Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-50/2023 11.05.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı “Qaz İxrac” İdarəsinin nümayəndəsi X7, Cavabdeh və onun vəkili X6 iştirakları ilə İddiaçı “Qaz İxrac” İdarəsinin cavabdeh keçən il sentyabr ayında qarşı qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikilinin sökülməsi tələbinə dair iddiası, mütəxəssis rəyinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş 95 manat pulun tutulması tələbinə dair əlavə iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı “Qaz İxrac” İdarəsi Cavabdeh qarşı qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Qaz İxrac” İdarəsi, Siyəzən Magistral X12 istismarında olan “Qusar QPS qolu” yüksək təzyiqli (12-25 atm) magistral qaz kəmərinin mühafizə zonasında, Qusar rayonu X19 kəndi ərazisində yerləşən Cavabdeh məxsus fərdi yaşayış evinin öz vəsaiti hesabına sökülməsi, mühafizə zonasının boşaldılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı tərəfə qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bundan başqa, “Qaz İxrac” İdarəsi məhkəməyə iddia ərizəsinə əlavə verərək Siyəzən Magistral X12 istismarında olan “Qusar QPS qolu” yüksək təzyiqli (12-25 atm) magistral qaz kəmərinin mühafizə zonasında, Qusar rayonu X19 kəndinin ərazisində yerləşən, Cavabdeh məxsus fərdi yaşayış evinin öz vəsaiti hesabına sökülməsi, mühafizə zonasının boşaldılması, ödənilmiş dövlət rüsumunun və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş 95,00 (doxsan beş) manat pulun cavabdehdən tutularaq iddiaçı tərəfə qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. “Qaz İxrac” İdarəsi iddianı onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın və Az DTN 2.9-2 X10 Layihələndirmə Normalarının tələbləri pozularaq Qusar rayonu X19 kəndinin ərazisindən keçən, “Qaz İxrac” İdarəsinin Siyəzən Magistral X12 balans və istismarında olan 325 mm diametrli “Qusar QPS qolu” yeraltı magistral qaz kəmərindən mühafizə zonasında 30 metr məsafədə Cavabdeh məxsus fərdi yaşayış evi və 6-3 metr məsafədə hasar tikilmişdir. Magistral qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikili ilə əlaqədar Qusar rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidmətinə məlumat verilmiş və mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyəti üzrə müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”na əsasən magistral qaz kəmərinin orta oxundan hər tərəfə şərti xətlərlə 50 metr mühafizə zonası təyin edilmişdir. Həmin qaydalara əsasən mühafizə zonasında kəməri istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı bir tikinti-quraşdırma işlərinin aparılması qəti qadağandır. Qaz kəmərində baş verə biləcək kiçik bir qaz sızması insanların həyatına və sağlamlığına təhlükə yaradan yanğına, partlayışa və digər bədbəxt hadisələrə səbəb ola bilər. Bundan əlavə "Qaydalar”ın 2.23-cü bəndinin tələblərinə əsasən X10nin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları, bələdiyyələr tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərini istismar edən orqanla razılaşdırılmalıdır. Belə bir razılaşma isə mövcud deyildir. Həmçinin, Qaydaların 2.7-ci bəndinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilmişdir və həmin qaydaların 2.11-ci bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işləri aparılması qadağandır. Belə ki, tikinti aparmaq üçün lazımi icazələr (yəni “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.11-ci bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı...) alınmadan və tikinti normaları və qaydaları ciddi surətdə pozulmaqla inşa edilmişdir. Cavabdehə məxsus, buna səlahiyyətli orqanların müvafiq icazəsi olmadan, eləcə də, tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa olunan tikili, eyni zamanda fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradır. Bu səbəbdən də tikili sökülməlidir. Cavabdehə məxsus mühafizə zonasında inşa olunan tikili həm özünün, həm də ətrafdakılar üçün ona məlum olan səbəblərdən (özünün kobud ehtiyatsızlığı nəticəsində) yüksək təhlükə mənbəyi hesab olunur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixdə təsdiq etdiyi “Qaz təchizatı haqqında” Qanunun 19-cu maddəsinin 2-ci hissəsinin tələblərinə görə qaz kəmərlərinin mühafizə zonası dairəsində tikinti işlərinin aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Həmin qanunun 22-ci maddəsinə görə bu qanunu pozn hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun məsuliyyət daşıyır. Məhkəmə iclasında iddiaçı “Qaz İxrac” İdarəsinin nümayəndəsi X11 iddianı və ona əlavəni müdafiə etmiş və izahatında göstərmişdir ki, Cavabdeh tərəfindən iddiaçı "Qaz" İxrac İdarəsinin Siyəzən Magistral X12 balansında olan Qusar QPS qolu yeraltı magistral qaz kəmərinin mühafizə zonasında kəmərdən 30-33 metr aralıda ev tikib, bu da Nazirlər Kabinetinin müvafiq qərarında göstərilən normativlərə uyğun deyil, tikili mühafizə zonasının daxilindədir. Kəmər magistral qaz kəməridir, təzyiqi yüksəkdir. Mühafizə zonasında fərdi evlərin tikilməsi təhlükə yaradır, həmin ev vətəndaşın özü üçün də təhlükəlidir. Hesab edir ki, cavabdeh tərəfindən inşa edilmiş ev və hasar mühafizə zonasından kənarlaşdırmalıdır. Həmin ərazidə başqa şəxslər tərəfindən tikilmiş tikililərdə vardır. İddiaçının torpaq sahəsinə dair sənədi var, ancaq tikiliyə dair sənədi yoxdur. Sözü gedən fərdi yaşayış evi tikilən zaman onların xəbəri olmamış, 2021-ci ilin sonlarında bu haqda xəbərləri olmuşdur. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, həmin torpaq sahəsini o, 2000-ci ildə almışdır. Sonradan orada ev tikmişdir. Ev tikəndə icra hakimiyyəti ilə razılaşdırılıb, evin layihəsi təsdiq olunub. Əri İİ qrup əlildir, o, çox gəzə bilmir, buna görə də torpaq sahəsi onun adına alqı-satqı yolu ilə alınıb. Torpaq sahəsində bir mərtəbəli bir otaq və eyvandan ibarət tikili tikilib. Orada yaşayış yoxdur, istifadəyə yararlı deyil. Torpaq sahəsinə çıxarış sənədi var. Tikiliyə çıxarış almamışdır, qısa müddətdə tikiliyə çıxarış alacaqdır. Həmin ərazidə başqa şəxslərə məxsus evlər də var. O, torpaq sahəsində tikili tikəndə oradan qaz kəmərin keçdiyini bilmirdi. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh vəkili X9 iddianı qəbul etməmiş və Cavabdeh dediklərini təsdiq etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin, cavabdehin və onun vəkilinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia və ona əlavə rədd edilməlidir. Belə ki, işdə olan xx.xx.2021-ci il tarixdə Siyəzən MQKS-nin nümayəndələri tərəfindən Qusar rayonu X19 kəndində tərtib edilmiş aktdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2009-cu il tarixli 17 saylı əmri ilə təsdiq edilmiş “2.9-2 Azərbaycan Respublikasının Dövlət Tikinti Normaları”nın tələbləri pozularaq Qusar rayonu X19 kəndində yaşayan Cavabdeh tərəfindən həmin kəndin ərazisindən keçən 325 mm-lik, 12 atm təzyiqli “Qusar QPS qol qaz kəmərinin mühafizə zonasında kəmərdən 30 metr məsafədə fərdi yaşayış evi və 3-6 metr məsafədə hasarinşa olunmuşdur. İşdə olan “Qaz İxrac” İdarəsi tərəfindən Qusar rayon İcra Hakimiyyətinə ünvanlanmış 08 iyul 2021-ci il tarixli məktubdan görünür ki, Siyəzən Magistral X12 istismarında olan “Qusar QPS qolu” magistral qaz kəmərinin Qusar rayonu X19 kəndi ərazisindən keçən hissəsində, Cavabdeh tərəfindən qaz kəmərindən 3-6 metr məsafədə daş hasar və 30 metr məsafədə fərdi yaşayış eviinşa edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.11-ci bəndinin “a” hissəsinə əsasən X10nin mühafizə zonalarında hər hansı tikinti və ya quraşdırma işlərinin aparılması qadağandır. Həmin Qaydaların 26-cı bəndinə əsasən yerli icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi öz səlahiyyətləri daxilində, kəmərləri istismar edən hüquqi şəxslərə maksimal kömək göstərməli, Qaydaların tələblərinin bütün hüquqi və fiziki şəxslər tərəfindən yerinə yetirilməsini təmin etməli, kəmərlərdə qəzaların və onların nəticələrinin ləğv edilməsində yardım göstərməlidirilər. Odur ki, baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının vaxtında alınması, qaz kəmərinin normal istismarına şərait yaradılması məqsədi ilə tikinti işlərinin dayandırılması, tikililərin sökülməsi üçün müvafiq köməklik göstərilməsi və lazımi tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinə məlumat verilməsi xahiş olunmuşdur. İşdə olan “Qaz İxrac” İdarəsi tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidmətinə ünvanlanmış 08 iyul 2021-ci il tarixli məktubdan görünür ki, Siyəzən Magistral X12 istismarında olan “Qusar QPS qolu” magistral qaz kəmərinin Qusar rayonu X19 kəndi ərazisindən keçən hissəsində, Cavabdeh tərəfindən qaz kəmərindən 3-6 metr məsafədə daş hasar və 30 metr məsafədə fərdi yaşayış eviinşa edilmişdir. Aparılan işlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələblərinə ziddir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 fevral 2017-ci il tarixli 31 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın müddəalarına əsasən qaz kəmərlərinin, qazpaylayıcı stansiyaların (QPS), qaztənzimləyici məntəqələrin (QTM), qaz avadanlıqlarının mühafizə tədbirlərindən biri də qaz kəmərləri yerləşən zonaların kınar təsirlərdən qorunması və onların fəaliyyətlərini məhdudlaşdıran maneələrin olmamasıdır. Odur ki, baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının vaxtında alınması, qaz kəmərinin normal istismarına şərait yaradılması məqsədi ilə tikinti işlərinin dayandırılması, torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənədlərin olub-olmamasının müəyyən edilməsi üçün köməklik göstərilməsi xahiş olunmuşdur. İşdə olan “Qaz İxrac” İdarəsi Siyəzən X13 Sahəsi tərəfindən Cavabdeh ünvanlanmış və 16 iyun 2021-ci il tarixdə həmin şəxsə təqdim edilmiş bildirişdən görünür ki, həmin şəxs tərəfindən inşa edilmiş ev ilə yüksək təzyiqli və 325 mm diametrli qaz kəmərinin arasındakı məsafənin yaşayış evi ilə 30 metr daş hasarla 3-6 metr təşkil etdiyi, inşa etdiyi tikilinin yaxınlığında olan X13nin keçdiyi yerlərdə baş verə biləcək hər hansı bədbəxt hadisələr nəticəsində ona dəyən maddi və mənəvi ziyana görə Siyəzən MQKS-nin məsuliyyət daşımadığı və inşa etdiyi tikili ilə bağlı aidiyyəti qurumlara müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli ********** qeydiyyat, **********26 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qusar rayonu X19 kəndi ünvanında yerləşən 0.12 ha yaşayış məntəqələrinin torpaqlarına aid torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydiyyata alınmışdır. İşdə olan Qusar rayon İcra Hakimiyyəti Aparatından Cavabdeh ünvanlanmış 09 fevral 2021-ci il tarixli 3-148 saylı məktubun surətindən görünür ki, Qusar rayonu X19 kəndində ona məxsus torpaq sahəsində tikiləcək fərdi yaşayış evinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş plan bölmələri məlumatlandırma icraatı qaydasında Qusar rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti şöbəsi tərəfindən razılaşdırılmışdır. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********69 saylı məktubu ilə təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, Qusar rayonu, X19 kəndində yerləşən, Cavabdeh inşa etdiyi tikili (anbar) və hasar “Qaz İxrac” İdarəsi .Siyəzən Magistral X12 istismarında olan “Qusar QPS qolu” yüksək təzyiqli (12-25 atm) magistral qaz kəmərinin mühafizə zonasında inşa edilmişdir.İnşa edilmiş tikili yüksək təzyiqli qaz xəttindən 33.34m-35.0m aralı yerləşir, həmin tikili qaz xəttinin mühafizə zolağındadır.Cavabdeh tərəfindən istifadə olunan torpaq sahəsi 0.1310 ha təşkil edir. Həmin isifadə olunan torpaq sahəsinin 0.12 ha hissəsi **********26 nömrəli çıxarışa əsasən Cavabdeh xüsusi mülkiyyətindədir (Sxem tərtib olumuşdur). Qusar rayonu, X19 kəndində yerləşən, Cavabdeh inşa etdiyi tikilinin (anbarın) yerləşdiyi torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir. İşdə olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, “Qaz İxrac İdarəsi” tərəfindən DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsinin hesabına, mütəxəssis rəyinin verilməsinə görə 95 manat məbləğində pul ödənilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 17 mart 2023-cü il tarixli 10/566 nömrəli ekspert rəyindən görünür ki, Qusar rayonu, X19 kəndində yerləşən, Cavabdeh məxsus fərdi yaşayış evi və hasar “ Qaz İxrac” İdarəsi, Siyəzən Magistral X12 istismarında olan “Qusar QPS qolu” yüksək təzyiqli (12-25 atm) magistral qaz kəmərinin mühafizə zonasında inşa edilmişdir. İnşa edilmiş tikili yüksək təzyiqli qaz xəttindən 33.34-35.0 m aralı yerləşir, həmin tikili qaz xəttinin mühafizə zolağındadır. Ekspert tərəfindən qeyd edilir ki, mütəxəssis rəyinə əsasən “Qusar QPS qolu” yüksək təzyiqli (12-25 atm) magistral qaz kəməri ilə tikili arasında olan məsafənin 33.34- 35.0 metr olduğu müəyyən edildiyi nəzərə alınarsa, həmin tikilinin qaz kəmərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.7 bəndində göstərilən 50.0m-lik mühafizə zonasına düşdüyü müəyyən edilir.Cavabdeh tərəfindən istifadə olunan torpaq sahəsi 0.1310 ha təşkil edir. Həmin istifadə olunan torpaq sahəsinin 0.12 ha hissəsi **********26 nömrəli çıxarışa əsasən Cavabdeh xüsusi mülkiyyətindədir (Sxem tərtib olunmuşdur). Qusar rayonu, X19 kəndində yerləşən, Cavabdeh inşa etdiyi tikilinin (anbarın) yerləşdiyi torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 17 mart 2023-cü il tarixli 10/566 nömrəli məktubdan görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İşdə olan xx.xx.2021-ci il tarixli ********* saylı qəbzdən görünür ki, Qaz İxrac İdarəsi tərəfindən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o, mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı). Konstitusiyanın 29-cu maddəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının MM-nin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Həmin Məcəllənin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Həmin Məcəllənin 240.1-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 49-cu maddəsinin 1 və 2-ci hissələrinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Həmin Məcəllənin 58-ci maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, ətraf mühitin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Qeyd edilən maddi hüquq normalarının mənasından da göründüyü kimi Cavabdeh tərəfindən Qusar rayonu X19 kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsində tikilmiş yaşayış evi və hasar o vaxt özbaşına tikili sayıla və həmin tikili iddiaçı təşkilatın tələbi üzrə o vaxt sökülə bilər ki, həmin tikili tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş olsun. Lakin, məhkəmə iclası zamanı sübuta yetirilmişdir ki, Qusar rayon X19 kəndi ərazisində yerləşən 0.12 hektar həyətyanı torpaq sahəsi üzərində Cavabdeh mülkiyyət hüququ xx.xx.2020-ci il tarixli ********** qeydiyyat, **********26 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla təsdiq edilir. Həmin Çıxarış hazırda qüvvədədir, hər hansı şəxs və ya orqan tərəfindən, o cümlədən iddiaçı tərəfindən mübahisələndirilməmiş və ləğv edilməmişdir. Belə olan halda, Çıxarışın həqiqiliyi prezimpsiyası qüvvədədir və nə qədər ki, cavabdeh tərəfin torpaq sahəsinə dair hüquqlarının təsdiq edən həmin Çıxarış ləğv edilməyib, mülkiyyətçi şəxsi həmin Çıxarışdan irəli gələn hüquqlarını həyata keçirməsindən məhrum etmək mülkiyyət hüquqlarının pozulması hesab olunmalıdır. Bundan başqa, həmin torpaq sahəsinin üzərində yerləşən evin layihəsi məlumatlandırma icraatı qaydasında Qusar rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq-Planlaşdırma bölməsi ilə razılaşdırılmış və ev həmin layihə əsasında inşa edilmişdir. Bundan başqa, cavabdeh özünün torpaq sahəsində evi inşa edərkən onun qaz kəmərinin mühafizə zonasında yerləşdiyini bilməmiş, bu barədə ona heç bir təşkilat xəbərdarlıq etməmişdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X8rşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində göstərilir ki, “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil və müvafiq olaraq fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” sayılır və mülkiyyət kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcüd mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X1rşı” işi üzrə 17 noyabr 2005-ci il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilk növbədə tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanlarının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün müddəalarının tərkib hissəsidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) də bu məsələyə dair oxşar hüquqi mövqelər ifadə etmişdir. Məhkəmə mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluq tələbi dövlətdaxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir (“Kuşoğlu Bolqarıstana qarşı” iş üzrə 2007-ci il 10 may tarixli Qərar). Avropa Məhkəməsinin presedent hüququna əsasən, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (“Broniovski Polşaya qarşı” iş üzrə 2004-cü il 22 iyun tarixli Qərar, §148, 150; “Skordino İtaliyaya qarşı” iş üzrə 2006-cı il 29 mart tarixli Qərar, § 93). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 19 noyabr 2004-cü il tarixli qərarında göstərilmişdir ki, hüququn dövlət qeydiyyatına alınması anına qədər şəxs ona verilmiş əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Bu isə daşınmaz əşyanın əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qeyd olunan qərarlarında əks olunan hüquqi mövqeyi baxımından da cavabdehin mülkiyyətində olan torpaq sahəsi üzərində inşa etdiyi tikilinin sökülməsi onun gözlənilən mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirilməlidir. Həmin qərarlarda əks olunan hüquqi mövqeyə əsasən məhkəmə hesab edir ki, Qusar rayonu X19 kəndində yerləşən 0,12 ha torpaq sahəsi Cavabdeh mülkiyyətində olduğundan, onun həmin torpağın üzərində olan tikiliyə ən azından “titul” sahibliyi yaranmışdır ki, bu hüquq da özündə mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edir. Bu, isə həmin torpaq və yaşayış evi üzərindəki əmlak hüquqlarının müdafiə olunması zərurətini doğurur. Əks yanaşma mülkiyyət hüququnun müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, cavabdehin Qusar rayonu X19 kəndi ərazisində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evi və daş hasar özbaşına tikinti sayılmadığından, yəni evin yerləşdiyi torpaq sahəsi qanuni əsaslarla məhz yaşayış evinin tikintisi məqsədi ilə Cavabdeh mülkiyyətinə verildiyindən, həmin torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində tikilmiş yaşayış evindən maneəsiz istifadə hüququna iddiaçı təşkilatın müdaxiləsi qanuni və əsaslı sayıla, həmçinin torpaq sahəsinin və yaşayış evinin dəyəri qanunla müəyyən edilmiş qaydada ödənilmədən evin və daş hasarın sökülməsi tələbi barədə iddia təmin edilə bilməz. Belə ki, həmin fərdi yaşayış evinin tikintisi hər hansı ictimai maraqlara zidd deyildir, əksinə fərdin layiqli yaşamaq üçün yaşayış sahəsinə malik olması barədə onun hüquqları ilə ictimai maraqlar arasında ədalətli tarazlıq yaradır. Cavabdeh magistral qaz kəmərinin təhlükəsizlik zonasında yerləşdiyi göstərilən torpaq sahəsinə mülkiyyət hüququ dövlət qeydiyyatına alındığından, tikinti məhz həmin torpaq sahəsində layihəsi müvafiq icra hakimiyyəti orqanında razılaşdırılmaqla tikildiyindən, onun tikilməsi ilə bağlı aidiyyəti dövlət orqanları tərəfindən həmin şəxsə hər hansı irad və narazılıqlar bildirilmədiyindən, bununla da tikili qanunsuz və özbaşına tikinti sayılmadığından və həmin şəxsin tikintinin magistral qaz kəmərinin təhlükəsizlik zonasında yerləşməsində təqsiri müəyyən olunmadığından, həmin fərdi yaşayış evinin və torpaq sahəsinin dəyəri qanunla müəyyən edilmiş qaydada ödənilmədən tikintinin sökülüb, torpaq sahəsinin boşaldılması barədə qərar qəbul edilə bilməz. Əks halda, Cavabdeh mülkiyyətində olan torpaq sahəsində tikdiyi tikintinin boşaldılaraq sökülməsi, cavabdehin qanuni müdafiəsi altına düşən mülkiyyət hüquqlarının kobud pozuntusu ilə nəticələnmiş olar. Bundan başqa, magistral qaz kəmərinin yerinin dəyişdirilməsi məsələsi araşdırılmaqla və bunun texniki imkanları müzakirə olunmaqla vətəndaşın evinin sökülməsi yerinə qaz kəmərinin yerinin dəyişdirilməsi daha ədalətli və sosial tarazlıq baxımından daha məqsədəmüvafiq olar. Odur ki, məhkəmə iddiaçının dəlillərini qəbul etməyərək əsassız hesab edir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəf öz iddiasının əsası kimi istinad etdiyi halları sübuta yetirməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, “Qaz İxrac” İdarəsinin Cavabdeh qarşı qaz kəmərinin mühafizə zonasında inşa olunmuş fərdi yaşayış evinin sökülməsi tələbinə dair iddiası, mütəxəssis rəyinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş 95 manat pulun tutulması tələbinə dair əlavə iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. İş üzrə məhkəmə-torpaqşünaslıq ekspertizası məhkəmənin təşəbbüsü ilə təyin edildiyindən və iddia rədd olunduğundan iş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci iddiaçı «Qaz İxrac» İdarəsindən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin - VÖEN**********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X3, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, iddia rədd olunduğundan iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu “Qaz İxrac” İdarəsinə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: “Qaz İxrac” İdarəsinin Cavabdeh qarşı qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikilinin sökülməsi tələbinə dair iddiası, mütəxəssis rəyinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş 95 manat pulun tutulması tələbinə dair iddiası rədd edilsin. İş üzrə 50 (əlli) manat məbləğində məhkəmə xərcləri “Qaz İxrac” İdarəsindən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X4, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu “Qaz İxrac” İdarəsinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apell0yasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-50/2023
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-50/2023
11.05.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver