Məhkəmə qərarları › İş №2(029)-414/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-414/2021

05.05.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-414/2021 05.05.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə İddiaçı və Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş 30 dekabr 2020-ci il tarixli akta əsasən Cavabdeh İB-nin X3 İstismar İdarəsinin itirilmiş qazın bərpası üzrə dəymiş ziyanın hesablanmasına dair komissiyanın 30 dekabr 2020-ci il tarixli qərarının ləğv edilməsi və həmin qərar əsasında hesablanmış borcun silinməsinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş 30 dekabr 2020-ci il tarixli akta əsasən Cavabdeh İB-nin X3 İstismar İdarəsinin itirilmiş qazın bərpası üzrə dəymiş ziyanın hesablanmasına dair komissiyanın 30 dekabr 2020-ci il tarixli qərarının ləğv edilməsi və həmin qərar əsasında hesablanmış borcun silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən tərtib olunmuş 30 dekabr 2020-ci il tarixli ******* saylı akta əsasən dəymiş ziyanın hesablanmasına dair komissiyanın 30 dekabr 2020-ci il tarixli qərarının ləğv edilməsi və hesablanmış 216 (iki yüz on altı) manat məbləğində borcun silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə Qusar rayonu Gedəzeyxur kəndində yerləşən özünə məxsus olan fərdi yaşayış evində yaşayır. 29 aprel 2020-ci il tarixdə X3 İstismar İdarəsinin Qusar Xidmət Sahəsinin əməkdaşları heç bir tutarlı səbəb olmadan Qusar rayonu Gedəzeyxur kəndində yerləşən yaşayış evinə gəlib, onların evinə aid, lakin evindən aralı, küçədə yerləşən qaz sayğacını çıxararaq növbdən kənar Dövlət yoxlanılmasına göndərilmiş və bu barədə müvafiq akt tərtib edilmişdir. Fərdi istehlakçı kimi o, Cavabdeh İB-nin X3 İstismar İdarəsinin Qusar Xidmət Sahəsi ilə müqavilə bağlayaraq yaşayış evində təbii qazdan istifadə edir. Digər abonentlər kimi o, da hər ay istifadə etdiyi qaz sərfiyyatına uyğun mütəmadi olaraq qaz borcunu ödəmişdir. Heç vaxt qazla bağlı onda problem olmamışdır. Bir müddət keçdikdən sonra ona bildirmişlər ki, guya o, sayğaca müdaxilə etmişdir (sayğacın plasmas qapağının alt hissəsi deşici alətlə deşilib). Cavabdeh təşkilat tərəfindən bu barədə 30 dekabr 2020-ci il tarixli akt tərtib edilmiş və həmin akta əssən ona 216 (iki yüz on altı) manat məbləğində dəymiş ziyan hesablanmışdır. Ona əsassız hesablanmış 216 (iki yüz on altı) manat məbləğində borcla qətiyyən razı deyil və bununla əlaqədar olaraq mübahisəni məhkəmə qaydasında həll etmək istəyir. Bundan əlavə qeyd etmək istəyir ki, sayğac küçədə quraşdırılıb, qanunun tələblərinə uyğun kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməmiş, qutuya yerləşdirilməmişdir. Cavabdeh İB-nin X3 İstismar İdarəsinin Qusar Xidmət Sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 30 dekabr 2020-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında Cavabdeh İB-nin X3 İstismar İdarəsinin itirilmiş qazın bərpası üzrə dəymiş ziyanın hesablanmasına dair komissiyanın 30 dekabr 2020-ci il tarixli qərarı ləğv edilməli və həmin qərar əsasında hesablanmış 216 manat məbləğində borc əsasız olduğundan onun hesabından silinməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və izahatında göstərmişdir ki, onun yaşadığı evə aid olan qaz sayğacı küçədə daş hasarın yanında yerləşir. 2020-ci ilin aprel ayında gəlib sayğacı dəyişmişlər, dekabr ayında isə bildirmişlər ki, rəyə görə sayğaca müdaxilə olunmuşdur. Guya o, sayğacı drellə deşmişdir. O, uzun müddətdir ki, qazdan istifadəyə görə hesablanan borcu vaxtlı-vaxtında ödəyir. Qaz borcunu atası və qardaşı ödəmişlər. O, qaz sayğacına heç bir müdaxilə etməmiş, kimin etməsini də bilmir. Odur ki. hesab edir ki, ona hesablanan borc əsassızdır və silinməlidir. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, İddiaçı yaşadığı evin qaz sayğacına baxış zamanı müdaxilə olunduğu müəyyən edilmiş və bu səbəbdən də çıxarılıb rəyə göndərilmişdir. Laboratoriya rəyinə əsasən müəyyən edilmişdir ki, qaz sayğacının hesablama mexanizminin alt tərəfi deşilmişdir. Həmin rəyə əsasən akt tərtib olunmuş və qeydə alınmayan qaza görə 216 manat məbləğində ziyan hesablanmışdır. Qaz sayğacı hazırda X3 İstismar İdarəsindədir. Həmin sayğac iddiaçının yaşadığı evin hasarının yanında çöldə olmuşdur. Odur ki, hesab edir ki, iddia əsassızdır, tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında qəbul edilmiş qərar və hesablanmış borc qanunidir, bu səbəbdən də iddia rədd edilməlidir. Cavabdehin nümayəndəsi Nümayəndə qeyd olunanlara əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan Cavabdeh Xaçmaz X2 İdarəsi ilə İddiaçı arasında bağlanmış 30.12.2020-ci il tarixli “Qaz paylayıcısi ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” Müqaviləsini surətindən görünür ki, paylayıcı həmin müqavilədə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba ödəyir. Həmin müqavilədə istehlakçı İddiaçı hər hansı digər vəzifələr daşıması nəzərdə tutulmamışdır. İşdə olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 29 aprel 2020-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı İddiaçı Qusar rayonu Gedəzeyxur kəndində olan evinə quraşdırılmış Elster tipli BK-G4T markalı, ******* nömrəli, üzərində 04139618 saylı plomb olan qaz sayğacı çıxarılmış və əvəzində Honeymel tipli BKGMT markalı 12534301 nömrəli, üzərində 10729319 saylı plomb olan yeni sayğac quraşdırılmışdır. İşdə olan MSK-29/1710-01855-1 saylı 22.12.2020-ci il tarixli aktın surətindən görünür ki, Cavabdeh 18 iyun 2020-ci il tarixli məktubuna əsasən 23 iyun 2020-ci il tarixdə Xaçmaz RQİİ-dən Dövlət yoxlamasına aparılmış əhalinin diafraqma tipli qaz sayğaclarına 17 dekabr 2020-ci il tarixdə Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş və ******* saylı qaz sayğacının hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsi aşkar olunduğu qeyd edilmişdir. İşdə olan Cavabdeh Xaçmaz X2 İdarəsi tərəfindən tərtib edilmiş «təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 30 dekabr 2020-ci il tarixli ******* saylı aktdan görünür ki, İddiaçı məxsus Qusar rayonu Gedəzeyxur kəndində yerləşən evdə quraşdırılmış qaz sayğacının hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsi qeyd edilmişdir. Həmçinin, qeyd edilmişdir ki, dəymiş ziyan hesablansın və dəyəri ödənilsin. Həmin akt İddiaçı tərəfindən imzalanmaqdan imtina edilmişdir. İşdə olan Cavabdeh Xaçmaz X2 İdarəsi tərəfindən tərtib edilmiş 30 dekabr 2020-ci il tarixli qərarın surətindən görünür ki, 30.12.2020-ci il tarixli ******* saylı akt əsasında İddiaçı itirilmiş qazın bərpası üzrə cəmi 2160 kub.metr qaz sərfiyyatı hesablanmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qazdan istifadə qaydaları haqqında qərarın 4.2-ci bəndində qeyd olunmuşdır ki, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5-2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyət orqanlarının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və hüquqi şəxslərin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Göründüyü kimi Cavabdeh Xaçmaz X2 İdarəsi Qusar Qaz Xidməti Sahəsi tərəfindən istehlakçı İddiaçı Qusar rayonu Gedəzeyxur kəndində yerləşən evi üçün quraşdırılmış ******* saylı qaz sayğacının hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsi müəyyən edilmiş, lakin həmin vaxt həmin sayğaca məhz istehlakçı İddiaçı tərəfindən müdaxilə olunması müəyyən edilməmişdir. Belə olan halda, həmin sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin İddiaçı tərəfindən deşici alətlə deşilməsi və digər hər hansı şəkildə sayğaca müdaxilə olunması, həmçinin sayğacın hər hansı şəkildə zədələnməsi şübhə doğurur. Belə ki, həmin sayğac İddiaçı evindən kənarda, açıq vəziyyətdə, örtük və ya qutu olmadan quraşdırılmışdır. Bu səbəbdən də, İddiaçı həmin sayğacın tamlığının qorunmasında cavabdehlik daşıya bilməzdi. Bundan başqa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qazdan istifadə qaydalarının tələblərinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməlidir (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən). Həmçinin, həmin qaydalara görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Bundan başqa, qaz sayğacının zədələnməsində istehlakçı İddiaçı təqsiri heç bir sənədlə və ya sübutla təsdiq olunmur və onun həmin sayğaca müdaxilə etməsi əsaslandırılmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, İddiaçı evi üçün quraşdırılmış qaz sayğacının hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsinin aşkar olunması, məhz onun tərəfindən həmin sayğaca müdaxilə edilməsi və qaz paylayıcısı olan Cavabdehnə ziyan vurulması kimi qiymətləndirilə bilməz. Odur ki, məhkəmənin qənaətinə görə, cavabdeh tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30.12.2021-ci il tarixli ******* saylı akt özlüyündə əsassız olmuş, mötəbər sübuta əsaslanmır, əksinə istehlakçı İddiaçı üzərinə müqavilədən kənar əsassız və haqsız öhdəlik qoyulmasına səbəb olmuşdur. Bu səbəbdən də, həmin aktın əsasında qəbul edilmiş 30.12.2019-cu il tarixdə 2160 kub metr ziyanın hesablanmasına dair tərtib edilmiş qərar da qanunsuz və əsassız olmuş, özlüyündə şübhə doğurur və bu səbəbdən də həmin qərar ləğv edilməlidir. Bundan başqa, İddiaçı 216 manat məbləğində borcun hesablanması da yuxarıda göstərilən məlum qaydaların tələblərinə ziddir, cavabdehin özünün kreditor hüquqlarından sui-istifadəyə yol verilməklə, həmçinin iddiaçının istehlakçı hüquqları pozulmaqla hesablanmışdır. Odur ki, əsassız hesablanmış 216 (iki yüz on altı) manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə tam sübuta yetirmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Xaçmaz X2 İdarəsinin Qusar XS-nin əməkdaşları tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30 dekabr 2020-ci il tarixli ******* saylı aktına əsasən itirilmiş qazın bərpası üzrə dəymiş ziyanın hesablanmasına dair Xaçmaz X2 İdarəsinin 30 dekabr 2020-ci il tarixli qərarı ləğv edilsin və əsassız hesablanmış 216 (iki yüz on altı) manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar