Məhkəmə qərarları › İş №2(029)-427/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-427/2021

09.06.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-427/2021 09.06.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, İddiaçı, üçüncü şəxs X5 iştirakları ilə İddiaçı Cavabdeh1nə və qeyrilərinə qarşı mirasın qəbul edilməsi müddətinin uzadılması və əmlaka dair vərəsəlik hüququnun tanınması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh1nə və qeyrilərinə qarşı mirasın qəbul edilməsi müddətinin uzadılması və əmlaka dair vərəsəlik hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yerləşən 0.0524 ha həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ½ hissəsinə dair onun, digər ½ hissəsinə dair isə mərhum əri X3 mülkiyyət hüququnun müəyyən edilməsi; ünvan 1 ünvanda yerləşən 0.0524 ha həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin mərhum X27a məxsus ½ hissəsinə dair qanun üzrə vərəsəlik müəyyən olunmaqla həmin mirasın onun tərəfindən qəbul edilməsi müddətinin uzadılması və həmin mirasa dair onun vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, 10.09.1960-cı il tarixdə X9 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, birgə nikahlarından X10, X11, X12, X6, X4 və Cavabdeh2 anadan olmuşlar. Bundan başqa, ünvan 1 ünvanda yerləşən 0.0524 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi əri X9 ilə onun birgə nikahları dövründə əldə edilmişdir. X27 01.09.2012-ci il tarixdə vəfat etmişdir. Həmçinin, oğlu Azər Gərəyxanov ərindən uzun müddət əvvəl-yəni 24.10.1992-ci il tarixdə vəfat etmişdir. X27 vəfat etdikdən sonra yuxarıda qeyd etdiyi fərdi yaşayış evi onun tərəfindən miras kimi faktiki qəbul edilmiş və həmin ev yalnız onun sahibliyinə və idarəçiliyinə keçmişdir. Övladlarının heç biri X27un mirasından pay tələb etməmişlər, bu barədə notarial qaydada təsdiqlənən ərizələr vermişlər. Heç bir vərəsə mirasdan pay tələb etmədiyinə görə o, ərizə ilə Cavabdeh1nə müraciət edərək həmin evin və həyətyanı torpaq sahəsinin X27un payına düşən hissəsinə dair adına qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmiş, lakin, həmin notariat ofisi ona vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina etmişdir. Buna səbəb kimi isə qızı Cavabdeh2 sonradan mirasdan pay tələb etməsi göstərilmişdir. Halbuki, qızı Sədaqət uzun müddət mirasdan pay tələb etməmiş, bu barədə susmuş və hətta notarial qaydada ərizə verərək mirasdan pay tələb etmədiyini bildirmişdir. Qeyd etmək istəyir ki, ünvan 1 ünvanda yerləşən 0.0524 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi onunla X16 birgə nikahı dövründə əldə edildiyindən həmin evlə torpaq sahəsi bütövlükdə onun miras kütləsinə daxil edilə bilməz. Çünki, həmin əmlaklarda onun mülkiyyət payı vardır. Həmin pay bərabər olmaqla ½ hissə təşkil edir. Bununla da, həmin əmlakların ½ hissəsi mərhum ərinin miras kütləsinə daxil edilməli və həmin hissəyə dair qanun üzrə vərəsəlik müəyyən olunmalıdır. Bundan başqa, yuxarıda qeyd etdiyi kimi, həmin əmlakları miras əmlak kimi ondan başqa digər vərəsələr qəbul etməmişlər və mirasa dair susmuşlar. Onların susmaları bu barədə notarial qaydada verdikləri ərizələri ilə təsdiq olunur. Ona görə də, onların mirasa dair susmaları Mülki Məcəllənin 1273-1-ci maddəsinə uyğun olaraq mirasdan imtina kimi qiymətləndirilməlidir. O, isə notariat orqanına vaxtında ərizə verməsə də və mirasın qəbul edilməsi müddətini ötürsə də, həmin mirası faktiki olaraq qəbul edərək indiyədək mirası idarə edir. Ona görə də, hesab edir ki, Cavabdeh1 yuxarıda qeyd etdiyi mirasa dair adına qanun üzrə vərəsəlik şəhadətnaməsini verməməsi əsassızdır. Odur ki, həmin mirasın onun tərəfindən qəbul edilməsi müddəti uzadılmalı və onun həmin mirasa dair vərəsəlik hüququ tanınmalıdır. Digər vərəsələrin vərəsəlik hüquqları isə itirilmiş kimi qəbul edilərək həmin hüquqları tanınmamalıdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsində göstərilən halları təsdiq etdiyini, mərhum ərinin mirasının yalnız onun tərəfindən qəbul edildiyini, mirasın qəbul edilməsi müddətini ötürsə də, mirası faktiki olaraq qəbul edərək onu idarə etdiyini, digər vərəsələrin, o cümlədən qızı Sədaqətin tərəfindən isə həmin mirasın qəbul edilmədiyini, göstərmiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs X12 iddianın əsaslı və düzgün olduğunu göstərmiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 notariusu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və məhkəməyə məktub göndərərək işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmiş, iş üzrə çıxarılacaq qərarı məhkəmənin mülahizəsinə buraxmışdır. Cavabdeh2 və üçüncü şəxslər X10, X6 və X4 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci və 185.6-cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iddiaçının və üçüncü şəxs Adil Gərəyxanovun izahatlarını dinləyib, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan 12.01.2021-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən 0.0524 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X3 adına qeydiyyata alınmışdır. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 08.12.2017-ci il tarixli “nikah haqqında akt qeydi”ndən çıxarışdan görünür ki, X9 ilə X17 arasındakı nikah 10 sentyabr 1960-cı il tarixdə Qusar RİHB-nın Yuxarı Tahircal kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyində 08 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra Ziyafət Tahirova “Gərəyxanova” soyadı verilmişdir. İşdə olan AZ-İ 781400 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X9 01 sentyabr 2012-ci i tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 12 sentyabr 2012-ci il tarixdə 134 nömrə ilə qeyd edilmişdir. İşdə olan Qusar rayon İHB-nın Qusar şəhər inzibati ərazi daisəi üzrə nümayəndəliyi tərəfindən verilmiş 08 dekabr 2020-ci il tarixli 2862 nömrəli arayışdan görünür ki, 01 sentyabr 2012-ci ildə vəfat etmiş mərhum X9 vəfat etdiyi günədək ünvan 1 evdə yaşamış və vəfatından sonra aşağıdakı vərəsələri qalmışdır: 1.İddiaçı–h/yol 2.X13 3.X6 4.X4 5.X12 6.Cavabdeh2 7.X14-vəfat edib. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 18.06.2013-cü il tarixli İV-JQ 360148 saylı ölüm haqqında arayışdan görünür ki, X14 24 oktyabr 1992-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 24 oktyabr 1992-ci il tarixdə 97 nömrə ilə qeyd edilmişdir. İşdə olan X5 15.07.2013-cü il tarixli, X8 31 avqust 2013-cü il tarixli, Cavabdeh2 18.07.2013-cü il tarixli və X1 18.07.2013-cü il tarixli notariat qaydasında təsdiq olunmuş ərizələrindən görünür ki, onlar 01 sentyabr 2012-ci ildə vəfat etmiş mərhum X2 miras qalmış əmlakları, onlara çatan payı, nə faktiki, nə də ki, ərizə ilə müraciət edərək qəbul etməmişlər, hal-hazırda qəbul etmirlər. 6 aylıq müddəti buraxmışlar, həmin müddətin bərpası üçün və payın tələbi ilə əlaqədar gələcəkdə məhkəməyə müraciət etməyəcəklər. İşdə olan Cavabdeh1 tərəfindən verilmiş 17 fevral 2021-ci il tarixli X-166 saylı məktubdan görünür ki, İddiaçı həmin notariat ofisinə 01 sentyabr 2012-ci ildə vəfat etmiş X2 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə müraciətinə cavab olaraq bildirilmişdir ki, X3 qızı Cavabdeh2 həmin notariat ofisinə atası Şafiddin Gərəyxanovdan miras qalan əmlakdan miras payının qəbul edilməsi barədə müraciət edərək pay bölgüsü ilə bağlı narazılığını bildirmişdir. Bu səbəbdən də, pay bölgüsünün aparılması və mübahisənin həlli üçün məhkəməyə müraciət etməsi məqsədəuyğundur. İşdə olan Cavabdeh1 tərəfindən Cavabdeh2 ünvanlanmış 18 aprel 2019-cu il tarixli X-268 saylı məktubdan görünür ki, onun həmin notariat ofisinə müraciətinə baxılmışdır. Cavab olaraq bildirilmişdir ki, o, 18.07.2013-cü il tarixdə notariat orqanına 01.09.2012-ci ildə vəfat etmiş X2 miras qalmış əmlakdan özünə çatan miras payından imtina olunmasına dair ərizə vermişdir. Həmçinin, Mülki Məcəllənin 1268.1-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Bununla bağlı hər hansı bir mübahisəsi varsa, həmin mübahisənin həlli üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilir. İşdə olan Cavabdeh1 tərəfindən məhkəməyə təqdim edilmiş 09 iyun 2021-ci il tarixli X-590 saylı məktubdan görünür ki, 18 iyul 2013-cü il tarixdə Cavabdeh2, 01 sentyabr 2012-ci ildə vəfat etmiş X2 miras qalmış əmlaka dair miras payından imtina olunmasına dair ərizə vermişdir. Qeyd olunan ərizəyə imza etmiş Cavabdeh2 imzasının həqiqiliyi notarial formada təsdiq edilmiş və ərizə hal-hazırda qüvvədədir. Həmçinin, bundan əlavə Cavabdeh2 11 aprel 2019-cu il tarixdə əlavə ərizə yazaraq həmin ərizəni poçt göndərişi vasitəsilə Cavabdeh1nə göndərərək 2012-ci ildə vəfat etmiş atası X2 miras qalmış, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Cavabdeh2 müraciətinə 18 aprel 2019-cu il tarixdə cavab verilərək ona Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1268.1-ci maddəsinə əsasən vərəsənin mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəsinin geri götürülməsinin mümkün olmadığını bildirmişdir. İşdə olan Seriya AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1938-ci ildə Qusar rayonu Üzdən-oba kəndində anadan olmuş, Qusar şəhəri S.Süleyman (S.Stalski) küçəsində 60 nömrəli evdə yaşayır. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı 10.09.1960-cı il tarixdə X9 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, birgə nikahlarından X10, X11, X12, X6, X4 və Cavabdeh2 anadan olmuşlar. Bundan başqa, ünvan 1 ünvanda yerləşən 0.0524 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi iddiaçı ilə X9 ilə onun birgə nikahları dövründə əldə edilmişdir. Şafiddin Gərəyxanov 01.09.2012-ci il tarixdə vəfat etmişdir. Həmçinin, onların övladları Azər Gərəyxanov həmin şəxsdən əvvəl-yəni 24.10.1992-ci il tarixdə vəfat etmişdir. X19 vəfat etdikdən sonra yuxarıda qeyd etdiyi fərdi yaşayış evi iddiaçı tərəfindən miras kimi faktiki qəbul edilmiş və həmin ev onun sahibliyinə və idarəçiliyinə keçmiş, hazırda həmin evdə qeydiyyatda olmaqla orada yaşayır. X16 övladlarının heç biri həmin mirasından pay tələb etməmişlər, pay tələbi ilə bağlı notariat orqanına ərizə verməmişlər, Adil, Asəf, Sevinc və Sədaqət Gərəyxanov(a)lar isə əksinə mirası qəbul etmək niyyətlərinin olmaması barədə notarial qaydada təsdiqlənən ərizələr vermişlər, bununla da, mirasa dair susmuşlar. Cavabdeh2 mirasa dair susması barədə 18.07.2013-cü il tarixdə notariat qaydasında təsdiqlənən ərizə verməsinə baxmayaraq, sonradan mirasdan pay tələb etməsi barədə Cavabdeh1nə yeni bir ərizə vermiş, lakin, ona mirasdan imtina barədə ərizənin geri götürülməsinin mümkün olmadığı izah edilmişdir. İddiaçı mirasın qəbul edilməsi ilə bağlı ərizə ilə Cavabdeh1nə müraciət edərək həmin evin və həyətyanı torpaq sahəsinin X27un payına düşən hissəsinə dair adına qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmiş, lakin, həmin notariat ofisi ona vərəsəlik şəhgadətnaməsinin verilməsindən imtina etmişdir. Buna səbəb kimi isə qızı Cavabdeh2 sonradan mirasdan pay tələb etməsi göstərilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 1162-ci maddəsinə əsasən sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Məhkəmə hesab edir ki, yuxarıda göstərilən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.0524 ha həyətyanı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə yalnız X16 adına qeydiyyata alınsa da, həmin əmlaklar iddiaçı ilə X16 birgə nikahları dövründə əldə edildiyindən həmin əmlaklara dair iddiaçının ½ hissə mülkiyyət payı müəyyən edilməli və qalan ½ hissə X16 miras kütləsinə daxil edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1, 1159.1.1-ci maddələrinə əsasən birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Həmin Məcəllənin 1263-cü maddəsinə əsasən əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir. Həmin Məcəllənin 1268.1-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Həmin Məcəllənin 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Məhkəmə mirasla bağlı iddiaçının dəlilləri ilə razılaşaraq hesab edir ki, X19 vəfat etdikdən sonra ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.0524 ha həyətyanı torpaq sahəsi onların birgə mülkiyyətçisi kimi İddiaçı sahibliyinə və idarəçiliyinə keçmiş və iddiaçı həmin vaxtdan indiyədək həmin evdə qeydiyyatla yaşayır. X16 digər vərəsələri, o cümlədən Cavabdeh2 isə həmin mirası qəbul etməmişlər, mirasa dair susmuşlar, Adil, Asəf, Sevinc və Sədaqət Gərəyxanov(a)lar mirasa dair susmalarına dair notariat qaydasında təsdiqlənən ərizələr vermişlər. Ona görə də, X16 iddiaçıdan başqa, digər vərəsələrinin mirasa dair susmaları Mülki Məcəllənin 1273-1-ci maddəsinə uyğun olaraq mirasdan imtina kimi qiymətləndirilməlidir. Cavabdeh2 mirasa dair susduqdan sonra miras payın tələb olunması ilə bağlı yeni bir ərizə ilə Cavabdeh1nə müraciət etsə də, həmin notariat ofisi tərəfindən haqlı olaraq Mülki Məcəllənin 1268.1-ci maddəsinin tələbinə əsasən mirasdan imtinanın geri götürülməsinin qeyri-mümkünlüyü ona izah olunaraq bundan imtina edilmişdir. İddiaçı isə mirasın qəbulu ilə bağlı vaxtında notariat orqanına ərizə verməsə də və mirasın qəbul edilməsi müddətini ötürsə də, həmin mirası faktiki olaraq qəbul edərək indiyədək mirası idarə edir. Ona görə də, məhkəmə hesab edir ki, həmin mirasın iddiaçı tərəfindən qəbul edilməsi müddəti uzadılmalı və onun həmin mirasa dair vərəsəlik hüququ tanınmalıdır. Digər vərəsələrin vərəsəlik hüquqları isə itirilmiş kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları tam sübuta yetirmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalı, ünvan 1 ünvanda yerləşən 0.0524 ha həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ½ hissəsinə dair İddiaçı, digər ½ hissəsinə dair isə mərhum X3 mülkiyyət hüququ müəyyən edilməli, həmin torpaq sahəsinin və fərdi yaşayış evinin mərhum X7 məxsus ½ hissəsinə dair qanun üzrə vərəsəlik hüququ müəyyən olunmaqla həmin mirasın İddiaçı tərəfindən qəbul edilməsi müddəti, ötürülməsinin səbəbləri üzürlü sayılmaqla uzadılmalı və həmin mirasa dair İddiaçı vərəsəlik hüququ tanınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. ünvan 1 ünvanda yerləşən 0.0524 ha həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ½ hissəsinə dair İddiaçı, digər ½ hissəsinə dair isə mərhum X3 mülkiyyət hüququ müəyyən edilsin. ünvan 1 ünvanda yerləşən 0.0524 ha həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin mərhum X7 məxsus ½ hissəsinə dair qanun üzrə vərəsəlik hüququ müəyyən olunmaqla həmin mirasın İddiaçı tərəfindən qəbul edilməsi müddəti, ötürülməsinin səbəbləri üzürlü sayılmaqla uzadılsın və həmin mirasa dair İddiaçı vərəsəlik hüququ tanınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar