Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-507/2020 26.11.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh «Cavabdeh» İstehsalat Birliyinə qarşı itirilmiş qazın bərpası üzrə dəymiş ziyanın hesablanmasına dair qərarın ləğv edilməsinə və əsassız hesablanmış borcun silinməsinə dair iddiası üzrə mülki işə Qusar şəhərində xx xxxxxx 2020-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Cavabdeh» İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «Cavabdeh» X2 X5 İdarəsi tərəfindən itirilmiş qazın bərpası üzrə dəymiş ziyanın hesablanmasına dair onun barəsində qəbul edilmiş xx xxxxx 2020-ci il tarixli qərarın ləğv edilməsinə və ona əsassız hesablanmış 1512 (bir min beş yüz on iki) manat borcun silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o,ailəsi ilə birlikdə Qusar şəhəri, 20 Yanvar küçəsində yerləşən özünə məxsus yaşayış evində yaşayır. Fərdi istehlakçı kimi o, cavabdeh «Cavabdeh» X2 X5 X7 İstismarı Sahəsi ilə müqavilə bağlayaraq yaşayış evində təbii qazdan istifadə edir. Onun evinə aid qaz sayğacı 20 Yanvar küçəsində yerləşir. Evdə istehlak etdikləri təbii qazın haqqını vaxtlıvaxtında ödəyir. xx xxxxx 2020-ci il tarixdə X8 Sahsinin əməkdaşları onun yaşayış evinə gəlib evinin yerləşdiyi 20 Yanvar küçəsi ilə paralel olan və onun evindən 30-40 metr uzaqlıqda yerləşən boş torpaq sahəsinin qabağından keçən qaz xəttinə guya onun tərəfindən qanunsuz müdaxilə edilərək təbii qazdan qeyri-qanuni istifadə etməyi barədə yerində xx xxxxx 2020-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib etmişlər. Həmin aktda qeyd edilmişdir ki, abonentin sayğacdan əvvəl qeyri-qanuni təbii qazdan istifadə etdiyi aşkar olunmuşdur. Həmin aktda qeyd olunanlar yalandır, həqiqətə uyğun deyildir. Belə ki, qeyd etdiyi kimi onun evinə aid qaz sayğacı 20 Yanvar küçəsində yerləşir və evinə qaz xətti də 20 Yanvar küçəsindən gəlir. X8 Sahəsinin əməkdaşlarının qaz xəttinə müdaxilə edildiyini iddia etdikləri yer isə onun evinin yerləşdiyi 20 Yanvar küçəsi ilə paralel olan və onun evinin arxasından 30-40 metr uzaqlıqda keçən küçədə yerləşən boş torpaq sahəsinin qabağından keçən qaz xəttində aşkar edilmişdir. Onun yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsi bağlıdır, o cümlədən həmin boş torpaq sahədən də dəmir tor setka ilə ayrılıb bağlanmışdır. Onun həmin yerdən qaz oğurlayıb istifadə etməyinə heç imkan belə yoxdur. Həm də X8 Sahəsinin əməkdaşlarının aşkar etdikləri qaz xəttinə edilmiş müdaxilə ondan ibarətdir ki, qaz xəttinə 30-40 santimetrlik bir nazik qaz turbası qaynaq edilmiş və həmin turbanın da rezbalı ucu zaqluşkayla bağlanmışdır. Yəni həmin turbadan onun evinə qaz xəttinin çəkilməsi aşkar edilməmişdir. O, bu barədə bütün iradlarını oraya onu dəvət etmiş X8 Sahəsinin əməkdaşlarına desə də, onlar onun sözlərinə məhəl qoymadan barəsində təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib etmişlər. X8 Sahəsinin əməkdaşları onu həmin akta imza etməyə məcbur etdilər, əks halda evinə verilən qazı kəsəcəklərini bildirdilər. X8 Sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş xx xxxxx 2020-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən «Cavabdeh» X2 X5 İdarəsi tərəfindən itirilmiş qazın bərpası üzrə dəymiş ziyanın hesablanmasına dair xx xxxxx 2020-ci il tarixli qərar qəbul edilmişdir. Həmin qərara əsasən onun tərəfindən guya qazın oğurlanması nəticəsində cavabdeh tərəf 15120 kubmetr qaz itirmiş və cavabdehə 1512 (bir min beş yüz on iki) manat zərər dəymişdir. Bununla da cavabdeh tərəfindən ona əsassız olaraq 1512 (bir min beş yüz on iki) manat borc hesablanmışdır. Cavabdeh «Cavabdeh» İstehsalat Birliyi onun tərəfindən qanunsuz olaraq qazın oğurlanması barədə heç bir sübut təqdim edə bilməz. Məhz buna görə də, Qusar rayon məhkəməsinin 3(029)-413/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Energetika Nazirliyi tərəfindən onun barəsində xx xxxxxx 2020-ci il tarixli MN ******* saylı qərar qəbul edilərkən onun həmin inzibati xətanı törətməsini təsdiq edən mötəbər sübutlar olmadığından, onun tərəfindən təbii qazdan qanunsuz istifadə etməsi və talanması faktı heç bir sübutla təsdiq olunmadığından barəsində tərtib olunmuş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı qərar ləğv edilmiş və əməlində inzibati xəta tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Ona görə də, qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. xx xxxx 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdeh «Cavabdeh» İstehsalat Birliyinin nümayəndəsi X1 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, «Cavabdeh» X2 X5 X7 İstismarı Sahəsinin nümayəndələri tərəfindən tərtib edilmiş xx xxxxx 2020-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tam qanunidir. Belə ki, X6 sözügedən 20 Yanvar küçəsində qaz oğurlanması barədə məlumat daxil olmuş, İddiaçı məxsus fərdi yaşayış evində olan qaz sayğacına və qaz xətlərinə baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. İddiaçının qeyri-qanuni qazdan istifadə etməsi nəticədə xeyli miqdarda qaz israf olunmuşdur. Bu səbəbdən də, itirilmiş qazın bərpası üzrə dəymiş ziyanın hesablanmasına dair xx xxxxx 2020-ci il tarixli komissiya qərarı ilə iddiaçıya haqlı olaraq 1512 (bir min beş yüz on iki) manat məbləğində borc hesablanmışdır. Həmin borc mövcud qaydalar əsasında hesablanmış və borc hesablanarkən qanunvericiliyin, eləcə də iddiaçının heç bir hüquqları pozulmamışdır. Əksinə, iddiaçı qazdan istifadə qaydalarını pozmuş və nəticədə xeyli miqdarda, yəni 15120 kub.metr qazı israf etmişdir. Odur ki, iddia tam qanunsuz və əsassızdır, bu səbəbdən də rədd edilməlidir. Qeyd olunanlara əsasən iddianın tam şəkildə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə baxıb, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutları araşdıraraq hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İşdə olan «Cavabdeh» İstehsalat Birliyi tərəfindən tərtib edilmiş xx xxxxx 2020-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, İddiaçı məxsus Qusar şəhəri, 20 Yanvar küçəsində fərdi yaşayış evinə aid qaz sayğacına baxış keçirilmiş və abonent tərəfindən sayğacdan əvvəl qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olunmuşdur. İşdə olan ««Cavabdeh» X2 X5 İdarəsi tərəfindən tərtib edilmiş xx xxxxx 2020-ci il tarixli itirilmiş qazın bərpası üzrə dəymiş ziyanın hesablanmasına dair qərarın surətindən görünür ki, İddiaçı itirilmiş qazın bərpası üzrə 15120 kub metr qaz sərfiyyatı hesablanmışdır. İşdə olan Qusar RİHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi təörəfindən verilmiş xx xxx 2020-ci il tarixli 1348 saylı Arayışdan görünür ki, İddiaçı Qusar şəhəri, 20 Yanvar küçəsindəki fərdi yaşayış evində qeydiyyatsız yaşayır. İşdə olan Qusar rayon məhkəməsinin 3(029)-413/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Energetika Nazirliyinin xx xxxxxx 2020-ci il tarixli MN ******* saylı qərarı ləğv edilmiş və əməlində inzibati xəta tərkibi olmadığından İddiaçı barəsində Azərbaycan Respublikasının İXM-nin 282.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İşdə olan Qusar rayon məhkəməsinin dəftərxana müdiri Ülkər Mikayılovanın xx xxxxxx 2020-ci il tarixli məlumatından görünür ki, Qusar rayon məhkəməsinin 3(029)- 413/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərarından şikayət və ya protest verilməmişdir, qərar qanuni qüvvəsini almışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərinin yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 nömrəli qazdan istifadə qaydaları haqqında qərarının 4.2-ci bəndində qeyd olunmuşdur ki, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-ci bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Göründüyü kimi Cavabdeh Xaçmaz X5 İdarəsinin Qusar Xidmət Sahəsinin əməkdaşları İddiaçı məxsus Qusar şəhəri, 20 Yanvar küçəsində yerləşən fərdi yaşayış evində qaz sayğacına baxış keçirdikdən sonra abonent tərəfindən sayğacdan əvvəl qeyriqanuni təbii qazdan istifadə edildiyi üçün xx xxxxx 2020-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib etmişlər. xx xxxxx 2020-ci il tarixli itirilmiş qazın bərpası üzrə dəymiş ziyanın hesablanmasına dair komissiya qərarına əsasən İddiaçı 1512 (bir min beş yüz on iki) manat cərimə hesablanmışdır. Lakin iddiaçı tərəfindən təbii qazdan qanunsuz istifadə etməsi və talaması faktı heç bir sübutla təsdiq olunmamışdır. Yalnız şübhələr əsasında belə bir qərar qəbul edilmişdir. Ona görə də, qeyd edilən hallara məhkəmə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh «Cavabdeh» X2 X5 İdarəsi tərəfindən itirilmiş qazın bərpası üzrə dəymiş ziyanın hesablanmasına dair İddiaçı barəsində qəbul edilmiş xx xxxxx 2020-ci il tarixli qərar ləğv edilməli və İddiaçı əsassız hesablanmış 1512 (bir min beş yüz on iki) manat borc silinməlidir. Azərbayucan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasinin MPM-nin 216-220 və 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh «Cavabdeh» X2 X5 İdarəsi tərəfindən itirilmiş qazın bərpası üzrə dəymiş ziyanın hesablanmasına dair İddiaçı barəsində qəbul edilmiş xx xxxxx 2020-ci il tarixli qərar ləğv edilsin və İddiaçı əsassız hesablanmış 1512 (bir min beş yüz on iki) manat borc silinsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(029)-507/2020
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-507/2020
26.11.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver