Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-515/2020 29.06.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçilər Ərizəçi4, Ərizəçi2, Ərizəçi3, Ərizəçi1 və Ərizəçi5 iştirakları ilə, Ərizəçilər Ərizəçi4, Ərizəçi2, Ərizəçi3, Ərizəçi1 və Ərizəçi5 maraqlı şəxs Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz rayon Ərazi İdarəsinə qarşı sənədin şəxsə məxsus olması faktının aid edilməsi barədə mülki işə Qusar şəhərində 29 iyun 2020-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçilər Ərizəçi4, Ərizəçi2, Ərizəçi3, Ərizəçi1 və Ərizəçi5 maraqlı şəxs Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz rayon Ərazi İdarəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, JN-190 KOD 30119028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının Ərizəçi4, Ərizəçi2, Ərizəçi3, Ərizəçi1, x14 və vəfat etmiş x11 aid olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında ərizəçilər Ərizəçi4, Ərizəçi2, Ərizəçi3, Ərizəçi1 və Ərizəçi5 məhkəməyə sənədin şəxsə məxsus olması faktına dair ərizənin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, JN-190 KOD 30119028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının Ərizəçi4, Ərizəçi2, Ərizəçi3, Ərizəçi1, x14, x18, x19 və vəfat etmiş x11 aid olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi4 ərizəni müdafiə edərək izahatında göstərdi ki, Qusar rayon x22 22 iyul 1997-ci il tarixli 09 saylı qərarı ilə onun və ailə üzvlərinin mülkiyyətlərinə 11.41 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair onların mülkiyyət hüquqları JN-190 KOD 30119028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə təsdiq edilir. Lakin Həmin Dövlət Aktında onların soyadları, adları və ata adları düzgün yazılmamışdır. Belə ki, Ərizəçi4 əvəzinə Ərizəçi4 Hacimət oğlu, Ərizəçi2 əvəzinə x6, Ərizəçi3 əvəzinə x37, Ərizəçi1 əvəzinə x38, x26 əvəzinə x27, x20 əvəzinə x1 göstərilmişdir. Əslində isə şəxsiyyətlərini təsdiq edən bütün sənədlərdə onların adları Ərizəçi4, Ərizəçi2, Ərizəçi3, Ərizəçi1, Ərizəçi5, x29, x30 və x20 qeyd edilmişdir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN-190 KOD 30119028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında da onların adları, soyadları və ata adları şəxsiyyətlərini təsdiq edən sənədlərə uyğun qeyd edilməlidir.x20 02 fevral 2006-cı il tarixdə vəfat etmişdir. x26 isə ərə getdikdən sonra Ağamətova soyadını qəbul etmişdir. Bu yaxınlarda onlar həmin Dövlət Aktındakı səhvlərin düzəldilməsi üçün maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə müraciət etmiş, lakin həmin səhvlərin düzəldilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı üçün məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Ona görə də JN-190 KOD 30119028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının onlara məxsus olması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Qeyd edilənləri nəzərə alıb ərizənin təmin ediləməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında ərizəçilər Ərizəçi2, Ərizəçi3, Ərizəçi1 və Ərizəçi5 ərizəni müdafiə edib Ərizəçi4 izahatına uyğun eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Maraqlı şəxs Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz rayon Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə qeyd edilənləri nəzərə alıb maraqlı şəxs Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz rayon Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı x54 tərəfindən Ərizəçi4 ünvanlanmış 14 fevral 2020-ci il tarixli **********06 nömrəli cavab məktubundan görünür ki, JN-190 KOD 30119028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı x47 təhvil verilmiş dövlət aktlarının verilməsi kitabından qeydiyyatdan keçmişdir. Dövlət Aktının təsdiq olunmuş surəti təqdim olunur. İşdə olan JN-190 KOD 30119028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının təsdiq olunmuş surətindən görünür ki, Qusar rayon x22 22 iyul 1997-ci il tarixli 09 nömrəli qərarı ilə Ərizəçi4 Həcimət oğlunun, x2, x28,x15, x21, x13, x16 və x4 mülkiyyətlərinə Qusar rayonu, Cibir kəndi ərazisindən 11.41 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı x54 tərəfindən Ərizəçi4 ünvanlanmış 21 noyabr 2019-cu il tarixli **********40 saylı cavab məktubunun surətindən görünür ki, DT və XK-si tərəfindən verilmiş JN-190 KOD 30119028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzlaqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı x44 səlahiyyətlərinə aid olmadığından bununla bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İşdə olan Qusar rayon İHB-nın Piral kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 03 fevral 2020-ci il tarixli 116 nömrəli Arayışdan görünür ki, JN-190 KOD 30119028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında atasının adı səhvən Ərizəçi4 Həcimət oğlu qeyd edilmişdir, əslində şəxsiyyət vəsiqəsində olduğu kimi Ərizəçi4, adı və atasının adı səhvən x6 qeyd edilmişdir, əslində şəxsiyyət vəsiqəsində olduğu kimi Ərizəçi2, soyadı səhvən x37 qeyd edilmişdir, əslində şəxsiyyət vəsiqəsində olduğu kimi Ərizəçi3, adı səhvən x38 qeyd edilmişdir, əslində Ərizəçi1 kimi, adı səhvən x27 qeyd edilmişdir, əslində şəxsiyyət vəsiqəsində olduğu kimi (Nurmətova) Ərizəçi5 kimi yazılmalıdır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qusar rayon Polis Şöbəsi tərəfindən verilmiş 28 yanvar 2020-ci il tarixli 149-1759N-3220 nömrəli Arayışdan görünür ki, Ərizəçi4 28 yanvar 2020-ci il tarixdə Qusar RPŞ-yə bərizə ilə müraciət edərək, onun və ailə üzvlərinin adına verilmiş JN-190 KOD 30119028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı Qusar şəhəri ərazisində naməlum şəraitdə itirdiyini bildirmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin sənədin tapılmasını təmin etmək mümkün olmamışdır. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş Çıxarışdan görünür ki, x31 ilə x20 arasında 05 aprel 1949-cu il tarixdə Qusar rayonu Cibir kənd İƏN-də 02 nömrəli akt qeydi ilə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Nurmətova soyadı verilmişdir. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş Arayışdan görünür ki, x20 02 fevral 2006-cı il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 04 fevral 2006-cı il tarixdə 04 nömrə ilə qeyd edilmişdir. İşdə olan Vİ-ЖГ № 264097 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi4 xx xxxx 1964-cü il tarixdə anadan olmuşdur. Atası x32, anası x9r. İşdə olan АЗ № ******* nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, x7 xx xxxx 1966-cı il tarixdə anadan olmuşdur. Atası x10, anası x8r. İşdə olan İİİ- ЖГ № 405792 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi4 ilə x5 arasında 24 yanvar 1985-ci il tarixdə Qusar rayon VVAQ şöbəsində 4 nömrəli akt qeydi ilə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Nurmətova soyadı verilmişdir. İşdə olan Xİİ-ЖГ № 470277 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, x29 07 sentyabr 1987-ci il tarixdə anadan olmuşdur. Atası Ərizəçi4, anası Ərizəçi2dır. İşdə olan AZ-İ № 989608 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi1 xx xxxx 1989-cu il tarixdə anadan olmuşdur. Atası Ərizəçi4, anası x3r. İşdə olan XVİ- ЖГ № 417752 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, x26 xx xxxx 1992-ci il tarixdə anadan olmuşdur. Atası Ərizəçi4, anası Ərizəçi2dır. İşdə olan Xİ- ЖГ № 389479 doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi3 xx xxxx 1986-cı il tarixdə anadan olmuşdur. Atası Ərizəçi4, anası Ərizəçi2dır. İşdə olan AZ-İ № 351191 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, x33 ilə x29 arasında 06 oktyabr 2007-ci il tarixdə Qusar rayon VVADQ şöbəsində 125 nömrəli akt qeydi ilə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Vələdova soyadı verilmişdir. İşdə olan AZ-İ № 584748 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, x34 ilə x26 arasında 17 oktyabr 2010-cu il tarixdə Qusar RİHB-nın Həzrə kənd İƏ üzrə nümayəndəliyində 35 nömrəli akt qeydi ilə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Ağamətova soyadı verilmidir. İşdə olan Seriya AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin şəxsiyyət vəsiqəsi xx xxxx 1964-cü il tarixdə ünvan 2ində anadan olmuş, hazırda Qusar rayonu, Cibir kəndi ünvanında qeydiyyatda olan Ərizəçi4 məxsusdur. İşdə olan Seriya AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin şəxsiyyət vəsiqəsi xx xxxx 1966-cı il tarixdə ünvan 3i ünvanında qeydiyyatda olan Ərizəçi2 məxsusdur. İşdə olan Seriya AZE № ******** nömrəli şəsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin şəxsiyyət vəsiqəsi xx xxxx 1986-cı il tarixdə ünvan 2ində anadan olmuş, hazırda Qusar rayonu, Cibir kəndi ünvanında qeydiyyatda olan Ərizəçi3 məxsusdur. İşdə olan Seriya AZE № ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin şəxsiyyət vəsiqəsi xx xxxx 1989-cu il tarixdə ünvan 2ində anadan olmuş, hazırda Qusar rayonu, Cibir kəndi ünvanında qeydiyyatda olan Ərizəçi1 məxsusdur. İşdə olan Seriya AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin şəxsiyyət vəsiqəsi xx xxxx 1992-ci il tarixdə ünvan 2ində anadan olmuş, hazırda Qusar rayonu, Ləcət kəndi ünvanında qeydiyyatda olan Ərizəçi5 məxsusdur. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 30 iyun 2020-ci il tarixli 05/Q-107/15 nömrəli Arayışdan görünür ki, Qusar rayon məhkəməsinin 15 iyun 2007-ci il tarixli qətnaməsinə əsasən Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən adı “Sanvel” əvəzinə “Sərvər” ə düzəliş edilərək 01 sentyabr 2007-ci ildə AZ-İ № 989608 saylı doğum haqqında şəhadətnamə verilmişdir. Məhkəmə ərizəçilər Ərizəçi4, Ərizəçi2, Ərizəçi3, Ərizəçi1 və Ərizəçi5 izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlarla birgə hüquqi qiymət verərək Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən belə nəticəyə gəlir ki, JN-190 KOD 30119028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının Ərizəçi4, Ərizəçi2, Ərizəçi3, Ərizəçi1, x14, x18, x19 və vəfat etmiş Şükürova Kiçixanım qızına məxsus olması faktının müəyyən edilməsinə dair ərizə əsaslı olduğundan və həmin faktın müəyyən edilməsi hüquqi əhəmiyyət kəsb etdiyindən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. JN-190 KOD 30119028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının Ərizəçi4, Ərizəçi2, Ərizəçi3, Ərizəçi1, x14, x18, x19 və vəfat etmiş Şükürova Kiçixanım qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(029)-515/2020
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-515/2020
29.06.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver