Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-491/2021 10.06.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxslər X5, Əzimova (Güləliyeva) Şəhla Azad qızına, Kəlbəliyeva (Güləliyeva) Güldəstə Azad qızına və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması tələbinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Ərizəçi maraqlı şəxslər X5, Əzimova (Güləliyeva) Şəhla Azad qızına, Kəlbəliyeva (Güləliyeva) Güldəstə Azad qızına və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “Ərizəçi”nun, “X9”nın, “X13”nın, “X16”nun, “X7”nın adlarına verilmiş JN:0227 KOD 30121028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının ona, yəni Ərizəçi, maraqlı şəxslər X5, Əzimova (Güləliyeva) Şəhla Azad qızına, Kəlbəliyeva (Güləliyeva) Güldəstə Azad qızına və digər mülkiyyətçi X12 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Qusar rayonunda torpaq islahatları keçirilərkən ona və maraqlı şəxslər X5, Əzimova (Güləliyeva) Şəhla Azad qızına, Kəlbəliyeva (Güləliyeva) Güldəstə Azad qızına və digər mülkiyyətçi X12 Qusar rayonu Çiləgir kəndi ərazisində yerləşən 2.25 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə onların mülkiyyət hüquqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN:0227 KOD 30121028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə təsdiq edilmişdir. X25 mülkiyyətçi X10 adı səhvən “Turan” qeyd edilmişdir. Digər mülkiyyətçilərin soyadları, adları və ata adları X25 düzgün qeyd edilmişdir. Mülkiyyətçi X17 30 avqust 2017-ci ildə vəfat etmişdir. X17 onun doğma oğludur. Bu yaxınlarda o, X25 olan torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən müvafiq sənədlərin alınması üçün maraqlı şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Lakin, JN:0227 KOD 30121028 saylı Dövlət Aktında mülkiyyətçi X10 adı səhvən “Turan” qeyd edildiyi üçün həmin idarə ona həmin sənədləri verməkdən imtina etmişdir. Ona görə həmin Dövlət Aktının ona, maraqlı şəxslər X5, Əzimova (Güləliyeva) Şəhla Azad qızına, Kəlbəliyeva (Güləliyeva) Güldəstə Azad qızına və digər mülkiyyətçi X12 məxsus olması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Həqiqətən də, X10 adının məhz “Tural” olması onun şəxsiyyətini təsdiq edən sənədlərlə sübut olunur. Bu faktı bir çox şahidlər təsdiq edə bilərlər. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etmiş və ərizənin məzmununa uyğun izahat verərək göstərmişdir ki, dövlət aktında göstərilən torpaq sahəsinə dair çıxarış almaq üçün maraqlı şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, lakin dövlət aktında torpaq sahəsinin mülkiyyətçilərindən olan Tural Güləliyevin adı səhvən “Turan” yazıldığına görə çıxarışın verilməsi mümkün olmamışdır. Tural Güləliyev xəstəliyi səbəbindən 22 avqust 2017-ci il tarixdə vəfat etmişdir. Odur ki, qeyd edilənləri nəzərə alıb ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxslər X9, Əzimova (Güləliyeva) Şəhla Azad qızı, Kəlbəliyeva (Güləliyeva) Güldəstə Azad qızı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və məhkəməyə ərizələr göndərərək ərizəni qəbul etdiklərini göstərmişlər və şəxsi işləri ilə əlaqədar işə onların iştirakları olmadan baxılmasını məhkəmədən xahiş etmişlər. Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5, 185.6-cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, ərizəçinin izahatını dinləyib, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan JN:0227 KOD 30121028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 17 mart 1998-ci il tarixli 5/2 saylı qərarı ilə Qusar rayonu Çiləgir kəndində yerləşən 2.25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Ərizəçi, X3, X8, X11 və X1 xüsusi mülkiyyətlərinə verilmişdir. İşdə olan AZ-İ 896386 saylı ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X17 22 avqust 2017-ci il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 30 avqust 2017-ci il tarixdə 17 nömrə ilə qeyd edilmişdir. İşdə olan Qusar rayon İcra Hakimiyyəti Başçısının Urva kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 22 aprel 2019-cu il tarixli 405 saylı arayışdan görünür ki, Qusar rayon Çiləgir kənd sakini Ərizəçi mülkiyyətində olan Qusar rayon Çiləgir kəndində yerləşən torpağın mülkiyyətə verilməsinə dair JN:0227 №-li Dövlət Aktında oğlunun adı səhv olaraq X16 yazılmışdır. Əslində isə X17 olmalıdır. İşdə olan XVİİ-JQ 289341 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 10.05.1992-ci ildə anadan olmuş, atası Ərizəçidur. İşdə olan AZ-İ 621298 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X14 ilə X13 20 oktyabr 2010-cu il tarixdə rəsmi nikaha daxil olmuş və Şəhla Güləliyeva “Əzimova” soyadını qəbul etmişdir. İşdə olan AZ-İ 885994 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X7 28 noyabr 2013-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar və Güldəstə Güləliyeva “Kəlbəliyeva” soyadını qəbul etmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 12 fevral 2021-ci il tarixli **********14 saylı məktubdan görünür ki, Ərizəçi həmin idarəyə müraciətinə cavab olaraq bildirilmişdir ki, ölüm haqqında şəhadətnamədə hüquq sahibi X17 olduğu halda, 2.25 ha torpaq sahəsinə dair ərizəyə əlavə olunmuş JN:0227 KOD 30121028 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktın”da hüquq sahibi X4 qeyd edilmişdir. Göstərilən çatışmazlıqlar aradan qaldırılaraq yenidən müraciət olunacağı təqdirdə hüquqların dövlət qeydiyyatına alınması məsələsinə baxılacaqdır. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, Ərizəçi tərəfindən təqdim edilmiş Qusar rayonu Çiləgir kəndində yerləşən 2.25 ha torpaq sahəsinə dair verilmiş KOD 30121028 JN: 0227 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı onun üçün hüquq müəyyənedici sənəddir, belə ki, həmin sənəd əsasında o, qanunla müəyyən edilmiş qaydada sərəncam və vərəsəlik hüquqlarını həyata keçirməlidir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, həqiqətən də, ərizəçinin 22 avqust 2017-ci il tarixdə ölmüş övladı X2 rayonu Çiləgir kəndində yerləşən 2.25 ha torpaq sahəsinə dair verilmiş Dövlət Aktında hüquq sahibləri kimi göstərilmiş şəxslərin siyahısına daxildir, lakin X25 həmin şəxsə münasibətdə yuxarıda qeyd olunan səhvə yol verilmiş, həmin şəxsin adı səhvən “Turan” qeyd edilmişdir. Bu hal məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə tam təsdiq olunur. Ona görə də, həmin Dövlət Aktının digər mülkiyyətçilərlə birlikdə həm də həmin şəxsə məxsus olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələbinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “Ərizəçi”nun, “X9”nın, “X13”nın, “X16”nun, “X7”nın adlarına verilmiş JN:0227 KOD30121028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının Ərizəçi, maraqlı şəxslər X5, Əzimova (Güləliyeva) Şəhla Azad qızına, Kəlbəliyeva (Güləliyeva) Güldəstə Azad qızına və 22.08.2017-ci il tarixdə ölmüş X12 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №2(029)-491/2021
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-491/2021
10.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver