Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-428/2021 20.04.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu İddiaçı Cavabdeh və qeyrilərinə qarşı miras əmlakda payların müəyyən edilməsinə dair iddia ərizəsinə baxaraq, Müəyyən etdim: İddiaçı Cavabdeh və qeyrilərinə qarşı miras əmlakda payların müəyyən edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarından görünür ki, iddia ərizəsinə əlavə olunmuş Qusar rayon Notariat Ofisi tərəfindən verilmiş xx xxxx 2021-ci il tarixli X-279 saylı məktubda göstərilmişdir ki, təqdim olunmuş sənədlərdə vəfat etmiş şəxsin soyadı və adı Ayibov Ayib, vərəsənin adı, soyadı və atasının adı isə İddiaçı qeyd edilmiş, göstərilən ad, soyad, ata adı arasında uyğunsuzluq mövcuddur. Lakin, buna baxmayaraq iddiaçı tərəfindən həmin uyğunsuzluğun aradan qaldırılmasına dair heç bir sənəd ərizəyə əlavə olunmamışdır. Azərbaycan Respublikasının MPM-nin 149.2.3, 149.2.5-ci maddələrinə əsasən ərizədə iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə yönələn tələb; ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Həmin Məcəllənin 150.0.5-ci maddəsinə əsasən iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri iddia ərizəsinə əlavə edilir. Beləliklə, ərizə Azərbaycan Respublikasının MPM-nin 149-cu maddəsinin tələbləri pozulmaqla məhkəməyə verilmişdir. Azərbaycan Respublikasının MPM-nin 152.1.1-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ona görə də, hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPMnin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. İddiaçı izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada ərizə ilə aidiyyəti üzrə məhkəməyə müraciət etmək olar. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar.
Məhkəmə qərarları › İş №2(029)-428/2021
Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-428/2021
20.04.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver