Məhkəmə qərarları › İş №2(029)-482/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-482/2021

10.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-482/2021 10.06.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçi və Maraqlı şəxs2 iştirakları ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, hüquqmüəyyənedici sənədlərin, yəni KOD 30107038 JN: 236 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının və JN:026A saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin Maraqlı şəxs2, Ərizəçi, Maraqlı şəxs4 və Maraqlı şəxs3 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 29 oktyabr 1997-ci il tarixli 15/1 nömrəli qərarı ilə Maraqlı şəxs2, Ərizəçi, Maraqlı şəxs4 və Maraqlı şəxs3 mülkiyyətlərinə 2.84 hektar pay torpaq və 0.20 hektar həyətyanı torpaq sahələri verilmiş, torpaq sahələri üzərində mülkiyyət hüquqları KOD 30107038 JN: 236 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı və JN:026A saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə rəsmiləşdirilmiş, Dövlət Aktı qeydiyyat kitabında 6 nömrə ilə, Şəhadətnamə isə 027 nömrə ilə qeydiyyata alınmışdır. KOD 30107038 JN: 236 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında və JN:026A saylı Torpağın mülkiyyətə verilməsinə dair X1 Komissiyası tərəfindən səhvlərə yol verilmiş, mülkiyyətçilərdən Ərizəçi JN: 236 saylı Dövlət Aktında adı Teyfə əvəzinə səhvən “Töyfə”, ata adı isə səhvən “Paşa qızı”, JN: 026A saylı Şəhadətnamədə isə ata adı səhvən “Daşdi qızı” yazılmışdır. Aqrar İslahat Komissiyası tərəfindən göstərilən səhvlərin buraxılması Qusar rayon İHB-nın Gündüzqala kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 20 avqust 2019-cu il tarixli 705 saylı arayışı ilə, АЗ 309305 saylı Doğum Şəhadətnaməsinin surəti ilə, AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surəti ilə, həmçinin İ-ЖГ 334284 saylı nikah şəhadətnaməsinin surəti və 18 yanvar 2021-ci il tarixli 54 saylı arayışı ilə təsdiqlənir. Dölət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon şöbələrinin ləğv edildiyi üçün Dövlət Aktında və Şəhadətnamədə buraxılmış səhvlərin düzəliş edilməsi məqsədi ilə rəsmi ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət olunmuş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi 02 oktyabr 2019-cu il tarixli **********57 və 06 noyabr 2020-ci il tarixli **********02 saylı məktublarla KOD 30107038 JN: 236 saylı Dövlət Aktında və JN: 026A saylı Şəhadətnamədə hüquq sahibinin adında və atasının adında yaranmış uyğunsuzluğu aradan qaldırmaq və düzəlişin həyata keçirilməsinin idarənin səlahiyyətlərinə aid olmadığını bildirərək məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. KOD 30107038 JN: 236 saylı Dövlət Aktında və JN: 026A saylı Şəhadətnamədə mülkiyyətçilərdən yalnız bir nəfərin, yəni Ərizəçi adında və atasının adında səhvlərə yol verilmiş, sənədlərdən Dövlət Aktında “Töyfə”, “Paşa qızı”, Şəhadətnamədə isə “Daşdi qızı” yazılmışdır. Qusar rayonunun Gündüzqala kəndində X3 və ya Ərizəçi Daşdi qızı adlı şəxs olmamış və yoxdur, mülkiyyətçi Ərizəçi adı və atasının adı sənədlərdə səhvlə yazılmışdır. Yuxarıda qeyd olunduğu kimi KOD 30107038 JN: 236 saylı Dövlət Aktının və JN: 026A saylı Şəhadətnamənin Maraqlı şəxs2, Ərizəçi, Maraqlı şəxs4 və Maraqlı şəxs3 məxsus olması faktının müəyyən edilməsi, 2.84 hektar pay torpaq və 0.20 hektar həyətyanı torpaq sahələri üzərində sərəncam hüququnun həyata keçirilməsi üçün zəruridir. Məhkəmə iclasında Ərizəçi ərizə üzrə tələbi müdafiə edərək ərizənin məzmununa uyğun izahat vermiş və izahatında göstərmişdir ki, ərizədə göstərdikləri Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında onun adı səhvən “Töyfə”, ata adı səhvən “Paşa qızı” və torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə isə ata adı səhvən “Daşdi qızı” kimi yazılmışdır. Sözügedən sənədlər 1998-ci ildə verilib, ötən 23 il ərzində həmin səhvlərin düzəldilməsi üçün heç bir yerə müraciət etməmişlər, Qusar rayon Aqrar İslahat Komissiyasının 29 oktyabr 1997-ci il tarixli 15/1 saylı qərarını hazıradək mübahisələndirməmişlər, həmin qərar onlarda yoxdur. Hazırda həmin torpaq sahələrinə Çıxarış almaq və torpaq sahələrini oğlanlarının arasında bölmək istəyirlər. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs2 izahatında göstərmişdir ki, ərizədə göstərilən Dövlət Aktı və Şəhadətnamə əsasında çıxarışın verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət olunarkən orada ad və soyadlarda səhvlərin olduğu məlum olmuş və bu səbəbdən də, çıxarışın verilməsi mümkün olmamışdır. X4 və şəhadətnamənin verilməsinə əsas olmuş Aqrar İslahat Komissiyasının qərarı onlarda yoxdur, həmin qərarı mübahisələndirməmişlər, orada olan səhvləri düzəltdirməmişlər. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxslər Maraqlı şəxs3, Maraqlı şəxs4 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, həmin şəxslər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5, 185.6-cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, Ərizəçi və Maraqlı şəxs2 izahatlarını dinləyib, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, işdə olan KOD 30107038 JN:236 saylı 18 aprel 2002-ci il tarixli torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qusar rayonu Gündüzqala kəndində yerləşən 2.84 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Qusar rayon Aqrar İslahat Komissiyasının 29 oktyabr 1997-ci il tarixli 15/1 saylı qərarı ilə Maraqlı şəxs2, X2, Maraqlı şəxs4 və Maraqlı şəxs3 xüsusi mülkiyyətlərinə verilmişdir. İşdə olan KOD 30107038 JN:026A saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Qusar rayonu Gündüzqala kəndində yerləşən 0.20 ha həyətyanı torpaq sahəsi Qusar rayon Aqrar İslahat Komissiyasının 29 oktyabr 1997-ci il tarixli 15/1 saylı qərarı ilə Maraqlı şəxs2, Ərizəçi Daşdi qızının, Maraqlı şəxs4 və Maraqlı şəxs3 xüsusi mülkiyyətlərinə verilmişdir. İşdə olan Qusar rayon İHB-nın Gədəzeyxur kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 27.08.2020-ci il tarixli 671 saylı arayışdan görünür ki, JN-236 kod 30107038 saylı torpağa mülkiyyət hüququna dövlət aktında Ərizəçi Paşa qızı əvəzinə Ərizəçi oxunmalıdır. İşdə olan Qusar rayon İHB-nın Gədəzeyxur kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 18.01.2021-ci il tarixli 54 saylı arayışdan görünür ki, JN- 236 kod 30107038 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında Ərizəçi Paşa qızı əvəzinə Ərizəçi oxunmalıdır. İşdə olan AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin şəxsiyyət vəsiqəsi xx xxxx 1956-cı il tarixdə Xaçmaz rayonunun Murox-Oba kəndində anadan olmuş, hal-hazırda Qusar rayonunun Gündüzqala kəndində qeydiyyatda olan Ərizəçi məxsusdur. İşdə olan AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin şəxsiyyət vəsiqəsi xx xxxx 1953-cü il tarixdə Qusar rayonunun Gündüzqala kəndində anadan olmu, hal-hazırda həmin kənddə qeydiyyatda olan Maraqlı şəxs2 məxsusdur. İşdə olan AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin şəxsiyyət vəsiqəsi xx xxx 1985-ci il tarixdə Qusar rayonunun Gündüzqala kəndində anadan olmuş, hal-hazırda həmin kənddə qeydiyyatda olan Maraqlı şəxs4 məxsusdur. İşdə olan AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin şəxsiyyət vəsiqəsi xx xxxxxxxx 1982-ci il tarixdə Qusar rayonunun Gündüzqala kəndində anadan olmuş, hal-hazırda həmin kənddə qeydiyyatda olan Maraqlı şəxs3 məxsusdur. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 02.10.2019-cu il tarixli **********57 saylı məktubdan görünür ki, DT və XK tərəfindən verilmiş JN-026A KOD 30107038 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi həmin idarənin səlahiyyətlərinə aid deyildir. Bununla bağlı məhkəməyə müraciət etməsi Maraqlı şəxs2 tövsiyyə edilmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 06.11.2020-ci il tarixli **********02 saylı məktubdan görünür ki, DT və XK tərəfindən verilmiş JN-236 KOD 30107038 saylı torpağa mülkiyyətə hüququna dair Dövlət Aktında qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi həmin idarənin səlahiyyətlərinə aid deyildir. Bununla bağlı məhkəməyə müraciət etməsi Maraqlı şəxs2 tövsiyyə edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, Qusar rayonu Gündüzqala kəndində yerləşən 2.84 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Qusar rayon Aqrar İslahat Komissiyasının 29 oktyabr 1997-ci il tarixli 15/1 saylı qərarı ilə Maraqlı şəxs2, X2, Maraqlı şəxs4 və Maraqlı şəxs3, həmçinin Aqrar İslahat Komissiyasının eyni tarixli və saylı qərarı ilə 0.20 hektar həyətyanı torpaq sahəsi Maraqlı şəxs2, Ərizəçi Daşdi qızının, Maraqlı şəxs4 və Maraqlı şəxs3 xüsusi mülkiyyətlərinə verilmişdir. X4 və Şəhadətnamənin verilməsinə əsas olmuş Qusar rayon Aqrar islahat Komissiyasının 29 oktyabr 1997-ci il tarixli 15/1 saylı qərarında ərizəçinin adının və ata adının səhv göstərilməsi isə ərizəçi tərəfindən həmin vaxtdan indiyədək mübahisələndirilməmiş, həmin qərar dəyişdirilməmiş, hazırda qüvvədədir. Həmçinin, həmin qərar əsasında verilmiş Dövlət aktı və Şəhadətnamə də hazıradək iddia icraatı qaydasında mübahisələndirilməmiş, hazırda qüvvədədirlər. Ərizəçinin istinad etdiyi Qusar rayon İHB-nın Gədəzeyxur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 27 avqust 2020-ci il tarixli 671 saylı və 18 yanvar 2021-ci il tarixli 54 saylı arayışları isə məhkəmə qəbul etmir. Belə ki, həmin arayışlarda JN-236 kod 30107038 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında Ərizəçi Paşa qızı əvəzinə Ərizəçi oxunmalı olduğu göstərilsə də, həmin arayışlar ümumi xarakterli olmaqla ərizənin təmin olunması üçün istinad oluna bilən mötəbər və ziddiyyətsiz sübutlar deyildir. X5 və Şəhadətnamədə ərizəçinin ata adının səhv yazılması və həmin şəxsin məhz Ərizəçi olması qeyd edilən arayışlarla aradan qaldırılan hal deyildir. Bununla da, ərizəçinin istinad etdiyi hallarla bağlı-yəni torpağa mülkiyyət hüququna dair Dövlət Aktında Ərizəçi adının “Töyfə”, ata adının isə səhvən “Paşa qızı”, torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə isə ata adının səhvən “Daşdi qızı” kimi qeyd edilməsi barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Bundan başqa, məlum Dövlət Aktının və Şəhadətnamənin verilməsinə əsas olmuş Aqrar İslahat Komissiyasının həmin qərarlarında hər hansı dəyişiklik olunmadan, Dövlət Aktında və Şəhadətnamədə ərizəçilərin soyadlarının, adlarının və ya ata adlarının səhv yazılmasını, həmin şəxslərin əslində məhz ərizəçilər olmasını müəyyən etmək mümkün deyildir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, KOD 30107038 JN:236 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının və KOD 30107038 JN:026A saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin ərizəçiyə məxsus olması faktına dair həmin şəxs tərəfindən məhkəməyə mötəbər sübutlar təqdim edilmədiyindən və bu hal məhkəmə tədqiqi zamanı öz təsdiqini tapmadığından, həmçinin yuxarıda göstərilən əsaslara görə ərizəçinin maraqlı şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və qeyrilərinə qarşı hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələbinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla sübuta yetirilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar