Məhkəmə qərarları › İş №2(029)-471/2025

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-471/2025

21.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-471/2025 21.05.2025 QUSAR RAYON MƏHKƏMƏSİ X21 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, Ərizəçi1 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 01 sentyabr 1998-ci il tarixli, JN:130 nömrəli (KOD ********) seriyalı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının Ərizəçi1, Ərizəçi2 və X6 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Qusar rayon Agrar İslahat Komissiyasının 01 sentyabr 1998-ci il tarixli, 15/04 nömrəli qərarı ilə ərizəçilərə və ailə üzvlərinə kənd təsərrüfatı məhsulları istehsalı üçün ayrılmış Qusar rayonu, Atluxan kəndi ərazisində yerləşən 2.83 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Həmin idarədən alınan xx.xx.2025-ci il tarixli, 3-21-3-34/2-2393/2025 saylı cavab məktubunda qeyd olunur ki, şəxsiyyəti təsdiq edən sənədlərdə və ölüm haqqında şəhadətnamədə hüquq sahiblərin adları və ata adları “Ərizəçi1, Ərizəçi2, X7” göstərdiyi halda JN-130 nömrəli (KOD 301 17038) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” nda isə hüquq sahiblərinin soyadları və ata adları “Ərizəçi1 Kamaləddin oğlu, X16 və X8” kimi göstərilmişdir və bu səbəbdən də çıxarışın verilməsinin mümkin olmadığını bildirilmişdir. Hüquqmiıəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət olunması tövsiyyə edilmişdir. Həmçinin, Qusar RİH-nin Kuzunqışlaq kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilən 30 yanvar 2025-ci il tarixli,5-63-19/2-Q-36-42- 36/2025 saylı arayışda qeyd olunmuşdur ki, JN-130 nömrəli (KOD-********) seriyalı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında səhvən olaraq Orucov X9 Orxan Ruslan oğlu, X1 yazılmış, əslində isə hüquqi sahibinin adı,soyadı və atasının adı Ərizəçi1, Ərizəçi2, X2 yazılmalı və oxunmalıdır. Məhkəmə iclasında Ərizəçi1 ərizə üzrə tələbi müdafiə etmiş və ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4 və 185.6cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, Ərizəçi1 izahatını dinləyib, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN:130 30117038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qusar rayonu Atluxan kəndi ərazisində yerləşən 2.83 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Ərizəçi1 Kamaləddin oğlunun, X15, X13, X3 və X14 birgə mülkiyyətlərinə verilmişdir. İşdə olan Qusar rayon İcra Hakimiyyəti Başçısının Kuzunqışlaq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 30 yanvar 2025-ci il tarixli 5-63-19/2-O-36xx-xx/2025 saylı arayışdan görünür ki, JN-130 Kod 30117038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında səhv olaraq Ərizəçi1 Kamaləddin oğıu, X16, X1 yazılmış, əslində isə hüquq sahibinin adı, soyadı, atasının adı Ərizəçi1, Ərizəçi2, X2 yazılmalı və oxunmalıdır. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 30 yanvar 2025-ci il tarixli 120 saylı arayışdan görünür ki, X7 25 mart 2003-cü il tarixdə ölmüşdür. İşdə olan Qusar rayon İcra Hakimiyyəti Başçısının Kuzunqışlaq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 12 mart 2025-ci il tarixli 5-63-19/2-O-113- 42-113/2025 saylı arayışdan görünür ki, X4 ölümündən sonar qanun üzrə vərəsəsi kimi Ərizəçi1 qalmış, mərhumun mirasını həmin şəxs idarə edir. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, ərizəçilər tərəfindən təqdim edilmiş JN-130 Kod 30117038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı həmin şəxslər üçün hüquq müəyyənedici sənəddir, belə ki, həmin sənəd əsasında onlar, həmin sənəddə göstərilən torpaq sahəsinə dair mülkiyyət hüquqlarını, o cümlədən Ərizəçi1 vərəsəlik hüququnu həyata keçirməlidir. Məhkəmə tərəfindən araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, həqiqətən də, JN-130 Kod 30117038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında hüquq sahibləri kimi qeyd olunmuş şəxslərdən biri məhz ərizəçilər Ərizəçi1 Kımaləddin oğlu, Ərizəçi2 və mərhum X5r. Lakin, həmin sənəddə yuxarıda qeyd olunan səhvlərə yol verilmişdir. Bu hal məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərlə təsdiq olunur. Ona görə də, həmin Dövlət Aktının digər mülkiyyətçilərlə birlikdə ərizəçilər Ərizəçi1, Ərizəçi2 və mərhum Salimat Fərzəliyevaya məxsus olması faktı müəyyən olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. 01 sentyabr 1998-ci il tarixli JN:130 nömrəli KOD 30117038 seriyalı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının Ərizəçi1, Ərizəçi2 və X6 məxsus olması faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ANAR QASİMOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar