Məhkəmə qərarları › İş №2(029)-472/2022

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-472/2022

27.07.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-472/2022 27.07.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh, üçüncü şəxslər: Baxışova (Ayibova) Məsmə Ayib qızına, Babayeva (Ayibova) Roza Ayib qızına, Davıdova (Ayibova) Sinavər Ayib qızına, Mədətxanova (Ayibova) Zahirə Ayib qızına, X23, X26, Qusar rayon Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı miras əmlakda payların müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh, üçüncü şəxslər Baxışova (Ayibova) Məsmə Ayib qızına, Babayeva (Ayibova) Roza Ayib qızına, Davıdova (Ayibova) Sinavər Ayib qızına, Mədətxanova (Ayibova) Zahirə Ayib qızına, X23, X26, Qusar rayon Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı miras əmlakda payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X11ndan və anası X2 miras qalmış Qusar rayonu Yasab kəndində yerləşən 0,22 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli fərdi yaşayış evindən onun 5/8 hissədə, Cavabdeh isə 3/8 hissədə olmaqla miras paylarının müəyyənləşdirilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, onun X11ndan və anası X2 Qusar rayonu Yasab kəndində 0,22 ha həyətyanı torpaq sahəsi, həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli fərdi yaşayış evi və onlara məxsus 1,63 ha pay torpaq sahəsi miras qalmışdır. X11 26 iyul 2005-ci il tarixdə, anası X9 isə 06 fevral 2005-ci il tarixdə vəfat etmişlər. Atası X3 özünün bütün əmlakını, o cümlədən Qusar rayonu Yasab kəndində yerləşən 0,22 ha həyətyanı torpaq sahəsini, həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli fərdi yaşayış evini, habelə Dövlət Aktındakı 1,63 ha torpaq sahəsini 05 fevral 2005-ci il tarixdə ona vəsiyyət etmiş, həmin vəsiyyətnamə Qusar rayon İHB-nın Yasab kənd İƏD üzrə nümayəndəliyində təsdiq edilmişdir. Atasının və anasının ölümündən sonra birinci növbədə vərəsələri - doğma övladları, o, Cavabdeh, üçüncü şəxslər Bağışova (Ayibova) Məsmə Ayib qızı, Babayeva (Ayibova) Roza Ayib qızı, Davıdova (Ayibova) Sinavər Ayib qızı, Mədətxanova (Ayibova) Zahirə Ayib qızı, X31 və X36 qalmışlar. Atasının və anasının ölümündən sonra o, onlardan miras qalmış əmlakları qəbul edmişdir. Qusar rayon Dövlət Notariat kontoru tərəfindən ona 10 avqust 2007-ci il tarixdə X11ndan miras qalmış 1,13 ha pay torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Lakin, X11ndan və anası X2 miras qalmış Qusar rayonu Yasab kəndində yerləşən 0,22 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli fərdi yaşayış evində Cavabdeh yaşayır və həmin mirasdan ona pay verməkdən imtina edir. Qanunun bu tələbinə uyğun olaraq o, X11ndan və anası X2 miras qalmış Qusar rayonu Yasab kəndində yerləşən 0,22 ha həyətyanı torpaq sahəsindən, həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli fərdi yaşayış evindən miras payını tələb edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən Cavabdeh 8 nəfər vərəsənin olması nəzərə alınmaqla anası X2 miras qalmış əmlakdan 1/8 hissədə, X11ndan miras qalmış əmlakdan isə 1/16 hissədə pay düşür. Lakin, atasının və anasının digər birinci növbədə vərəsələri- iş üzrə üçüncü şəxslər Bağışova (Ayibova) Məsmə Ayib qızı, Babayeva (Ayibova) Roza Ayib qızı, Davıdova (Ayibova) Sinavər Ayib qızı, Mədətxanova (Ayibova) Zahirə Ayib qızı, X31 və X36 X11ndan və anası X2 miras qalmış Qusar rayonu Yasab kəndində yerləşən 0,22 ha həyətyanı torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli fərdi yaşayış evini nə faktiki qəbul etməmişlər, nə də ki, hər hansı mirası qəbul etmələri barədə notariata ərizə ilə müraciət etməmişlər. Buna uyğun olaraq X11ndan və anası X2 miras qalmış Qusar rayonu Yasab kəndində yerləşən 0,22 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli fərdi yaşayış evindən Cavabdeh cəmi 3/8 hissədə miras payı düşür. Həmin daşınmaz əmlakın qalan 5/8 hissəsi miras payı kimi ona verilməlidir. Bu yaxınlarda o, atasından miras qalmış əmlaka vərəsəliyin müəyyən olunması üçün Qusar rayon Notariat Ofisinə müraciət etmişdir. Lakin, Qusar rayon Notariat Ofisi miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduğunu nəzərə alaraq ona bu barədə məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Beləliklə hesab edir ki, X11ndan və anası X2 miras qalmış Qusar rayonu Yasab kəndində yerləşən 0,22 ha həyətyanı torpaq sahəsindən, həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli fərdi yaşayış evindən onun 5/8 hissədə, Cavabdeh isə 3/8 hissədə miras payları müəyyənləşdirilməlidir. Məhkəmə iclasında Cavabdeh vəkili Vəkil iddianı qəbul etməyərək göstərmişdir ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiqinə dair ərizə təqdim olunmuşdur. O, həmin ərizəni müdafiə edir. Cavabdeh 30 ildən çoxdur ki, həmin evdə yaşamış və mirası faktiki qəbul etmişdir. İndiyə kimi tərəflər arasında heç bir mübahisə olmamışdır. İdidaçı uzun müddət keçdikdən sonra hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Miras qoyan vəfat etdikdən sonra, mirasın qəbul edilməsi ilə bağlı iddiaçı 6 ay müddətində müraciət etməmiş, müddəti buraxmış, müddətin buraxılmasının üzürlü olması barədə heç bir əsaslı səbəb göstərilməmişdir. Həmin evdə hal-hazırda cavabdeh ailəsi ilə yaşayır. Cavabdeh həmin evdə doğulmuş, böyümüş, valideynləri öldükdən sonra mirası faktiki qəbul etmişdir. Bütün əmlaka dair bələdiyyə ödənişlərini, vergi ödənişləri cavabdeh tərəfindən ödənilmişdir. İddiaçı isə uşaq vaxtı həmin evdə yaşayıb, sonradan özünə ev tikərək ayrı yaşayıb. İddiaçı valideynləri öldükdən sonra miras əmlakla bağlı heç bir müraciət etməmişdir. Əgər mübahisə var idisə həmin vaxt şikayət edərdi. Cavabdehin vəsiyyətnamə ilə bağlı heç bir məlumatı olmamış, həmin vəsiyyətnamə icra nümayəndəliyinin qeydiyyat kitablarında qeydiyyatda deyildir. İddiaçı hazırda öz evində yaşayır. Cavabdeh evin kiçik oğludur. Son vaxtlar tərəflər arasında ailə mübahisələri yaranmış, iddiaçı cavabdehin pay torpağını ələ keçirmək istəmiş, bununla bağlı məhkəmələr olmuş, lakin iddiaçı həmin məhkəməni uduzmuşdur. Buna görə də, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Odur ki, iddia müddəti tətbiq edilərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı X24 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək iddianı qəbul etmədiyini, səhhəti bə şəxsi işləri ilə bağlı məhkəmə iclaslarına gələ bilmədiyini göstərmiş və işə onun iştirakı olmadan, vəkili Vəkil iştirakı ilə baxılmasını, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Üçüncü şəxslər Baxışova (Ayibova) Məsmə Ayib qızı, Babayeva (Ayibova) Roza Ayib qızı, Davıdova (Ayibova) Sinavər Ayib qızı, Mədətxanova (Ayibova) Zahirə Ayib qızı, X31 və X36 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Üçüncü şəxs Qusar rayon Notariat Ofisinin notariusu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və məhkəməyə məktub göndərərək işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmiş, iş üzrə çıxarılacaq qərarı məhkəmənin mülahizəsinə buraxmışdır. Üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4, 185.5-ci və 185.6-cı maddələrinə əsasən işə iddiaçının, cavabdehin, üçüncü şəxslərin, Qusar rayon Notariat Ofisinin notariusunun və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, cavabdehin vəkilinin izahatını dinləyib, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, işdə olan Qusar RİHB-nın Yasab kənd İƏD üzrə nümayəndəliyindən verilmiş 15 aprel 2021-ci il tarixli 133 saylı arayışdan görünür ki, İddiaçı həqiqətən də, halhazırda Qusar rayonunun Yasab kəndində yaşayır. İşdə olan Qusar RİHB-nın Yasab kənd İƏD üzrə nümayəndəliyindən verilmiş 15 aprel 2021-ci il tarixli 134 saylı arayışdan görünür ki, İddiaçı valideynlərinin adına verilmiş JN:562 F KOD 30126018 olan Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə səhvən X1 yazılmışdır. Oxunmalıdır: X9. İşdə olan Qusar RİHB-nın Yasab kənd İƏD üzrə nümayəndəliyindən verilmiş 15 aprel 2021-ci il tarixli 135 saylı arayışdan görünür ki, şəxsiyyət vəsiqəsində qeyd olunmuş Qusar rayonunun Yasab kənd sakini İddiaçı ilə doğum haqqında şəhadətnamədə qeyd olunmuş X32 eyni şəxsdir. İşdə olan Qusar RİHB-nın Yasab kənd İƏD üzrə nümayəndəliyindən verilmiş 05 aprel 2021-ci il tarixli 117 saylı arayışdan görünür ki, İddiaçı doğum haqqında şəhadətnaməsində X13 yazılmışdır. Oxunmalıdır : İddiaçı. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş 03 aprel 2020-ci il tarixli arayışdan görünür ki, X32 xx xxxxx 1956-cı il tarixdə Qusar rayonunun Yasab kəndində anadan olmuşdur. X12, anası X5r. İşdə olan Qusar RİHB-nın Yasab kənd İƏD üzrə nümayəndəliyindən verilmiş 29 mart 2021-ci il tarixli 115 saylı arayışdan görünür ki, İddiaçı mərhum valideynləri X10 və X30 vəfat etdiyi günə kimi Qusar rayonunun Yasab kəndində yaşamış və onun ölümündən sonra aşağıdakı vərəsələri qalmışdır. 1. Qızı: X27, 2. Qızı: X34, 3. Qızı: X21, 4. X8, 5. Oğlu: İddiaçı, 6. Qızı: X31, 7. Oğlu: X36. 8. Oğlu, Cavabdeh. İşdə olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə Qusar rayonunun Yasab kəndində anadan olmuş və həmin kənddə qeydiyyatda olaraq yaşayır. İşdə olan AZ 146959 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 06 fevral 2005-ci ildə Qusar rayonu Yasab kəndində ölmüşdür. İşdə olan AZ 146719 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X30 26 iyul 2005-ci il tarixdə Qusar rayonunun Yasab kəndində ölmüşdür. İşdə olan JN:562F KOD 30126018 olan Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli 11/10 saylı qərarı ilə Qusar rayon Yasab kəndi ərazisindən 0.22 ha həyətyanı torpaq sahəsi X22 və X4 xüsusi mülkiyyətlərinə verilmişdir. İşdə olan Qusar rayon Dövlət notariat kontoru tərəfindən verilmiş 10 avqust 2007-ci il tarixli 2v-İ-87 saylı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 26 iyul 2005-ci ildə vəfat etmiş X22 vərəsəsi Qusar rayonunun Yasab kəndində yaşayan oğlu- X16r. Şəhadətnamə verilən miras əmlak JN:946 KOD 30126018 olan xx.xx.2005 il tarixli Dövlət Aktına əsasən 1.13 ha torpaq sahəsindən ibarətdir. İşdə olan Qusar rayon Notariat Ofisi tərəfindən verilmiş 17 mart 2021-ci il tarixli X- 279 saylı məktubdan görünür ki, həmin notariat ofisində 26 iyul 2005-ci il tarixdə vəfat etmiş X17 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə İddiaçı müraciətinə baxılmışdır. Həmin şəxsə bildirilmişdir ki, X22 digər varisləri mövcuddur. Mövcud olan digər varislər öz paylarına dair münasibətlərini bildirmədikləri üçün tam şəkildə pay bölgüsünün aparılması mümkün deyildir. Həmçinin, notariat ofisinə təqdim olunmuş sənədlərdə vəfat etmiş şəxsin soyadı və adı Ayibov Ayib, vərəsənin adı soyadı və atasının adı İddiaçı qeyd edilmişdir. Göstərilən ad soyad və ata adı arasında uyğunsuzluq mövcuddur. Bu səbəbdən faktın təsdiq olunması, pay bölgüsünün aparılması mübahisəsinin həlli üçün məhkəməyə müraciət etməyi İddiaçı tövsiyyə olunmuşdur. İşdə olan 05 fevral 2005-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, Qusar rayonu Yasab kəndində yaşayan X30 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, ölən gündən ona məxsus olan bütün əmlakı, o cümlədən Dövlət tərəfindən ona 298 nömrəli Dövlət aktına əsasən verilmiş 1.63 ha pay torpaq sahəsi və 0.25 ha zəbt torpaq sahəsini Qusar rayonunun Yasab kəndində yaşayan oğlu İddiaçı vəsiyyət etmişdir. İşdə olan Qusar RİHB-nın Yasab kənd İƏD üzrə nümayəndəliyindən verilmiş xx.xx.2007-ci il tarixli arayışdan görünür ki, İddiaçı mərhum X11 vəfat edənə kimi Qusar rayonunun Yasab kənd sakini olmuş, Yasab kəndində yaşamışdır. Qusar rayonu Torpaq şöbəsi tərəfindən verilmiş JN:946 KOD 30126018 olan Dövlət aktına əsasən ona məxsus olan 1.13 ha torpaq sahəsinə kənd İƏÜ nümayəndəliyində vəsiyyətnamə qeydə alınmamışdır və mərhumun yeganə vərəsəsi-İddiaçı qalmışdır. İşdə olan İddiaçı tərəfindən Dövlət Notariat Kontoruna ünvanlanmış 26 iyul 2005-ci il tarixli ərizənin surətindən görünür ki, onun Qusar rayonu Yasab kəndində yaşayan atası X35 vəfat etmişdir. Miras əmlak JN 946 kod 30126018 olan Dövlət Aktına əsasən 1.13 ha torpaq sahəsindən ibarətdir. İşdə olan JN:946 KOD 30126018 olan Dövlət Aktının surətindən görünür ki, X25 və X6 Qusar rayonu Yasab kəndi ərazisində 1.13 ha topaq sahəsi Qusar rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 11/10 saylı qərarı və DNK-nun xx.xx.2004-cü il tarixli 4ə-9-1186 saylı müqaviləsi ilə birgə mülkiyyətlərinə verilmişdir. İşdə olan Cavabdeh Qusar rayon Məhkəməsinə göndərdiyi ərizədən görünür ki, hazırki işə iddia müddəti tətbiq olunaraq İddiaçı ona qarşı “miras əmlakda payların müəyyən edilməsinə dair” iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Qusar rayonu Yasab kəndində yerləşən 0.22 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi X25 və X7 məxsus olmuşdur. Bundan başqa, həmin şəxslərin birgə mülkiyyətlərində həmin kənddə yerləşən 1.13 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi də olmuşdur. Qızıl Ayibova 06 fevral 2005-ci il tarixdə, Ayib Ayibov isə 26 iyul 2005ci il tarixdə vəfat etmişdir. Vəfat etdikdən sonra onların qanun üzrə vərəsələri iş üzrə İddiaçı, Cavabdeh, üçüncü şəxslər Baxışova (Ayibova) Məsmə Ayib qızı, Babayeva (Ayibova) Roza Ayib qızı, Davıdova (Ayibova) Sinavər Ayib qızı, Mədətxanova (Ayibova) Zahirə Ayib qızı, X31 və X36 qalmışlar. X29 və Ayib Ayibov vəfat etdikdən sonra onlara məxsus olan 1.13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qanun üzrə vərəsəlik qaydasında İddiaçı verilmişdir. Həmin şəxslərə məxsus olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsi isə faktiki olaraq miras əmlak kimi Cavabdeh tərəfindən qəbul edilmiş, onların ölümündən sonra Cavabdeh ailəsi ilə birlikdə doğulduğu və böyüdüyü həmin evdə yaşamaqla evə və həyətyanı torpaq sahəsinə sabiblənmişdir. İddiaçı hələ valideynləri ölməmişdən əvvəl həmin evdən çıxaraq özü üçün əldə etdiyi başqa evə köçmüş, ailəsi ilə birlikdə uzun müddətdir ki, həmin evdə yaşayır. Valideynləri öldükdən sonra da İddiaçı həmin evə köçərək ona sahiblənməmiş, evin və həyətyanı torpaq sahəsinin idarə olunmasında heç bir şəkildə iştirak etməmişdir. Valideynləri öldüyü vaxtdan artıq təxminən 17 il vaxt keçmiş, həmin müddət ərzində onun Cavabdeh həmin evdə yaşamasına, evə bütövlükdə sahiblənməsinə, ailəsi ilə birlikdə orada yaşamasına heç bir etiraz etməmiş, bununla bağlı hər hansı mübahisə açmamış, evə və həyətyanı torpaq sahəsinə dair hər hansı pay tələb etməmiş, bununla bağlı hər hansı tələb irəli sürməmişdir. Əksinə, bununla razılaşmış və uzun müddət evə və həyətyanı torpaq sahəsinə dair susmuşdur. Miras qoyan həmin şəxslərin digər vərəsələri də mirasa dair uzun müddət susmuşlar, hər hansı pay tələb etməmişlər. Cavabdeh da, öz növbəsində İddiaçı yuxarıda göstərilən 1.13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini bütövlükdə qanun üzrə vərəsəlik qaydasında notariat orqanına ərizə verməklə qəbul etməsinə etiraz etməmiş, bununla razılaşmışdır. Bununla da, miras qoyanların yuxarıda göstərilən miras əmlaklarının qəbul edilməsi qaydası barədə İddiaçıla Cavabdeh arasında uzun müddət heç bir mübahisə olmamış, əksinə razılıq olmuşdur. Həmçinin, müəyyən olunmuşdur ki, İddiaçı məhkəməyə təqdim etdiyi 05 fevral 2005-ci il tarixli vəsiyyətnamənin Qusar rayon İHB-nın Yasab kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyində təsdiq edildiyi göstərilsə də, belə bir vəsiyyətnamə əslində həmin nümayəndəlikdə qeydiyyata alınmamışdır. Bundan başqa, həmin vəsiyyətnamədə yuxarıda göstərilən fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin deyil, 1.63 ha pay torpaq sahəsinin və 0.25 ha zəbt torpaq sahəsinin vəsiyyət edildiyi qeyd olunmuşdur. Həm də, miras qoyanlara məxsus 1.13 ha torpaq sahəsinə dair vəsiyyət üzrə deyil, məhz qanun üzrə vərəsəlik müəyyən olunmuş, onun adına verilmiş vərəsəlik şəhadətnaməsi də qanun üzrə verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.4-cü maddəsinə əsasən tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 382-ci maddəsinə əsasən iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1, 1159.1.1-ci maddələrinə əsasən birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir. Həmçinin, həmin qərarda qeyd olunmuşdur ki, Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Burada nəzərə alınmalıdır ki, həmin öhdəliklərin yerinə yetirilməsi vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin təmin edilməsinə və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 iyul 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin vərəsəlik şəhadətnaməsi anlayışı adlanan 1321-ci maddəsinə görə, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Həmin Məcəllənin 1325-ci maddəsinə görə, vərəsəlik şəhadətnaməsi həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Göründüyü kimi, vərəsəlik hüquq münasibətlərini tənzimləyən mülki qanunvericilik mirasın qəbulunun iki üsulunu-yəni formal və qeyri-formal üsullarını müəyyən etmiş, mirasın vərəsənin mülkiyyətinə keçməsini qanunla müəyyən edilmiş müddət daxilində onun özünün həmin mirasın mülkiyyətçisi olmaq niyyətini ifadə edən iradə ifadəsi ilə şərtləndirmişdir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu dedikdə isə vərəsənin elə hərəkətləri başa düşülür ki, o, məhz vərəsə kimi həmin hərəkətləri ilə mirası qəbul etmək niyyətini açıq-aşkar nümayiş etdirir və vərəsənin həmin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi güddüyü müəyyən olunur. Bundan başqa, mirasın hər iki üsul ilə qəbul edilməsi məhz Mülki Məcəllənin 1246cı maddəsində müəyyən edilmiş müddət daxilində həyata keçirilməlidir. Belə ki, həmin müddət keçdikdən sonra mirasın hər hansı üsulla qəbul edilməsinə yol verilmir. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı miras qoyanlara məxsus 1.13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair notariat orqanına ərizə versə də, uzun müddət fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin qəbul edilmişi barədə heç bir ərizə verməmiş, həmin mirasın mülkiyyətçisi olmaq niyyətinin olduğunu bildirməmiş, yalnız 17 mart 2021-ci il tarixdə bu barədə Qusar rayon Notariat Ofisinə ərizə ilə müraciət etmişdir. Bundan başqa, İddiaçı mübahisəli fərdi yaşayış evini və həyətyanı torpaq sahəsini faktiki olaraq da qəbul etməmiş, miras qoyanların ölümündən sonra həmin evə köçməklə orada yaşamamış, evə və torpaq sahəsinə sahiblənməklə onların idarə olunmasında hər hansı şəkildə iştirak etməmiş, bu istiqamətdə hər hansı xərclər çəkməmiş, digər hərəkətlər etməmişdir. Əksinə, həmin şəxs hələ miras qoyanların ölümündən əvvəl həmin evdən çıxaraq daimi olaraq başqa bir evdə yaşamağa başlamış, miras qoyanlar öldükdən sonra isə evin və həyətyanı torpaq sahəsinin mülkiyyətçisi olmaq niyyətini bildirməmişdir. Odur ki, məhkəmə iddiaçının dəlilləri ilə razılaşmayaraq qəbul etmir, onun iddiasını qanuni və əsaslı hesab etmir. Bundan başqa, məhkəmə cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsini müzakirə edərək aşağıdakıları qeyd edir. Göründüyü kimi, Mülki Məcəllədə mirasın qəbulu və ondan imtina edilməsi barədə mübahisələrə dair 2 ay qısaldılmış iddia müddəti nəzərdə tutulmuşdur. İddiaçı mübahisəli fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə Cavabdeh sahibləndiyini, onun yaşadığı evdə yaşamaqda davam etdiyini, həmin əmlaklardan istifadə etdiyini bilsə də, bununla bağlı Cavabdeh qarşı təxminən 17 il ərzində heç bir iddia irəli sürməmiş, bununla bağlı susmuşdur. Bununla da, məhkəmənin qənaətinə görə mirasın qəbul edilməsi ilə bağlı mübahisə üzrə iddia müddəti İddiaçı tərəfindən ötürülmüşdür. Onun iddia müddətinin ötürülməsinin üzürlü səbəbdən baş verməsi barədə isə qanunla müəyyən edilmiş əsaslar müəyyən edilməmiş, bu barədə hər hansı sübut təqdim edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, hazırkı iddia tələbi üzrə iddia müddəti də tətbiq edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh, üçüncü şəxslər Baxışova (Ayibova) Məsmə Ayib qızına, Babayeva (Ayibova) Roza Ayib qızına, Davıdova (Ayibova) Sinavər Ayib qızına, Mədətxanova (Ayibova) Zahirə Ayib qızına, X23, X26, Qusar rayon Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı miras əmlakda payların müəyyən edilməsi tələbinə dair iddiası həm əsassız olduğundan, həm də iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh, üçüncü şəxslər Baxışova (Ayibova) Məsmə Ayib qızına, Babayeva (Ayibova) Roza Ayib qızına, Davıdova (Ayibova) Sinavər Ayib qızına, Mədətxanova (Ayibova) Zahirə Ayib qızına, X23, X26, Qusar rayon Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı miras əmlakda payların müəyyən edilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar