Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-462/2023 25.07.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış pul məbləğinin silinməsinə” dair iddia ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış pul məbləğinin silinməsinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh Xaçmaz X3 İdarəsinin Qusar XSnin əməkdaşları tərəfindən qanunsuz olaraq tərtib olunmuş 17 yanvar 2022-ci il tarixli, ******* №-li “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt əsasında qəbul edilmiş 31 yanvar 2022-ci il tarixli qərarın etibarsız hesab edilməsinə və əsassız hesablanmış 984.96 (doqquz yüz səksən dörd manat doxsan alt qəpik) manat borcun silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmçinin, İddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinin tələblərinə uyğun olaraq iddia tələbinədəqiqləşmə verilməsi barədə məhkəməyə iddia ərizəsinə əlavə təqdim edərək göstərmişdir ki, hazırda Cavabdeh Xaçmaz X3 İdarəsinin Qusar XS-nin əməkdaşları tərəfindən qanunsuz olaraq təıtib olunmuş 17 yanvar 2022-ci il tarixli, ******* №-li “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt əsasında qəbul edilmiş 31 yanvar 2022-ci il tarixli qərarın etibarsız hesab edilməsini tələb etmir, əsassız hesablanmış 984.96 (doqquz yüz səksən dörd manat doxsan alt qəpik) manat borcun silinməsini isə tələb edir. İddiaçıiddianı onunla əsaslandırmışdır ki,o, ailəsilə birlikdə Qusar rayonun Çiləgir kəndində yerləşən özünə məxsus olan fərdi yaşayış evində yaşayır. Fərdi istehlakçı kimi o, Cavabdeh İB-nin X4 İstismar İdarəsinin Qusar XS ilə müqavilə bağlayaraq yaşayış evində təbii qazdan istifadə edir. Digər abonentlər kimi oda hər ay istifadə etdiyiqaz sərfiyyatınauyğun mütəmadi olaraq qaz borcu ödəmişdir. 15 yanvar 2022-ci il tarixdə axşam saatlarında evinə quraşdırılmış qaz sayğacın işləməməsi,sayğacdan keçən qaz sərfinin qeydə alınmaması və evdə qazın olmaması ilə bağlı Qusar XS-nin Qəza dispetçer xidmətinə telefonla zəng edərək məlumat vermişdir. O, onlara evndə odun tədarükün olmaması, havalar soyuq keçməsi, evində azyaşlı uşaqların olması və bu səbəbdən səhərəcən qazsız dayana bilmədiyini bildirmişdir. Qəza dispetçer xidmətinin işçiləri ona bildirmişlər ki, hazırda idarədə sayğac yoxdur, “səhərəcan şlanq qoşub qazdan istifadə edərsiz və səhər iş vaxtı sayğacı dəyişərik”. Həmin gün 15-16 yanvar 2022-ci il tarixdə gecə reyd zamanı X4 İstismar İdarəsinin Qusar XS-nin əməkdaşları Qusar rayonu Çiləgir kəndində yerləşən yaşayış evinə gəlib ona qarşı 17 yanvar 2022-ci il tarixli, ******* №-li akt tərtib edilmiş və həmin akta əsasən istifadəsində olan qaz cihazların sayına görə ona itirilmiş qazın həcmi 8208 m3 və yaxud 984.96 (doqqua yüz səksən dörd manat doqsan altı qəpik) manat məbləğində dəymiş ziyan hesablanmışdır. O, onlara sayğacın işləməməsi ilə bağlı İdarəyə məlumat verdiyini və onların icazəsi ilə qazdan isdifadə etdiyini bildirsə də onlar buna məhəl qoymadan onaqarşı akt tərtib etdilər. Onaəsassız hesablanmış 984.96 manat məbləğində dəymiş ziyanla qətiyyən razı deyilvə bununla əlaqədar olaraq mübahisəni Məhkəmə qaydasında həll etmək istəyir. Aşağıda göstərəcəyi hallara görə "Azəriqaz “ İB-nin X4 İstismar İdarəsinin Qusar Xidmət Sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 17 yanvar 2022-ci il tarixli, ******* №-li “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt əsasında qəbul edilmiş 31 yanvar 2022-ci il tarixli qərarın etibarsız hesab edilməsinə və əsassız hesablanmış 984.96 (doqquz yüz səksən dörd manat doqsan altı qəpik) manat borc silinməlidir. Qaz sayğacının işləməməsi, sayğacdan keçən qazın qeydə alınması ilə bağlı xx.xx.2022-ci il tarixdə Qusar XS-nin Qəza dispetçer xidmətinə və əraziyə xidmət göstərən nəzarətçi çilingərə məlumat vermişdir.Havaların soyuq keçməsi, odun tədarükün olmaması və evində azyaşlı uşaqların olması ilə əlaqədar məsul şəxslərə məlumat vermiş və onların icasi ilə şlanq qoşub səhərəcən işlətmişdir.Hansı əsaslarla ona itirilmiş qazın həcmi 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üzrə hesabat aparmış və 8208 kub/metr müəyyən edilmiş və yaxud 984.96 (doqquz yüz səksən dörd manat doqsan altı qəpik) hesablanmışdır. Baxmayaraq ki, cəmi 12 saat ərzində Qaz idarəsinin razılığı təbii qazdan istifadə etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o iddianı müdafiə edir. Həmçinin bildirmişdir ki, şəxsi işləri ilə əlaqədar 25 iyul 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasına gələ bilmir, ona görə də işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin Birliyin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, işdə olan Cavabdeh Xaçmaz X2 İdarəsi tərəfindən tərtib edilmiş «təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 17 yanvar 2022-ci il tarixli ******* saylı aktdan görünür ki, İddiaçı məxsus ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına abonent tərəfindən rezin boru birləşməsi vasitəsilə sayğacdan-kənar qeyri qanuni təbii qazdan istifadə etdiyi aşkar olunduğu qeyd edilmişdir. Həmçinin, qeyd edilmişdir ki, dəymiş ziyan hesablansın və dəyəri ödənilsin. İşdə olan Cavabdeh Xaçmaz X2 İdarəsi tərəfindən tərtib edilmiş 31 yanvar 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, 17 yanvar 2022-ci il tarixli ******* saylı akt əsasında İddiaçı itirilmiş qazın bərpası üzrə cəmi 0.8 x 24 x 90=1728 kub/metr 3.0 x24 x90= 6480 kub metr cəmi: 8208 kub/metrqaz sərfiyyatı hesablanmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qazdan istifadə qaydaları haqqında qərarın 4.2-ci bəndində qeyd olunmuşdır ki, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasındankeçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasındankeçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5-2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmçinin həmin Qaydaların 6.7. bəndinə görə qazın verilməsinindayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyət orqanlarının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və hüquqi şəxslərin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə hesab edir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı, istehlakçı tərəfindən qazın hesabı tam ödənilməlidir. İstehlakçı fiziki şəxs olarsa, onun qaz sayğacı ilə təchiz edilməsi, quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı dayışır. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan yaşayış evi qaz ilə təchiz edilib, quraşdırılmış sayğacın işlək vəziyyətdə olmasına görə məsuliyyəti iddiaçı deyil, qaz paylayıcı olan cavabdeh daşıdığından, həmin sayğaca iddiaçı tərəfindən müdaxilə edilməsi cavabdeh tərəfindən sübuta yetirilə bilmədiyinə görə iddiaçı barəsində mülki hüquq məsuliyyətinin yaranmasına görə qərar qəbul edilməsi əsaslı hesab edilə bilməz. Belə olan halda qaz sayğacının yararsız vəziyyətə düşməsi nəticəsində hər hansı borc məbləği kimi pul abonentdən tələb edilə bilməz. Göründüyü kimi Cavabdeh Xaçmaz X2 İdarəsi Qusar Qaz Xidməti Sahəsi tərəfindən istehlakçı İddiaçı ünvan 1i ünvanında yerləşən evi üçün quraşdırılmış qaz sayğacına abonent tərəfindən rezin boru birləşməsi vasitəsilə sayğacdan-kənar qeyri qanuni təbii qazdan istifadə etdiyi aşkar olması müəyyən edilmiş, lakin həmin vaxt sayğacın işlək vəziyyətdə olub-olmaması araşdırılmamış, borunun nə vaxt qoşulduğu müəyyən edilməmişdir. Bununla da, istehlakçı tərəfindən Azəriqaz İB-nə 984 manat maddi ziyan vurulması əsaslandırımamışdır. Ona görə də, məhkəmə hesab edir ki, İddiaçı evi üçün quraşdırılmış qaz sayğacına abonent tərəfindən rezin boru birləşməsi vasitəsilə sayğacdan-kənar qeyri qanuni təbii qazdan istifadə etdiyi aşkar olması nəticəsində İddiaçı 31 yanvar 2022-ci il tarixli qərarın etibarsız hesab edilməsinə və əsassız hesablanmış 984.96 (doqquz yüz səksən dörd manat doxsan alt qəpik) manat borc silinməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə sübuta yetirmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İB-nin X4 İstismar 31 yanvar2022-ci il tarixli qərar əsasında İddiaçına hesablanmış 984.96 (doqquz yüz səksən dörd manat doxsan alt qəpik) manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-462/2023
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-462/2023
25.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver