Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-51/2020 24.11.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı “Qaz İxrac” İdarəsinin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı “Qaz İxrac” İdarəsinin Cavabdeh qarşı qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikilinin sökülməsi tələbinə dair mülki işə Qusar şəhərində xx xxxxxx 2020-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı “Qaz İxrac” İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Qaz İxrac” İdarəsi, Siyəzən Magistral X14 istismarında olan 159 mm diametrli “Qusar QPS qolu” yüksək təzyiqli (12-25 atm) magistral qaz kəmərinin mühafizə zonasında, Qusar rayonunun Bədirqala kəndi ərazisində inşa olunmuş Cavabdeh məxsus fərdi yaşayış evinin cavabdehin öz vəsaiti hesabına sökülməsi, mühafizə zonasının boşaldılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı tərəfə qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı “Qaz İxrac” İdarəsinin nümayəndəsi X11 iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh məxsus Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1999-cu il tarixli 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələbləri pozularaq ünvan 1i ərazisindən keçən “Qaz İxrac” X8 X14 balans və istismarında olan 159 mm diametrli “Qusar QPS qolu” yüksək yəzyiqli yeraltı magistral qaz kəmərinin mühafizə zonasında, kəmərdən 30 metr məsafədə fərdi yaşayış evi inşa edilmişdir. Magistral qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikili ilə əlaqədar Qusar rayon İcra Hakimiyyətinə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinə məlumat verilmiş və mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyatı üzrə müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1999-cu il tarixli 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”na əsasən magistral qaz kəmərinin orta oxundan hər tərəfə şərti xətlərlə 50 metr mühafizə zonası təyin edilmişdir. Həmin qaydalara əsasən mühafizə zonasında kəməri istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı bir tikinti-quraşdırma işlərinin aparılması qəti qadağandır. Bundan əlavə “Qaydalar”ın 2.23-cü bəndinin tələblərinə əsasən magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi fiziki şəxslərin torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları, bələiyyələr tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədənqaz kəmərini istismar edən orqanla razılaşdırılmalıdır. Belə bir razılaşma isə mövcud deyildir. Belə ki, sözügedən tikili tikinti aparmaq üçün lazımi icazələr alınmadan və tikinti normaları və qaydaları ciddi surətdə pozulmaqla inşa edilmişdir. Cavabdehə məxsus buna səlahiyyətli orqanların müvafiq icazəsi olmadan, eləcə də, tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa olunan tikili, eyni zamanda fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradır. Bu səbəbdən də tikili sökülməlidir. Cavabdehə məxsus təhlükəsizlik zonasında inşa olunan tikili həm özünün, həm də ətrafdakılar üçün ona məlum olan səbəblərdən (özünün kobud ehtiyatsızlığı nəticəsində) yüksək təhlükə mənbəyi hesab olunur. “Qaz İxrac” X12 X20 tərəfindən cavabdehə inşa olunan tikintinin adı çəkilən qaz kəmərinin və qaz paylayıcı stansiyanın mühafizə zonasında yerləşdiyi, orada hər hansı tikintinin aparılmasının qadağan olması və bunun potensial təhlükə mənbəyi olduğu barədə bildiriş məktubu ilə müraciət olunmuşdur. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilsə də sonuncu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə qeyd edilənləri nəzərə alıb, cavabdeh OCavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. İşdə olan xx xxx 2018-ci il tarixdə Siyəzən MQKS-nin nümayəndələri tərəfindən tərtib edilmiş aktdan görünür ki, Qusar rayonunun Bədirqala kəndində yaşayan Cavabdeh tərəfindən 159 mm-lik, 12,5÷2,5 MP təzyiqli Qusar QPS qaz kəməri qolu magıstral qaz kəmərinin mühafizə zonasında kəmərdən 30 metr məsafədə fərdi yaşayış evi inşa olunmuşdur. İşdə olan JN-098A KOD 30106028 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Qusar rayon X9 xx xxxxxx 1999-cu il tarixli 10/4 nömrəli qərarı ilə X2, X3, X7 və X5 mülkiyyətlərinə ünvan 1i ərazisindən 0.14 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxxxx 2020-cil tarixli 10/1715 nömrəli ekspert rəyindən görünür ki, ünvan 1i ünvanında yerləşən, Cavabdeh məxsus 11x14.5 metr ölçüdə fərdi yaşayış evinin 159 mm-lik 12.5-25 MP təzyiqli Qusar QPS qaz kəməriqolu magistral qaz kəmərindən 17 metr aralıda yerləşdiyini nəzərə alaraq, həmin fərdi yaşayış evinin 159 mm-lik 12.5-25 MP təzyiqli Qusar QPS qaz kəməriqolu magistral qaz kəmərinin mühafizə zonasının daxilində yerləşdiyi müəyyən edilir. Tədqiqat obyektinə baxış keçirilməsi və əlavə sənədlərin təqdim olunması barədə xx xxxx 2020-ci il tarixdə vəsatət verilmiş və vəsatətə cavab olaraq tədqiqat obyektinə baxışın keçirilməsi xx xxxxxxxx 2020-ci il tarixdə təyin olunmuşdur. Lakin tədqiqat obyektinə baxış keçirilərkən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri iştirak etmədiyindən və ekspertizaya bu günə qədər hər hansı bir sənəd (mütəxəssis rəyi) təqdim olunmadığından qərardadın sualının dördüncü və beşinci hissələri üzrə tədqiqat aparılmamışdır. Azərbaycan Respublikasının MM-nin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikasının MM-nin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Qeyd edilən maddənin mənasından da göründüyü kimi Cavabdehtərəfindən Qusar rayonunun Bədirqala kəndində yerləşən 0.14 ha həyətyanı torpaq sahəsində tikilmiş yaşayış evi o vaxt özbaşına tikili sayıla və həmin tikili iddiaçı təşkilatın tələbi üzrə o vaxt sökülə bilər ki, həmin tikili tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş olsun. Məhkəmə iclası zamanı sübuta yetirilmişdir ki, Qusar rayon Bədirqala kəndi ərazisində yerləşən 0.14 hektar həyətyanı torpaq sahəsi üzərində Cavabdeh mülkiyyət hüququ Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN-098A KOD 30106028 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətna ilə təsdiq edilir. Məhkəmə hesab edir ki, Cavabdeh Qusar rayonu Bədirqala kəndi ərazisində yerləşən 0.14 ha həyətyanı torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evi özbaşına tikinti sayılmadığından, yəni evin yerləşdiyi torpaq sahəsi qanuni əsaslarla ona verildiyindən, eləcə də yaşayış evinin tikintisi məqsədi ilə verilmiş torpaq sahəsində inşa edildiyindən iddiaçı təşkilatın ona qarşı yaşayış evinin sökülməsi barədə iddiası qanuni və əsaslı sayıla bilməz. Cavabdeh 0.14 ha həyətyanı torpaq sahəsi və yaşayış evinin onun şəksiz mülkiyyətində olması onun həmin torpaq və yaşayış sahəsi üzərindəki mülkiyyətçi hüquqlarının müdafiə olunması zərurətini doğurur. Əks yanaşma mülkiyyət hüququnun müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Önər Yıldızın Türkiyəyə qarşı” işi üzrə xx xxxxxx 2004-cü il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində göstərilir ki, “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil və müvafiq olaraq fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” sayılır və mülkiyyət kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcüd mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X15 İtaliyaya qarşı” işi üzrə xx xxxxxx 2005-ci il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilk növbədə tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanlarının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün müddəalarının tərkib hissəsidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Qerasimovanın Rusiyaya qarşı” işi üzrə xx xxxxxxxx 2004-cü il tarixli qərarında qeyd etmişdir ki, yerli özünü idarə orqanları da şübhəsiz dövlət orqanlarıdır, bu mənada ki, onlar ümumi (publik) hüquq ilə idarə olunur və Konstitusiya və Qanunlarla onlara həvalə olunmuş dövlət funksiyalarını həyata keçirirlər. Məhkəmə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mübahisəli mülki hüquq münasibətləri üzrə formalaşmış məhkəmə təcrübəsini və sadalanan maddi hüquq normalarının tələblərini əsas tutaraq hesab edir ki, Cavabdeh 0.14 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində tikilmiş yaşayış evindən maneəsiz istifadə hüququna iddiaçı təşkilatın müdaxiləsi qanuni və əsaslı sayıla, həmçinin torpaq sahəsinin və yaşayış evinin dəyəri qanunla müəyyən edilmiş qaydada ödənilmədən iddialar təmin edilə bilməz. İş üzrə keçirilmiş məhkəmə ekspertizasına dair 50 (əlli) manat ekspertiza xərci İddiaçı «Qaz İxrac» İdarəsindən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin -VÖEN**********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı Dövlət Xəzinədarlığı Agentliyi, Kodu- 210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK- CTREAZ22) hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “Qaz İxrac” İdarəsinin Cavabdeh qarşı qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikilinin sökülməsi tələbinə dair iddiası rədd edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasına dair 50 (əlli) manat ekspertiza xərci İddiaçı «Qaz İxrac» İdarəsindən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin -VÖEN**********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı Dövlət Xəzinədarlığı Agentliyi, Kodu- 210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK- CTREAZ22) hesabına keçirilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(029)-51/2020
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-51/2020
24.11.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver