Məhkəmə qərarları › İş №2(029)-413/2024

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-413/2024

12.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-413/2024 12.07.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı Nüsrəddin oğlunun etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh nümayəndəsi X7 iştirakları ilə, İddiaçı Nüsrəddin oğlunun Cavabdehnə və üçüncü şəxs Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X1rşı əsassız hesablanmış pul məbləğinin silinməsinə dair iddia ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Nüsrəddin oğlu Cavabdehnə və üçüncü şəxs Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X1rşı əsassız hesablanmış pul məbləğinin silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Xaçmaz X11 İdarəsinin Qusar XS-nin əməkdaşları tərəfindən qanunsuz olaraq tərtib olunmuş 22 may 2023-cü il tarixli, ******* №-li “Təbii X8nın pozulması haqqında” akt əsasında qəbul edilmiş 30 iyun 2023-cü il tarixli qərarın etibarsız hesab edilməsinə və əsassız hesablanmış 4458.24 (dörd min dörd yüz əlli səkkiz manat iyirmi dörd qəpik) manat borcun silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmçinin İddiaçı Nüsrəddin oğlu məhkəməyə ərizə təqdim edərək, MPM-nin 53-cü maddəsinə əsasən məhkəməyə iddia həcminin azaldılmasına dair müraciət edərək bildirmişdir ki, o, iddia ərizəsində Cavabdeh Xaçmaz X11 İdarəsinin Qusar XS-nin əməkdaşları tərəfindən qanunsuz olaraq tərtib olunmuş 22 may 2023-cü il tarixli, ******* №-li “Təbii X8nın pozulması haqqında” akt əsasında qəbul edilmiş 30 iyun 2023-cü il tarixli qərarın etibarsız hesab edilməsini xahiş etmişdir. Hal-hazırda o, əsassız hesablanmış 4458.24 (dörd min dörd yüz əlli səkkiz manat iyirmi dörd qəpik) manat borcun silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçı Nüsrəddin oğlu iddianı onunla əsaslandırmışdır ki, Xaçmaz RQİİ-nin Qusar xidmət sahəsinin əməkdaşları “Təbii X8nın pozulması haqqında akt tərtib olunarkən sayğacdan kənar rezin boru vasitəsilə təbii qazdan istifadə edib etməməsi ilə bağlı yerində xəttə baxış keçirməmiş, köhnədən qalmış, istismara yararsız rezin boru əsas götürərək guya o, qazdan qanunsuz istifadə etmiş, baxmayaraq ki, həmin vaxtı sayğac işlək vəziyyətdə olub və sayğacdan keçən qaz sərfiyyatı qeydə alınıb. Qusar xidmət sahəsinin əməkdaşları tərəfindən heç bir hüquqi əsası olmadan tərtib edilmiş “Təbii X8nın pozulması haqqında” akta əsasən heç vaxtı istifadə edilməyən və mövcud olmayan qaz cihazların sayına görə ona itirilmiş qazın bərpası üzrə hesabat aparmış və 37152 m3 müəyyən edilmiş və yaxud 4458.24 (dörd min dörd yüz əlli səkkiz manat iyirmi dörd qəpik) manat məbləğində dəymiş ziyan hesablanmışdır, halbu ki, əsassız hesablanmış qaz sərtfıyyatından dörd il müddətində istifadə etmir. Əgər həqiqətən də o, sayğacdan kənar xətdən istifadə etmişdirsə bəs sayğacdan keçən qaz kimin hesabına yazılmalıdır. Dəymiş ziyan həcmini aşağıda göstərilən formada hesablanmışdır; 1 ədəd PQ-3-ün maksimal saatlıq qaz sərfi 0.8 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün, qeyri standart istilik sistemi maksimal saatlıq qaz sərfi 3.5 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün,qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Evində qeyri standart istilik sistemindən heç vaxtı istifadə etməmiş, dörd ildən çoxdu ki, İstanbul istehsalı olan standart 20 lt. “kombi”dən istifadə edir, hansı əsasla ona qeyri standart istilik sistemindən istifadə etməsi əsas götürərək dəymiş ziyan hesablanmışdır. Xaçmaz RQİİ-nin Qusar xidmət sahəsinin hesablamalardan belə çıxır ki, mətbəxdə sutka ərzində 24 saat (sutka ərzində gecə gündüz) olmaqla 360 gün ərzində PQ-3 tipli qaz plitəsindən istifadə etmişdir. Bundan əlavə 1 ədəd qeyri standart istilik sistemi 360 gün ərzində (bütün fəsillərdə) 24 saat ərzində istifadə etmişdir. Onun (abonent kodu: **********00041) qaz sərfiyyat saldosuna əsasən: istifadə etdiyi qazın dəyəri 2021-ci ildə 413.40 manat, 2022-ci ildə 634.60 manat, 2023-ci ildə 579.14 manat təşkil edir. Cəmi: 3 il ərzində 1627.14 (bir min alı yüz iyirmi yeddi manat on dörd qəpik) manatlıq qazdan istifadə etmişdir. Belə olduğu halda Xaçmaz RQİİ-nin əməkdaşları hansı əsasla ona 4458.24 (dörd min dörd yüz əlli səkkiz manat iyirmi dörd qəpik) manat məbləğində dəymiş ziyan hesablanmışdır. Cavabdeh etiraz ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Nurəddin oğlunun iddia tələbi əsassızdır və təmin edilməməlidir.Belə ki, abonentin qaz xətlərinə, qaz sayğacına və qaz işlədici cihazlarına 22 may 2023-cü il tarixdə Xaçmaz RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsinin və Qusar xidmət sahəsinin satış xidmətinin işçiləri tərəfindən baxış keçirilmişdir. Baxış zamanı İddiaçı Nurəddin oğlunun evinin qaz xəttinin üzərində quraşdırılmış sayğacdan əvvəl gizli yolla taxta qarnizin içindən xəttə qoşulmuş rezin boru vasitəsi ilə evinə qaz xətti aparıldığı və təbii qazdan qanunsuz istifadə edildiyi aşkar edilmişdir.Abonent İddiaçı Nurəddin oğlu barəsində xx.xx.2023- cü il tarixli ******* saylı “Təbii X8”nın pozulması haqqında akt tərtib edilərək 37152 m3 və ya 4458,24 manat itirilmiş qazın ziyanı onun abonent koduna işlənilmişdir. İddiaçı Nurəddin oğlunun qanunsuz yolla təbii qazdan istifadə etməsi halının aşkarlanması video çəkilişlə həyata keçirilmiş, abonentin fərdi yaşayış evinə çəkilmiş qanunsuz qaz xəttinin görüntüləri tam aydın şəkildə video çəkilişdə öz əksini tapmışdır (disk etiraza əlavə edilir).İddiaçı Nurəddin oğlu iddia ərizəsində onun evində sayğacdan kənar qaz xəttinin mövcudluğunu etiraf etmiş, lakin aktda göstərilən qaz işlədici cihazların onun evində istifadə edilmədiyini qeyd etməklə itirilmiş qazın bərpası üçün aparılan hesabatdan narazılığını bildirmişdir. Halbuki, İddiaçı Nurəddin oğlunun qaz işlədici cihazlarında sərf olunan təbii qazın itkisi “Qaz paylayıcı şəbəkəyə qanunsuz qoşulma və sayğaca müdaxilə hallarında itirilmiş qazın bərpası üçün ziyan məbləğinin hesablanması barədə Təlimata tam müvafiq aparılmışdır. Video çəkilişlə abonentin evində təbii qazdan qanunsuz çəkilmiş rezin boru vasitəsi ilə istifadə edilməsi halı tam aydın şəkildə əks olunmuşdur. Buna görə də o evdə qanunsuz istifadə olunan təbii qazın bərpası üçün ziyan onun koduna hesablanmış və onun tərəfindən ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “X8”nın 6.5 bəndinə əsasən Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyinə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Belə ki, təbii qazdan qanunsuz qoşulma ilə istifadə halları nəticəsində dəymiş zərərin hesablanması həmin Təlimatda göstərilir ki, sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarında qanunsuz xətt dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsi dayandırılmalı, etibarlılğının və təhlükəsizliyinin müəyyən edilməsi məqsədi ilə qaz paylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayanmüddətdə istifadə edilmiş qazın dəyərinin qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddətvə qaz sayğacının markasınəzərə alınmaqla yenidən hesablanmalıdır. İddiaçı Nurəddin oğlu evində qaz xəttində quraşdırılmış qaz işlədici cihazların saatlıq qaz sərfi nəzərə alınmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Göründüyü kimi İddiaçı Nurəddin oğlu üçün sayğacdan kənar xətlə təbii qazdan istifadəyə görə ziyan Qaydalara tam uyğun hesablanmışdır.80 saylı Qərarın 1.3 bəndinə uyğun olaraq abonentlə qazpaylayıcı arasında bağlanmış qazın alqı-satqısı haqqında müqavilənin 2.2.5-ci bəndinə əsasən Qazpaylayıcı İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində, habelə abonentlə bağlanmış Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək hüququna malikdir. Bununla da aydın olur ki, iddiaçının tələbi Qanuna, sübut və dəlillərə əsaslanmır, İddiaçı Nurəddin oğlunun öz şəxsi mülahizələrinə və fərziyyələrinə uyğun irəli sürdüyü fikirləridir.Yuxarıda göstərilənlərə görə İddiaçı Nurəddin oğlunun iddia tələbi Məhkəmə tərəfindən əsassız sayılmalı və təmin edilməməlidir. Məhkəmə iclasında İddiaçı Nüsrəddin oğlunun etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Nüsrəddin oğlu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X9 iddianı qəbul etməmiş və bildirmişdir ki, sonuncu dəfə qaz şəbəkəsinə nə vaxt baxış keçirilməsi barədə onun məlumatı yoxdur. Cərimə hesablanarkən mövsüm nəzərə alınmamışdır. Cərimə hesablanarkən əvvəlki illərin orta günlük az sərfiyyatı müəyyən edilərək nəzərə alınmamışdır. İddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2024-cü il tarixli Məhkəmə iclasında üçüncü şəxs Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X5 Filialının etibarnamə üzrə nümayəndəsi X2 izahatında bildirmişdir ki, Cavabdeh tərəfindən İddiaçı Nüsrəddin oğluna hesablanmış 4458.24 (dörd min dörd yüz əlli səkkiz manat iyirmi dörd qəpik) manat pul düzgün hesablanmamışdır. Həmin məbləğ hesablanarkən qanunvericiliyin tələbləri pozulmuşdur. Göstərilən məbləğ şişirdilmişdir. İddianın qismən təmin edilməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X5 Filialına məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin agentliyin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan Cavabdeh Xaçmaz X10 İdarəsi tərəfindən tərtib edilmiş «təbii X8nın pozulması haqqında» 22 may 2023-cü il tarixli ******* saylı aktdan görünür ki,İddiaçı Nüsrəddin oğluna məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısında taxta karnizin içindən sayğacdan əvvəl rezin boru ilə qeyri-qanuni qoşulma halı aşkar olunmuşdur. Həmçinin, qeyd edilmişdir ki, dəymiş ziyan hesablansın və dəyəri ödənilsin. İddiaçı Nüsrəddin oğlu tərəfindən həmin aktı imzalanmaqdan imtina etmişdir. İşdə olan Cavabdeh Xaçmaz X10 İdarəsi tərəfindən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair 30 iyun 2023-cü il tarixli tələbnamənin surətindən görünür ki, 22 may 2023cü il tarixli 0391828saylı akt əsasında İddiaçı Nüsrəddin oğluna itirilmiş qazın bərpası üzrə cəmi 37152 kub.metr qaz sərfiyyatı hesablanmışdır. İşdə olan CD-diskdən görünür ki, İddiaçı Nüsrəddin oğluna məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısında taxta karnizin içindən sayğacdan əvvəl rezin boru ilə qeyri-qanuni qoşulma halı aşkar olunmuşdur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 13. Qazın pаylаnmаsı, satılması və qazın verilməsinin dayandırılması

8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsinidayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X8 ilə tənzimlənir. Maddə 6-2. Müayinə

1. Qaz paylayıcısının işçiləri istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə), bu Qanunun 6-2-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməli, nəticəsi barədə müvafiq icra hakimiyyəti оrqаnının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. Müayinə zamanı nöqsan və (və ya) pozuntular aşkar edildikdə müayinə aktında texniki xidmətin qaz paylayıcısı, ixtisaslaşmış podratçı və ya məişət abonenti olmayan istehlakçının müvafiq ixtisaslı işçi heyəti tərəfindən bir aydan çox olmayan müddətdə həyata keçirilməsi barədə istehlakçının seçimi qeyd edilməlidir. Müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 №-li qərarı ilə təsdiq olunmuş“X8” 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qazpaylayıcısı ilə istehlakçı arasında qaz paylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt əlavə edilir. 3.1.10. bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir; 3.1.11. qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir. 4.5. Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. 6.5-2. İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-4. Qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyət orqanlarının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və hüquqi şəxslərin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə, iş materiallarına əlavə edilmiş CD-Diski sübut kimi qəbul edir. Müəyyən olunmuşdur ki, iddidaçı İddiaçı Nüsrəddin oğlu tərəfindən təbii X8nın pozulması və qaz xəttinə qanunsuz qoşulması halı olmuşdur. Belə olan halda məhkəmə həmin faktın mövcud olması halı ilə razılaşır,lakin hesab edir ki, müdaxilə nəticəsində dəymiş ziyanın hesablanması təbii X8 haqqında yuxarıda qeyd edilmiş qərarın tələblərinə zidd olmuş və şişirdilmişdir. Belə ki, Qaz idarəsi tərəfindən qaz paylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixi qeyd edilməmişdir. Həmçinin, cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, sonuncu dəfə qaz şəbəkəsinə nə vaxt baxış keçirilməsi barədə onun məlumatı yoxdur. Cərimə hesablanarkən mövsüm nəzərə alınmamışdır. Cərimə hesablanarkən əvvəlki illərin orta günlük az sərfiyyatı müəyyən edilərək nəzərə alınmamışdır. Cavabdeh tərəfindən İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; əvvəlki dövrün orta gündəlik qaz sərfi; istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası ilə bağlı sənəd, arayış, sübut təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, vurulmuş ziyan düzgün hesablanmamışdır. Belə ki, işə əlavə olunmuş Abonent saldosundan görünür ki, İddiaçı Nüsrəddin oğlu qaz idarəsi tərəfindən təbii X8nın pozulması haqqında 22 may 2023-cü il tarixli ******* saylı akt tətbiq olunan gündən 1 (bir) il əvvələ yəni- 04/2023-cü il tarixdə 188 kub.metr qaz sərfiyyatına görə 37.60 manat, 03/2023-cü il tarixdə 221 kub.metr qaz sərfiyyatına görə 44.20 manat, 02/2023-cü il tarixdə 673 kub.metr qaz sərfiyyatına görə 80.76 manat, 01/2023-cü il tarixdə 669 kub.metr qaz sərfiyyatına görə 80.28 manat, 12/2022-ci il tarixdə 584 kub.metr qaz sərfiyyatına görə 146 manat, 11/2022-ci il tarixdə 534 kub.metr qaz sərfiyyatına görə 106.80 manat, 10/2022-ci il tarixdə 173 kub.metr qaz sərfiyyatına görə 34.60 manat, 09/2022-ci il tarixdə 36 kub.metr qaz sərfiyyatına görə 7.20 manat, 08/2022ci il tarixdə 29 kub.metr qaz sərfiyyatına görə 5.80 manat, 07/2022-ci il tarixdə 34 kub.metr qaz sərfiyyatına görə 6.80 manat, 06/2022-ci il tarixdə 47 kub.metr qaz sərfiyyatına görə 9.40 manat, 05/2022-ci il tarixdə 68kub.metr qaz sərfiyyatına görə 13.60 manat olmaqla, ümumilikdə 573.04(37.60+44.20+80.76+80.28+146+106.80+34.60+7.20+5.80+6.80+9.40+13.60=573. 04) manat məbləğində qaz sərf etmişdir. Cavabdeh İstehsalat tərəfindən verilmiş 30 iyun 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, yuxarıda qeyd olunmuş hal, dəymiş zərər hesablanarkən nəzərə alınmamışdır. Məhkəmə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 №-li qərarı ilə təsdiq olunmuş“X8” 6.5-3-cü bəndində qeyd edildiyi kimi qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanması bəndini tələbini, həmçinin yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, 22 may 2023-cü il tarixli ******* saylı akt tətbiq olunan gündən 1 (bir) il əvvələ yəni- 04/2023-cü il tarixdən 05/2022-ci il tarixə kimi olan ümumi məbləğ, yəni 573.04 (beş yüz yetmiş üç manat dörd qəpik) manat məbləğində zərər saxlanılmalı, iddiaçının iddia ərizəsində silinməsini tələb etdiyi 4458.24 (dörd min dörd yüz əlli səkkiz manat iyirmi dörd qəpik) manat məbləğdən 573.04 (beş yüz yetmiş üç manat dörd qəpik) manat çıxılmalı (4458.24- 573.04=3885.20) və əsassız hesablanmış 3885.02 (üç min səkkiz yüz səksən beş manat iki qəpik) manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə qismən sübuta yetirmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Xaçmaz X11 İdarəsinin Qusar XS-nin əməkdaşları tərəfindən qanunsuz olaraq tərtib olunmuş 22 may 2023-cü il tarixli, ******* №-li “Təbii X8nın pozulması haqqında” akt əsasında əsassız hesablanmış 3885.02 (üç min səkkiz yüz səksən beş manat iki qəpik) manat borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar