Məhkəmə qərarları › İş №2(029)-484/2025

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-484/2025

20.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-484/2025 20.05.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, JN:275A KOD 30106048 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi, Maraqlı şəxs2 və Maraqlı şəxs1 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Qusar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 10/4 nömrəli qərarına əsasən onun və ailə üzvlərinin - yəni Ərizəçi, Maraqlı şəxs1, Maraqlı şəxs2 mülkiyyətinə Qusar rayonu X5 kəndi ərazisindən 0,10 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair mülkiyyət hüquqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN:275A KOD 30106048 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə təsdiq edilmişdir. Qeyd olunan şəhadətnamədə Ərizəçi səhvən Ərizəçi Fəxrəddin qızı kimi göstərilmişdir. Həmin şəxsin şəxsiyyətini təsdiq edən bütün sənəddə isə Ərizəçidır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:275A KOD 30106048 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə onların soyadı, adı və ata adları şəxsiyyətlərini təsdiq edən sənədlərə uyğun qeyd edilməli idi. Həmin şəhadətnamə üzrə hüquq sahibləri məhz Ərizəçi, Maraqlı şəxs2 və Maraqlı şəxs1dur. Qeyd olunan JN:275A KOD 30106048 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən özünə məxsus olan 0.17 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnu dövlət reyestrində qeydiyyata alınması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Lakin həmin idarə tərəfindən ona bildirilmişlər ki, hüquqmüəyyənedici sənədlə şəxsiyyəti təsdiq edən sənəd arasında uyğunsuzluq vardır, bu səbəbdən də sənədin verilməsi mümkün deyildir. Ona görə də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:275A KOD 30106048 saylı torpağın «mülkiyyətə verilməsinə dair şəhadətnamənin onlara məxsus olması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Ərizəçi ata adının Arif yazılmalı olduğu halda səhvən Ərizəçi Fəxrəddin qızı kimi yazılmışdır. Yəni ata qrafasında Arif əvəzinə ərinin adını, yəni Fəxrəddin yazmışlar. Halbuki, oonların Ərizəçi Fəxrəddin qızı adlı ailə üzvü olmamışdır. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişlər ki, o, ərizəni müdafiə edir. Həmçinin bildirmişdir ki, şəxsi işləri ilə əlaqədar məhkəmə iclaslarına gələ bilmir, işə onun iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq həmin şəxslər və həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4 və 185.6-cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, ərizəçinin izahatını dinləyərək, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN:275A KOD 30106048 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 12 avqust 1999cu il tarixli 10/4 saylı qərarı ilə Qusar rayonu X5 kəndində yerləşən 0.10 ha torpaq sahəsi Maraqlı şəxs1, Ərizəçi Fəxrəddin qızına və X1 xüsusi mülkiyyətlərinə verilmişdir. İşdə olan 14 oktyabr 2024-cü il tarixli 499 saylı Qusar RİHB-nın Bala Qusar kənd İƏD üzrə nümayəndəliyindən verilmiş arayışdan görünür ki,Qusar rayonu X5 kəndində yerləşən dövlət şəhadətnaməsi JN:275A KOD 30106048 olan həyətyanı torpaq sahəsinin sənədində adları qeyd olunmuşdur. Ərizəçi Fəxrəddin qızı, X3. Vətəndaşların adının və ata adının yazılışında səhvlər mövcuddur. Həmin vətəndaşların soyadı, adı və atasının adı AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsində olduğu kimi Ərizəçi, 43 23 968124 nömrəli rus pasportunda olduğu kimi Maraqlı şəxs2 yazılmalı və oxunmaldıır. Aktda adları qeyd olunan şəxslər ilə eyni şəxslərdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, həqiqətən də, JN:275A KOD 30106048 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə hüquq sahibi kimi qeyd olunmuş şəxslər məhz Ərizəçi, maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2dır. Lakin, həmin Dövlət aktında yuxarıda qeyd olunan səhvlərə yol verilmişdir. Bu hal məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə tam təsdiq olunur. Ona görə də, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən Maraqlı şəxs1, Ərizəçi Fəxrəddin qızı və Maraqlı şəxs2 adlarına verilmiş JN:275A KOD 30106048 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Maraqlı şəxs1, Ərizəçi və X2 məxsus olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçilərin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. JN:275A KOD 30106048 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Maraqlı şəxs1, Ərizəçi və X2 məxsus olması faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar