Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-425/2023 17.08.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı, həmçinin üçüncü şəxslər X4, X5, X15, X16 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, cavabdehlər Cavabdeh1, Cavabdeh2, cavabdehlərin vəkili X17, üçüncü şəxslər X4, X15, X21, X16 və tərcüməçı X9 iştirakları ilə, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil cavabdehlər Cavabdeh1, Cavabdeh2, üçüncü şəxslər X10, X11, X22, X23, X29, X24, X6, X18, Qusar rayon Notariat ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia tələbi üzrə üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, cavabdehlər Cavabdeh1, Cavabdeh2, üçüncü şəxslər X10, X11, X22, X23, X29, X24, X6, X18, Qusar rayon Notariat ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar rayonu Aşağı Ləyər kəndində yerləşən, xüsusi mülkiyyət hüququ üzrə X21, X16, X2, X12, X5, X15, X19, İddiaçı və X4 mülkiyyətində olan 3.38 və 1.77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə dair etibarnamə əsasında mülkiyyətçi şəxslərin adından Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 12 mart 2021-ci il tarixli 4Ə-584 və 12 mart 2021-ci il tarixli 4Ə-586 reyestr nömrəli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi barədə məhkəmədən qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddianı onunla əsaslandırmışdır ki, Qusar rayonu Aşağı Ləyər kəndində yerləşən, xüsusi mülkiyyət hüququ üzrə X21, X16, X2, X12, X5, X15, X19, İddiaçı və X4 mülkiyyətində olan 3.38 və 1.77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri xüsusi mülkiyyət hüququ üzrə X21, X16, X2, X12, X5, X15, X19, İddiaçı və X10 məxsus olmuşdur. Həmin torpaq sahələri həmin şəxslərə Qusar rayon Aqrar İslahat Komissiyası tərəfindən pay torpaq sahəsi kimi verilmişdir. Ailə başçısı olmuş mərhum Əmir Qazıxanov həmin torpaq sahələrini 2006-cı ildə Qusar rayonu Aşağı Ləyər kənd sakini X30 7500 ABŞ dollarına satmış, lakin aralarında rəsmi alqı-satqı müqaviləsi bağlanmamışdır. Həmin vaxtdan həmin torpaq sahələri Əhməd Həsənovun sahibliyində və istifadəsindədir, Əmir Qazıxanovun və digər mülkiyyətçilərin Əhməd Həsənova qarşı torpaqla bağlı hər hansı iddia və tələbləri olmamışdır. Bu yaxınlarda X38 onlara, yəni X11, X23, X22, İddiaçı və X10 müraciət edərək həmin torpaq sahələrini onun adına rəsmiləşdirilməsini xahiş etmiş, lakin müəyyən olunmuşdur ki, həmin torpaq sahələri onların adından Qusar rayonu Aşağı Ləyər kənd sakini Cavabdeh2 satılmış, bu barədə 12 mart 2021-ci il tarixli alqı-satqı müqavilələri bağlanmışdır. Həmçinin, məlum olmuşdur ki, torpaq sahələrinin mülkiyyətçilərindən olan X33 istisna olmaqla, digər mülkiyyətçilərin adından alqısatqı müqaviləsini nümayəndə qismində Cavabdeh1 imzalamışdır. Onların, yəni X5, X15, X19, İddiaçı və X4 həmin torpaq sahələrini Cavabdeh2 satmaq niyyətləri olmamış, çünki bütün mülkiyyətçilər yaxşı bilirlər ki, torpaq sahələri 2006-cı ildən Əhməd Həsənovun istifadəsindədir. Onlar Cavabdeh1 adına etibarnamə versələr də, həmin etibarnaməni torpaq sahələrinin satılması üçün verməmişlər. Belə ki, Cavabdeh1 onlara müraciət edərək bildirmişdir ki, həmin şəxsin həyat yoldaşı, onların isə bacıları olan Bahar Muradovanın adında torpaq sahələri olduğuna sosial müavinət verilmir, bu səbəbdən torpaq sahələrinin Baharın adından çıxarılması zərurəti yaranmışdır. Bunun üçün isə onların da hansısa sənəd imza etməkləri lazımdır. Ona görə də, onlar Şıxbalanın adına etibarnamələr vermişlər. Lakin, Cavabdeh1 pis niyyətlə Cavabdeh2lə məlum alqı-satqı müqavilələri bağlamaqla özü üçün gəlir əldə etmiş, onları isə mülkiyyətlərində olan torpaq sahəsindən məhrum etmişdir. Cavabdeh2 özü də yaxşı bilir ki, onların ailəsi uzun müddət əvvəl torpaq sahəsini Əhməd Həsənova satmışlar. Bu faktı bütün qonşular və hətta kənd sakinləri hamısı yaxşı bilirlər. Buna baxmayaraq, Cavabdeh2 məlum alqı-satqı müqavilələrini bağlamışdır. Cavabdeh1 aldatma yolu ilə həm onların nümayəndəsi olmuş, həm də onların xəbəri olmadan, gizli yolla və pis niyyətlə adlarından alqı-satqı müqaviləsi bağlayaraq mülkiyyətlərində olan 3.38 və 1.77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən onları məhrum etmişdir. Onların adından Cavabdeh1 Cavabdeh2 ilə bağladığı 12 mart 2021-ci il tarixli 4Ə-584 və 12 mart 2021-ci il tarixli 4Ə-586 reyestr nömrəli alqı-satqı müqavilələri etibarsız hesab edilməsinə dair məhkəmədən qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən məhkəməyə etiraz ərizəsi göndərərək bildirmişlər ki, İddiaçı iddiasını qəbul etmirlər və Azərbaycan Respublikası MPM-nin 54-cü maddəsinə əsasən həmin iddiaya etirazlarını bildirirlər. Belə ki, iddia ərizəsində göstərilən dəlillərlə qətiyyən razı deyillər. Belə ki, iddiaçı iddia ərizəsində göstərmişdir ki, guya mübahisəli 3,38 və 1,77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri ailə başçısı olmuş Əmir Qazıxanov tərəfindən 2006-cı ildə rayonun Aşağı Ləyər kənd sakini X30 7500 ABŞ dollarına satılmışdır. Belə olduğu halda hansı səbəbdən tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmamışdır? İddia ərizəsində qeyd edilmişdir ki, guya həmin torpaq sahələrini Cavabdeh2 satmaq niyyətləri olmamışdır. Cavabdeh1 etibarnamə versələr də torpaq sahələrinin satılması üçün verməmişlər. Şixbala Muradov onlara bildirmişdir ki, torpaq payçısı olan həyat yoldaşı, iddiaçının qızı və 3-cü şəxslərin bacısı Bahar Muradovanın adında torpaq sahələri olduğuna görə sosial müavinət verilmir və həmin səbəbdən də onların hansısa sənədə imza etmələri zərurəti yaranmışdır. İddianın bu dəlili ilə də qətiyyən razı deyillər və yalan olmaqla heç bir hüquqi əsası yoxdur. Qeyd olunan torpaq sahələrinin paylı mülkiyyətçiləri olan İddiaçı və digər torpaq mülkiyyətçiləri olan X29, X24, X6, X18, X13, X22, X23 və X10 onların hər birinə düşən torpaq pay hissəsinə görə dəyəri Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda hər birinə ödənilmiş, yalnız bundan sonra onlaryəni İddiaçı və 3-cü şəxslər-X39, X20, X31, X25, X34, X35 və X26 iş üzrə cavabdeh qismində cəlb edilmiş, torpaq payçısı olan X21 əri Cavabdeh1 həmin torpaq sahələrinin Cavabdeh2 satılmasının həyata keçirilməsi üçün bu barədə etibarnamə vermişlər. Yuxarıda göstərilənlərə əsasən məhkəmədən Qusar rayonu, Avaran-qışlaq kəndində yaşayan X21 və rayonun Asaqı Ləvər kənd sakinləri X16, X2 və X12 üçüncü şəxs qismində cəlb edilməklə məhkəməyə çağırılmasının təmin edilməsini və İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, 3-cü şəxslər X10, X13, X22, X23, Qusar Rayon Notariat Ofisinə və ƏMDX vanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarsı - alqı- satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiasının rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı, həmçinin üçüncü şəxslər X4, X5, X15, X16 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq edərək izahatında bildirmişdir ki, iddia ərizəsində qeyd etdiyi kimi, Qusar rayonu Aşağı Ləyər kəndində yerləşən 3.38 və 1.77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri xüsusi mülkiyyət hüququ üzrə X21, X16, X2, X12, X5, X15, X19, İddiaçı və X10 məxsus olmuşdur. Həmin torpaq sahələri həmin şəxslərə Qusar rayon Aqrar İslahat Komissiyası tərəfindən pay torpaq sahəsi kimi verilmişdir. Ailə başçısı olmuş mərhum Əmir Qazıxanov həmin torpaq sahələrinin 2006-cı ildə Qusar rayonu Aşağı Ləyər kənd sakini X30 7500 ABŞ dollarına satmış, lakin aralarında rəsmi alqı-satqı müqaviləsi bağlanmamışdır. Bunun da səbəbi müəyyən sənədlərlə əlaqəli olmuşdur. Hazırda mübahisələndirilən torpaq sahəsi, tərəflərin pay torpaq sahəsidir, hansı ki, onlara Aqrar İslahat Komissiyası tərəfindən verilib. Hal hazırda həmin torpaq sahəsini satan ailə başçısı Əmir Qazıxanov dünyasını dəyişib. Bundan sonra Əmir Qazıxanovun və digər mülkiyyətçilərin Əhməd Həsənova qarşı torpaqla bağlı iddia tələbləri olmamışdır. Qeyd etdiyi torpaq sahəsi 2006-cı ildən X38 tərəfindən istifadə olunur və 2006-dan hal hazıra qədər torpağın onun istifadəsində olması ilə əlaqədar mülkiyyətçilərin hər hansı iradə və etirazı olmamışdır. Bu gün də həmin şəxs torpaq sahələrini istifadə edir. Bundan sonra X38 torpaq sahəsini rəsmiləşdirmək istəyəndə məlum olmuşdur ki, payçıların qohumu tərəfindən digər şəxsə, yəni Cavabdeh2 satılmışdır. 12 mart 2021-ci il tarixli alqı-satqı müqavilələri bağlanmışdır. Həmçinin məlum olmuşdur ki, torpaq sahələrinin mülkiyyətçilərindən olan X33 istisna olmaqla digər mülkiyyətçilərin adından nümayəndə qismində Cavabdeh1 imzalamışdır. Cavabdeh1 hazırki İddiaçı qızının həyat yoldaşıdır. Etibarnamənin alınmasının əsas səbəbi torpaq sahəsi üzərində müəyyən hüquqların icra olunmasıdır. Yəni, subsidiyalar və ünvanlı sosial yardımın alınması məqsədi ilə tərəflərə məlumat vermişdir ki, bununla bağlı o, onların adından müəyyən sənədlər imzalamalıdır və hər dəfə onların hər birini Notariusa və ya digər Dövlət idarələrinə dəvət etmək mümkün olmadığından ona etibarnamə verməlidirlər. Bunlar da etibarnaməni imzalayaraq ona təqdim etmişlər, etibarnamələr müddətli olmuşdur. 1 ay, 3 ay müddətində bağlanmış etibarnamələrdir. Etibarnamələrin bəziləri var ki 1 ay müddətində qalan 2 etibarnamə isə 3 ay müddətində verilmişdir. Bağlanmış etibarnamələrin mahiyyətindən da görünür ki, bu müvəqqəti xarakter daşımışdır. Sırf bunların adından müəyyən əməliyyatların aparılması, yəni alqı-satqı kimi, özgəninkiləşdirməklə əlaqədar olmayan, lakin hər dəfə yaşlı adamlardır ailə üzvləri bir neçə nəfərdir deyə onların adından müəyyən hərəkətlərin edilməsinə icazə verildiyi halda Cavabdeh1 bu imkandan istifadə edərək digər şəxsə Cavabdeh2 satmışdır. Bundan sonra həm iddiaçılar həm 3-cü şəxslər torpaq sahəsinin satılması ilə əlaqədar öz etirazını bildirərək məhkəmədə iddia qaldırmışdır. Hazırki iddia üzrə, yoldaşı öldükdən sonra ailə başçısı funksiyasını üzərinə götürmüş İddiaçı, həmçinin 3cü şəxslər- X4 və X5 hüquqlarını müdafiə edir və həmçinin onların nümayəndəsi qismində çıxış edir. X5, X15, X19, İddiaçı və X4 həmin torpaq sahələrini Cavabdeh2 satmaq niyyətləri olmamış, çünki bütün mülkiyyətçilər yaxşı bilirlər ki, torpaq sahələri 2006-cı ildən Əhməd Həsənovun istifadəsindədir. Əhməd Həsənova satılmasına dair həmin kəndin inzibati ərazi nümayəndəsinin iştirakı ilə təsdiq olunmuş sənəd də verilib. Bu sənəd də mövcüddur. Bundan sonra, Cavabdeh1 adına etibarnamə versələr də, həmin etibarnamə torpaq sahələrinin satılması üçün verilməyib. Belə ki, Cavabdeh1 müraciət edərək bildirmişdir ki, həmin şəxsin həyat yoldaşı qeyd olunan payçıların bacısıdır. Bahar Muradovanın adına torpaq sahələri olduğuna görə, yəni torpaq sahəsini satan Cavabdeh1 həyat yoldaşı da digər payçılar kimi torpaq sahəsi aktında payçıdır. Ona görə müraciət edərək bildirmişdir ki, “ona hansısa sənədlərin təsdiq olunması ya imzalanması məqsədi ilə ona digər payçıların da adından etibarnamə lazımdır”. Buna görə də qeyd olunan şəxslər Cavabdeh1 etibarnamə təqdim etmişlər, lakin özgəninkiləşdirmək kimi əlavə hüquqların da verilməsi barədə bilməmişlər. Lakin Cavabdeh1 pis niyyətlə Cavabdeh2 ilə məlum alqı-satqı müqavilələri bağlamaqla özünə gəlir əldə etmiş, digər mülkiyyətçiləri isə, torpaq sahəsinin uzun müddət əvvəl Əhməd Həsənova satmasına baxmayaraq, hazırki çətin vəziyyətə salmaqla Əhməd Həsənov qarşısında əlavə yüklüyə səbəb olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Qeyd etdiyi hallar tərəflərin öz iradəsini ifadə etmədiyinə görə, iddiaçı ilə yanaşı bura da 5 nəfərdən yuxarı maraqlı şəxs var və hansı ki birbaşa onların maraqlarına toxunulub. Əgər doğurdan da bu torpaq sahəsi satılmış olsaydı, heç olmasa tərəflərdən biri, ikisi və ya bir neçəsi cəlb olunub həmin torpağın alqı-satqı müqaviləsini imzalamalıydılar. Burada amma açıq aydın məlum olur ki, torpaq sahəsi bir nəfər tərəfdən imzalaması, buna verilən etibarnamənin əvvəlcədən satmaq niyyəti kimi bir halı rəsmiləşdirmək məqsədi daşımışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Yəni bu bağlandığı dövrdən etibarsızlığını bir daha sübut edir ki, qeyd etdiyi kimi, tərəflər ən azı 2-si 3-cü cəlb olunmalı idi. Tərəflərə də məlumdur ki, payçılar eyni kənddəndirlər, həmin bu Cavabdeh1la eyni yerdə yaşayırlar. Məlum olmasaydı, hər hansı bir halda bunları dəvət edib, torpaq sahəsinin alqı-satqısına dair razılıqları müəyyən olunmalı idi. Bundan əlavə hazırlıq iclaslarında da həm Cavabdeh1 həm də Cavabdeh2 qeyd etdi ki, həmin torpaq sahəsini 2006-cı ildən Əhməd Həsənov tərəfindən istifadə olunduğunu bilirdimişlər və bir daha sübut olunur ki qeyd olunan 3-cü şəxslər və iddiaçılar bununla bağlı Əhməd Həsənova heç bir irad bildirməmişlər. Bununla da məlum olur ki, torpaq alqı-satqısı bunların iradəsi ziddinə satılıb, bunların verdiyi etibarnamədən sui istifadə məqsədi daşıyıb və bunun əsasında da tərəf digər tərəflə alqı-satqısı müqaviləsi bağlayaraq qanunsuz olaraq 3-cü şəxsə satmışdır. Torpağı ailə başçısı 2006-cı ildə Aşağı Ləyər kənd sakini Əhməd Həsənova 7500 ABŞ dollarına satmışdır. Aralarında rəsmi alqı-satqı müqaviləsi olmamışdır, səbəbi isə budur ki, bir aktda bir neçə payçı olduğundan, onların aralarında müəyyən uyğunsuzluqlar olmuş və bunu rəsmiləşdirmək qeyri-mümkün olmuşdur. Rəsmi şəkildə əllərində müqavilə var ki, qeyd olunan Cavabdeh1 həyat yoldaşına həmin torpaq sahəsindən ona düşən hissəsi ayrılıb verilib və həmin torpaq sahəsi də əlavə 2006-cı ildə satılıb. Torpaq satıldığı gündən hal hazıra qədər Əhməd Həsənov torpaqdan təyinatı üzrə istifadə edir. Şıxbalanın həyat yoldaşının bunlarla arasında müəyyən uyğunsuzluqlar olub və 2006-cı ildə 1.04 ha torpaq sahəsi ayrılaraq ona verilib və həmin torpaq sahəsini bunlar 29 dekabr 2006-cı ildə satıblar. Robertə torpağı Şıxbala etibarnamələr əsasında satmışdır. Etibarnamələrin uzun müddətə verilməməsinin səbəbi odur ki, müəyyən işlərin icrası məqsədi ilə verilib. Yəni, subsidiyalar və sosial yarımların alınması məqsədilə. Aqrar İslahat Komissiyası tərəfindən verilən aktda Cavabdeh1 həyat yoldaşının adı var və onun həyat yoldaşı bunların bacısıdır, buradaki payçıdır. Bu da istər istəməz bunun hüquqlarına toxunduğundan, qeyd edib ki, “mənim arvadının adı var bu aktda və mən, subsidiyalar ala bilərəm və yaxud sosial yardımla əlaqədar, həmin sənədləşmə işləri ilə əlaqədar məndən müəyyən sənədlər tələb edirlər”. Digər ailə üzvləri arasında həmin torpaq sahələri ilə bağlı mübahisə olmayıb. Ailə üzvlərinin bu işlə əlaqədar Əhməd Həsənova qarşı hər hansı iddiası və etirazları olmayıb. Bundan əlavə Cavabdeh1 həyat yoldaşına düşən hissədə də torpaq sahəsi ilə əlaqədar onun hər hansı bir iddası qalmayıb. Onlar rəsmi şəkildə qeyd edirlər ki, həmin torpaq sahəsindən 1 hektar 4 sot ayrılıb və satıb və bunların savadsızlığından istifadə edərək yenidən bu məsələni qaldırıb və saxtakarlığa yol verib. Cavabdeh1 yoldaşının adına olan torpağı həm X7 həm də Cavabdeh2ə satıb. Sosial ödənişlər və subsidiyalarla bağlı hər hansı yerlərə müraciət etmələri barədə onlar heç nə deyə bilmirlər. Müraciəti qarşı tərəf edirdi və qarşı tərəfin müraciəti ilə bağlı onlarda məlumat ola bilməz. Subsidiya ödənişləri əkinlə bağlı olmuşdur. Onların torpaq sahəsi Əhmədin mülkiyyətində olmuşdur. Həmin torpaq sahəsi Əhmədin mülkiyyətinə rəsmi qaydada keçmədiyinə görə və subsidiyaların alınması ilə əlaqədar rəsmi olaraq mülkiyyətçiyə təqdim olunduğuna görə Əhmədə ödənilmirdi. Sosial ödənişlərlə bağlı təklifin kim tərəfindən gəldiyini dəqiq deyə bilmir amma 3-cü şəxslərdən aztəminatlı ailələrlə bağlı idi. Sosial ödənişlər və subsidiyalarla bağlı müraciət etmiş şəxslər müxtəlif yerlərdə yaşayırlar. Qeyd olunanları nəzərə alaraq, xahişi məhkəmədən budur ki, 3.38 və 1.77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə dair etibarnamə əsasında mülkiyyətçi şəxslərin adından Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 12 mart 2021ci il tarixli 4Ə-584 və 12 mart 2021-ci il tarixli 4Ə-586 reyest nömrəli alqı-satqısı müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılsın. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, o, torpağı 2021-ci ildə almışdır. Torpaqla bağlı məhkəmə mübahisəsi olduğu barədə məlumatı var idi. 2018-ci ildə X28 ailəsini məhkəməyə vermişdir. Məhkəməyə hal hazırda sözü gedən torpaqla bağlı müraciət etmişdir. Sonra 2019-cu ildə Əhməd Həsənov inzibati məhkəməyə müraciət etmişdir. O, orada vəkillə Şıxbalanın arvadı Bahara köməklik göstərmişdir. İş rədd olduqdan sonra, Apellyasiya məhkəməsinə müraciət olunmuş, orada da iddia rədd olunduqdan, Ali Məhkəməyə müraciət olunmuşdur. Əhmədin məhkəməyə müraciət etməkdə məqsəd o idi ki, guya Gülxanımın ərinə torpağa görə pul vermişdir. İnzibati məhkəmə Əhmədin iddiasını rədd etdikdən sonra onlar Notariusdan vərəsəlik haqqında şəhadətnamə çıxarmışlar. Vərəsəliyi aldıqdan sonra torpağı öz adına keçirtmişdir. Daha sonra o, Notariusdan soruşmuş, ona demişlər ki, Zakir ilə Gülnarə etibarnaməni pozub. Yenidən onları çağırıb etibarnamə yazdırmışdır. Şıxbaladan ona görə çəkinirdi ki, qorxurdu birdən Şıxbala bunun evini saxta yollarla satar. Bu səbəbdən də qısamüddətli etibarnamə vermişlər. O ərəfələrdə Əhmədin məhkəmədə mübahisə apardığını bilirdi. Sonra o, 3.38 ha torpağı almağı təklif etmiş, almış, çıxarış çıxartmışdır. Hal-hazırda həmin torpağı Əhməd təsərrüfat işləri aparır. 2019-cu ildə iş inzibati məhkəmədə olanda, vəkilə ödənən pulu və digər xərcləri o çəkmişdir, vəkili özü tutmuşdur. Alqı-satqı zamanı isə çəkilən xərcləri torpağın pulundan çıxmışdır. Əhmədin pul verməsi barədə bilmirdi ancaq torpaqdan istifadə edirdi. Qazıxanov Əmir öldükdən sonra bu işlərin görülməsi ilə əlaqədar vərəsəlik münasibətlərinin icrası, qanuni sənədləşmə işlərində də o, köməklik göstərmişdir. Bütün xərcləri o çəkmiş və o vaxt torpağı o, almışdır. Qazıxanovlar ailəsinə verilən torpağı “Gilan” şirkətinə vermişlər. Sonra torpağı satıblar Rzayev Rahilə, o da çıxarış çıxarıb saxlayıb özündə. 2015-dən bəlkə də ondan əvvəl Əhməd torpaqdan istifadə etmişdir. O, torpağı aldıqdan sonra gedib baxmış, amma əkib becərməmişdir. Torpağı aldıqdan sonra Əhməd o torpaqdan istifadə edirdi və o, Əhmədə heç nə deməmişdir. O vaxtlar Əhmədlə münasibətləri soyumuşdu. Onun həmin torpağa 30000 manatdan çox xərci çıxmışdır. 9 nəfər payçının hərəsinə min manat pul vermişdir. Şıxbalaya da 14 min manat vermişdir. Həmin vaxtlar torpaq sahəsinin həmin ərazidə bir yerdə hektarı 5000 manat, digər yerdə 8000-9000 manat arasında dəyişirdi. Torpağı satmaqları barədə ona hamısı demişdir. O, onlara məhkəmə işlərində kömək etdiyinə, vəkil tutduğuna görə torpağı ona satmaq istəmişlər. Şıxbala ilə qohumluğu yoxdur. Şıxbala Əhmədə demişdir ki, “mənim sosial yardım pulları itib, itən 800 manat pulu ver mən öz yerimə və yoldaşımın yerinə imza çəkdirərəm”. Bundan sonra Əhməd artıq əskik danışmağa başlamış, Şıxbalaya demişdir ki, “mənə kömək etməsən sənin evini yandıracam”. Onun da Əhmədlə arası soyudu və bu səbəbdən o Şıxbalaya kömək etmişdir. Şıxbala bu məsələ ilə bağlı polisə şikayət etməmişdir. Əhməd haqsız olduğuna görə o, Əhmədin tərəfini tutmamışdır. O, torpağın pulun verməmişdən qabaq o torpaqdan Əhməd istifadə edirdi. Torpağın pulunu verdikdən sonra Əhmədə torpağı alması və onun olduğu barədə heç nə deməmişdir. O, torpaq sahəsini almamışdan qabaq o sahənin Əhmədin istifadə etdiyini bilirdi və torpağın Qazıxanovlara məxsus olduğunu bilirdi. Qazıxanovlar ona demişdilər ki, Əhmədə icarəyə vermişlər. Torpağı alarkən payçıların hamısına pul verməyi ilə bağlı heç kimə imza çəkdirməmişdir. Notariusda alqı-satqını Şıxbala ilə və bir də Şamil ilə etmişdir. Ailə üzvləri arasında torpaqla bağlı mübahisə olduğunu bilmirdi, lakin Əhməd onları tez-tez məhkəməyə verirdi. O, həmin kənddən çoxlarından torpaq almışdır. Şıxbalaya vəkil tutmaqda, köməklik göstərməkdə məqsəd o idi ki, Əhməd onun təsisçilərinin yanına gedib pul təklif etmişdi. Şıxbala özü avtobazada sürücü işləyir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, o, öz yoldaşının olan pay torpağını satmışdır. O, avtobus sürücüsüdür, həmişə Qusarda olur. Ona düşən 1 hektar 4 sot torpaq idi, o, həmin torpaq sahəsini satmışdır. Bu torpaq yoldaşına düşən pay torpaq idi. 2006-cı ildə onun yoldaşına çatacaq 1 hektar 4 sot torpağı o, satmamışdır. O, öz pay torpağının pulunu almışdır, onlarla heç bir əlaqəsi yoxdur. Torpağın digər şəxsə satılması barədə onun məlumatı yox idi. Torpağı 15-20 il ərzində kim istifadə edib bilmir. Payçıların hamısı ona etibarnaməni könüllü şəkildə, etirazları olmadan vermişlər. Demişlər ki, “pulu almışıq etirazımız yoxdur, torpağımızı satırıq Robertə”. Ona demişlər ki, “bizim vaxtımız yoxdur”, bu səbəbdən ona etibarnamə vermişlər. X14, yəni onun yoldaşına vermişlər, alqı-satqı bir yerdə olsun deyə. Etibarnaməni alqı-satqı məqsədi ilə vermişlər. Robertlə satanlar öz aralarında danışmışlar. Onlar bütövlükdə torpağı satmaq istəyirdilər, o da, Robertə bu haqda demişdir. Həmin vaxt başqa alıcı yox idi. O, Robertdən öz torpaq payına görə 14.000 manat pul almışdır. Digərləri də 1000 manata Robertə öz torpaq paylarını satmışlar. 2 mart 2021-ci ildə ona etibarnamə verəndə, özləri 1000 manata razı olmuşdular. Özləri təklif etdilər ki, bir yerdə satılsın, ona görə etibarnamə vermişdilər. O torpaqda ailə üzvləri, yəni payçılar hər hansı təsərrüfat həyata keçirmirdilər. Onun yoldaşının adına olan torpağa gedib baxmırdı. Onlar bilirdilər ki, təxminən 15 ildir Əhməd istifadə edir, o torpağı, əkin-biçinlə məşqul olur. Həmin torpaq satılanda torpaq Əhməddə olmuşdur. Ailə üzvləri arasında əvvəllər torpaq mübahisəsi olmamış, son illərdə olmuşdur. Ona etibarnamə veriləndə ailə üzvləri arasında torpaq üstündə mübahisə getmirdi. Mübahisə son 2 ayda yaranmışdır, alqı-satqı vaxtı mübahisə olmamış, hər şey razılıq əsasında olmuşdur. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili X36 iddianı müdafiə etmişdir. Məhkəmə iclasında üçüncü şəxs qismində dindirilmiş X26 izahatında bildirmişdir ki, onun o torpaq sahəsinin qabaqcadan Əhmədə satılması barədə xəbəri var idi. X32 etibarnamə veriləndə torpağı satmaq kimi fikri olmayıb. Onu notariusa yardım adı ilə çağırmışdılar. Bundan əvvəl bilirdi ki, həmin torpağı Əhməd istifadə edir. Torpağın Əhməd tərəfindən istifadə olunmasına dair onun iddiası yoxdur. O, Robertdən pul almamışdır, ona heç kim pul verməyib. Bacısının və yeznəsinin əvvəcədən 14 min pul almasına dair onun məlumatı yox idi. Alqı-satqıya kimi Şıxbala və bacısı ilə münasibəti yaxşı idi. Atası rəhmətə gedənə kimi gəliş-gediş olub, sonra olmayıb. Sosial yardımla bağlı Şıxbalaya etibarnamə vermişdir. Torpaq şöbəsinə sosial yardımla bağlı şifahi müraciət etmişdir. O, Şıxbalaya etibarnaməni yardımla bağlı Torpaq şöbəsinə getməsi məqsədi ilə vermişdir. O, Subsidiya və sosial yardım almamış, bununla bundan əvvəl heç bir orqana müraciət etməmişdir. Şıxbala sosial yardımı özləri üçün çıxardı, onlar üçün yox. Bacı-qardaşlar demişdilər ki, “bizə kömək elə etbarnamə ver yardım çıxaraq”. Notariusa gedib qol çəkəndə hamı ana, bacı, qardaş gəlmişdi. Robert və Şıxbala da orada idi. O, orada Şıxbalaya yardımla bağlı etibarnamə vermişdir. 2-3 il sonra Əhməd Notariusa gedib torpağı öz adına rəsmiləşdirmək üçün çıxarış almaq istəyəndə, aldadıldığını bilmişdir. Məhkəmə iclasında üçüncü şəxs X35 izahatında bildirmişdir ki, torpağı mərhum atası qeyri-rəsmi qaydada Əhmədə vermişdir. Sənəddə bu torpaq onların adında qalmışdır. O, Əhməddən sosial yardım çıxarmaq üçün xahiş etmişdir. Alqı-satqı aktının surətini istəmişdir. Sosial fonduna getmiş və ona demişlər ki, “sənin adında torpaq sahəsi var”. Sonra Şıxbala demişdir ki, “mənim sosialım kəsilib mənə etibarnamə ver sosial yardım alım”. Notariusda Şıxbalaya etibarnamə verəndə onun torpaq satmaq kimi fikri olmayıb. Ona orada pul verən olmayıb. Notariusda digər ailə üzvləri də iştirak edib və torpaq satmaq kimi fikri olmayıb. Təxminən 3-4 ay bundan qabaq Şıxbalanın onu aldatdığını anlamışdır. O, etibarnaməni Şıxbalaya vermişdir. Etibarnaməni özü imzalamışdır, heç kim təsir etməmişdir. Sosial müdafiə fonduna müraciət etmiş, ona bildirmişlər ki, “sənin adında torpaq var”. Sonra Şıxbala bildirmişdir ki, “etibarnamə ver mən düzəldəcəm”. Əvvəllər kiməsə yardım almaqda kömək etməmişdir. Ailə üzvlərinin Robertə torpağın alqı-satqısı ilə bağlı xəbəri olmayıb. Etibarnamə vermək üçün gedəndə Notariusda Roberti görmüşdür. Etibarnamənin məzmununu oxumamışdır. Sosial yardımın təxminən 1 aya düzələcəyini bilirdi. Bir neçə ay keçmiş, amma sosial yardımı ala bilməmiş, etibarnanmə verdikdən 2-3 ay sonra ona məlum olmuşdur ki, Şıxbala Robertdən pul alıb. Əvvəllər heç kimə etibarnamə verməmişdir. Məhkəmə iclasında üçüncü şəxs qismində dindirilmiş X39 izahatında bildirmişdir ki, birinci bunlar torpağı Rahilə satmışlar. Torpağı atası, Zakir, Gülnarə, Gülxanım, Bəsirə, Zamir, hamısı satmışdılar. Onun torpağını da bunlar satıb pulunu yeyiblər. Sonra ondan xəbərsiz Şirinov Sabirə satmışlar. 3-cü Əhmədə, indi də Robertə satmışlar. Həmin torpaqdan kim istifadə edirdi bilmir. 5.17 ha torpaqdan hamıya barəbər pay düşüb. Ona düşən 1.4 ha torpağa görə 14 min manat aldığını etiraf edir. 2006-cı ildə 1.4 ha torpağı o satmamışdır. Robert pulu hamıya vermişdir. Həmin günü Notariusa gəlmişdir. Zakir, Zamir, Gülxanım, Bəsirə hamısı gəlmişlər. Hamısı bilirdi ki, torpağa görə gəliblər. Torpaq onun yoldaşı tərəfindən Robertə satılıb. Robert alqı-satqı müqaviləsində ona da digər payçılara da pul vermişlər. Hamısı Notariusa gəlib, imza atıb, pulu alıb gediblər. Etibarnamə verilərkən hər hansı psixi və ya fiziki təsir olmayıb. Sərbəst şəkildə etibarnamə veriblər. Şamil 3000 manat, Zamir 3000 manat, Gülnarə də pul almış, amma nə qədər aldığını bilmir. Məhkəmə iclasında üçüncü şəxs qismində dindirilmiş X33 izahatında bildirmişdir ki, o, vəkilin çıxışları ilə razıdır. O, Notariusa getmişdir, onu Robert, Şıxbala və Səadət çağırmışdır. Onu oraya torpağı satmaq üçün çağırmışlar. Notariusda sənədləri imzalamışdır. Torpağı Robertə satmışdır. Robert orada ona pul verməmişdir. Müqaviləni imzalayarkən kimsə ona hədə-qorxu gəlməmiş, məcbur imzalatdırmamışdır. Müqavilədə torpağın alqısatqısı olduğunu, torpağın Robertə satıldığını deməmişlər. O, sadəcə imzalamış və onu kimsə imza etməyə məcbur etməmişdir. O, orada nəyə qol çəkdiyini, buraya niyə gəldiyini soruşmamışdır. Onun qardaş və bacıları torpağı digər şəxsə, yəni Əhmədə də satmışlar. Neçəyə satdığını bilmir “şirvan” dövründə satılmışdır. Həmin torpaqda onun payı da var idi. Əhmədə satanda atası ona da pul vermişdir. Notariusda torpağın Robertə satıldığını bilmirdi. Robert özü gəlib onu notariusa aparmışdır. Notariusa zorla aparılmamış, Robert torpağı almaq adı ilə aparmış, Robert onların torpağını almaq istəyirdi, özləri dedilər ki, ki, “gəl Notariusa qol çək”. Birinci dəfə gedəndə düz olmamış, 2-ci dəfə gedəndə şəxsiyyət vəsiqəsinin vaxtı bitmiş, yenilədikdən 1-2 gün sonra getmişdir Notariusa. İmzaladığı sənəddə nədən bəhs olunduğunu bilmir. O torpağın verilməsinə imza atdığını bilmirdi. Robert onu 2-3 dəfə torpaq üçün Notariusa çağırmışdı. Notariusa əvvəllər gedib indiyə kimi alqı-satqı etməmişdir. Ondan başqa da payçılar var, Robertin onlara pul verməsi barədə bilmir. Ona da pul verməmişdir. Sosial ödənişlər almır, bacı-qardaşları da almır. Subsidiyalar almamışdır, ailə üzvlərindən də kimsə almayıb. Harasa müraciət etmələri barədə bilmir. Subsidiya və sosial ödənişlərlə bağlı kiməsə etibarnamə verməyiblər, elə bir hal olmayıb. Bacı-qardaşlarının da subsidiyalarla bağlı kiməsə etibarnamə vermələri barədə bilmir. Notariusa getdiyi vaxtlar, torpaqdan Əhməd istifadə edirdi. Notariusa gedəndə torpaq sahəsini satmağa getmişdir, başqa məqsədi yox idi. Subsidiya və sosial ödənişlərlə bağlı ona təkliflər olunmayıb, digərlərinə bilmir. Ailə üzvləri ilə Cavabdeh1 münasibəti yaxşı idi. Şıxbalaya əvvəllər kiminsə etibarnamə verməsi barədə xəbəri yoxdur. Digər ailə üzvlərin Robert tərəfindən çağırılıb torpaq almaq istəməsi barədə bilmir. Robertə tək onun imzasının kifayət etmədiyini, digər payçıların da iştirakının olması barədə heç nə deməmişdir. Digər bacı-qardaşların Robertə torpaq satmalarını bilirdi. Robertin onlara pul verdiyini bilmir. Müqaviləni imzaladıqdan sonra Robert ona pul verməmişdir. Üçüncü şəxslər X11, X22, X6, X18, Qusar rayon Notariat ofisinin Notariusuna və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin şəxslər və həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.6-cı maddələrinə əsasən işə məhkəmə iclasına gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, işdə olan 12 mart 2021-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsindən görünür ki, X39, X33, X20, X31, X27, X35, X34, İddiaçı və X1 rayonu Aşağı Ləyər kəndi ərazisində yerləşən paylı mülkiyyət hüququ üzrə 1.7364 ha olan torpaq sahəsi X3 5000 (beş min) manata satmışlar. İşdə olan 12 mart 2021-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X39, X33,X20,X31,X27,X35,X34,İddiaçı və Bayramova Gülnarİ Əmir qızı Qusar rayonu Aşağı Ləyər kəndi ərazisində yerləşən paylı mülkiyyət hüququ üzrə 3.38 ha olan torpaq sahəsi X3 5000 (beş min) manata satmışlar. İşdə olan ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qusar rayonu Aşağı Ləyər kəndində yerəşən 1.7364 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə 2/10 hissədə İddiaçı Dukuş qızına, 1/10 hissədə X24, 1/10 hissədə X23, 1/10 hissədə X6, 1/10 hissədə X8, 1/10 hissədə X18, 1/10 hissədə X11, 1/10 hissədə X22, 1/10 hissədə X29 verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 140-ci maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 141.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Həmin Məcəllənin 141.2-ci maddəsinə əsasən bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Həmin Məcəllənin 141.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Həmin Məcəllənin 144.1, 144.2, 144.2-1, 144.5-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. Sərəncam verən tərəfin sərəncam hüququnun və öhdəliklərinin, eləcə də əmlakın mövcud yüklülüyünün daşınmaz əmlakın dövlət reyestrində yoxlanılması bu Məcəllənin 148.3-cü maddəsinə uyğun olaraq təmin olunur.Daşınmaz əmlaka mülkiyyət hüququ əmlakın fiziki cəhətdən bölünməsini nəzərdə tutmayan, lakin yaranacaq ümumi paylı mülkiyyətdə payların nisbətini faizlə müəyyənləşdirən bölünmə planı əsasında bölünə bilər. Mülkiyyətçi tərəfindən tərtib edilən belə bölünmə planı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada təsdiq edildikdən sonra mülkiyyətçinin bölünmə nəticəsində yaranan payların hər birinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınır. Həmin Məcəllənin 144.3-cü maddəsinə əsasən, notarius daşınmaz əmlak üzərində sərəncam verilməsinə dair müqaviləni təsdiqlədikdən dərhal sonra onu elektron formada informasiya sistemləri vasitəsilə və təsdiqlənmiş yazılı formada sifarişli poçt göndərişi vasitəsilə daşınmaz əmlakın dövlət reyestrinə göndərməlidir. Belə müqavilə ondan irəli gələn mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmasına dair ərizə hesab olunur və həmin müqavilə əsasında müvafiq hüquqlar dövlət qeydiyyatına alınır. Həmin Məcəllənin 146.1, 146.2, 146.8-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Daşınmaz əmlaka dair müqavilələrin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına görə daşınmaz əmlaka dair müqaviləni təsdiqləyən notarius, qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər və müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi məhkəmə məsuliyyəti daşıyırlar. Daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlaka dair müqavilələrin qeydiyyatının aparılmaması və ya qeydiyyatın düzgün olmaması, qeydiyyatın natamam olması ilə bağlı iddialara görə dövlət reqressant qismində çıxış edir. Həmin Məcəllənin 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azəbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükəgözlədiyini təlqin edə bilən məcburetməəqdinetibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə dəəqdinmübahisələndirilməsinəəsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Həmin Məcəllənin 347.1, 347.5-ci maddəsinə əsasən Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Predmetin əsas xüsusiyyətləri barəsində yanılma yalnız o zaman vacib sayılır ki, predmetin dəyərinin müəyyənləşdirilməsi üçün əhəmiyyət kəsb edir. Həmin Məcəllənin 354.1, 354.2-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Həmin Məcəllənin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Həmin Məcəllənin 362.1, 362.2-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır Həmin Məcəllənin 646.1, 646.2-ci maddəsinə əsasən daşınmaz əşyaların alğısatqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğısatqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. «Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 11 iyul 2003-cü il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli Qərarında qeyd edilmişdir ki, “...Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların (o cümlədən yaşayış mənzilinin) alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2, 334.3.1 və 647.1-ci maddələri)... Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur «Notariat haqqında» Azərbaycan Respublikasının Qanunu 8-ci maddəsinə əsasən notarius bu Qanunda nəzərdə tutulan hərəkətləri apara bilər, əqdlərin, ərizələrin və digər sənədlərin layihələrini tərtib edə bilər, sənədlərin surətlərini və onlardan çıxarışları hazırlaya bilər, notariat hərəkətlərinin aparılması ilə əlaqədar məsləhətlər verə bilər, fiziki və hüquqi şəxslərdən həmin hərəkətlərin aparılması üçün sənədləri və məlumatları tələb edə bilər. Həmin Qanunun 35-ci maddəsinə əsasən notariuslar və notariat hərəkətləri aparan digər vəzifəli şəxslər hər bir halda müvafiq notariat hərəkətləri apararkən bunun üçün müraciət etmiş şəxslərin, onların nümayəndələrinin və ya idarələrin, müəssisələrin və təşkilatların nümayəndələrinin şəxsiyyətini müəyyən etməlidirlər.Əqdlər təsdiq edilərkən və Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan hallarda bəzi başqa notariat hərəkətləri aparılarkən əqdlərin iştirakçılarının və notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş digər şəxslərin imzalarının həqiqiliyi yoxlanılmalıdır.Əqdlər təsdiq edilərkən əqdlərdə iştirak edən şəxslərin fəaliyyət qabiliyyəti aydınlaşdırılmalıdır və hüquqi şəxslərin hüquq qabiliyyəti yoxlanılmalıdır. Əqd nümayəndə tərəfindən aparıldıqda onun səlahiyyəti yoxlanılmalıdır.Notariat qaydasında təsdiq edilən əqdlər, habelə ərizələr və başqa sənədlər notariusun və ya notariat hərəkəti aparan digər vəzifəli şəxsin iştirakı ilə imzalanmalıdır. Əgər əqd, ərizə və ya başqa sənəd göstərilən vəzifəli şəxslərin iştirakı olmadan imzalanmışsa, onu imzalayan şəxs sənədi özünün imzaladığını şəxsən təsdiq etməlidir. Həmin Qanunun 45-ci maddəsinə əsasən Notariuslar və müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. Notariuslar və müvafiq icra hakimiyyəti orqanları təsdiq etdikləri əqdin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar. Notariuslar “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini nəzərə almaqla, müqavilələrin elektron formada tərtib edilməsinə və imzalanmasına, onların, habelə videoyazı vasitəsilə əqdlərin təsdiq edilməsinə dair notariat hərəkətlərini bu Qanunun 27-ci maddəsində nəzərdə tutulmuş notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimata uyğun olaraq həyata keçirirlər. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqındaAzərbaycan Respublikası Qanununun 1 6.6-cı maddəsinə Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir Göründüyü kimi, mülki qanunvericiliyin tələblərinə əsasən əqdin etibarlı olması üçün onun forma və məzmununa əməl olunması mütləq şərt kimi nəzərdə tutulmuş və həmin şərtlərə əməl olunmaması onun etibarsızlığına səbəb olur.Daşınmaz əmlakın özgəninkiləşdirilməsi barədə müqavilələr isə notariat qaydasında təsdiqlənməli, təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması ilə təsdiqlənir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Bundan başqa, qanunvericiliyin tələblərinə əsasən müqavilələr, o cümlədən alqı-satqı müqavilələri bağlanarkən tərəflərin iradə ifadəsi müqavilənin bağlanmasının və onun etibarlı olmasının zəruri şərtlərindən biridir. Bu barədə əqdin məzmunu tərəflərin sərbəst iradə ifadəsinə uyğun olmalı, əqdin şərtlərini arzu etdiklərini və buna razı olduqlarını öz hərəkətləri ilə bildirməlidirlər. Həmçinin, mülki qanunvericilikdə daşınmaz əmlakla, ər-arvadın birgə nikahları dövründə əldə edilmiş və onlardan birinin adına rəsmiləşdirilmiş daşınmaz əmlakın özgəninkiləşdirilməsi barədə müqavilələrin etibarlılığı üçüncü şəxslərin (ər və ya arvadın) razılığından asılı edilmişdir. Belə müqavilələrin bağlanması zamanı həmin şəxsin razılığının alınması zəruri şərt kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin faktiki halları ondan ibarətdir ki, etibarsızlığı tələb olunan 12 mart 2021-ci il tarixli 4Ə-584 və 12 mart 2021-ci il tarixli 4Ə-586 reyestr nömrəli alqı-satqı müqavilələrinin predmetini təşkil edən 3.38 ha və 1.77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri X21, X16, X2, X12, X5, X15, X19, İddiaçı və X4 ümumi birgə mülkiyyətlərində olmuşdur. Birgə mülkiyyətçilərdən X33 istisna olmaqla digər mülkyyətçilər Cavabdeh1 adına öz əmlakları barəsində sərəncam hüquq üzrə əqdlərin bağlanması barədə etibarnamələr vermişlər, daha sonra isə yuxarıda göstərilən torpaq sahələrinin alqı-satqısı barədə Şamil Qazıxanovla, digər mülkiyyətçilərin adından isə Cavabdeh1la, Cavabdeh2 arasında yuxarıda göstərilən məlum alqı-satqı müqavilələri bağlanmışdır. İddiaçının dəlili ondan ibarətdir ki, o və digər mülkiyyətçilər alqı-satqı müqavilələrinin predmetini təşkil edən torpaq sahələrini 2006-cı ildə X38 adlı şəxsə satmışlar, ona görə də, onun və digər mülkiyyətçilərin həmin torpaq sahəsini Cavabdeh2 satmaq niyyətləri olmamışdır, adına etibarnamə verdikləri Cavabdeh1 əslində torpaq sahələrinə dair onlar üçün subsidiyalar və sosial ödənişlər almalı idi, lakin həmin şəxs onları aldadaraq torpaq sahələrini Cavabdeh2 satmışlar. Lakin, iddiaçı tərəf torpaq sahələrinin Əhməd Həsənov adlı şəxsə satmaları barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. İddiaçının iddia ərizəsində göstərdiyi Cavabdeh1 tərəfindən həmin torpaq payçılarının aldadılması barədə dəlilinə gəldikdə isə bu barədə də iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmiş, iddiaçının Cavabdeh1 adına verilmiş etibarnamənin məhz subsidiyaların və sosial ödənişlərin alınması ilə bağlı vermələri məhkəmə iclasında öz təsdiqini tapmamış, etibarnamənin məzmununda hansı hərəkətlərin həyata keçirilməsi konkret göstərilmişdir. Bundan başqa, məlum alqı-satqı müqavilələri həm də torpaq sahələrinin mülkiyyətçilərindən biri və eyni zamanda İddiaçı ailə üzvü olan Şamil Qazıxanovun özü tərəfindən notariat ofisində şəxsən imzalanmış və həmin şəxs özünün iradə ifadəsinin zədələndiyini iddia etməmişdir. Eləcə də, Cavabdeh1 adına etibarnamələr vermiş şəxslərin torpaq sahələrinin satılması ilə bağlı aralarında hər hansı mübahisə olmamış, etibarnaməni Cavabdeh1 adına birgə vermişlər. Belə olan halda, iddiaçının Cavabdeh1 tərəfindən aldadıldığı özü məhkəmədə şübhə doğurur. Bundan başqa, iddiaçı bir tərəfdən torpaq sahəsini Əhməd Həsənova satdığını bildirsə də, digər tərəfdən torpaq sahəsinə dair subsidiya almaq niyyəti ilə etibarnamə verdiyini bildirmişdir. Bu, isə həmin dəlillərin bir-biri ilə ziddiyyət təşkil etməsinə və hər iki dəlilin inandırıcı olmamasına dəlalət edir. Odur ki, məhkəmənin qənaətinə görə iddiaçı tərəfindən mübahisələndirilən alqı-satqı müqavilələri üzrə iradə ifadəsinin zədələndiyi sübuta yetirilməmişdir. Bundan başqa, iddiaçı alqı-satqı müqavilələrinin bağlanmasından iki ildən artıq müddət keçdikdən sonra həmin müqavilələri mübahisələndirmişdir. Halbuki, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. İddiaçı özü Cavabdeh1 adına verilən etibarnaməni subsidiya və sosial ödənişlərin alınması məqsədi ilə verdiyini bildirmişdir. Halbuki, Cavabdeh1 adına verilən etibarnamə 3 ay müddətinə xx.xx.2021-ci il tarixədək verilmişdir. Həmin müddət daxilində iddiaçı etibarnamə üzrə Cavabdeh1 tərəfindən hansı hərəkətlərin edilməsini, onun maraqlarının onu təmsil edən şəxs olan Cavabdeh1 tərəfindən təmin olunub-olunmamasını öyrənməli, məlum alqı-satqı müqavilələrinin bağlanmasını bilməli idi. Bundan başqa, iddiaçı tərəfindən mübahisələndirilən alqı-satqı əqdləri onun ailə üzvü olan Şamil Qazıxanbov tərəfindən də imzalanmışdır ki, bu da həmin müqavilələrin bağlanması barədə iddiaçının məlumatlı olmasına dəlalət edir.Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən əqdin mübahisələndirilməsi üçün Mülki Məcəllə ilə müəyyən edilmiş kəsici müddət ötürülmüş və onun yuxarıda göstərilən müqavilələrin mübahisələndirilməsi hüququna xitam verilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil cavabdehlər Cavabdeh1, Cavabdeh2, üçüncü şəxslər X10, X11, X22, X23, X29, X24, X6, X18, Qusar rayon Notariat ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia tələbi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil cavabdehlər Cavabdeh1, Cavabdeh2, üçüncü şəxslər X10, X11, X22, X23, X29, X24, X6, X18, Qusar rayon Notariat ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-425/2023
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-425/2023
17.08.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver