Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-53/2020 24.11.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı “Qaz İxrac” İdarəsinin nümayəndəsi X3 Cavabdeh X6 nümayəndəsi və vəkili X5 iştirakları ilə, İddiaçı “Qaz İxrac” İdarəsinin cavabdeh X7 qarşı qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikilinin sökülməsi tələbinə dair mülki işə Qusar şəhərində xx xxxxxx 2020-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı “Qaz İxrac” İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Qaz İxrac” İdarəsi, Siyəzən Magistral X12 istismarında olan 159 mm diametrli “Qusar QPS qolu” yüksək təzyiqli (12-25 atm) magistral qaz kəmərinin mühafizə zonasında, ünvan 1i ərazisində inşa olunmuş Cavabdeh məxsus fərdi yaşayış evinin , hasarın cavabdehin öz vəsaiti hesabına sökülməsi, mühafizə zonasının boşaldılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı tərəfə qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı “Qaz İxrac” İdarəsinin nümayəndəsi X8 xx xxxxxx 2019-cu il tarixdə məhkəməyə əsl olmayan tərəfin əvəz edilməsi barədə ərizə təqdim edərək, mövcud iddia üzrə əsl olmayan Cavabdeh əsl cavabdeh X11 ilə əvəz edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən xx xxxxxx 2019-cu il tarixdə Cavabdeh əsl olmayan tərəf kimi X11 ilə əvəz edilmişdir. Məhkəmə iclasında iddiaçı “Qaz İxrac” İdarəsinin nümayəndəsi X8 iddianı müdafiə edərək izahatında göstərdi ki, cavabdeh X7 məxsus Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1999-cu il tarixli 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələbləri pozularaq ünvan 2i ərazisindən keçən “Qaz İxrac” X4 X12 balans və istismarında olan 159 mm diametrli “Qusar QPS qolu” yüksək yəzyiqli yeraltı magistral qaz kəmərinin mühafizə zonasında, kəmərdən 13 metr məsafədə fərdi yaşayış evi və 12 metr məsafədə daş hasar inşa edilmişdir. Magistral qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikili ilə əlaqədar Qusar rayon İcra Hakimiyyətinə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinə məlumat verilmiş və mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyatı üzrə müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1999-cu il tarixli 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”na əsasən magistral qaz kəmərinin orta oxundan hər tərəfə şərti xətlərlə 50 metr mühafizə zonası təyin edilmişdir. Həmin qaydalara əsasən mühafizə zonasında kəməri istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı bir tikinti-quraşdırma işlərinin aparılması qəti qadağandır. Bundan əlavə “Qaydalar”ın 2.23cü bəndinin tələblərinə əsasən magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi fiziki şəxslərin torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları, bələiyyələr tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərini istismar edən orqanla razılaşdırılmalıdır. Belə bir razılaşma isə mövcud deyildir. Belə ki, sözügedən tikili tikinti aparmaq üçün lazımi icazələr alınmadan və tikinti normaları və qaydaları ciddi surətdə pozulmaqla inşa edilmişdir. Cavabdehə məxsus buna səlahiyyətli orqanların müvafiq icazəsi olmadan, eləcə də, tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa olunan tikili, həm cavabdehin, həm də ətrafdakı şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradır. Bu səbəbdən də tikili sökülməlidir. Sözügedən təhlükəsizlik zonasında inşa olunan tikili ətrafdakılar üçün yüksək təhlükə mənbəyi hesab olunur. “Qaz İxrac” X9 X17 tərəfindən cavabdehə inşa olunan tikintinin adı çəkilən qaz kəmərinin və qaz paylayıcı stansiyanın mühafizə zonasında yerləşdiyi, orada hər hansı tikintinin aparılmasının qadağan olması və bunun potensial təhlükə mənbəyi olduğu barədə bildiriş məktubu ilə müraciət olunmuşdur. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında cavabdeh X6 nümayəndəsi və vəkili X10 iddianı qəbul etməyərək izahatında göstərdi ki, cavabdeh X6 babası Cavabdeh xx xxxxxx 2018-ci il tarixdə vəfat etmişdir. Qeyd olunan yaşayış evi Cavabdeh tərəfindən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.06 hektar tam mülkiyyət üzrə özünə məxsus olan torpaq sahəsində inşa edilmiş və ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən xx xxxxxxxx 2013-cü il tarixdə mərhum Cavabdeh **********04-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestr çıxarışa əsasən tam mülkiyyət üzrə 56.9 kv.metr 2 otaqlı yaşayış evi qeydə alınmışdır. Mərhum Cavabdeh ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.06 hektar tam mülkiyyət üzrə özünə məxsus olan torpaq sahəsi və həmin ünvanda **********04-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestr çıxarışa əsasən tam mülkiyyət üzrə 56.9 kv.metr 2 otaqlı yaşayış evini xx xxxxxx 2015-ci il tarixdə daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən nəvəsi cavabdeh X7 bağışlamışdır. Həmin bağışlanma müqaviləsinə əsasən ƏMDK yanında DƏDRX tərəfindən ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0.06 hektar olan torpaq sahəsi və həmin ünvanda 56.9 kv.metr 2 otaqlı yaşayış evi **********04-10301 reyestr nömrəsi ilə ********** qeydiyyat nömrəsi ilə cavabdeh X6 adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Yəni həmin torpaq sahəsi və tikili qanuni əsaslarla cavabdeh X6 xüsusi mülkiyyətindədir. İddia əsassızdır və ona görə də rədd edilməlidir. Belə ki, iddia olunan təhlükəsizlik zonası boyunca kənd ərazisində uzun müddətdir ki, onlarla inşa edilmiş yaşayış evləri vardır. Həmin evlər tikilən vaxt ərzində müvafiq səlahiyyətli orqanlar tərəfindən heç kimə heç bir xəbərdarlıq edilməmişdir və belə tikintilər inşa olunmaqda davam etmişdir. Ümumiyyətlə bu barədə kənd əhalisinin heç bir məlumatı yoxdur. Bundan əlavə iddia olunan təhlükəsizlik zonasında uzun illər boyu tikililər aparılsa da, yaşayış evləri inşa olunsa da səlahiyyətli qurum olan iddiaçı “Qaz İxrac” İdarəsi tərəfindən, eləcə də digər səlahiyyətli qurumlar tərəfindən heç bir xəbərdarlıq olunmamış və ərazidə tikintinin aparılmasının əvvəlcədən qarşısının alınmasına və vətəndaşların maarifləndirilməsinə yönəlmiş heç bir xəbərdarlıq nişanları və ya löhvələri quraşdırılmamışdır. Ümumiyyətlə tikili bir günə inşa edilməmişdir ki, bundan səlahiyyətli qurum olan iddiaçının xəbəri omasın. Mərhum Cavabdeh və övladlarının məlumatlarına əsasən həmin tikili bir neçə il ərzində tikilmişdir. Tikinti müddətində iddiaçı “Qaz İxrac” İdarəsi tərəfindən bir nəfər belə olsun səlahiyyətli şəxs həmin ərazidə tikintinin qadağan olması və ya tikintinin dayandırılması barədə heç bir göstəriş verməmiş və heç bir hüquq mühafizə orqanlarına müraciət edilməmişdir. Əks halda tikinti nə başlaya, nə davam edə, nə də başa çatdırıla bilməzdi. Həmçinin sözügedən ərazidə yerləşən 0.06 hektar torpaq sahəsi mərhum Cavabdeh Qusar rayon Bədirqala bələdiyyəsinin qərarı ilə satılmış və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinin qərarı ilə həyətyanı torpaq sahəsi kimi mülkiyyətinə verilməklə bu barədə müvafiq şəhadətnamə verilmişdir. Göründüyü kimi tikili aparılmış torpaq sahəsi qanuni istifadə olmuşdur. Bundan başqa tikinti qanuni əsaslarla müvafiq qaydada təsdiq edilmiş layihəyə əsasən aparılmış, başa çatdıqdan sonra bütün qanuni prosedurlara riayət edilməklə Əmlak Məsələləri Dövlət Komitəsinin aidiyyatı qurumu tərəfindən yoxlanıldıqdan sonra əmlak xüsusi mülkiyyət hüququnun tanınmasına dair çıxarış verilmişdir. Yəni, bütün bu prosesslər müvafiq müddət ərzində aidiyyatı dövlət qurumlarının nəzarəti və yoxlaması əsasında aparılmışdır. Qeyd olunan səlahiyyətli qurumlar isə tikintinin qanunsuz aparılması ilə bağlı heç bir iradlarını bildirməmişlər, yəni bu da işin tam qanuni əsaslarla apardığını təsdiq edir. Əks halda torpağa və tikiliyə xüsusi mülkiyyət hüququ tanınmazdı. Qeyd edilənləri nəzərə alıb iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. İşdə olan xx xxx 2018-ci il tarixdə Siyəzən MQKS-nin nümayəndələri tərəfindən tərtib edilmiş aktdan görünür ki, ünvan 1ində yaşayan Cavabdeh tərəfindən 159 mm-lik, 12,5÷2,5 MP təzyiqli Qusar QPS qaz kəməri qolu magıstral qaz kəmərinin mühafizə zonasında kəmərdən 13 (12) netr məsafədə fərdi yaşayış evi (daş hasar) inşa olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Seriya RX № ******* saylı, ********** qeydiyyat nömrəli, xx xxxxxxxx 2013-cü il qeydiyyat tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 2i ünvanında yerləşən **********04-10301 reyestr nömrəli 0.06 hektar həyətyanı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 56.9 kv.metr olan fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə Cavabdeh məxsusdur. İşdə olan xx xxxxxx 2015-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh tam mülkiyyət hüququ üzrə özünə məxsus ünvan 2i ünvanında yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsini və ümumi sahəsi 56.9 kv.metr, yaşayış sahəsi 31.2 kv.metr, yardımçı sahəsi 25.7 kv.metr olan 2 otaqlı fərdi yaşayış evini X7 bağışlamışdır. İşdə olan AZ-İ № 941732 saylı ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh xx xxxxxx 2018-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx xxxxxxxx 2018-ci il tarixdə 153 nömrə ilə qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Seriya RX № ******* saylı, ********** qeydiyyat nömrəli, xx xxxx 2018-ci il qeydiyyat tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 2i ünvanında yerləşən **********04-10301 reyestr nömrəli 0.06 hektar həyətyanı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 56.9 kv.metr olan fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə X7 məxsusdur. İşdə olan № 03/7231 saylı Arayışdan görünür ki, X6 xx xxxxxx 2018-ci il tarixli ********** nömrəli və xx xxxxxx 2018-ci il tarixli ********** nömrəli müqaviləyə əsasən xx xxxx 2018-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X18 tərəfindən X6 mülkiyyətində olan ünvan 2i ünvanında yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 56.9 kv.metr fərdi yaşayış evinin qiymətləndirilmə işi aparılmış və xx xxxx 2018-ci il tarixinə obyektin bazar dəyərinin 20000 (iyirmi min) manat təşkil etdiyi müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxxxx 2020-cil tarixli 10/1717 nömrəli ekspert rəyindən görünür ki, ünvan 2i ünvanında yerləşən, X7 məxsus fərdi yaşayış evinin 159 mm-lik 12.5- 25 MP təzyiqli Qusar QPS qaz kəməriqolu magistral qaz kəmərindən 15 metr aralıda, hasar tikilisinin isə 12 metr aralıda yerləşdiyini nəzərə alaraq, həmin fərdi yaşayış evinin bir hissəsinin 159 mm-lik 12.5-25 MP təzyiqli Qusar QPS qaz kəməriqolu magistral qaz kəmərinin mühafizə zonasının daxilində yerləşdiyi müəyyən edilir. Tədqiqat obyektinə baxış keçirilməsi və əlavə sənədlərin təqdim olunması barədə xx xxxx 2020-ci il tarixdə vəsatət verilmiş və vəsatətə cavab olaraq tədqiqat obyektinə baxışın keçirilməsi xx xxxxxxxx 2020-ci il tarixdə təyin olunmuşdur. Lakin tədqiqat obyektinə baxış keçirilərkən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri iştirak etmədiyindən və ekspertizaya bu günə qədər hər hansı bir sənəd (mütəxəssis rəyi) təqdim olunmadığından qərardadın sualının dördüncü və beşinci hissələri üzrə tədqiqat aparılmamışdır. Azərbaycan Respublikasının MM-nin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikasının MM-nin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Qeyd edilən maddənin mənasından da göründüyü kimi cavabdeh X11 tərəfindən Qusar rayonunun Bədirqala kəndində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsində tikilmiş yaşayış evi o vaxt özbaşına tikili sayıla və həmin tikili iddiaçı təşkilatın tələbi üzrə o vaxt sökülə bilər ki, həmin tikili tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş olsun. Məhkəmə iclası zamanı sübuta yetirilmişdir ki, Qusar rayon Bədirqala kəndi ərazisində yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsi və üzərində inşa edilmiş 56.9 kv.metr 2 otaqlı yaşayış evi ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən xx xxxxxxxx 2013-cü il tarixdə mərhum Cavabdeh **********04-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestr çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə qeydə alınmışdır. Məhkəmə hesab edir ki, cavabdeh X6 Qusar rayonu Bədirqala kəndi ərazisində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi və hasar özbaşına tikinti sayılmadığından, yəni evin və hasarın yerləşdiyi torpaq sahəsi qanuni əsaslarla ona verildiyindən, eləcə də yaşayış evinin tikintisi məqsədi ilə verilmiş torpaq sahəsində inşa edildiyindən iddiaçı təşkilatın ona qarşı yaşayış evinin və hasarın sökülməsi barədə iddiası qanuni və əsaslı sayıla bilməz. Cavabdeh X11 nun 0.06 ha həyətyanı torpaq sahəsi və yaşayış evinin onun şəksiz mülkiyyətində olması onun həmin torpaq və yaşayış sahəsi üzərindəki mülkiyyətçi hüquqlarının müdafiə olunması zərurətini doğurur. Əks yanaşma mülkiyyət hüququnun müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Önər Yıldızın Türkiyəyə qarşı” işi üzrə xx xxxxxx 2004-cü il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində göstərilir ki, “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil və müvafiq olaraq fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” sayılır və mülkiyyət kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcüd mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X13 İtaliyaya qarşı” işi üzrə xx xxxxxx 2005-ci il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilk növbədə tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanlarının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün müddəalarının tərkib hissəsidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Qerasimovanın Rusiyaya qarşı” işi üzrə xx xxxxxxxx 2004-cü il tarixli qərarında qeyd etmişdir ki, yerli özünü idarə orqanları da şübhəsiz dövlət orqanlarıdır, bu mənada ki, onlar ümumi (publik) hüquq ilə idarə olunur və Konstitusiya və Qanunlarla onlara həvalə olunmuş dövlət funksiyalarını həyata keçirirlər. Məhkəmə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mübahisəli mülki hüquq münasibətləri üzrə formalaşmış məhkəmə təcrübəsini və sadalanan maddi hüquq normalarının tələblərini əsas tutaraq hesab edir ki, cavabdeh X6 0.06 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində tikilmiş yaşayış evindən maneəsiz istifadə hüququna iddiaçı təşkilatın müdaxiləsi qanuni və əsaslı sayıla, həmçinin torpaq sahəsinin və yaşayış evinin dəyəri qanunla müəyyən edilmiş qaydada ödənilmədən iddialar təmin edilə bilməz. İş üzrə keçirilmiş məhkəmə ekspertizasına dair 50 (əlli) manat ekspertiza xərci İddiaçı «Qaz İxrac» İdarəsindən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin - VÖEN**********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı Dövlət Xəzinədarlığı Agentliyi, Kodu-210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “Qaz İxrac” İdarəsinin cavabdeh X7 qarşı qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikilinin sökülməsi tələbinə dair iddiası rədd edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasına dair 50 (əlli) manat ekspertiza xərci İddiaçı «Qaz İxrac» İdarəsindən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin - VÖEN**********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı Dövlət Xəzinədarlığı Agentliyi, Kodu-210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(029)-53/2020
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-53/2020
24.11.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver