Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-48/2019 26.02.2019 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı x2, onun nümayəndəsi və vəkili x19 iştirakları ilə, İddiaçı x2 cavabdeh x15 qarşı atalığın müəyyən edilməsi və aliment tutulması tələbinə dair mülki işə Qusar şəhərində 26 fevral 2019-cu il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı x6 cavabdeh x15 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh x11 29 oktyabr 2015-ci il tarixdə anadan olmuş Milyana adlı uşağın atası olmasının müəyyən edilməsi və bu barədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında müvafiq qeydlər aparılmaqla uşağa yeni doğum haqqında şəhadətnamənin verilməsi, cavabdeh x7 x21 yetkinlik yaşına çatana kimi saxlanması üçün onun xeyrinə hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı x6 iddianı müdafiə edərək izahatında göstərdi ki, o, 24 mart 2014-cü il tarixdə nikahı rəsmi qeyd etdirmədən el adəti ilə toy edib cavabdeh x22 ilə evlənmişdir. Cavabdeh x22 ilə 2014-cü ilin mart ayından 2015-ci ilə kimi nikahlarını rəsmi qeyd etdirmədən ümumi təsərrüfat aparmaqla və birgə yaşamaqla ailə həyatı sürmüşlər. Cavabdehin təkidi ilə baş tutmuş nikah uzun çəkməmiş, bir il ər-arvad münasibətlərində yaşadıqdan sonra cavabdehin təzyiqləri və qeyri-normal münasibəti nəticəsində, xasiyyətləri uyğun gəlmədiyindən məcbur olub atasının evinə qayıtmış və 2015-ci ildə ayrılmışlar. Cavabdehlə faktiki nikahlarından 29 oktyabr 2015-ci il tarixdə Milyana adlı qız uşaqları anadan olmuşdur. O, cavabdeh x22 ilə ayrılıb atası evinə qayıdan zaman 1 həftəlik hamilə olmuş və Milyana adlı uşaq atası evinə qaytıdıqdan sonra doğulmuşdur. Həmin uşağın atası cavabdeh x16r. Cavabdeh uşaq olduqdan sonra onların evlərinə gəlib getmiş, lakin aliment tələb edildikdən sonra cavabdeh uşağın atası olmasını təkzib etmişdir. Cavabdeh aliment ödəməmək üçün uşağın atası olmasını təkzib edir. Milyana adlı uşaq Qusar MRX-də qeydiyyatdadır. Həmin uşağın atasının cavabdeh x22 olması faktı Qusar rayon Mərkəzi Xəstəxanasının AZS-103 nömrəli doğum haqqında Tibbi Şəhadətnamə ilə və tərtib olunmuş Aktla təsdiqlənir. Cavabdeh x22 məhkəmə tərəfindən təyin edilmiş ekspertizalarla əlaqədar ekspert xərclərini ödəmədiyindən və ekspertiza keçirilməsi üçün getmədiyindən ekspertizaların keçirilməsi baş tutmamışdır. Cavabdeh x1 başqa biri ilə ailə həyatı qurmuş və nikahdan bir uşağı anadan olmuşdur. Qeyd edilən hallar, arayışlar, şahid ifadələri cavabdeh x11 29 oktyabr 2015-ci il tarixdə anadan olmuş Milaynə adlı uşağın atası olmasını sübut edir. Ona görə də cavabdeh x11 29 oktyabr 2015-ci il tarixdə anadan olmuş Milaynə adlı uşağın atası olması faktı müəyyən edilməli və həmin uşağın saxlanması üçün cavabdehdən aliment tutulmalıdır. Qeyd edilənləri nəzərə alıb iddianın tam təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddiaçı x2 nümayəndəsi və vəkili x31 iddiaçının izahatına uyğun eyni məzmunlu izahat verərək iddianın tam təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 19 aprel 2018-ci il tarixdə və 01 avqust 2018-ci il tarixdə keçirilmiş məhkəmə iclaslarında cavabdeh x11 nümayəndəsi x17 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı x6 onun oğlu cavabdeh x22 ilə 23 aprel 2014-cü il tarixdə nikahı rəsmi qeyd etdirmədən evlənmişlər. Evləndikdən sonra Cəmilə Aydınbəgova iş adı ilə mütəmadi olaraq valideynlərinin evinə Qusar şəhərinə gedib gəlmişdir. 15 fevral 2015-ci il tarixdə Cəmilə Aydınbəgova qaynanasına hamilə olduğunu bildirmiş və onlar hamiləliyin yoxlanması üçün xəstxanaya getmişlər. Lakin orada həkimlər Cəmilənin hamilə olmadığını bildirmişlər. Üç aydan sonra Cəmilə birdəfəlik onların evindən valideynlərinin evinə çıxıb getmişdir. Uşağın olmasından onların xəbərləri olmamış, iddiaçı onlara Milyana adlı uşağın mövcudluğundan uşaq doğulandan sonra bildirmişdir. 29 oktyabr 2015-ci il təvəllüdlü Milyana adlı qızın atasının cavabdeh x22 olmasına şübhə ilə yanaşılır, ona görə də iş üzrə məhkəmə-tibbi ekspertizasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh x11 nümayəndəsi x17 məhkəmə iclasının yeri və vaxtı barədə lazmı qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan sonuncu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə qeyd edilənlərə əsasən işə cavabdeh x11 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş x8 ifadəsində göstərdi ki, o, iddiaçı x2 anasıdır. Qızı 24 mart 2014-cü il tarixdə nikahı rəsmi qeyd etdirmədən el adəti ilə toy edərək cavabdeh x22 ilə evlənmişdir. Qızı iddiaçı Cəmilə Aydınbəgovanın birinci hamilə qaldığı uşağı 2 ay yarım olanda tələf olmuşdur. 2015-ci ilin fevral ayında cavabdeh x22 özü onun x42nı onlara gətirmişdir. Həmin vaxt x42 bir həftəlik hamilə olmuşdur. x42 hamilə olduğu vaxt cavabdeh x22 ilə birlikdə həkim müayinələrinə də getmişlər. Cavabdeh uşaq olmamışdan qabaq və uşaq olduqan sonra da onlara gəlmiş, hətta 3 dəfə onlarda gecələmişdir. Cavabdeh x11 şəxsiyyət vəsiqəsi bacısında olduğundan soyadını uşağa verə bilməmişdir. Bir müddət sonra Cavabdeh Cibir kəndindən başqa biri ilə nişanlanmış, ona zəng etməməyi, lazım olduqda özü onlara zəng edəcəyini bilirmişdir. Bundan sonra isə Cavabdeh ilə olan bütün münasibətləri tamamilə kəsilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş x12 ifadəsində göstərdi ki, iddiaçı x6 onun qonşusu olmuşdur. Cavabdeh x22 ilə aralarında rəsmi nikah olmadan evlənmişlər. Lakin el adəti ilə toy olmuşdur və o da həmin toyda iştirak etmişdir. Cəmilə Aydınbəgova ayrılıb qayıtdıqdan sonra da əri Ural tez-tez onlara gəlib getmişdir. Hətta orada gecələdiyi də olmuşdur. Milyana adlı uşaq olanda Ural balamı istəyirəm deyə ağlamışdır. O, Uralı Milyanı adlı uşaqla və Cəmilə ilə gəzməyə çıxanda çox görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş x35 ifadəsində göstərdi ki, x6 onun qonşusu olmuşdur. x45 kəndinə ərə getmişdir. O, Cəmilənin əri Uralı görmüşdür. Özü komoxozda işləyir, parkı təmir etdikləri zaman Uralı Cəmilə və Milyana adlı uşaqla birgə gəzdiklərini görmüşdür. Cəmilə hamilə olarkən və uşaq olduqan sonra da Ural onlara gəlib getmişdir. Hətta orada gecələmişdir. Cəmilənin atasından həmin adamın kim olduğunu soruşanda Cəmilənin əri olduğunu bildirmişdir. Məhkəmə iddiaçının, onun nümüayəndəsi və vəkilinin izahatlarını və şahid ifadələrini dinləyib, işin materiallarını hərtərəfli araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İşdə olan Qusar şəhəri, Z.Əliyeva küçəsi, 92/13-də yaşayan x27, Qusar şəhəri, Müqtədir küçəsi, 92/15-də yaşayan x9, Qusar şəhəri, H.Əliyev prospekti, 45/4-də yaşayan x3, Qusar şəhəri, Müqtədir küçəsi, 92A, mənzil 15-də yaşayan x4, Qusar şəhəri, Müqtədir küçəsi, 94/7-də yaşayan Ömərova Bənövşə Lütfulla qızının iştirakları ilə 20 noyabr 2017ci il tarixdə Qusar şəhərində tərtib edilmiş Aktdan görünür ki, x2024 mart 2014-cü il tarixdə el adəti ilə toy etməklə x22 ilə faktiki nikah münasibətlərinə daxil olmuş, lakin toy edərkən, eləcə də gəlin köçdükdən sonra nikahlarını rəsmiləşdirməmişlər. x10 x22 ilə birgə yaşadıqları dövrdə bir qız uşağı olmuşdur. Həmin uşaq Qusar rayon Mərkəzi xəstəxanasına qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Qusar rayon Mərkəzi Xəstəxanası tərəfindən vəkil x23 ünvanlanmış 20 noyabr 2017-ci il tarixli 1173/11.17 saylı məktubdandan görünür ki, Qusar şəhəri, Muxtadır küçəsi, 92A ünvanında yaşayan 1989cu il təvəllüdlü x20 15 iyul 2014-cü il tarixdə saat 21:20-də “7-8 həftəlik hamiləlik, natamam spontam abort” diaqnozu ilə Qusar MRX-nın ginekologiya şöbəsinə daxil olmuşdur. 17 iyul 2014-cü il tarixdə saat 11:00-da xəstəxanadan çıxmışdır. x20 29 oktyabr 2015-ci il tarixə saat 00:05-də “38-39 həftəlik hamiləlik, doğuşun 1-ci dövrü baş gəlişi” diaqnozu ilə Qusar MRX-nın doğum şöbəsinə daxil olmuşdur. 29 oktyabr 2015-ci il tarixdə saat 08:10-da çəkisi 2900 qram, boyu 49 sm olan qız uşağını dünyaya gətirmişdir. 06 noyabr 2015-ci il tarixdə saat 14:00-da xəstəxanadan çıxmışdır. İşdə olan № AZ-103 saylı doğum haqqında tibbi şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, x18 29 oktyabr 2015-ci il tarixdə anadan olmuşdur. Atası x22, anası x13r. İşdə olan AZ-İİİ № 651571 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, x36 29 oktyabr 2015-ci il tarixdə anadan olmuşdur. Atası x41, anası x14r. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya” Elmi-Təcrübi və Tədris Birliyi tərəfindən göndərilmiş 28 yanvar 2019cu il tarixli 9/75 nömrəli məktubdan görünür ki, “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya” ETT Birliyinin məhkəmə-tibbi biologiya şöbəsinə 27.12.2018-ci il tarixdə iddiaçı x2 cavabdeh x15 qarşı atalıq faktının müəyyən edilməsinə dair 2(029)-364/18 saylı mülki iş üzrə məhkəmə-tibbi bioloji ekspertizasının təyini barədə qərardad və həmin saylı mülki iş bir cilddə daxil olmuşdur. Sənədlərin daxil olduğu müddətdən ekspertizanın keçirilməsi üçün təyin olunmuş gün ərzində tərəflər şöbəyə gəlməmiş və bu səbəbdən ekspertizanın keçirilməsi mümkün olmamışdır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya” Elmi-Təcrübi və Tədris Birliyi tərəfindən Qusar rayon məhkəməsinə ünvanlanmış 05 iyul 2018-ci il tarixli 9/599 nömrəli məktubdan görünür ki, sənədlərin daxil olduğu müddətdən ekspertizanın keçirilməsi üçün təyin olunmuş gün ərzində tərəflər şöbəyə gəlmiş, lakin məhkəmə-genetik ekspertizasının keçirilməsi üçün zəruri olan reaktivlərin alınması təmin olunmadığı üçün hal-hazırda ekspertizanın keçirilməsi mümkün olmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflər 24 mart 2014-cü il tarixdə nikahı rəsmi qeyd etdirmədən evlənmişlər. Tərəflər ailə münasibətləri pozulduğu üçün ayrılmışlar və 2015-ci ildən ayrı yaşayırlar. Tərəflər ayrıldıqları zaman iddiaçı hamilə olmuşdur və 29 oktyabr 2015-ci il tarixdə Milyana adlı uşaq anadan olmuşdur. Cavabdeh həmin uşağın atası olması faktına şübhə ilə yanaşmış, Qusar rayon məhkəməsinin 19 aprel 2018-ci il tarixli 2(029)-364/2018 saylı Qərardadı ilə məhkəmə tibbi-genetik ekspertizası və 01 avqust 2018-ci il tarixli 2(029)-364/2018 saylı Qərardadı ilə məhkəmə tibbi-bioloji ekspertizası təyin olunmuşdur. Lakin ekspertizaların keçirilməsi üçün lazım olan xərclərin ödənilməməsi və tərəflərin ekspertizanın keçirilməsi üçün getməmələri səbəbindən ekspertizaların keçirilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1. maddəsinə əsasən, uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Həmin məcəllənin 46.2. maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Beləliklə məhkəmə hesab edir ki, x11 29 oktyabr 2015-ci il tarixdə anadan olmuş x28 münasibətdə atalığı müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borclu olan valideyn qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında” qanuna əsasən 2019-cu ildə yaşayış minimumu uşaqlar üçün 160 manat məbləğində müəyyən edilmişdir. Qanunun mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də hüquqi vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.3-cü maddəsinə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Ona görə də məhkəmə hesab edir ki, 29 oktyabr 2015-ci il tarixdə anadan olmuş x24 yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün cavabdeh x7 hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı x2 xeyrinə verilməlidir. Həmçinin məhkəmə hesab edir ki, alimentin tutulması ilə əlaqədar cavabdeh x7 30 manat dövlət rüsumu alınıb Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2. maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə həmçinin bu normanın tələbini nəzərə alaraq hesab edir ki, qətnamə alimentə dair hissədə dərhal icra olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh x11 29 oktyabr 2015-ci il tarixdə anadan olmuş x28 münasibətdə atalığı müəyyən edilsin və bu barədə VVAQ kitablarında müvafiq qeyd aparılmaqla uşağa yeni doğum haqqında şəhadətnamə verilsin. 15 fevral 2018-ci il tarixdən başlayaraq 29 oktyabr 2015-ci il tarixdə anadan olmuş x24 yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün cavabdeh x7 hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutulub iddiaçı x5 verilsin. Cavabdeh x7 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentə dair hissədə dərhal icra olunsun. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(029)-48/2019
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-48/2019
26.02.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Atalığın müəyyən edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver