Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-526/2020 13.07.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə Qusar şəhərində 13 iyul 2020-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN: 100 KOD 30113038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının Ərizəçi1, Ərizəçi2, Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs2 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edərək izahatında göstərdi ki, Qusar rayonunda torpaq islahatları keçirilərkən x7 27 dekabr 1997-ci il tarixli 07 saylı qərarına əsasən onun və ailə üzvlərinin mülkiyyətlərinə Qusar rayonunun Cağar Qışlaq kəndi ərazisindən 4.28 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə onların mülkiyyət hüquqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon Şöbəsi tərəfindən verilmiş JN: 100 KOD 30113038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə təsdiq edilmişdir. Həmin Dövlət Aktında onun atasının adı səhvən “İgidəli”, Ərizəçi2 atasının adı isə səhvən “Abdulbəy” qızı kimi qeyd edilmişdir. Şəxsiyyətlərini təsdiq edən bütün sənədlərdə onun atasının adı “İgidali”, Ərizəçi2 atasının adı “Abdulhey” kimi qeyd edilmişdir. Əslində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN: 100 KOD 30113038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında da onların adları, soyadları və ata adları şəxsiyyətlərini təsdiq edən sənədlərə uyğun qeyd edilməlidir. Bu yaxınlarda onlar həmin Dövlət Aktındakı səhvlərin düzəldilməsi üçün maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə müraciət etmiş, lakin həmin səhvlərin düzəldilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı üçün məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Ona görə də JN: 100 KOD 30113038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının onlara məxsus olması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Qeyd edilənləri nəzərə alıb ərizənin təmin ediləməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Ərizəçi2, maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 Ərizəçi1 izahatında uyğun eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Maraqlı şəxslər Maraqlı şəxs3 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxslər Maraqlı şəxs3 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə qeyd edilənləri nəzərə alıb maraqlı şəxslər Maraqlı şəxs3 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan JN: 100 KOD 30113038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının təsdiq edilmiş surətindən görünür ki, Qusar rayon x7 27 dekabr 1997ci il tarixli 07 nömrəli qərarı ilə Ərizəçi1 İgidəli oğlunun, Ərizəçi2 Abdulbəy qızının, Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 mülkiyyətlərinə Qusar rayonu Cağar Qışlaq kəndi ərazisindən 4.28 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı x13 tərəfindən Ərizəçi1 ünvanlanmış 23 sentyabr 2019-cu il tarixli **********39 saylı cavab məktubunun surətindən görünür ki, DT və XK-si tərəfindən verilmiş JN: 100 KOD 30113038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzlaqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı x10 səlahiyyətlərinə aid olmadığından bununla bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İşdə olan Qusar RİHB-nın Kuzunqışlaq kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 30 sentyabr 2019-cu il tarixli, 730 nömrəli Arayışdan görünür ki, JN: 100 KOD 30113038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında səhvən Ərizəçi1 İgidəli oğlu, Ərizəçi2 Abdulbəy qızı kimi yazılmış, əslində isə hüquq sahiblərinin adı, soyadı və atasının adı Ərizəçi1, Ərizəçi2 kimi yazılmalı və oxunmalıdır. İşdə olan ИЖ - № 193863 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 xx xxxxxxxx 1954-cü il tarixdə anadan olmuşdur. Atası x2, anası x1r. İşdə olan İ-ИЕ № 467163 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, x3 xx xxxxxxxx 1957-ci il tarixdə anadan olmuşdur. Atası x6, anası x4r. İşdə olan Seriya AZE № 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin şəxsiyyət vəsiqəsi xx xxxxxxxx 1954-cü il tarixdə Qusar rayonunun Yuxarı Zeyxur kəndində anadan olmuş, hazırda ünvan 2i ünvanında qeydiyyatda olan Ərizəçi1 məxsusdur. İşdə olan Seriya AZE № 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin şəxsiyyət vəsiqəsi xx xxxxxxxx 1957-ci il tarixdə Qusar rayonunun Mucuq kəndində anadan olmuş, hazırda ünvan 2i ünvanında qeydiyyatda olan Ərizəçi2 məxsusdur. İşdə olan Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin şəxsiyyət vəsiqəsi xx xxxxxxxx 1982-ci il tarixdə Qusar rayonunun Cağar Qışlaq kəndində anadan olmuş, hazırda ünvan 2i ünvanında qeydiyyatda olan Maraqlı şəxs1 məxsusdur. İşdə olan Seriya AA0987047 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin şəxsiyyət vəsiqəsi 07 avqust 1984-cü il təvəllüdlü Maraqlı şəxs2 məxsusdur. İşdə olan Seriya AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin şəxsiyyət vəsiqəsi xx xxxxxx 1989-cu il tarixdə Qusar rayonunun Cağar Qışlaq kəndində anadan olmuş, hazırda ünvan 2i ünvanında qeydiyyatda olan Maraqlı şəxs3 məxsusdur. Məhkəmə ərizəçilər Ərizəçi1, Ərizəçi2, maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlarla birgə hüquqi qiymət verərək Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən belə nəticəyə gəlir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN: 100 KOD 30113038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının Ərizəçi1, Ərizəçi2, Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 məxsus olması faktının müəyyən edilməsinə dair ərizə əsaslı olduğundan və həmin faktın müəyyən edilməsi hüquqi əhəmiyyət kəsb etdiyindən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN: 100 KOD 30113038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının Ərizəçi1, Ərizəçi2, Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 məxsus olması faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(029)-526/2020
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-526/2020
13.07.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver