Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-454/2024 31.05.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Ziyəfəddin oğlunun Cavabdeh qarşı “yolun buraxılması, hasarın sökülərək geri çəkilməsi” tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Ziyəfəddin oğlu Cavabdeh qarşı “yolun buraxılması, hasarın sökülərək geri çəkilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraсiət edərək, xüsusi mülkiyyət hüququ üzrə ona məxsus olan, Qusar rayonu Avaran kəndi ərazisində yerləşən cəmi sahəsi 2.6699 hektar təşkil edən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gedib-gəlmək üçün istifadə edilən yolun Cavabdeh evinin yanından keçən hissəsində Cavabdeh tərəfindən inşa edilmiş hasarın həmin şəxsin öz hesabına sökülərək 1 metr geri çəkilməsi, yolun əvvəlki vəziyyətinin bərpa olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Ziyəfəddin oğlu ərizə ilə məhkəməyə müraciət edərək iddiaya baxılmasını tələb etmədiyini, iddia ərizəsini və ona əlavə olunmuş sənədləri, dövlət rüsumunun ona geri qaytarılmasını, işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Cavabdeh işin baxılmamış saxlanmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikasının MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mülki işin baxılmamış saxlanması barədə ərizə verilmiş və ona görə də, həmin mülki iş baxılmamış saxlanmalıdır. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Hal-hazırda İddiaçı Ziyəfəddin oğlunun Cavabdeh qarşı “yolun buraxılması, hasarın sökülərək geri çəkilməsi” tələbinə dair məhkəmədə işə baxılması üçün ödənilmiş 100 (yüz) manatdövlət rüsumu (QƏBZ nömrəsi **********) qərardad qanuni qüvvəyə mindikdən sonra İddiaçı Ziyəfəddin oğluna geri qaytarılmalı və icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qusar rayon maliyyə şöbəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə əsasən,iddianın baxılmamış saxlanmasıüçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM–nin114.1.5, 259, 260, 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Ziyəfəddin oğlunun Cavabdeh qarşı “yolun buraxılması, hasarın sökülərək geri çəkilməsi” tələbinə dair iddiası üzrə mülki iş baxılmamış saxlanılsın. İddiaçı Ziyəfəddin oğlunun Cavabdeh qarşı “yolun buraxılması, hasarın sökülərək geri çəkilməsi” tələbinə dair məhkəmədə işə baxılması üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumu (QƏBZ nömrəsi **********) qərardad qanuni qüvvəyə mindikdən sonra İddiaçı Ziyəfəddin oğluna geri qaytarılsın və icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qusar rayon maliyyə şöbəsinə tapşırılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar. HAKİM: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-454/2024
Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-454/2024
31.05.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver