Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-410/2024 25.06.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Əliyeva (Yarəhmədova) Sürəhi Əlibaba qızının və Ərizəçi4 maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Əliyeva (Yarəhmədova) Sürəhi Əlibaba qızı və Ərizəçi4 maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “X12”un, “Ərizəçi2”nın, “Ərizəçi1”nın, “Ərizəçi4”nun, “X10”nun və “X3 adlarına verilmiş 08 noyabr 2001-ci il tarixli JN:005F KOD 30124038 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin onlar, ərizəçilər Ərizəçi2, Ərizəçi1, Əliyeva (Yarəhmədova) Sürəhi Əlibaba qızına, Ərizəçi4 və mərhum X7 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Qusar rayonunda torpaq islahatları keçirilərkən Qusar rayon Aqrar İslahat Komissiyasının 30 sentyabr 1997-ci il tarixli 14/2 saylı qərarına əsasən onlar ərizəçilər Ərizəçi1, Ərizəçi2, Əliyeva (Yarəhmədova) Sürəhi Əlibaba qızına, Ərizəçi4 habelə X7 Qusar rayonunun Kuf-oba kəndi ərazisindən 0,30 ha fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə onların mülkiyyət hüquqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş 08 noyabr 2001-ci il tarixli JN:005F KOD 30124038 saylı torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamə ilə təsdiq edilir. Həmin torpaq sahəsinin mülkiyyətçilərindən X12 11 yanvar 2012-ci il tarixdə vəfat etmişdir. Mülkiyyətçilərin adlarına verilmiş həmin şəhadətnamədə ərizəçi Əliyeva (Yarəhmədova) Sürəhi Əlibaba qızının adı səhvən “Sürahi", Ərizəçi2 adı isə səhvən ikinci dəfə “Aliyə” kimi qeyd edilmişdir. Digər mülkiyyətçilərin soyadı, adı və ata adı həmin şəhadətnamədə düzgün qeyd edilmişdir. Şəxsiyyətini təsdiq edən bütün sənədlərdə ərizəçi Əliyeva (Yarəhmədova) Sürəhi Əlibaba qızının adı “Sürəhi”, Ərizəçi2 adı “Alya”, qeyd edilmişdir. X18 və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş 08 noyabr 2001-ci il tarixli JN:005F KOD 30124038 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə də ərizəçilərin soyadı, adı və ata adları şəxsiyyətlərini təsdiq edən sənədlərə uyğun qeyd edilməli idi. Bu yaxınlarda onlar həmin şəhadətnamədə olan torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun hazırlanması üçün maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə müraciət etmişlər. X21 və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş 08 noyabr 2001-ci il tarixli JN:005F KOD 30124038 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə ərizəçilərin adları səhv və bir ərizəçinin adı təkrar qeyd edildiyi üçün DƏDRX-nin 5 saylı Ərazi İdarəsi onlara lazım olan sənədləri verməkdən imtina etmişdir. Ona görə də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş 08 noyabr 2001-ci il tarixli JN:005F KOD 30124038 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin onlar ərizəçilərə məxsus olması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Həqiqətən də ərizəçi Əliyeva (Yarəhmədova) Sürəhi Əlibaba qızının adının “Surahı”, Ərizəçi2 adı isə səhvən ikinci dəfə Aliyə kimi qeyd edilməsi səhv olduğu bir çox şahidlər də təsdiq edə bilər. Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Əliyeva (Yarəhmədova) Sürəhi Əlibaba qızına və Ərizəçi4 qızına məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişlər ki, onlar, ərizəni müdafiə edir. Həmçinin bildirmişlər ki, şəxsi işləri ilə əlaqədar məhkəmə iclaslarına gələ bilmirlər, işə onların iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişər. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4 və 185.6-cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, ərizəçinin izahatını dinləyərək, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Belə ki, işdə olan KOD 30124038 JN-005F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 30 sentyabr 1997-ci il tarixli 14/2 saylı qərarı ilə Qusar rayonu Kuf-oba kəndində yerləşən 0.30 ha torpaq sahəsi X5, Ərizəçi2, Ərizəçi1, Ərizəçi4, X4 və X3 xüsusi mülkiyyətlərinə verilmişdir. İşdə olan AZ-İ 462036 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 11 yanvar 2012-ci il tarixdə Qusar rayonu Kuf-oba kəndində ölmüşdür. İşdə olan AZ-İ 644587 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki,X1 ilə X6 nikahları 19 iyun 2011-ci il tarixdə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra qadın “Yarəhmədova” soyadını qəbul etmişdir. İşdə olan АЗ № 319125 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə YarƏrizəçi2 nikahları 20 yanvar 1974-cü il tarixdə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra qadın”Əliyeva” soyadını qəbul etmişdir. İşdə olan İV-ЖГ № 317109 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 xx xxxx 1976-cı il tarixdə anandan olmuşdur. X2, anası Ərizəçi2dır. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, həqiqətən də, KOD 30124038 JN-005F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə hüquq sahibi kimi qeyd olunmuş şəxslər məhz ərizəçilər Ərizəçi2, Ərizəçi1, Əliyeva (Yarəhmədova) Sürəhi Əlibaba qızı, Ərizəçi4 və mərhum X8r, lakin həmin Şəhadətnamədə yuxarıda qeyd olunan səhvlərə yol verilmişdir. Bu hal məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə tam təsdiq olunur. Ona görə də, həmin dövlət aktının ərizəçilər Ərizəçi2, Ərizəçi1, Əliyeva (Yarəhmədova) Sürəhi Əlibaba qızına, Ərizəçi4 və mərhum X7 məxsus olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçilərin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “X12”un, “Ərizəçi2”nın, “Ərizəçi1”nın, “Ərizəçi4”nun, “X10”nun və “X3 adlarına verilmiş 08 noyabr 2001-ci il tarixli JN:005F KOD 30124038 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ərizəçilər Ərizəçi2, Ərizəçi1, Əliyeva (Yarəhmədova) Sürəhi Əlibaba qızına, Ərizəçi4 və mərhum X7 məxsus olması faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-410/2024
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-410/2024
25.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver