Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-453/2021 23.06.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı mirasın qəbul edilməsi müddətinin uzadılması və miras əmlaklara dair vərəsəlik hüququnun tanınması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı mirasın qəbul edilməsi müddətinin uzadılması və miras əmlaklara dair vərəsəlik hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum atası X7 mülkiyyətində olan, Qusar rayonu Gədəzeyxur kəndində yerləşən iki mərtəbəli fərdi yaşayış evinə, o cümlədən həmin evin yerləşdiyi 0,25 ha həyətyanı torpaq sahəsinin və 0.75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ½ hissəsinə dair vəsiyyət üzrə vərəsəlik müəyyən olunmaqla həmin əmlakların vəsiyyət üzrə vərəsəlik qaydasında onun mülkiyyətinə verilməsi; mərhum anası X16 məxsus olan, Qusar rayonu Gədəzeyxur kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsinin və 0.75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ½ hissəsinin onun tərəfindən qəbul edilməsi müddəti uzadılmaqla həmin əmlakların qanun üzrə vərəsəlik qaydasında onun mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bundan başqa, İddiaçı məhkəməyə iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək Qusar rayonu Gədəzeyxur kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsinin və 0.75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ½ hissəsinə dair mərhum atası X7, həmin torpaq sahələrinin digər ½ hissəsinə dair isə mərhum anası X12 mülkiyyət hüququnun müəyyən edilməsi və həmin hissələrin müvafiq olaraq həmin şəxslərin miras kütləsinə daxil edilməsi; mərhum atasının miras kütləsinə daxil olan Qusar rayonu Gədəzeyxur kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsinin və 0.75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ½ hissəsinə, o cümlədən Qusar rayonu Gədəzeyxur kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsinin üzərindəki fərdi yaşayış evinə dair vəsiyyət üzrə vərəsəlik müəyyən olunmaqla həmin əmlakların vəsiyyət üzrə vərəsəlik qaydasında onun mülkiyyətinə verilməsi; mərhum anası X12 miras kütləsinə daxil olan, Qusar rayonu Gədəzeyxur kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsinin və 0.75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ½ hissəsinin onun tərəfindən qəbul edilməsi müddəti uzadılmaqla həmin əmlakların qanun üzrə vərəsəlik qaydasında onun mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı və onunla bağlı verdiyi ərizəni onunla əsaslandırmışdır ki, Qusar rayonu Gədəzeyxur kəndində yerləşən iki mərtəbəli fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə atası X7 adına qeydiyyata alınmaqla 10 mart 1990-cı il tarixli 123 saylı qeydiyyat vəsiqəsi ilə rəsmiləşdirilmişdir. Həmin evin yerləşdiyi 0, 25 hektar torpaq sahəsi isə xüsusi mülkiyyət hüququ üzrə atası X7 və anası X12 adlarına qeydiyyata alınmaqla KOD 30107018 JN-323F saylı 17 avqust 2005-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Bundan başqa, Qusar rayonu Gədəzeyxur kəndində yerləşən 0.75 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi də xüsusi mülkiyyət hüququ üzrə atası Cavabdeh3 və X37nın adlarına qeydiyyata alınmaqla KOD 30107018 JN:282 saylı 17 avqust 2002-ci il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə rəsmiləşdirilmişdir. Atası İddiaçı özünə məxsus yuxarıda göstərilən fərdi yaşayış evini, həyətyanı torpaq sahəsini və kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin özünə məxsus hissəsini ona vəsiyyət etməklə bu barədə 14 iyul 2020-ci il tarixli vəsiyyətnamə tərtib etmiş, həmin vəsiyyətnamə Qusar rayon İHB-nın Gədəzeyxur kənd İƏN tərəfindən təsdiq olunmuşdur. X37 07 may 2006-cı il tarixdə, atası İddiaçı isə 16 iyul 2020-ci il tarixdə vəfat etmişlər. Mərhum valideynlərinin aşağıdakı qanun üzrə vərəsələri qalmışdır:
1. O- yəni İddiaçı,
2. Cavabdeh1,
3. Cavabdeh2,
4. Cavabdeh3
5. Cəbrayılova (Babayeva) Təranə Əlibala qızı,
6. Vəlibəyova (Babayeva) Əlvanə Əlibala qızı. Bundan başqa, o, mərhum atasının həm də vəsiyyət üzrə vərəsəsidir. Mərhum atası vəfat etdikdən sonra o, həmin şəxsin mirasına daxil olan əmlakları qəbul etmək məqsədi ilə Qusar rayon Notariat Ofisinə müraciət etmiş, lakin, mərhum atasının digər vərəsələri olan qardaşları Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 mirasa dair öz münasibətlərini bildirmədiklərindən adına vərəsəlik şəhadətnaməsinin verilməsinin mümkün olmadığını bildirmişlər. Bundan başqa, mərhum anasının mirasını da, qəbul etmək üçün həmin notariat ofisinə müraciət etmiş və eyni səbəbə görə mərhum anasının mirasına dair də vərəsəlik şəhadətnaməsinin verilməsi mümkün olmamışdır. Mərhum valideynlərinin vərəsələri olan Cəbrayılova (Babayeva) Təranə Əlibala qızı və Vəlibəyova (Babayeva) Əlvanə Əlibala qızı isə mərhum atasının mirasına dair onun xeyrinə öz paylarından imtina etmişlər, mərhum anasının mirasına dair isə öz paylarını tələb etməmişlər, buraxılmış müddətin bərpa edilməsini tələb etməmişlər, bu barədə müvafiq ərizələr yazmışlar. Hesab edir ki, mərhum atası Əlibala Babayevin mirasına dair vəsiyyət üzrə, mərhum anasının mirasına dair isə qanun üzrə vərəsəlik müəyyən olunmalıdır. Çünki, mərhum atası onun adına vəsiyyətnamə tərtib etmişdir. Hesab edir ki, Qusar rayonu Gədəzeyxur kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsinin və 0.75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ½ hissəsinə dair mərhum atası Cavabdeh3, digər ½ hissəsinə dair isə mərhum anası Sərfi Babvayevanın mülkiyyət hüququ müəyyən edilməli, həmin torpaq sahələrinin ½ hissəsi mərhum atasının, digər ½ hissəsi isə mərhum anasının miras kütləsinə daxil edilməlidir. 0.25 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi isə bütövlükdə mərhum atasının miras kütləsinə daxil edilməlidir. O, mərhum atasının mirasına dair qanunla müəyyən edilmiş mirasın qəbul edilməsi müddətini ötürməmiş, müəyyən olunmuş müddət çərçivəsində mirasın qəbul edilməsi barədə ərizə vermişdir. Mərhum atasının mirasına dair digər vərəsələr isə mirası qəbul etməmişlər, Cəbrayılova (Babayeva) Təranə Əlibala qızı və Vəlibəyova (Babayeva) Əlvanə Əlibala qızı öz paylarından onun xeyrinə imtina etmişlər, digər vərəsələr Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 isə mirasa dair susmuşlar. Həmin şəxslər Rusiya Federasiyasının vətəndaşıdırlar, mirası nə şəxsən, nə də nümayəndə vasitəsi ilə qəbul etməmişlər, bu barədə vaxtında ərizə verməmişlər. Bu səbəbdən də, hesab edir ki, mərhum atasının mirasına dair vəsiyyət üzrə vərəsəlik müəyyən olunmaqla həmin miras vəsiyyət üzrə vərəsəlik qaydasında onun mülkiyyətinə verilməlidir. Bundan başqa, mərhum X37 vəfat etdikdən sonra onun mirasını mərhum atası ilə birlikdə o, faktiki olaraq qəbul etmiş və idarə etmişlər. Bununla da, o, mərhum anasının mirasını faktiki qəbul etməyini şəksiz nümayiş etdirmişdir. Mərhum anasının digər vərəsələrindən heç biri isə onun mirasını qəbul etməmişlər, mirasa dair susmuşlar. Hazırda mərhum anasının mirasının qəbul edilməsi müddəti onun tərəfindən ötürülsə də, hesab edir ki, həmin müddət uzadılmalı və həmin mirasa dair qanun üzrə vərəsəlik müəyyən olunmaqla həmin mirasa dair onun vərəsəlik hüququ tanınmalı, həmin miras qanun üzrə vərəsəlik yolu ilə onun mülkiyyətinə verilməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və izahatında göstərmişdir ki, mərhum anası və atası vəfat etdikdən sonra həmin şəxsləri o və bacıları Təranə ilə Əlvanə dəfn etmişlər, qardaşları isə uzun müddətdir ki, Rusiya Federasiyasında yaşayırlar, qardaşı Beybala anasının dəfnində iştirak etmiş, atasının dəfnində isə pandemiya ilə əlaqədar iştirak edə bilməmiş, sonradan gəlmişdir. Beybala mirasdan pay istəmədiyini bildirmiş, daha sonra çıxıb getmişdir. Digər qardaşları Qalib və Sabit isə ümumiyyətlə nə anasının, nə də atasının dəfninə gəlməmişlər, mirasla bağlı heç bir fikir bildirməmişlər, Rusiya Federasiyasının vətəndaşıdırlar, uzun müddətdir ki, orada yaşayırlar. Bacıları Təranə və Əlvanə valideynlərindən miras qalan əmlaklara dair özlərinə çatası payı qəbul etməmişlər, onun xeyrinə imtina etmişlər. Valideynləri hər ikisi öləndən hazıradək onların miraslarını faktiki olaraq tək o, qəbul edərək idarə edir. Odur ki, iddianın tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında üçüncü şəxslər Cəbrayılova (Babayeva) Təranə Əlibala qızı və Vəlibəyova (Babayeva) Əlvanə Əlibala qızı izahatlarında göstərmişlər ki, onlar valideynlərindən miras əmlaklara dair öz paylarını tələb etməmişlər, həmin paydan qardaşları İddiaçı xeyrinə imtina etmişlər. Qardaşları Beybala, Qalib və Sabit uzun müddətdir ki, Rusiya Federasiyasının vətəndaşı olmaqla daimi olaraq orada yaşayırlar, həmin şəxslər nə analarının, nə də atalarının dəfnində iştirak etməmişlər, ümumiyyətlə Azərbaycana gəlməmişlər. Beybala 2020-ci ildə ataları dəfn olunduqdan sonra Qusara gəlmiş, valideynlərindən miras qalan əmlakları qəbul etmədiyini, həmin mirasın İddiaçı tərəfindən qəbul edilməsinə etiraz etmədiyini bildirmiş, daha sonra çıxıb Rusiyaya getmişdir. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişlər. Həmin şəxslər həmçinin məhkəməyə ərizələr təqdim edərək növbəti məhkəmə iclasında iştirak edə bilməyəcəklərini göstərmişlər və işə onların iştirakları olmadan baxılaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişlər. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq bildirişlər göndərilsə də, həmin şəxslər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Cavabdeh Qusar rayon Notariat Ofisinin notariusu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və məhkəməyə məktub göndərərək işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmiş, iş üzrə çıxarılacaq qərarı məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iddiaçının və üçüncü şəxslər Təranə Cəbrayılovanın (Babayevanın), Əlvanə Vəlibəyovanın (babayevanın) izahatlarını dinləyib, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 17 iyun 2021-ci il tarixli 280 saylı “nikah haqqında akt qeydi”ndən Çıxarışdan görünür ki, X18 ilə X22 arasında 12 iyul 1958-ci il tarixdə rəsmi nikah bağlanmışdır. İşdə olan KOD 30107018 JN:0282 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qusar rayon Aqrar islahat komissiyasının 25 dekabr 1999cu il tarixli 14/3 saylı qərarı ilə X8 və X12 mülkiyyətlərinə Qusar rayonu Gədəzeyxur kəndi ərazisindən 0.75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan KOD 30107018 JN-323F saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Qusar rayon Aqrar islahat komissiyasının 02 may 2000-ci il tarixli 6/9 saylı qərarı ilə X7 və X9 mülkiyyətlərinə Qusar rayonu Gədəzeyxur kəndi ərazisindən 0.25 ha fərdi yaşayış evinin tikilməsi üçün nəzərdə tutulmuş həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan 10.03.1990-cı il tarixli 123 reyestr nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Qusar rayonu Gədəzeyxur kəndində yerləşən 2 mərtəbəli fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X7 adına qeydiyyata alınmışdır. İşdə olan Qusar rayon məhkəməsinin 04.02.2021-ci il tarixli 2(029)-171/2021 saylı qətnaməsinin surətindən görünür ki, JN:0282 KOD 30107018 saylı 17 avqust 2002-ci il tarixli torpağa mülkiyyət hüququna dair Dövlət Aktının və JN:323F KOD 30107018 saylı 17 avqust 2005-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair X1 və X16 məxsus olması müəyyən edilmişdir. Həmin Qətnamənin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, JN:0282 KOD 30107018 saylı 17 avqust 2002-ci il tarixli torpağa mülkiyyət hüququna dair Dövlət Aktında mülkiyyətçi kimi göstərilmiş X8 ata adı əslində “Beybala oğlu” olması müəyyən edilmişdir. Həmçinin, JN:323F KOD 30107018 saylı 17 avqust 2005-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə mülkiyyətçi kimi göstərilmiş X14 adının “Sərfi” olması müəyyən edilmişdir. İşdə olan 14 iyul 2020-ci il tarixdə tərtib edilmiş və Qusar rayon İHB-nın Gədəzeyxur kənd İƏD üzrə Nümayəndəliyində təsdiq edilmiş vəsiyyətnamənin surətindən görünür ki, X19 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ölən günə ona məxsus olan bütün əmlaklarını, o cümlədən Qusar rayonu Gədəzeyxur kəndində yerləşən evini, JN-323F KOD 30107018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilən 0.25 ha həyətyanı və JN:0282 KOD 30107018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktındakı 0.37 ha pay torpaq sahəsini İddiaçı vəsiyyət etmişdir. İşdə olan AZ-ll № 082671 saylı ölüm haqqında Şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X23 07 may 2006-cı il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 18 iyul 2006-cı il tarixdə 20 nömrə ilə qeyd edilmişdir. İşdə olan AZ-ll № 082661 saylı ölüm haqqında Şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X19 16 iyul 2020-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 16 iyul 2020-ci il tarixdə 154 nömrə ilə qeyd edilmişdir. İşdə olan Qusar rayon İcra Hakimiyyəti Başçısının Gədəzeyxur kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 21 iyul 2020-ci il tarixli 556 saylı arayışdan görünür ki, X23 vəfat etdiyi günə kimi Qusar rayonu Gədəzeyxur kəndində yaşamışdır və ölümündən sonra aşağıdakı vərəsələri qalmışdır: 1.İddiaçı 2.Cavabdeh3 3.Cavabdeh1 4.Cavabdeh2 5.Cəbrayılova (Babayeva) Təranə Əlibala qızı 6.Vəlibəyova(Babayeva) Əlvanə Əlibala qızı İşdə olan Qusar rayon İcra Hakimiyyəti Başçısının Gədəzeyxur kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 21 iyul 2020-ci il tarixli 555 saylı arayışdan görünür ki, Babayev Əlibala Beybala oğlunun vəfat etdiyi günə kimi Qusar rayonu Gədəzeyxur kəndində yaşamışdır və ölümündən sonra aşağıdakı vərəsələri qalmışdır: 1.İddiaçı 2.Cavabdeh3 3.Cavabdeh1 4.Cavabdeh2 5.Cəbrayılova (Babayeva) Təranə Əlibala qızı 6.Vəlibəyova(Babayeva) Əlvanə Əlibala qızı İşdə olan Qusar rayon Notariat Ofisinin 24 iyul 2020-ci il tarixli X-587 saylı məktubundan görünür ki, İddiaçı 16 iyul 2020-ci il tarixdə vəfat etmiş X7 mirasının qəbul edilməsi ilə bağlı müraciətinə cavab olaraq bildirilmişdir ki, Əlibala Babayevin digər varisləri mövcuddur. Mövcud olan digər varislər öz paylarına dair münasibətlərini bildirmədikləri üçün tam şəkildə pay bölgüsünün aparılması mümkün deyildir. Bu səbəbdən də, pay bölgüsünün aparılması üçün məhkəməyə müraciət etməsi məqsədəuyğundur. İşdə olan Qusar rayon Notariat Ofisinin 27 oktyabr 2020-ci il tarixli X-897 saylı məktubundan görünür ki, İddiaçı 07 may 2006-cı il tarixdə vəfat etmiş X12 mirasının qəbul edilməsi ilə bağlı müraciətinə cavab olaraq bildirilmişdir ki, Sərfi Babayevanın digər varisləri mövcuddur. Mövcud olan digər varislər öz paylarına dair münasibətlərini bildirmədikləri üçün tam şəkildə pay bölgüsünün aparılması mümkün deyildir. Bu səbəbdən də, pay bölgüsünün aparılması üçün məhkəməyə müraciət etməsi məqsədəuyğundur. İşdə olan Qusar rayon Notariat Ofisi tərəfindən məhkəməyə təqdim edilmiş 16 iyun 2021-ci il tarixli X-619 saylı məktubdan görünür ki, 24.06.2020-ci il tarixdə Qusar rayon notariat ofisinə 16.07.2020-ci il tarixdə vəfat etmiş X7 ölümündən sonra miras qalmış əmlaka dair vərəsəlik şəhadətnaməsinin verilməsi üçün İddiaçı müraciəti daxil olmuşdur. İddiaçı müraciətinə 24.06.2020-ci il tarixdə 897 saylı məktub ilə cavab verilərək Mülki Məcəllənin 1291-ci maddəsinə görə miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmənin baxmalı olduğu izah edilmişdir. İşdə olan Vİ-ЖГ N268191 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X20 12 yanvar 1992-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar və Əlvanə Babayeva “Vəlibəyova” soyadını qəbul etmişdir. İşdə olan Qusar rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikah haqqında akt qeydindən Çıxarışdan görünür ki, X10 və X21 26 yanvar 1989-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar və Təranə Babayeva “Cəbrayılova” soyadını qəbul etmişdir. İşdə olan Qusar rayon İcra Hakimiyyəti Başçısının Gədəzeyxur kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 22 iyul 2020-ci il tarixli 562 saylı arayışdan görünür ki, həqiqətən mərhum X15 məxsus Qusar rayonu Gədəzeyxur kəndində yerləşən yaşayış evində nümayəndəliyin təsərrüfatbaşına kitablarında heç kəs qeydiyyata alınmamışdır. İşdə olan X4 və X6 notariat qaydasında təsdiq edilmiş 22.07.2020-ci il tarixli ərizələrindən görünür ki, onlar 07 may 2006-cı il tarixdə vəfat etmiş anaları X12 vərəsəlik işi üzrə onlara çatan miras payını faktiki qəbul etməmişlər və istəmirlər. Gələcəkdə itirilmiş müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etməyəcəklər. İşdə olan X4 və X6 notariat qaydasında təsdiq edilmiş 22.07.2020-ci il tarixli ərizələrindən görünür ki, onlar 16 iyul 2020-ci il tarixdə vəfat etmiş ataları X7 adına açılmış vərəsəlik işi üzrə onlara çatan məcburi miras payından miras qoyanın oğlu İddiaçı xeyrinə imtina etmişlər. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Qusar rayonu Gədəzeyxur kəndində yerləşən iki mərtəbəli fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı atası X7 adına qeydiyyata alınmaqla 10 mart 1990-cı il tarixli 123 saylı qeydiyyat vəsiqəsi ilə rəsmiləşdirilmişdir. Həmin evin yerləşdiyi 0, 25 hektar torpaq sahəsi isə xüsusi mülkiyyət hüququ üzrə iddiaçının atası X7 və anası X12 adlarına qeydiyyata alınmaqla KOD 30107018 JN-323F saylı 17 avqust 2005-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Bundan başqa, Qusar rayonu Gədəzeyxur kəndində yerləşən 0.75 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi də xüsusi mülkiyyət hüququ üzrə iddiaçının atası Cavabdeh3 və X37nın adlarına qeydiyyata alınmaqla KOD 30107018 JN:282 saylı 17 avqust 2002-ci il tarixli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə rəsmiləşdirilmişdir. İddiaçının atası İddiaçı özünə məxsus yuxarıda göstərilən fərdi yaşayış evini, həmçinin həyətyanı torpaq sahəsinin və kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin özünə məxsus hissəsini iddiaçıya vəsiyyət etməklə bu barədə 14 iyul 2020-ci il tarixli vəsiyyətnamə tərtib etmiş, həmin vəsiyyətnamə Qusar rayon İHB-nın Gədəzeyxur kənd İƏN tərəfindən təsdiq olunmuşdur. İddiaçının X37 07 may 2006-cı il tarixdə, atası İddiaçı isə 16 iyul 2020-ci il tarixdə vəfat etmişlər. Həmin şəxslərin aşağıdakı qanun üzrə vərəsələri qalmışdır: İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cəbrayılova (Babayeva) Təranə Əlibala qızı və Vəlibəyova (Babayeva) Əlvanə Əlibala qızı. Bundan başqa, iddiaçı mərhum atasının həm də vəsiyyət üzrə vərəsəsidir. İddiaçı mərhum atası vəfat etdikdən sonra həmin şəxsin mirasına daxil olan əmlakları qəbul etmək məqsədi ilə Qusar rayon Notariat Ofisinə müraciət etmiş, lakin, mərhum atasının digər vərəsələri olan qardaşları Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 mirasa dair öz münasibətlərini bildirmədiklərindən adına vərəsəlik şəhadətnaməsinin verilməsinin mümkün olmadığını bildirmişlər. Bundan başqa, iddiaçı mərhum anasının mirasını da qəbul etmək üçün həmin notariat ofisinə müraciət etmiş və eyni səbəbə görə mərhum anasının mirasına dair də vərəsəlik şəhadətnaməsinin verilməsi mümkün olmamışdır. İddiaçının mərhum valideynlərinin vərəsələri olan bacıları Cəbrayılova (Babayeva) Təranə Əlibala qızı və Vəlibəyova (Babayeva) Əlvanə Əlibala qızı isə mərhum atalarının mirasına dair iddiaçının xeyrinə öz paylarından imtina etmişlər, mərhum analarının mirasına dair isə öz paylarını tələb etməmişlər, buraxılmış müddətin bərpa edilməsi ilə bağlı məhkəməyə müraciət etməyəcəklərini bildirməklə bu barədə notariat qaydasında təsdiqlənən müvafiq ərizələr yazmışlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Məhkəmə hesab edir ki, Qusar rayonu Gədəzeyxur kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsi və 0.75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçının mərhum valideynləri Əlibala Babayevin və Sərfi Babayevanın ümumi birgə mülkiyyətlərində olduğundan onların həmin torpaq sahələrinin hər birinə dair mülkiyyət hüquqları ½ hissə müəyyən olunmalı və həmin hissələr müvafiq olaraq həmin şəxslərin miras kütləsinə daxil edilməlidir. 0.25 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi isə bütövlükdə xüsusi mülkiyyət hüququ üzrə iddiaçının atası Əlibala Babayevin adına qeydiyyata alındığından həmin ev bütövlükdə həmin şəxsin miras kütləsinə daxil edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1, 1159.1.1-ci maddələrinə əsasən birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Həmin Məcəllənin 1263-cü maddəsinə əsasən əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir. Həmin Məcəllənin 1268.1-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Həmin Məcəllənin 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Məhkəmə hesab edir ki, mərhum Əlibala Babayev özünün əmlaklarına dair vəsiyyətnamə tərtib etdiyindən onun miras kütlərinə daxil olan əmlaklara dair vəsiyyət üzrə vərəsəlik, X27 miras kütləsinə daxil olan əmlaklara dair isə qanun üzrə vərəsəlik müəyyən olunmalıdır. Göründüyü kimi, İddiaçı 16.07.2020-ci il tarixdə vəfat etmiş atası Əlibala Babayevin mirasını qəbul etmək üçün qanunla müəyyən edilmiş müddət çərçivəsində-yəni 24 iyul 2020-ci il tarixdə Qusar rayon Notariat Ofisinə ərizə ilə müraciət etmiş, həmin müddət çərçivəsində həmin şəxsin qanun üzrə vərəsələri sırasına daxil olan Təranə Cəbrayılova və Əlvanə Vəlibəyova özlərinə çatası məcburi paydan iddiaçının xeyrinə imtina etmişlər, digər vərəsələr isə mirası nə faktiki, nə də, notariat orqanına ərizə verməklə qəbul etməmişlər, mirasa dair susmuşlar. Mirasa dair susma isə Mülki Məcəllənin tələblərinə əsasən mirasdan imtina hesab olunur. Ona görə də, həmin şəxsin mirasına dair iddiaçının vərəsəlik hüququ tanınmalı, digər vərəsələrin vərəsəlik hüquqları isə tanınmamalıdır. Bu səbəbdən də, məhkəmə hesab edir ki, mərhum Əlibala Babayevin miras kütləsinə daxil olan, Qusar rayonu Gədəzeyxur kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsinin və 0.75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ½ hissəsinə, o cümlədən Qusar rayonu Gədəzeyxur kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsinin üzərindəki fərdi yaşayış evinə dair vəsiyyət üzrə vərəsəlik müəyyən olunmaqla həmin əmlaklar vəsiyyət üzrə vərəsəlik qaydasında İddiaçı mülkiyyətinə verilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, iddiaçının 07.05.2006-cı il tarixdə vəfat etmiş X37nın mirasını iddiaçı faktiki olaraq qəbul etmiş və idarə etmiş, bununla da, iddiaçı mərhum anasının mirasını faktiki qəbul etməyini şəksiz nümayiş etdirmişdir. X27 digər vərəsələrindən heç biri isə onun mirasını qəbul etməmişlər, mirasa dair susmuşlar. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən Sərfi Babayevanın mirasının qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddət, ötürülməsinin səbəbləri üzürlü sayılmaqla uzadılmalı və həmin mirasa dair qanun üzrə vərəsəlik müəyyən olunmaqla həmin mirasa iddiaçının vərəsəlik hüququ tanınmalı, həmin miras qanun üzrə vərəsəlik yolu ilə həmin şəxsin mülkiyyətinə verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları tam sübuta yetirmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. Qusar rayonu Gədəzeyxur kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsinin və 0.75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ½ hissəsinə dair X2, həmin torpaq sahələrinin digər ½ hissəsinə dair isə X3 mülkiyyət hüququ müəyyən edilsin və həmin hissələr müvafiq olaraq həmin şəxslərin miras kütləsinə daxil edilsin. X2 miras kütləsinə daxil olan, Qusar rayonu Gədəzeyxur kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsinin və 0.75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ½ hissəsinə, o cümlədən Qusar rayonu Gədəzeyxur kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsinin üzərindəki fərdi yaşayış evinə dair vəsiyyət üzrə vərəsəlik müəyyən olunmaqla həmin əmlaklar vəsiyyət üzrə vərəsəlik qaydasında İddiaçı mülkiyyətinə verilsin. X3 miras kütləsinə daxil olan, Qusar rayonu Gədəzeyxur kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsinin və 0.75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ½ hissəsinin İddiaçı tərəfindən qəbul edilməsi müddəti uzadılmaqla həmin əmlaklar qanun üzrə vərəsəlik qaydasında İddiaçı mülkiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar.
SƏDRLİK EDƏN: ADİL VƏLİYEV