Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-499/2021 08.05.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu Ərizəçi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqmüəyyənedici sənədin (16 iyul 2020-ci il tarixli 721 saylı Arxiv çıxarışının) şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsinə baxaraq, Müəyyən etdim: Ərizəçi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqmüəyyənedici sənədin (16 iyul 2020-ci il tarixli 721 saylı Arxiv çıxarışının) şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının MPM-nin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 150.0.5-ci maddəsinə əsasən iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Ərizədən və ona əlavə olunmuş sənədlərdən görünür ki, ərizədə müəyyən olunması tələb olunan hüquqmüəyyənedici sənədin, yəni 16 iyul 2020-ci il tarixli 721 saylı Arxiv Çıxarışının Ərizəçi məxsus olması barədə aidiyyəti üzrə həmin çıxarışı vermiş müvafiq icra hakimiyyəti orqanına müraciət olunması və həmin müraciətə hər hansı cavab verilməsi barədə müvafiq sənəd ərizəyə əlavə olunmamışdır. Beləliklə, ərizə Azərbaycan Respublikasının MPM-nin 149-cu maddəsinin tələbləri pozulmaqla məhkəməyə verilmişdir. Azərbaycan Respublikasının MPM-nin 152.1.1-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ona görə də, hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 152.1.1, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: Ərizə və ona əlavə edilmiş sənədlər Ərizəçi geri qaytarılsın. Ərizəçi izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada ərizə ilə məhkəməyə müraciət edilə bilər. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar. Qusar rayon məhkəməsinin hakimi Adil Vəliyev
Məhkəmə qərarları › İş №2(029)-499/2021
Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-499/2021
08.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver