBAQ şöbəsində 44 nömrəli akt qeydi ilə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Pirverdiyeva soyadı verilmişdir. İşdə olan Qusar şəhər XDS İcraiyyə Komitəsinin xx xxxxxxxx 1985-ci il tarixli 7 nömrəli qərarından görünür ki, Qusar şəhəri, Krupskaya küçəsi 5 nömrəli evdə yaşayan X42 anası X18 ilə birlikdə yaşayıb, yaşayış yerindən darısqallıq çəkdiyindən və tək təsərrüfat qurmaq istədiyindən X35 anası X6 ayrılmasına icazə verilmişdir. İşdə olan Qusar rayon İcra Hakimiyyəti Başçısının Qusar şəhər inzibati ərazi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1605 nömrəli, xx xxxx 1998-ci il tarixli Arayışdan görünür ki, Qusar şəhəri, Krupskaya küçəsi 5 nömrəli evdə yaşayan X27 X8, anası X9 vəfat etdikdən sonra X30, X42, X34, X28 və X40 adlı vərəsələri qalmışdır. İşdə olan xx xxxx 2019-cu il tarixdə Qusar rayon Notariat Ofisində təsdiq edilmiş və reyestrdə 2V-536 nömrə ilə qeyd edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, ƏMDK-nın yanında DƏDRX-nin Ərazi İdarəsinin rəisi tərəfindən xx xxxxxx 2013-cü il tarixdə X35 verilmiş **********14 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.05 hektar olan torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 46.4 kv.metr olan fərdi yaşayış evinə dair Cavabdeh2 vərəsəlik hüququ verilmişdir. İşdə olan X42 tərəfindən Qusar rayon Dövlət Notariat Kontoruna ünvanlanmış ərizənin təsdiq olunmuş surətindən görünür ki, X42 xx xxxxxx 1997-ci ildə vəfat etmiş mərhum anası X1 miras qalmış əmlakları, ona çatan payı nə faktiki, nədə ki ərizə ilə müraciət edərək qəbul etməmişdir. Hal-hazırda qəbul etmir. 6 aylıq müddəti buraxmışdır, həmin müddətin bərpası üçün və payın tələbi ilə əlaqədar gələcəkdə məhkəməyə müraciət etməyəcək. İşdə olan Qusar RİHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli 3012 nömrəli Arayışdan görünür ki, X9 vəfat etdiyi günədək Qusar şəhəri, T.İsmayılov küçəsi 68 saylı evdə yaşamışdır və vəfatından sonra vərəsələri olaraq xx xxxxxx 1983-cü il tarixdə vəfat etmiş həyat yoldaşı X31, 1951-ci il təvəllüdlü X21, xx xxxx 2019-cu il tarixdə vəfat etmiş X42, 1957-ci il təvəllüdlü İsmayılova (Pirverdiyeva) Sevil Pirvəli qızı, X28 və 1964-cü il təvəllüdlü X40 qalmışlar. İşdə olan xx xxxxxx 2011-ci il tarixli, 2V-168 nömrə ilə reyestrdə qeyd olunmuş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx xxxxxx 1983-cü ildə vəfat etmiş X19 vərəsəsi ünvan 4 ünvanında qeydiyyatda olan oğlu X36r. Şəhadətnamənin verildiyi miras əmlakı ünvan 5 ünvanında 0.06 ha torpaq və sahəsi və üzərində yerləşən ümumi sahəsi 43.7 kv.metr olan fərdi yaşayış evidir. İşdə olan xx xxxx 2012-ci il tarixli, 2V-598 nömrə ilə reyestrdə qeyd olunmuş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx xxxxxx 2003-cü ildə vəfat etmiş X2 vərəsəsi ünvan 6 ünvanında qeydiyyatda olan oğlu X36r. Şəhadətnamənin verildiyi miras əmlakı Əmanət Kassasına qoyulmuş 0571261, 0571248, 07900114, 07900116, 57542 nömrəli hesabdakı puldur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qusar rayon Notariat Ofisi tərəfindən Cavabdeh3 nümayəndəsi İddiaçı ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli X- 1110 nömrəli cavab məktubundan görünür ki, İddiaçı xx xxxx 2019-cu il tarixdə vəfat etmiş X22 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi, miras əmlakına tam olaraq Cavabdeh2 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verildiyi üçün mümkün olmamışdır. Bununla bağlı hər hansı bir mübahisə varsa, həmin mübahisənin həlli üçün məhkəməyə müraciət edilməsi məqsədə uyğundur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qusar rayon Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli X-1111 nömrəli cavab məktubundan görünür ki, İddiaçı xx xxxxxx 1983-cü ildə vəfat etmiş X16 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi, miras əmlakına tam olaraq X23 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi münkün olmamışdır. Bununla bağlı hər hansı bir mübahisə varsa, həmin mübahisənin həlli üçün məhkəməyə müraciət edilməsi məqsədə uyğundur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qusar rayon Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli X-1112 nömrəli cavab məktubundan görünür ki,xx xxxxxx 2003-cü ildə vəfat etmiş X3 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi, miras əmlakına tam olaraq X23 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi münkün olmamışdır. Bununla bağlı hər hansı bir mübahisə varsa, həmin mübahisənin həlli üçün məhkəməyə müraciət edilməsi məqsədə uyğundur. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 129 nömrəli, xx xxxxxxxx 2011-ci il tarixli müqavilə və digər əsaslar üzrə vəfat etmiş şəxsə məxsus olmuş, üzərində mülkiyyət və digər əşya hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka dair hüquqların rəsmiləşdirilməsinin mümkünlüyü barədə Arayışın surətindən görünür ki, X27 təqdim etdiyi hüquq müəyyənedici sənədlər mərhum X26 aid olan ünvan 8 ünvanında 0.06 hektar torpaq sahəsi və üzərində yerləşən bir mərtəbəli, ümumi sahəsi 43.7 kv.metr olan fərdi yaşayış evi üzərində mülkiyyət və ya digər əşya hüquqlarının tam mülkiyyət hüququ əsasında qanunvericiliyə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına əsas verir. Bu arayış əsasında mərhumun vərəsəsi müəyyən edildiyi təqdirdə həmin daşınmaz əmlak üzərində vərəsənin hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınabilir. İşdə olan ünvan 2 ünvanında qeydiyyatda olan X5 notarial qaydada təsdiq olunmuş ərizəsinin surətindən görünür ki, xx xxxx 2019-cu ildə vəfat etmiş mərhum X22 miras qalmış əmlakların, ona çatan payı, məcburi payı nə faktiki nədə ki ərizə ilə müraciət edərək qəbul etməmişdir. Payın tələbi ilə əlaqədar gələcəkdə məhkəməyə müraciət etməyəcək. İşdə olan ünvan 9 ünvanında qeydiyyatda olan X58, ünvan 2 ünvanında qeydiyyatda olan Pirverdiyeva Gözəl Akifovnanın notarial qaydada təsdiq olunmuş ərizəsinin surətindən görünür ki, xx xxxx 2019-cu ildə vəfat etmiş mərhum X22 miras qalmış əmlakların, onlara çatan payı, məcburi payı nə faktiki nə də ki ərizə ilə müraciət edərək qəbul etməmişlər. Payın tələbi ilə əlaqədar gələcəkdə məhkəməyə müraciət etməyəcəklər. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Seriya RX № ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında aşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 10 ünvanında yerləşən **********14-10301 reyestr nömrəli 0.06 hektar həyətyanı torpaq sahəsi və üzərində yerlşən ümumi sahəsi 46.4 kv.metr olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X35 məxsusdur. Beləliklə, məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, Qusar şəhəri, M.C.Paşayev küçəsi, 5 saylı ünvanda yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 46.4 kv.metr olan 1 mərtəbəli fərdi yaşayış evi İddiaçı və Cavabdeh2 X15nun atası X26 məxsus olmuşdur. Sonuncu, xx xxxxxx 1983-cü ildə vəfat etmişdir. O, vəfat etdikdən sonra həmin evdə X42 qeydiyyatda olmaqla yaşamış, həmin evə və torpaq sahəsinə sahiblik etməklə onları idarə etmiş və bununla da, həmin vaxtdan həmin mirası faktiki olaraq qəbul etmişdir. Mirası faktiki olaraq qəbul etməklə yanaşı o, həm də mirasın qəbul edilməsi ilə bağlı Qusar rayon Notariat Kontoruna müraciət etmiş, mirası qəbul etmək barədə öz istəyini bildirmiş və həmin notariat kontoru tərəfindən həmin şəxsin adına xx xxxxxx 2011-ci il tarixli 2V-168 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilmişdir. İddiaçı isə mərhum Pirvəli Pirverdiyev vəfat etdiyi vaxtdan, yəni xx xxxxxx 1983-cü il tarixdən etibarən həmin mirasın qəbul edilməsi ilə bağlı heç bir iradə ifadəsi bildirməmiş, bu barədə notariat kontoruna müraciət etməmiş, həmçinin mirasın faktiki qəbul edilməsi istiqamətində heç bir hərəkətlər etməmişdir. Hazırda iddiaçı tərəfindən mübahisələndirilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildikdən sonra da, iddiaçı mirasla bağlı heç bir iradə ifadəsi bildirməmiş, mirasa dair hər hansı mübahisə yaratmamışdır. Yalnız, xx xxxx 2019-cu il tarixdə Akif Pirverdiyev vəfat etdikdən sonra iddiaçı mirası qəbul etmək istəyini bildirmiş və bununla bağlı hazırkı iddianı irəli sürmüşdür. Bununla da, həmin şəhadətnamə verilərkən Mülki Məcəllənin tələbləri, o cümlədən iddiaçının mənafeyi pozulmamışdır. Bundan başqa, İddiaçı tərəfindən mərhum Pirvəli Pirverdiyev vəfat etdiyi vaxtdan, yəni xx xxxxxx 1983-cü il tarixdən indiyədək mirası hansı səbəblərdən qəbul etməməsi, qanunla müəyyən olunmuş müddəti ötürməsi, eləcə də, mübahisələndirilən şəhadətnamənin barəsində həmin şəhadətnamənin verildiyi vaxtdan uzun müddət keçdikdən, yəni iddia müddəti ötürüldükdən sonra hazırkı iddianı verməsi əsaslandırılmamış, bu barədə heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mirasın qəbul edilməsi müddəti, o cümlədən iddia müddəti üzürsüz səbəbdən ötürülmüşdür. Ona görə də, məhkəmə hazırkı iddiaya dair iddia müddətinin tətbiq edilməsi barədə cavabdeh tərəfin ərizəsi ilə razılaşaraq iddia müddətinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara qiymət verərək məhkəmə hesab edir ki, iddiaçı İsmayılova (Pirverdiyeva) Sevil Pirvəli qızının cavabdehlər Qusar rayon Notariat Kontoruna, Cavabdeh2, üçüncü şəxslər X12, X17, Cavabdeh3 və Cavabdeh4 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddiası əsassız olduğundan, həmçinin iddia müddəti tədbiq edilməklə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354-cü maddəsinə əsasən Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Həmin Məcəllənin 372-ci maddəsinə əsasən Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373-cü maddəsinə əsasən Ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. Həmin Məcəllənin 375-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Həmin Məcəllənin 1321.2-ci maddəsinə əsasən Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Həmin Məcəllənin 1321.3-cü maddəsinə əsasən vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Həmin Məcəllənin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı İsmayılova (Pirverdiyeva) Sevil Pirvəli qızının cavabdehlər Qusar rayon Notariat Kontoruna, Cavabdeh2, üçüncü şəxslər X12, X17, Cavabdeh3 və Cavabdeh4 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddiası əsassız olduğundan, həmçinin iddia müddəti tədbiq edilməklə rədd edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar