Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-454/2021 26.05.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək KOD 30124078 JN: 0035 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının ona, yəni Ərizəçi, Maraqlı şəxs1, 05 noyabr 2003-cü il tarixdə vəfat etmiş mərhum anası X5 və 22 sentyabr 2014-cü il tarixdə vəfat etmiş X4 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, KOD 30124078 JN: 0035 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Qusar rayonu Qaratoba kəndində yerləşən 3.56 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə ona, Maraqlı şəxs1, mərhum anası X5 və mərhum X4 məxsusdur. X20 05 noyabr 2003-cü il tarixdə, X7 isə 22 sentyabr 2014-cü il tarixdə vəfat etmişlər. Hal-hazırda o, mərhum anasının qanun üzrə birinci dərəcəli vərəsəsi kimi ona məxsus həmin torpaq sahəsini miras əmlak kimi qəbul edərək öz adına rəsmiləşdirmək, həmçinin özünə məxsus torpaq sahəsinə dair sərəncam hüququnu həyata keçirmək istəyir. Bu məqsədlə müvafiq sənədləşmə işləri apararkən məlum olmuşdur ki, həmin dövlət aktında mərhum X20nın adı səhvən “Tarifə”, özünün ata adı səhvən “Mimeş qızı” yazılmışdır. Halbuki, ona məxsus şəxsiyyət vəsiqəsində ata adı “Mimət qızı” yazılmış, o cümlədən anasının şəxsiyyətini təsdiq edən sənədlərdə və ölüm haqqında şəhadətnamədə adı “Tayifa” olmuşdur. Həqiqətən də, həmin torpaq sahəsinin mərhum anasına və ona məxsus olmasını və həmin torpaq sahəsinə dair verilmiş dövlət aktının digər mülkiyyətçilərlə birlikdə həm də məhz mərhum anasının və onun adına verilməsini yaşadıqları kənddə hamı təsdiq edə bilər və bu barədə yaşadığı kənd üzrə icra nümayəndəliyindən müvafiq arayış da verilmişdir. Həmin səhvlərin aradan qaldırılması məqsədi ilə o, maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş və oradan bunun həmin idarənin səlahiyyətinə aid olmadığını bildirərək məhkəməyə müraciət olunması tövsiyyə olunmuş, bu barədə 16.02.2021-ci il tarixli məktub verilmişdir. KOD 30124078 JN: 0035 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı həmin torpaq sahəsinə dair sərəncam və vərəsəlik hüquqlarını həyata keçirmək üçün əsas hüquqmüəyyənedici sənəddir və ona görə də, hesab edir ki, həmin sənədin ona, Maraqlı şəxs1, 05 noyabr 2003-cü il tarixdə vəfat etmiş mərhum anası X5 və 22 sentyabr 2014-cü il tarixdə vəfat etmiş X4 məxsus olması faktı müəyyən edilməlidir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək şəxsi işlərinin çox olması səbəbindən və himayəsində xəstə uşağının olması səbəbindən məhkəmə iclaslarına gələ bilmədiyi üçün işə onun iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs1 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin şəxslər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.6-cı maddələrinə əsasən işə Ərizəçi, maraqlı şəxslər Maraqlı şəxs1 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan KOD 30124078 JN: 0035 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qusar rayon Agrar İslahat Komissiyasının 30 sentyabr 1997-ci il tarixli 14/2 saylı qərarı ilə “X8”nın, “X7”nun, “Ərizəçi Mimeş qızı”nın və “Maraqlı şəxs1 Salman oğlu”nun mülkiyyətlərinə Qusar rayonu Qaratoba kəndi ərazisindən 3.56 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qusar rayon İHB-nın Şirvanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 09 fevral 2021-ci il tarixli, 76 saylı arayışdan görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 1997-ci il 30 sentyabr tarixli 14/2 nömrəli qərarı ilə verilmiş KOD 30124078 JN: 0035 saylı torpağa mülkiyyət hüququna dair Dövlət X1 əvəzinə X9, Ərizəçi Mimeş qızı əvəzinə Ərizəçi oxunmalıdır. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 23 may 2017-ci il tarixli arayışdan görünür ki, X9 05 noyabr 2003-cü il tarixdə ölmüşdür. İşdə olan AZ-İ 691315 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 22 sentyabr 2014-cü il tarixdə ölmüşdür. İşdə olan Ərizəçi məxsus Seriya AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin şəxs xx.xx.1957-ci il tarixdə Qusar rayonu Qarat-Oba kəndində anadan olmuş və həmin kənddə yaşayır. İşdə olan İ-ИЕ 463081 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.1957-ci ildə anadan olmuş, anası X6r. İşdə olan İ- ИЕ 351175 saylı evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X3 16 mart 1962-ci il tarixdə 7 nömrəli akt qeydi ilə nikahı rəsmi qeyd etdirməklə evlənmişlər. Nikah bağlandıqdan sonra Tayifa Abdurzayeva “Əliyeva” soyadını qəbul etmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 16.02.2021-ci il tarixli **********48 saylı məktubdan görünür ki, Ərizəçi müraciətinə cavab olaraq bildirilmişdir ki, DT və XK tərəfindən verilmiş KOD 30124078 JN: 0035 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi həmin idarənin səlahiyyətinə aid deyildir. Bununla bağlı məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, Ərizəçi tərəfindən təqdim edilmiş Qusar rayonu Qaratoba kəndində yerləşən 3.56 ha torpaq sahəsinə dair verilmiş KOD 30124078 JN: 0035 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı onun üçün hüquq müəyyənedici sənəddir, belə ki, həmin sənəd əsasında o, qanunla müəyyən edilmiş qaydada sərəncam və vərəsəlik hüquqlarını həyata keçirməlidir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, həqiqətən də, Ərizəçi və 05 noyabr 2003-cü il tarixdə ölmüş anası X2 rayonu Qaratoba kəndində yerləşən 3.56 ha torpaq sahəsinə dair verilmiş Dövlət Aktında hüquq sahibləri kimi göstərilmiş şəxslərin siyahısına daxildirlər, lakin həmin Dövlət Aktında həmin şəxslərə münasibətdə yuxarıda qeyd olunan səhvlərə yol verilmişdir. Bu hal məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə tam təsdiq olunur. Ona görə də, həmin Dövlət Aktının həmin şəxslərə məxsus olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələbinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. KOD 30124078 JN: 0035 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının Ərizəçi, Maraqlı şəxs1, 05 noyabr 2003-cü il tarixdə vəfat etmiş X5 və 22 sentyabr 2014cü il tarixdə vəfat etmiş X4 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №2(029)-454/2021
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-454/2021
26.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver