Məhkəmə qərarları › İş №2(029)-50/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-50/2021

16.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-50/2021 16.02.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh «Cavabdeh» İstehsalat Birliyinə qarşı təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş akt əsasında qəbul edilmiş qərarın etibarsız hesab edilməsi, əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə Qusar şəhərində xx xxxxxx 2021-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Cavabdeh» İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «Cavabdeh» X1 X3 İdarəsinin Qusar Xidmət Sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş ******* saylı xx xxxxxx 2019-cu il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli qərarın etibarsız hesab edilməsinə, əsassız hesablanmış 464 (dörd yüz altmış dörd) manat borcun silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi ona məxsusdur. Fərdi istehlakçı kimi o, Cavabdeh» X1 X3 İdarəsinin Qusar Xidmət Sahəsi ilə müqavilə bağlayaraq yaşayış evində təbii qazdan istifadə edir. Evdə istehlak etdiyi təbii qazın haqqını vaxtlı-vaxtında ödəyir. Heç vaxt istehlak olunan qaza görə borcu olmamışdır. xx xxxxxx 2019-cu il tarixdə X4 Sahəsinin əməkdaşları onun yaşadığı ünvana gələrək qaz sayğacına baxış keçirmişlər və sonradan sayağaca müdaxilə olunduğuni bildirmişlər. O isə sayağaca əl vurmadığını, sayğacın çöldə olduğunu, üstü örtülmədiyini və qutuda yerləşdirilmədiyini bildirmişdir. Buna baxmayaraq X4 Sahəsinin əməkdaşları həmin tarixdə ******* saylı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib etmişlər və həmin aktda sayğacın çıxış plastmas borusunun deşildiyi qeyd edilmişdir. O isə həmin aktı imzalamaqdan imtina etmişdir. Çünki onun sayğaca müdaxilə olunması ilə bağlı heç bir məlumatı olmamış, sayğacın tamlığının pozulmasnda və ya hər hansı şəkildə sayğaca müdaxilə olunmasında onun təqsiri yoxdur. Bundan sonra isə xx xxxxxx 2019-cu il tarixdə ona 4644 kub metr, yəni 464 (dörd yüz altmış dörd) manat məbləğində ziyan hesablamışlar və həmin ziyanın ödənilməsi barədə qərar qəbul edilmişdir. Hal-hazırda isə X4 Sahəsinin əməkdaşları onun evinə verilən qaz təchizatını dayandıracaqları ilə onu hədələyirlər. Ona hesablanmış borc tamamilə əsassızdır. Belə ki, Cavabdeh» X1 X3 İdarəsinin Qusar Xidmət Sahəsi tərəfindən tərtib olunmuş aktda onun evinə quraşdırılmış qaz sayğacının çıxış plasmas borusunun deşildiyi qeyd edilmiş, lakin həmin vaxt həmin sayğaca məhz onun tərəfindən müdaxilə olunması müəyyən edilməmişdir. Həmin sayğac açıq vəiyyətdə , örtük və ya qutu olmadan küçədə quraşdırılmışdır. Bu səbəbdən də, o, həmin sayğacın tamlığının qorunmasında cavabdehlik daşıya bilməz. Odur ki, cavabdeh tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx xxxxxx 2019-cu il tarixli ******* saylı akt və həmin aktın əsasında qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli qərar özlüyündə əsassız olmuş, mötəbər sübuta əsaslanmır, əksinə istehlakçı kimi onun üzərinə müqavilədən kənar əsassız və haqsız öhdəlik qoyulmasına səbəb olmuşdur. Bu səbəbdən də həmin qərar etibasız hesab edilməlidir. Bundan başqa ona 464 (dörd yüz altmış dörd) manat məbləğində borcun hesablanması da məlum qaydaların tələblərinə ziddir, cavabdehin özünün kreditor hüquqlarından sui-istifadəyə yol verilməklə, həmçinin onun istehlakçı hüquqları pozulmaqla hesablanmışdır. Odur ki, əsassız hesablanmış 464 (dörd yüz altmış dörd) manat məbləğində borc silinməlidir. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh “Cavabdeh” İstehsalat Birliyi məhkəmə iclasının vaxtı və yteri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə qeyd edilənləri nəzərə alıb cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə baxıb, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutları araşdıraraq hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qusar RİHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli 3509 nömrəli Arayışdan görünür ki, İddiaçı ünvan 1 saylı evdə qeydiyyatsız yaşayır. İşdə olan ******* nömrəli Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğaca verilmiş rəyə əsasən sayğacın çıxış plasmas borusu deşilmişdir. İşdə olan xx xxxxxx 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair Tələbnamənin surətindən görünür ki, İddiaçı itirilmiş qazın bərpası üzrə 4644 kub metr qaz sərfiyyatı hesablanmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərinin yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 nömrəli qazdan istifadə qaydaları haqqında qərarının 4.2-ci bəndində qeyd olunmuşdur ki, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-ci bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Göründüyü kimi Cavabdeh Xaçmaz X3 İdarəsinin Qusar Xidmət Sahəsinin əməkdaşları İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qaz sayğacına baxış keçirilən zaman sayğacın çıxış plasmas borusu deşildiyi üçün xx xxxxxx 2019-cu il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib etmişlər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 nömrəli qazdan istifadə qaydalarının tələblərinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməlidir (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən). Həmçinin həmin qaydalara görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Bundan başqa, qaz sayğacının zədələnməsində istehlakçı İddiaçı təqsiri heç bir sənədlə və ya sübutla təsdiq olunmur və onun həmin sayğaca müdaxilə etməsi əsaslandırılmamışdır. Sonradan isə «Cavabdeh» X1 X3 İdarəsi tərəfindən xx xxxxxx 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair Tələbnamə ilə 4644 kub metr qaz itkisi hesablanmışdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh «Cavabdeh» X1 X3 İdarəsinin Qusar Xidmət Sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş ******* saylı xx xxxxxx 2019-cu il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair Tələbnamə etibarsız hesab edilməli və əsassız hesablanmış 464 (dörd yüz altmış dörd) manat borcun silinməlidir. Azərbayucan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasinin MPM-nin 216-220 və 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh «Cavabdeh» X1 X3 İdarəsinin Qusar Xidmət Sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş ******* saylı xx xxxxxx 2019-cu il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair Tələbnamə etibarsız hesab edilsin və həmin Tələbnamə əsasında İddiaçı əsassız hesablanmış 464 (dörd yüz altmış dörd) manat borcun silinsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar