Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-407/2021 14.04.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazu İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsinə baxaraq, Müəyyən etdim: Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazu İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Ərizədən və ona əlavə olunmuş sənədlərdən görünür ki, ərizədə Ərizəçi qeydiyyat ünvanı ünvan 1ı şəhəri Nərimanov rayonu Kazım Kazımzadə küçəsi ev 7 dalan 2 mənzil 136 göstərilmişdir. Ərizə üzrə tələb isə Azərbaycan Respublikasının MPM-nin 307.2.6-cı maddəsində nəzərdə tutulan daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi deyil, həmin Məcəllənin 307.2.5-ci maddəsində nəzərdə tutulan hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi təşkil edir. Azərbaycan Respublikasının MPM-nin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 309.2-ci maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi haqqında ərizələr daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsinə verilir. Belə olan halda, hesab edirəm ki, hazırkı ərizə hüquq müəyyənedici sənəddə göstərilən daşınmaz əmlakın olduğu yer üzrə Qusar rayon məhkəməsinə deyil, ərizəçinin yaşadığı yer üzrə Abşeron rayon məhkəməsinə və ya Bakı şəhəri Nərimanov rayon məhkəməsinə verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ona görə də, hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 152.1.3, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: Ərizə və ona əlavə edilmiş sənədlər Ərizəçi geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar.
Məhkəmə qərarları › İş №2(029)-407/2021
Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-407/2021
14.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver