Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-529/2020 13.07.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxslər Abdullayeva (Cungəliyeva) Lalə Fazil qızına və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə Qusar şəhərində 13 iyul 2020-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxslər Abdullayeva (Cungəliyeva) Lalə Fazil qızına və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “Ərizəçi2 Bünyat oğlu”nun, “x2”nın və “x5”nın adlarına verilmiş JN: 058F KOD 30106028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin onlara, yəni “Ərizəçi2”na, “Ərizəçi1”na və “Abdullayeva (Cungəliyeva) Lalə Fazil qızı”na məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi2 ərizəni müdafiə edərək izahatında göstərdi ki, Qusar rayonunda torpaq islahatları keçirilərkən x4 12 avqust 1999-cu il tarixli 10/4 saylı qərarına əsasən onların, yəni Ərizəçi2, Ərizəçi1 və Abdullayeva (Cungəliyeva) Lalə Fazil qızının mülkiyyətlərinə ünvan 2i ərazisindən 0.20 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə onların mülkiyyət hüquqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon Şöbəsi tərəfindən verilmiş JN: 058F KOD 30106028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə təsdiq edilmişdir. Həmin Şəhadətnamədə onun atasının adı səhvən “Bünyat”, Ərizəçi1 soyadı səhvən “Mürsəliyeva”, adı səhvən “Ləzgiyyət” yazılmışdır. Şəxsiyyətlərini təsdiq edən bütün sənədlərdə onun atasının adı “Bünyad”, Ərizəçi1 soyadı “Mürsəlova”, adı “Ləzgiyat” yazılmışdır. Əslində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN: 058F KOD 30106028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə də onların adları, soyadları və ata adları şəxsiyyətlərini təsdiq edən sənədlərə uyğun qeyd edilməlidir. Bu yaxınlarda onlar həmin Şəhadətnamədəki səhvlərin düzəldilməsi üçün maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə müraciət etmişlər, lakin həmin səhvlərin düzəldilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı üçün məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Ona görə də JN: 058F KOD 30106028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin onlara məxsus olması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Qeyd edilənləri nəzərə alıb ərizənin təmin ediləməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında ərizəçi oğlu Ərizəçi1 ərizəni müdafiə edib Ərizəçi2 izahatına uyğun eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxslər Abdullayeva (Cungəliyeva) Lalə Fazil qızı və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxslər Abdullayeva (Cungəliyeva) Lalə Fazil qızı və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə qeyd edilənləri nəzərə alıb maraqlı şəxslər Abdullayeva (Cungəliyeva) Lalə Fazil qızının və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan JN: 058F KOD 30106028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Qusar rayon x4 12 avqust 1999cu il tarixli 10/4 saylı qərarı ilə tərəfindən “Ərizəçi2 Bünyat oğlu”nun, “x2”nın və “x5”nın mülkiyyətlərinə Qusar rayonu Bədirqala kəndi ərazisindən 0.20 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı x8 tərəfindən Ərizəçi1 ünvanlanmış 12 may 2020-ci il tarixli **********08 saylı cavab məktubunun surətindən görünür ki, DT və XK-si tərəfindən verilmiş JN: 058F KOD 30106028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzlaqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı x6 səlahiyyətlərinə aid olmadığından bununla bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İşdə olan Qusar RİHB-nın Balaqusar kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 595 nömrəli, 15 may 2020-ci il tarixli Arayışdan görünür ki, ünvan 2ində yerləşən həyətyanı torpaq sahəsinin şəhadətnaməsi JN-058F KOD 30106028 olan həyətyanı torpaq sahəsinin şəhadətnaməsində adları qeyd olunmuş Ərizəçi2 Bünyat oğlu və x1 adı, soyadı və atasının adı AZE N-0******* seriya nömrəli şəxsiyyət vəsiqəsində olduğu kimi Ərizəçi2 kimi, AZE N-0******* seriya nömrəli şəxsiyyət vəsiqəsində olduğu kimi Ərizəçi1 yazılmalı və oxunmalıdır. İşdə olan Seriya AZE № 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin şəxsiyyət vəsiqəsi xx xxxxxx 1936-cı il tarixdə ünvan 2ində anadan olmuş, hazırda Qusar rayonu, Bədirqala kəndi ünvanında qeydiyyatda olan Ərizəçi2 məxsusdur. İşdə olan Seriya AZE № 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin şəxsiyyət vəsiqəsi xx xxxxxx 1938-ci il tarixdə ünvan 2ində anadan olmuş, hazırda Qusar rayonu, Bədirqala kəndi ünvanında qeydiyyatda olan Ərizəçi1 məxsusdur. İşdə olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin şəxsiyyət vəsiqəsi xx xxxxxx 1983-cü il təvəllüdlü Maraqlı şəxs1 məxsusdur. Məhkəmə ərizəçilərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlarla birgə hüquqi qiymət verərək Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən belə nəticəyə gəlir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “Ərizəçi2 Bünyat oğlu”nun, “x2”nın və “x5”nın adlarına verilmiş JN: 058F KOD 30106028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin onlara, yəni “Ərizəçi2”na, “Ərizəçi1”na və “Abdullayeva (Cungəliyeva) Lalə Fazil qızı”na məxsus olması faktının müəyyən edilməsinə dair ərizə əsaslı olduğundan və həmin faktın müəyyən edilməsi hüquqi əhəmiyyət kəsb etdiyindən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “Ərizəçi2 Bünyat oğlu”nun, “x2”nın və “x5”nın adlarına verilmiş JN: 058F KOD 30106028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin Ərizəçi2, Ərizəçi1 və Abdullayeva (Cungəliyeva) Lalə Fazil qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(029)-529/2020
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-529/2020
13.07.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver