Məhkəmə qərarları › İş №2(029)-460/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-460/2021

17.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-460/2021 17.05.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və X10 maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, X7, Maraqlı şəxs4, Maraqlı şəxs5 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və X17 maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, X7, Maraqlı şəxs4, Maraqlı şəxs5 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək KOD 30107018 JN :381F saylı torpağın mülkiyyətə verilməsinə dair X1, Ərizəçi1, Maraqlı şəxs1, Maraqlı şəxs2, X7, Ərizəçi2, Ərizəçi3, Maraqlı şəxs4, Maraqlı şəxs5 və X13 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Ərizəçilər ərizəni onunla əsaslandırmışlar ki, Qusar rayon Agrar İslahat Komissiyasının 02 may 2000-ci il tarixli 6/9 saylı qərarı ilə onların ailə üzvlərinin-yəni X3, Ərizəçi1, Maraqlı şəxs1, Maraqlı şəxs2, X5, Ərizəçi2, Ərizəçi3, Maraqlı şəxs4, Maraqlı şəxs5 və X10 mülkiyyətinə Qusar rayonu Gedəzeyxur kəndi ərazisindən 0,17 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları KOD 30107018 JN :381F saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Həmin Şəhadətnamə 358 nömrə ilə qeydiyyata alınmışdır. Mülkiyyətçilərdən X9 25 oktyabr 2017-ci il tarixdə vəfat etmişdir. KOD 30107018 JN :381F saylı Şəhadətnamə tərtib ediləndə bəzi səhvlərə yol verilmişdir. Belə ki mülkiyyətçilərdən mərhum X9 əvəzinə “Məmmədəliyev Məmmədəli Z”, Ərizəçi1 atasının adı səhvən “Elçibəy”, Ərizəçi2 atasının adı səhvən “Abuzariz”, Ərizəçi3nın adı “Şadıman” və Əksanə Məmmədəliyevanın adı səhvən “Aksana” yazılmışdır. Həmin səhvlərin buraxılması Qusar rayon İHB-nın Qusar rayon Gedəzeyxur kənd İnzibati Ərazi Dairəsi üzə Nümayəndəliyinin 30 sentyabr 2019-cu il tarixli 916 saylı, 22 oktyabr 2020-ci il tarixli 888 saylı arayışlarla və digər sənədlərlə də təsdiq olunur. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Komitəşnin şöbələrinin ləğv edildiyi üçün Şəhadətnamədə buraxılmış səhvlərin düzəliş edilməsi məqsədi ilə rəsmi ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə müraciət olunmuşdur. Həmin idarə 14 oktyabr 2019-cu il tarixli **********72 saylı məktubla KOD 30107018 JN:381F saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə hüquq sahiblərin adlarında yaranmış uyğunsuzluğun aradan qaldırılmasının və düzəlişin həyata keçirilməsinin həmin idarənin səlahiyyətlərinə aid olmadığını bildirərək məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. KOD 30107018 JN :381F saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin onlara məxsus olması faktının müəyyən edilməsi 0,17 ha həyətyanı torpaq sahəsi üzərində sərəncam hüququnun həyata keçirilməsi üçün zəruridir. Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və X17 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, həmin şəxslər məhkəmə iclasına gəlməmişlər və məhkəməyə ərizələr göndərərək ərizəni müdafiə etdiklərini, məhkəmə iclasına gələ bilmədiklərini göstərmişlər və işə onların iştirakları olmadan baxılaraq ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, X11, Maraqlı şəxs4 və Maraqlı şəxs5 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, həmin şəxslər məhkəmə iclasına gəlməmişlər və məhkəməyə ərizələr göndərərək məhkəmə iclasına gələ bilmədiklərini göstərmişlər və işə onların iştirakları olmadan baxılaraq ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.6-cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan JN:381F KOD 30107018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Qusar rayon Agrar İslahat Komissiyasının 02 may 2000-ci il tarixli 6/9 saylı qərarı ilə “Məmmədəliyev Məmmədəli Z.”nin, “Ərizəçi1 Elçibəy qızı”nın, “Maraqlı şəxs1”nun, “Maraqlı şəxs2”nun, “X11”nın, “Ərizəçi2 Abuzariz qızı”nın, “X19”nun, “Maraqlı şəxs4”nun, “Maraqlı şəxs5”nun və “X14”nın mülkiyyətinə Qusar rayonu Gedəzeyxur kəndi ərazisindən 0,17 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Qusar rayon İHB-nın Gedəzeyxur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 22 oktyabr 2020-ci il tarixli 888 saylı arayışdan görünür ki, JN:381F kod 30107018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə Məmmədəliyev Məmmədəli Z. əvəzinə X9, Ərizəçi1 Elçibəy qızı əvəzinə Ərizəçi1, Ərizəçi2 Abuzariz qızı əvəzinə Ərizəçi2, X19 əvəzinə Ərizəçi3 və X14 əvəzinə X17 oxunmalıdır. İşdə olan AZ-İ 896434 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 25 oktyabr 2017-ci il tarixdə ölmüşdür. İşdə olan Qusar rayon İHB-nın Gedəzeyxur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 20 sentyabr 2019-cu il tarixli 893 saylı arayışdan görünür ki, X8 vıfat etdiyi günə kimi Qusar rsyonu Gedəzeyxur kəndində yaşamış və onun ölümündən sonra aşağıdakı vərəsələri qalmışdır:

1. Ərizəçi1,

2. X15,

3. X12,

4. Maraqlı şəxs1,

5. Maraqlı şəxs2,

6. Kərimova (Məmmədəliyeva) Səmirə Məmmədəli qızı

7. Abdullayeva (Məmmədəliyeva) Xəyalə Məmmədəli qızı. İşdə olan Ərizəçi1 məxsus Seriya AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin şəxs xx.xx.1951-ci il tarixdə Qusar rayonu Gedəzeyxur kəndində anadan olmuş və həmin kənddə yaşayır. İşdə olan Ərizəçi2 məxsus Seriya AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin şəxs xx.xx.1976-cı il tarixdə Qusar rayonu Gedəzeyxur kəndində anadan olmuş və həmin kənddə yaşayır. İşdə olan Ərizəçi3 məxsus Seriya AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin şəxs xx.xx.1996-cı il tarixdə Qusar rayonu Gedəzeyxur kəndində anadan olmuş və həmin kənddə yaşayır. İşdə olan şəxsiyyət vəsiqəsi məlumatları barədə elektron çıxarışdan görünür ki, ərizəçi X17 09.05.1981-ci il tarixdə Qusar rayonu Gedəzeyxur kəndində anadan olmuş və həmin kənddə yaşayır. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 14.10.2019-cu il tarixli **********72 saylı məktubundan görünür ki, Ərizəçi1 müraciətinə cavab olaraq bildirilmişdir ki, DT və XK tərəfindən verilmiş JN- 381F KOD 30107018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi həmin idarənin səlahiyyətinə aid deyildir. Bununla bağlı məhkməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, ərizəçilər tərəfindən təqdim edilmiş Qusar rayonu Gedəzeyxur kəndində yerləşən 0.17 ha torpaq sahəsinə dair verilmiş JN-381F KOD 30107018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə onlar üçün hüquq müəyyənedici sənəddir, belə ki, həmin sənəd əsasında onlar qanunla müəyyən edilmiş qaydada sərəncam hüquqlarını həyata keçirməlidirlər. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, həqiqətən də, ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və X17, həmçinin 25 oktyabr 2017-ci il tarixdə ölmüş X2 rayonu Gedəzeyxur kəndində yerləşən 0.17 ha torpaq sahəsinə dair verilmiş şəhadətnamədə hüquq sahibləri kimi göstərilmiş şəxslərin siyahısına daxildirlər, lakin həmin şəhadətnamədə həmin şəxslərə münasibətdə yuxarıda qeyd olunan səhvlərə yol verilmişdir. Bu hal məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə tam təsdiq olunur. Ona görə də, həmin şəhadətnamənin həmin şəxslərə məxsus olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçilərin öz tələblərinin əsası kimi istinad etdikləri hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. KOD 30107018 JN:381F saylı torpağın mülkiyyətə verilməsinə dair X1, Ərizəçi1, Maraqlı şəxs1, Maraqlı şəxs2, X7, Ərizəçi2, Ərizəçi3, Maraqlı şəxs4, Maraqlı şəxs5 və X13 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar.

SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar