Məhkəmə qərarları › İş №2(029)-501/2025

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-501/2025

17.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-501/2025 17.07.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçilər X3 və Ərizəçi2 maraqlı şəxslər Maraqlı şəxs1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçilər X8 və Ərizəçi2 maraqlı şəxslər Maraqlı şəxs1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, 30107038 JN:205 saylı 16 iyun 1998-ci il tarixli torpağa mülkiyyət hüququna dair Dövlət Aktının Ərizəçi1, Ərizəçi2, X2, X10, Maraqlı şəxs1 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, KOD 30107038 JN:205 saylı 16 iyun 1998-ci il tarixli torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Qusar rayonu Gündüzqala kəndində yerləşən 2.91 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə ərizəçilər Ərizəçi1 və Ərizəçi2, həmçinin X2, X10, Maraqlı şəxs1 məxsusdur. Calaləddin Abdullayev Ərizəçi1 atası, Ədinə Abdullayeva anası, Ərizəçi2 həyat yoldaşı, Maraqlı şəxs1 isə qardaşıdır. Calaləddin Abdullayev xx.xx.2008-ci il tarixdə, Ədinə Abdullayeva xx.xx.2017-ci il tarixdə vəfat etmişlər. Bu yaxınlarda ərizəçilər torpaq sahəsinə dair sərəncam hüquqlarını, o cümlədən Ərizəçi1 özünün valideynlərinin mirasına dair vərəsəlik hüququnu həyata keçirmək istəyərkən məlum olmuşdur ki, şəxsiyyəti təsdiq edən sənədlərdə Ərizəçi1 adı “Vazəh”, Ərizəçi2 adı “Şərifət” olmasına baxmayaraq, yuxarıda göstərilən X24 adı səhvən “Vaiz”, Şərifətin adı isə səhvən “Mərifət” göstərilmişdir. Bundan başqa, məlum olmuşdur ki, Ərizəçi1 mərhum atasının ata adı “Əlisman oğlu” olduğu halda səhvən “Əlosman oğlu”, anasının adı isə “Ədinə” olduğu halda səhvən “Əminə” göstərilmişdir. Həmin səhvlərə görə isə ərizəçilər mülkiyyətçi kimi həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarını, o cümlədən Ərizəçi1 valideynlərinin mirasına dair vərəsəlik hüququnu həyata keçirə bilmir. 30107038 JN:205 saylı 16 iyun 1998-ci il tarixli torpağa mülkiyyət hüququna dair Dövlət Aktında hüquq sahibləri olan ərizəçilərin adlarının, o cümlədən Ərizəçi1 valideynlərinin ad və ata adlarının səhv yazılması ərizəçilərin yaşadığı və torpaq sahəsinin yerləşdiyi kənd üzrə icra nümayəndəliyi tərəfindən verilmiş arayışla təsdiq olunur. Ərizəçilər X4və Ərizəçi2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, onarın etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə göndərərək bildirmişlər ki, o, ərizəni müdafiə edir. Həmçinin bildirmişdir ki, şəxsi işləri ilə əlaqədar məhkəmə iclaslarına gələ bilmir, işə onların iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxslər Maraqlı şəxs1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq həmin şəxslər və həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4 və 185.6-cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Belə ki, işdə olan KOD 30107038 JN-205 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 29 oktyabr 1997-ci il tarixli 15/1 saylı qərarı ilə Qusar rayonu Gündüzqala kəndində yerləşən 2.91 ha torpaq sahəsi X5, X7, Maraqlı şəxs1, X1 və X11 xüsusi mülkiyyətlərinə verilmişdir. İşdə olan AZ-İİ 455266 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2008-ci il tarixdə ölmüşdür. İşdə olan AZ-İİ 455265 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2017-ci il tarixdə ölmüşdür. İşdə olan Qusar RİHB-nın Gedəzeyxur kənd İƏD üzrə nümayəndəliyindən verilmiş xx.xx.2024-cü il tarixli 870 saylı arayışdan görünür ki, JN-205 kod 30107038 torpağa mülkiyyət hüququna dair dövlət aktında X9, X12, X15 o., X17 qeyd olunmuşdur. Həqiqətən onların adlarının doğru yazılışı aşağıdakı kimidir. Ərizəçi1, Ərizəçi2, X6, X16. İşdə olan AA******* saylı şəxsiyyət vəsiqəsininsurətindən görünür ki, X8 xx.xx.1970-ci ildə anadan olmuşdu. İşdə olan AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1979-cu ildə anadan olmuşdur. İşdə olan AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs1 alaləddin oğlu xx.xx.1962-ci ildə anadan olmuşdur. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, həqiqətən də, KOD 30107038 JN:205 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının hüquq sahibi kimi qeyd olunmuş şəxslər məhz ərizəçilər X8 və Ərizəçi2, Maraqlı şəxs1 və mərhumlar X6 və X13r. Lakin həmin Dövlət aktında yuxarıda qeyd olunan səhvlərə yol verilmişdir. Bu hal məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə tam təsdiq olunur. Ona görə də, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən X5, X7, Maraqlı şəxs1, X1 və X11 adlarına verilmiş KOD 30107038 JN:205 saylı 16 iyun 1998-ci il tarixli torpağa mülkiyyət hüququna dair Dövlət Aktının Ərizəçi1, Ərizəçi2, X2, X10 və Maraqlı şəxs1 məxsus olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçilərin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. 30107038 JN:205 saylı 16 iyun 1998-ci il tarixli torpağa mülkiyyət hüququna dair Dövlət Aktının Ərizəçi1, Ərizəçi2, X2, X10, Maraqlı şəxs1 məxsus olması faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar