Məhkəmə qərarları › İş №2(029)-522/2021

Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-522/2021

01.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-522/2021 01.06.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu Ərizəçi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “sənədin şəxsə məxsus olması faktının tanınması” tələbinə dair ərizəsinə baxaraq, Müəyyən etdim: Ərizəçi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “sənədin şəxsə məxsus olması faktının tanınması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizədən görünür ki, ərizəçi tərəfindən 18 yanvar 2006-cı il tarixli JN- 590 KOD 30100018 saylı Dövlət Aktında səhvən yazılmış Ərizəçi Güləhməd oğlunun əvəzinə düzəliş edərək Ərizəçi yazılması barədə qətnamə çıxarılması tələb olunmuşdur. Hüquqmüəyyənedici sənədlərdə düzəlişlərin həyata keçirilməsi isə məhkəmələrin deyil, həmin sənədləri vermiş orqanın səlahiyyətinə aiddir. Odur ki, həmin səhvlərin düzəldilməsi üçün daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatını həyata keçirən orqana müraciət olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 153.2, 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Beləliklə, işə məhkəmə qaydasında baxılmalı olmadığından hesab edirəm ki, hazırkı iddianın yol verilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina olunmalı və ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Həmçinin, ərizəçiyə Dövlət Aktında müvafiq düzəlişlərin həyata keçirilməsi üçün daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatını həyata keçirən orqana müraciət etməli olduğu izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPMnin 153, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: Ərizəçi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “sənədin şəxsə məxsus olması faktının tanınması” tələbinə dair ərizəsinin qəbul edilməsindən imtina olunsun və ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. Ərizəçi Dövlət Aktında müvafiq düzəlişlərin həyata keçirilməsi üçün daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatını həyata keçirən orqana müraciət etməli olduğu izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar. Qusar rayon məhkəməsinin hakimi: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar