Məhkəmə qərarları › İş №2(029)-422/2025

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-422/2025

17.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-422/2025 17.04.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, Səfərova (Bünyatova) Rima Fəzayil qızına, Səfərova (Məhsimova) Mira Fəzayil qızına, Maraqlı şəxs4 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, Səfərova (Bünyatova) Rima Fəzayil qızına, Səfərova (Məhsimova) Mira Fəzayil qızına, Maraqlı şəxs4 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən X7, Maraqlı şəxs1, X8, X9 və Maraqlı şəxs4 adlarına verilmiş JN:067F KOD 30103028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi, Maraqlı şəxs1, Səfərova (Bünyatova) Rima Fəzayil qızına, Səfərova (Məhsimova) Mira Fəzayil qızına və Maraqlı şəxs4 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 11 dekabr 1997ci il tarixli 17/2 nömrəli qərarına əsasən onun və ailə üzvlərinin - yəni Ərizəçi, Maraqlı şəxs1, X8, X9 və Maraqlı şəxs4 mülkiyyətinə Qusar rayonu Avaranqışlaq kəndi ərazisindən 0,17 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair mülkiyyət hüquqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN:067F KOD 30103028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə təsdiq edilmişdir. Qeyd olunan şəhadətnamədə Ərizəçi səhvən X4 X2 X5 X3 X6 Maraqlı şəxs4 səhvən Maraqlı şəxs4 kimi göstərilmişdir. Şəxsiyyətlərini təsdiq edən bütün sənəddə isə Ərizəçi, X17, X18 və Maraqlı şəxs4dur. JN:067F KOD 30103028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə onun soyadı, adı və ata adı şəxsiyyətlərini təsdiq edən sənədlərə uyğun qeyd edilməli idi. Qeyd olunan JN:067F KOD 30103028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən özünə məxsus olan 0.17 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnu dövlət reyestrində qeydiyyata alınması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Lakin həmin idarə tərəfindən ona bildirilmişdir ki, hüquqmüəyyənedici sənədlə şəxsiyyəti təsdiq edən sənəd arasında uyğunsuzluq vardır, bu səbəbdən də sənədin verilməsi mümkün deyildir. Ona görə də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:067F KOD 30103028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin onlara məxsus olması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Səfərova (Bünyatova) Rima Fəzayil qızı ailə həyatı qurmuş və ər soyadını “Bünyatova” soyadını qəbul etmişdir. X18 ailə həyatı qurmuş və ər soyadını “Məhsimova” soyadını qəbul etmişdir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişlər ki, o, ərizəni müdafiə edir. Həmçinin bildirmişdir ki, şəxsi işləri ilə əlaqədar məhkəmə iclaslarına gələ bilmir, işə onun iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxslər Maraqlı şəxs1, Səfərova (Bünyatova) RimaFəzayil qızına, Səfərova (Məhsimova) MiraFəzayil qızına, Maraqlı şəxs4 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq həmin şəxslər və həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4 və 185.6-cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Belə ki, işdə olan KOD 30103028 JN-067F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 11 dekabr 1997-ci il tarixli 17/2 saylı qərarı ilə Qusar rayonu Avaranqışlaq kəndində yerləşən 0.17 ha torpaq sahəsi X10, Maraqlı şəxs1, X11, X12 və Maraqlı şəxs4 Fəzayıl oğlunun xüsusi mülkiyyətlərinə verilmişdir. İşdə olan Qusar RİHB-nın Kuzunqışlaq kənd İƏD üzrə nümayəndəliyindən verilmiş 14 yanvar 2025-ci il tarixli 5-63-19/2-S-17-xx-xx/2025 saylı arayışdan görünür ki, JN-067F Kod-30103028 saylı torpağa mülkiyyət hüququna dair şəhadətnamədə səhvən olaraq X14 yazılmış, əslində isə hüquqi sahibinin adı, soyadı, atasının adı Ərizəçi kimi yazılmalı və oxunmalıdır. İşdə olan Qusar RİHB-nın Kuzunqışlaq kənd İƏD üzrə nümayəndəliyindən verilmiş 14 yanvar 2025-ci il tarixli 5-63-19/2-S-17-xx-xx/2025 saylı arayışdan görünür ki, JN- 067F Kod- 30103028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktında səhvən olaraq X1 Mira Fəzayıl qızı, Səfərov “Vadim” Fəzayıl oğlu kimi yazılmış, əslində isə hüquqi sahibinin adı, soyadı, atasının adı X17, X18, Maraqlı şəxs4 kimi yazılmalı və oxunmalıdır. İşdə olan AZ-İİ 297388 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə X8 nikahları 14 sentyabr 2018-ci il tarixdə Xaçmaz rayon Qeydiyyat şöbəsində rəsmiləşdirilmişdir. İşdə olan AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs2 xx.xx.1992-ci ildə anadan olmuşdur. İşdə olan AZ-İ 971240 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X9 nikahları 03 sentyabr 2014-cü il tarixdə Quba RİHB-nın Hacıhüseynli kənd İƏD üzrə nümayəndəliyində rəsmiləşdirilmişdir. İşdə olan AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs3 xx.xx.1995-ci ildə anadan olmuşdur. İşdə olan AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs4 xx.xx.1999-cu ildə anadan olmuşdur. İşdə olan AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs1 xx.xx.1972-ci ildə anadan olmuşdur. İşdə olan AA******* saylı şəxsiyyət vəsiqəsinin surətidən görünür ki, Ərizəçi xx.xx.1971-ci ildə anadan olmuşdur. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, həqiqətən də, KOD 30103028 JN-067F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə hüquq sahibi kimi qeyd olunmuş şəxslər məhz Ərizəçi, maraqlı şəxslər Maraqlı şəxs1, Səfərova (Bünyatova) Rima Fəzayil qızı, Səfərova (Məhsimova) Mira Fəzayil qızı və Maraqlı şəxs4dur, lakin həmin Dövlət aktında yuxarıda qeyd olunan səhvlərə yol verilmişdir. Bu hal məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə tam təsdiq olunur. Ona görə də, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən Ərizəçi Ağamir oğlunun, Maraqlı şəxs1, X19, X20 və Maraqlı şəxs4 Fəzayıl oğlunun adlarına verilmiş KOD 30103028 JN-067F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə onlara, yəni Ərizəçi, Maraqlı şəxs1, Səfərova (Bünyatova) Rima Fəzayil qızı, Səfərova (Məhsimova) Mira Fəzayil qızı və Maraqlı şəxs4 məxsus olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçilərin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : Ərizə təmin edilsin. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən X7, Maraqlı şəxs1, X8, X9 və Maraqlı şəxs4 adlarına verilmiş JN:067F KOD 30103028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi, Maraqlı şəxs1, Səfərova (Bünyatova) Rima Fəzayil qızına, Səfərova (Məhsimova) Mira Fəzayil qızına və Maraqlı şəxs4 məxsus olması faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar