Məhkəmə qərarları › İş №2(029)-480/2022

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-480/2022

18.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-480/2022 18.05.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçi1 maraqlı şəxslər Tariverdiyeva (Həbibova) Arzu Arif qızına, Maraqlı şəxs2, İbramxəlilova (Həbibova) Xalidə Arif qızına, Maraqlı şəxs4, Məmmədxanova (Həbibova) Nəzakət Arif qızına və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Ərizəçi1 maraqlı şəxslər Tariverdiyeva (Həbibova) Arzu Arif qızına, Maraqlı şəxs2, İbramxəlilova (Həbibova) Xalidə Arif qızına, Maraqlı şəxs4, Məmmədxanova (Həbibova) Nəzakət Arif qızına və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “Ərizəçi1 Bahacəddin oğlu”nun, “X2”nın, “X15”nın, “X13”nın , “X10”nın, “X11”nın adlarına verilmiş JN:442 KOD 30116018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının onlara yəni “Ərizəçi1”na, “Maraqlı şəxs2”na, “Tariverdiyeva (Həbibova) Arzu Arif qızı”na, “İbramxəlilova (Həbibova) Xalidə Arif qızı”na, “Maraqlı şəxs4”na, “Məmmədxanova (Həbibova) Nəzakət Arif qızı”na məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Qusar rayonunda torpaq islahatları keçirilərkən Aqrar İslahat Komissiyasının 12 may 2000-ci il tarixli 12/8 saylı qərarına əsasən X5, X14, Maraqlı şəxs4, X7, Maraqlı şəxs2, Ərizəçi1 Qusar rayonunun Köhnə Xudat kəndi ərazisindən 2.00 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədləri üçün nəzərdə tutulmuş pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə mülkiyyət hüququ Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:442 KOD 30116018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə təsdiq edilmişdir. X22 Ərizəçi1 atasının adı səhvən “Bahacəddin”, Maraqlı şəxs2 adı səhvən “Zarina”, İbramxəlilova (Həbibova)Xalidə Arif qızının adı səhvən “Validə”, Maraqlı şəxs4 adı səhvən “Gülnarə” kimi qeyd edilmişdir. Şəxsiyyətlərini təsdiq edən sənədlərdə Ərizəçi1 atasının adı “Bahaddin”, Maraqlı şəxs2 adı “Zərinə”, İbramxəlilova (Həbibova) Xalidə Arif qızının adı “Xalidə”, Maraqlı şəxs4 adı “Gülxarə” kimi qeyd edilmişdir. X19 və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:442 KOD 30116018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında da ərizəçinin və maraqlı şəxslərin soyadları, adları və ata adları şəxsiyyətlərini təsdiq edən sənədlərə uyğun qeyd edilməli idi. Bu yaxınlarda onlar X22 olan torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən sənədləri almaq üçün maraqlı şəxs DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə müraciət etmişlər. Lakin, JN:442 KOD 30116018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında yuxarıda sadalanan səhvlərə görə DƏDRX-nin 5 saylı Ərazi İdarəsi onlara lazım olan sənədləri verməkdən imtina etmişdir. Ona görə də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:442 KOD 30116018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının bizə məxsus olması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Ərizəçi1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, şəxsi işləri ilə əlaqədar olaraq 18.05.2022-ci il tarixdə təyin edilmiş məhkəmə iclasında iştirak edə bilmir. Ona görə də, məhkəmə iclasına gəlməməyini üzürlü sayaraq işə onun iştirakı olmadan baxıb ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxslər Tariverdiyeva (Həbibova) Arzu Arif qızı, Maraqlı şəxs2, İbramxəlilova (Həbibova) Xalidə Arif qızı, Maraqlı şəxs4 və Məmmədxanova (Həbibova) Nəzakət Arif qızı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişlər, məhkəməyə ərizə göndərərək bildirmişlər ki, onlar həmin ərizəni qəbul edirlər və ərizənin təmin edilməsinə etiraz etmirlər. Bandan başqa bildirmişlər ki, şəxsi işləri ilə bağlı məhkəmə iclaslarına gələ bilmirlər və işə onların iştirakları olmadan baxılmasını və ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4, 185.5 və 185.6-cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Belə ki, işdə olan KOD 30116018 JN-0442 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 12 may 2000-ci il tarixli 12/8 saylı qərarı ilə Qusar rayonu Köhnə Xudat kəndində yerləşən 2.0 ha torpaq sahəsi Ərizəçi1 Bahacəddin oğlunun, X1, X12, X6, X3, X4 xüsusi mülkiyyətlərinə verilmişdir. İşdə olan AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1952-ci ildə Qusar rayonu Köhnə Xudat kəndində anadan olmuş və həmin kənddə qeydiyyatdadır. İşdə olan AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs3 05.07.1952-ci ildə Qusar rayonu Köhnə Xudat kəndində anadan olmuş, Qusar rayonu Xurel kəndində qeydiyyatdadır. İşdə olan AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs4 xx.xx.1984cü ildə anadan olmuşdur. İşdə olan şəxsiyyət vəsiqəsi məlumatlarından elektron Çıxarışdan görünür ki, Maraqlı şəxs4 xx.xx.1984-cü ildə Qusar rayonu Köhnə Xudat kəndində anadan olmuş, həmin kənddə qeydiyyatdadır. İşdə olan Seriya AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1987-ci ildə Qusar rayonu Köhnə Xudat kəndində anadan olmuş, həmin kənddə qeydiyyatdadır. İşdə olan Seriya AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs2 xx.xx.1957-ci ildə Qusar rayonu Hil kəndində anadan olmuş, Qusar rayonu Köhnə Xudat kəndində qeydiyyatdadır. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 08.02.2021-ci il tarixli **********55 saylı məktubundan görünür ki, DT və XK tərəfindən verilmiş JN-442 KOD 30116018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi həmin idarənin səlahiyyətlərinə aid deyildir. Bununla bağlı məhkəməyə müraciət etməyi Ərizəçi1 tövsiyyə olunmuşdur. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən təqdim edilmiş KOD 30116018 JN-0442 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı həmin şəxs üçün hüquq müəyyənedici sənəddir, belə ki, həmin sənəd əsasında o, X22 göstərilən torpaq sahəsinə dair sərəncam hüquqlarını həyata keçirilməlidir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, həqiqətən də, KOD 30116018 JN-442 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında hüquq sahibləri kimi qeyd olunmuş şəxslər məhz Ərizəçi1, Tariverdiyeva (Həbibova) Arzu Arif qızı, Maraqlı şəxs2, İbramxəlilova (Həbibova) Xalidə Arif qızı, Maraqlı şəxs4, Məmmədxanova (Həbibova) Nəzakət Arif qızıdır, lakin X22 həmin yuxarıda qeyd olunan səhvlərə yol verilmişdir. Bu hal məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə tam təsdiq olunur. Ona görə də, həmin Dövlət Aktının Ərizəçi1, Tariverdiyeva (Həbibova) Arzu Arif qızına, Maraqlı şəxs2, İbramxəlilova (Həbibova) Xalidə Arif qızına, Maraqlı şəxs4, Məmmədxanova (Həbibova) Nəzakət Arif qızı məxsus olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ət etdi : Ərizə təmin edilsin. “Ərizəçi1 Bahacəddin oğlu”nun, “X2”nın, “X15”nın, “X13”nın, “X10”nın və “X11”nın adlarına verilmiş KOD 30116018 JN-442 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının Ərizəçi1, Maraqlı şəxs2, Tariverdiyeva (Həbibova) Arzu Arif qızına, İbramxəlilova (Həbibova) Xalidə Arif qızına, Maraqlı şəxs4 və Məmmədxanova (Həbibova) Nəzakət Arif qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar