Məhkəmə qərarları › İş №2(029)-531/2023

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-531/2023

28.08.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-531/2023 28.08.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh2, Cavabdeh1 və üçüncü şəxs X67 etibarnamə üzrə nümayəndəsi Nümayəndə və Cavabdeh1 və üçüncü şəxs X67 vəkili X91 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Yavəroviçə və üçüncü şəxslər X74 və Qusar rayon Notariat ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlakların qanun üzrə vərəsəlik qaydasında mülkiyyətə verilməsi tələbinə dair iddiasına və müstəqil tələb irəli sürən X67 etibarnamə üzrə nümayəndəsi Nümayəndə cavabdeh İddiaçı qarşı mirasın qəbul edilməsi faktının və miras əmlakdan payların müəyyən edilməsi tələbinə dair iddiaları üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Yavəroviçə və üçüncü şəxs Qusar rayon Notariat ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlakların qanun üzrə vərəsəlik qaydasında mülkiyyətə verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4nun miras kütləsinə daxil olan, Qusar rayonu Hil kəndində yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinin, həmin kənddə yerləşən, KOD 30111018 JN:763 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən 1.97 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin; mərhum X17 miras kütləsinə daxil olan, Qusar rayonu Hil kəndində yerləşən 0.22 ha həyətyanı torpaq sahəsinin Şixverdi Hacıverdiyevə məxsus hissəsinin, həmin kənddə yerləşən, KOD 30111018 JN:764 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən 2.77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Şixverdi Hacıverdiyevə məxsus hissəsinin miras əmlaklar kimi onun tərəfindən qəbul edilmələri faktının müəyyən edilməsi və həmin əmlakların qanun üzrə vərəsəlik qaydasında mülkiyyətinə verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bundan başqa müstəqil tələb irəli sürən X67 etibarnamə üzrə nümayəndəsi Nümayəndə cavabdeh İddiaçı qarşı mirasın qəbul edilməsi faktının və miras əmlakdan payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, babasının atası X8, sonra isə babası X9 miras qalmış Qusar rayonunun Hil kəndində yerləşən fərdi yaşayış evinin; həmin kənddə yerləşən, babasının atası X8 miras qalmış KOD 30111018 JN:763 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən 1,97 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin; babası X9 miras qalmış Qusar rayonunun Hil kəndində yerləşən 0,22 ha həyətyanı torpaq sahəsinin babası X26 məxsus hissəsinin; həmin kənddə yerləşən, babası X9 miras qalmış KOD 30111018 JN:764 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən 2,77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin babası X26 və X1na məxsus hissəsinin miras əmlaklar kimi onun, yəni X86, qardaşı Cavabdeh1 və İddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə və həmin əmlakda qanun üzrə vərəsəlik qaydasında onların hər birinin 1/3 hissədə paylarını müəyyən edilməklə həmin əmlakların onların mülkiyyətlərinə verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, İddiaçı xx.xx.2001-ci il tarixdə X55 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, birgə nikahlarından xx xxx 1998-ci il təvəllüdlü Emin, xx.xx.2004-cü il təvəllüdlü Bəhruz adlı iki uşaqları anadan olmuşdur. Həyat yoldaşı Yavər Hacıverdiyevlə bir müddət Rusiya Federasiyasında yaşamışlar, daha sonra 2002-2003-cü illərdə Qusar rayonu Hil kəndinə, Yavərin valideynlərinin yanına qayıtmışlar və daimi olaraq onlarla birlikdə yaşamağa başlamışlar. Onların yaşadıqları fərdi yaşayış evi qaynatası X17 atası X27 məxsus olmuşdur. Əliqulu Hacıverdiyevin mülkiyyətində həm də 0.15 ha həyətyanı, 1.97 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur. Fərdi yaşayış evinə dair X93in adına mart 1989-cu il tarixli texniki pasport tərtib edilmiş, həmçinin Qusar rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-48-30RA/l-h-1xx-xx/2023 saylı arxiv arayışına əsasən rayon arxivində saxlanılan Qusar rayonu Hil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 1991-1995-ci illərin Hil kəndi üzrə 3 nömrəli təsərrüfatbaşına kitabında şəxsi hesab nömrəsi 227 olan X16 təsərrüfatın şəxsi mülkiyyətində ümumi sahəsi 123 kv.metr, o cümlədən yaşayış sahəsi 58 kv.metr olan yaşayış evi və təsərrüfatın şəxsi istifadəsində 1990-1995-ci illərdə cəmi 0.15 hektar torpağın olduğu qeyd edilmişdir. Bundan başqa, X16 mülkiyyətində olan 1.97 ha torpaq sahəsi JN:763 Kod 30111018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə Əliqulu Hacıverdiyevin adına rəsmiləşdirilmşdir. Əliqulu Hacıverdiyev xx.xx.1999-cu il tarixdə vəfat etmişdir. Vəfat etdikdən sonra onun aşağıdakı qanun üzrə vərəsələri qalmışdır: oğlu X38, oğlu X39, qızı X46. Həmin vərəsələrin hər üçü vəfat etmişdir. X93 vəfat etdikdən sonra yuxarıda qeyd olunan əmlakların hamısı həmin şəxsin oğlu, yəni onun qaynatası Şixverdi Hacıverdiyev tərəfindən miras əmlak kimi faktiki olaraq qəbul edilmişdir. Belə ki, Əliqulu Hacıverdiyev vəfat etməmişdən əvvəl özünün mülkiyyətində olan evdə oğlu Şixverdi Hacıverdiyevlə birlikdə yaşamışdır. Əliqulu Hacıverdiyev vəfat etdikdən sonra da Şixverdi Hacıverdiyev həmin evdə yaşamaqda davam etmiş, evə bütövlükdə sahiblənməklə onun faktiki yiyəsi olmuşdur. Həmçinin, evin yerləşdiyi həyətyanı torpaq sahəsi və pay torpaq sahəsi də Şixverdi Hacıverdiyevin mübahisəsiz sahibliyində və idarəçiliyində olmuşdur. Bundan başqa, X17 özünün mülkiyyətində Qusar rayonu Hil kəndində yerləşən 0.22 ha həyətyanı torpaq sahəsi və 2.77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur. Qeyd olunan 0.22 ha həyətyanı torpaq sahəsi JN-178F 30111018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə X17 və sonuncunun nəvəsi X47 adına rəsmiləşdirilmişdir. 2.77 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi isə JN:764 Kod 30111018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə X17, X48, X19 və X49 adlarına rəsmiləşdirilmişdir. X38 xx.xx.2004-cü il tarixdə vəfat etmişdir. Vəfat etdikdən sonra onun qanun üzrə aşağıdakı vərəsələri qalmışdır: X28, X40, X41, X42, X50, X55, Cavabdeh2 Şixverdi oğlu, X51. X38 vəfat etdikdən sonra həmin şəxsin miras kütləsinə daxil olan, o cümlədən həmin şəxsin öz atası X93in vərəsəsi kimi yiyələndiyi və sahibləndiyi miras əmlaklar mərhum Şixverdi Hacıverdiyevin oğlu, onun həyat yoldaşı X55 tərəfindən miras əmlak kimi faktiki olaraq qəbul edilmişdir. Belə ki, mərhum Şixverdi Hacıverdiyev vəfat etməmişdən əvvəl özünün mülkiyyətində olan evdə oğlu Yavər Hacıverdiyevlə birlikdə yaşamışdır. Şixverdi Hacıverdiyev vəfat etdikdən sonra da Yavər Hacıverdiyev həmin evdə yaşamaqda davam etmiş, evə bütövlükdə sahiblənməklə onun faktiki yiyəsi olmuşdur. Həmçinin, evin yerləşdiyi həyətyanı torpaq sahəsi və pay torpaq sahələri də Yavər Hacıverdiyevin mübahisəsiz sahibliyində və idarəçiliyində olmuşdur. Həyat yoldaşı Yavər Hacıverdiyev 08 avqust 2014-cü il tarixdə vəfat etmişdir. Vəfat etdikdən sonra onun qanun üzrə aşağıdakı vərəsələri qalmışdır: o, yəni İddiaçı, Cavabdeh3 Yavər oğlu, Cavabdeh2, X71. X71 mərhum həyat yoldaşı Yavərin əvvəlki nikahından olan övladıdır. Yuxarıda qeyd etdiyi kimi 2004-2014-cü illər ərzində yuxarıda qeyd olunan, X93dən və Şixverdi Hacıverdiyevdən miras qalmışlar əmlakların hamısı mərhum həyat yoldaşı Yavər Hacıverdiyevin sahibliyində olmuş, sonuncu vəfat etdikdən sonra isə həmin əmlakların hamısı onun və övladları Bəhruzla Eminin sahibliyinə və idarəçiliyinə keçmiş, evdə o və övladları yaşamışlar. 2014-cü ildən indiyədək evin bütün kommunal xidmət haqları, torpaq və əmlak vergiləri onun tərəfindən ödənilir. Evin qaz və telefon xətləri onun adınadır. Bu yaxınlarda o, Qusar rayon Notariat ofisinə müraciət edərək yuxarıda qeyd etdiyi əmlaklara dair adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsini xahiş etsə də, həmin notarius tərəfindən 13 may 2023-cü il tarixli 532 və 533 saylı məktublar verilərək bildirilmişdir ki, onun tərəfindən həmin əmlakların miras əmlak kimi onun tərəfindən qəbul edilməsini təsdiq edən hər hansı sənəd təqdim edilməmiş, ona görə də bununla bağlı məhkəməyə müraciət edə bilər. Miras qoyanlar Əliqulu Hacıverdiyevin və Şixverdi Hacıverdiyevin miras kütləsinə daxil olan əmlaklar mirasın qəbul edilməsinin formal üsulu ilə heç bir vərəsə tərəfindən qəbul edilməmiş, bununla bağlı heç bir vərəsə tərəfindən notariat orqanına ərizə verilməmişdir. Lakin, yuxarıda qeyd etdiyi ki, həmin əmlakların hamısı əvvəlcə Əliqulu Hacıverdiyevin və Şixverdi Hacıverdiyevin vərəsəsi olan mərhum əri Yavər Hacıverdiyevin, sonuncunun vəfatından sonra isə onun və övladları Eminlə Bəhruzun tərəfindən faktiki olaraq qəbul edilmişdir. Onların həmin miras əmlaklarını faktiki olaraq qəbul etmələri miras qoyanların vəfatından sonra onun mütəmadi olaraq miras kütləsinə daxil olan fərdi yaşayış evində yaşamağı, hazıradək həmin ünvanda qeydiyyatda olmağı, evin bütün kommunal xidmət haqlarının onun tərəfindən ödənilməsi, evin və torpaq sahələrinin, əmlak və torpaq vergilərinin onun tərəfindən ödənilməsi barədə sənədlərlə tam şəkildə təsdiq olunur. Mərhum həyat yoldaşı Yavər Hacıverdiyevin əvvəlki nikahından olan Valeri Hacıverdiyev isə hələ öz atası Yavər vəfat etməmişdən əvvəl miras qoyanların miras kütləsinə daxil olan, yuxarıda göstərilən fərdi yaşayış evindən çıxıb Rusiya Federasiyasına getmiş, daimi olaraq orada yaşayır və Yavər Hacıverdiyev vəfat etdikdən sonra miras əmlakları faktiki olaraq qəbul etməsi ilə hər hansı hərəkətlər etməmiş, mirasa yiyələnmək niyyətini ifadə etməmişdir. Mərhum həyat yoldaşı vəfat etdiyi vaxt Emin və Bəhruz adlı övladları yetkinlik yaşına çatmayan şəxslər olmuşlar və onunla birlikdə miras qoyan Əliqulu Hacıverdiyevdən miras qalmış həmin evdə yaşayırlar. Mülki Məcəllənin yuxarıda qeyd etdiyi normalarına əsasən X93in miras kütləsinə daxil olan, Qusar rayonu Hil kəndində yerləşən fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin, həmin kənddə yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin; mərhum Şixverdi Hacıverdiyevin miras kütləsinə daxil olan, Qusar rayonu Hil kəndində yerləşən 0.22 ha həyətyanı torpaq sahəsinin Şixverdi Hacıverdiyevə məxsus hissəsinin, həmin kənddə yerləşən 2.77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Şixverdi Hacıverdiyevə məxsus hissəsinin miras əmlaklar kimi onun tərəfindən qəbul edilmələri faktının müəyyən edilməli və həmin əmlaklar qanun üzrə vərəsəlik qaydasında mülkiyyətinə verilməlidir. Bundan başqa müstəqil tələb irəli sürən X67 etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddianı onunla əsaslandırmışdır ki, X4 onun babası X17 atası, X3 babasıdır. İddiaçı X3 ikinci arvadı, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Yavəroviç X3 ikinci arvadından, yəni İddiaçı olan uşaqlarıdır. O və iş üzrə cavabdeh olan qardaşı Cavabdeh1 X3 birinci arvadından, yəni nümayəndəsi Nümayəndə (Sədifə) Salatovnadan olan uşaqlarıdırlar. O, mübahisənin predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsdir. Belə ki, İddiaçı, iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3lə bərabər o, da mübahisə predmeti, miras əmlakdan pay almaq hüququna malik vərəsələr sırasına daxildir. Lakin İddiaçı irəli sürdüyü iddia ərizəsində onu iddiaçı, cavabdeh və ya üçüncü şəxs qismində göstərməmişdir. Ona görə də o, mübahisənin predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs kimi bu iddia ərizəsini verir. Babasının atası X43, onun oğlu, yəni babası X38 və atası X7 rayonunun Hil kəndində yerləşən X27 məxsus fərdi yaşayış evində yaşamışlar. X14 həmin evdə yaşayan zaman Nümayəndə (Sədifə) Salatovna ailə həyatını qurmuş, birinci həyat yoldaşı həmin evə gəlin köçmüşdür. O və qardaşı Cavabdeh1 X3 birinci nikahından, Nümayəndə (Sədifə) Salatovna ilə birgə nikahından olan uşaqlarıdırlar. X14 bir müddət Rusiya Federasiyasında yaşamış sonradan isə yenidən ailəsi ilə həmin evə qayıtmışdır. O və digər qardaşı Cavabdeh1 həmin evdə böyümüşlər. Babasının atası X43 10 fevral 1999-cu il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra qanun üzrə birinci növbədə vərəsələri babası X38 və yenə digər iki vərəsəsi qalmışlar. Lakin babasının atası X8 miras qalmış əmlakları, o cümlədən Qusar rayonunun Hil kəndində yerləşən fərdi yaşayış evini və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsini, həmin kənddə yerləşən, KOD 30111018 JN:763 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən 1,97 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini faktiki olaraq babası X38 qəbul edərək idarə etmişdir. Qusar rayonunun Hil kəndində yerləşən babasının atası X8 miras qalmış fərdi yaşayış evində babası X38, X14, o və digər qardaşı Cavabdeh1 yaşamışlar. Qusar rayonunun Hil kəndində torpaq islahatı keçirilən zaman Qusar rayon Aqrar İslahat Komissiyasının 24 oktyabr 1998-ci il tarixli 17/3 sayl qərarına əsasən həmin yaşayış evinin yerləşdiyi 0,22 ha həyətyanı torpaq sahəsinə babası X17 və qardaşı Cavabdeh1 adına KOD ********* JN:178F saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Bundan əlavə babası X17, onun arvadı, X1nın (Dövlət Aktında səhvən Surət Səfər qızı qeyd edilib), digər mülkiyyətçilər X19 və X49 mülkiyyətlərində Qusar rayonunun Hil kəndində 2,77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır və həmin torpaq sahəsinə onların mülkiyyət hüquqları KOD 30111018 JN:764 saylı Dövlət Aktı ilə təsdiq olunur.X1 09 iyun 2003-cü il, babası X38 11 noyabr 2004-cü il tarixlərdə vəfat etmişlər. Onların ölümündən sonra qanun üzrə birinci növbədə vərəsələri X14 və yenə digər 7 nəfər vərəsəsi qalmışlar. Lakin babası X9 və X1ndan miras qalmış əmlakları, o cümlədən Qusar rayonunun Hil kəndində yerləşən fərdi yaşayış evini və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinin babası X26 məxsus hissəsini, həmin kənddə yerləşən, KOD 30111018 JN:764 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən 2,77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin babası X26 və X1na məxsus hissəsini, habelə babasının atası X8 miras qalmış əmlakları faktiki olaraq atası X60 qəbul edərək idarə etmişdir, lakin həmin əmlakları rəsmi qaydada notariatda öz adına rəsmiləşdirməmişdir. Qusar rayonunun Hil kəndində yerləşən babasının atası X8 və babası X9 miras qalmış fərdi yaşayış evində X14, o və digər qardaşı Cavabdeh1, habelə həmin vaxt artıq atası ilə ailə həyatını qurmuş İddiaçı və onun uşaqları iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Yavəroviç yaşamağa davam etmişlər. X14 08 avqust 2014-cü il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra qanun üzrə birinci növbədə vərəsələri o, X86, digər qardaşı Cavabdeh1, İddiaçı və onun uşaqları Cavabdeh2 və Cavabdeh3 Yavəroviç qalmışlar. X2 miras qalmış əmlakları, o cümlədən Qusar rayonunun Hil kəndində yerləşən fərdi yaşayış evini və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinin babası X26 məxsus hissəsini, həmin kənddə yerləşən, KOD 30111018 JN:764 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən 2,77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin babası X26 və X1na məxsus hissəsini, habelə babasının atası X27 məxsus əmlakları faktiki olaraq o, X86, digər qardaşı X86, İddiaçı qəbul edərək idarə etmişlər. Qusar rayonunun Hil kəndində yerləşən babasının atası X8, sonra babası X9 və X2 miras qalmış fərdi yaşayış evində o, X86 və digər qardaşı Cavabdeh1, habelə İddiaçı öz uşaqları ilə yaşamağa davam etmişlər. Lakin vərəsələrin heç biri qanunla müəyyənləşdirilmiş müddət ərzində X2 miras qalmış əmlakları notariat qaydasında öz adlarına rəsmiləşdirməmişlər.İndi isə İddiaçı babasının atası X8 miras qalmış əmlakın və babası X9 miras qalmış əmlakın yalnız onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsini və həmin əmlakların qanun üzrə vərəsəlik qaydasında bütünlüklə onun mülkiyyətinə verilməsini tələb edir. X3 ölümündən sonra ondan miras qalmış əmlakı təkcə İddiaçı yox, həm də o, X86 və digər qardaşı Cavabdeh1 faktiki qəbul etmişlər. X3 ölümündən sonra o, X86 və digər qardaşı Cavabdeh1 Qusar rayonunun Hil kəndində yerləşən babasının atası X8, sonra babası X9 və X2 miras qalmış fərdi yaşayış evində yaşamışlar, həmin evi İddiaçı ilə bərabər o, X86 və digər qardaşı Cavabdeh1 də faktiki qəbul edərək idarə etmişlər. O və qardaşı Cavabdeh1 Rusiya Federasiyasında yaşasalar da hər il yay aylarında Qusar rayonunun Hil kəndində yerləşən babasının atası X8, babası X9 və X2 miras qalmış fərdi yaşayış evinə gəlib həmin evdə yaşayıb, istirahət edib getmişlər. Axırıncı 1 ildə isə İddiaçı onları həmin evə buraxmaqdan imtina etmişdir. Bu səbəbdən o, babasının atası X8, babası X9 və X1ndan miras qalmış əmlaklardan qanun üzrə onun payına düşən hissəni tələb edir. Bundan başqa X61, müstəqil tələb irəli sürən üçüncü şəxs X67 iddiasına etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, X86 özünün iddia tələbində X11, sonra isə X12 miras qalmış, Qusar rayonunun Hil kəndində yerləşən fərdi yaşayış evinin; həmin kənddə yerləşən, babasının atası X11 miras qalmış KOD 30111018 JN:763 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktında göstərilən 1.97 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin; babası X12 miras qalmış Qusar rayonunun Hil kəndində yerləşən 0.22 ha həyətyanı torpaq sahəsinin babası X30 məxsus hissəsini; həmin kənddə yerləşən, X20 miras qalmış KOD 30111018 JN764 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən 2.77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin babası X30 və X1na məxsus hissəsinin miras əmlaklar kimi onun, yəni X86, qardaşı Cavabdeh1 və İddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə və həmin əmlakda qanun üzrə vərəsəlik qaydasında onların hər birinin 1/3 hissədə payları müəyyən edilməklə həmin əmlakların onların mülkiyyətlərinə verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bildirmişdir ki, istər onun, istərsədə X86 və Cavabdeh1 yuxarıda qeyd olunan miras əmlaklara dair subyektiv vərəsəlik hüquqları onun məhrum əri Yavər Hacıverdiyevin qanun üzrə vərəsələri olduqları üçün yaranmışdır. Mərhum əri Yavər Hacıverdiyev vəfat edənədək qeyd olunan miras əmlakları faktiki olaraq qəbul etmişdir. Mərhum əri Yavər Hacıverdiyev vəfat etdikdən sonra isə həmin əmlakları məhz o, qəbul etmişdir. Belə ki, o, həmin vaxt yetkinlik yaşına çatmanaya övladları olan Bəhruz və Cavabdeh3lərlə birlikdə məhz miras əmlak olan fərdi yaşayış evində yaşamışlar, evi miras əmlak kimi faktiki olaraq o və həmin övladları qəbul etmişlər. Mərhum əri vəfat etdiyi andan oğlu Eminin 16, digər övladı Bəhruzun isə 10 yaşı var idi. Həmin uşaqlar onunla birlikdə həmin evdə yaşamışlar. Evin bütün kommunal xidmət haqlarını o ödəmişdir, hətta evin telefon xətti onun adına rəsmiləşdirilmişdir. Bundan başqa, evin əmlak vergisi, torpaq sahələrinin isə torpaq vergiləri onun tərəfindən ödənilmişdir. Mərhum əri Yavər Hacıverdiyev vəfat etdiyi andan ərinin əvvəlki nikahından anadan olmuş Rəşad və Cavabdeh1lər isə yetkinlik yaşına çatmış şəxslər idilər və onlar onunla birlikdə həmin evdə yaşamırdılar. Əri vəfat etdikdən sonra da, həmin şəxslər heç vaxt həmin evdə yaşamamışlar. Ona görə də, həmin şəxslərin miras əmlakdan pay tələb etmələri qanunsuzdur. Mərhum ərinin vəfat etməsində 9 il müddət keçmişdir və həmin müddət ərizəndə Rəşadla Valeriy miras əmlakı qəbul etmələrinə dair hər hansı iradə ifadəsi göstərməmişlər. Mərhum əri Yavərin onunla nikahından anadan olmuş Emin və Bəhruz isə qeyd etdiyi kimi, əri Yavər vəfat etdiyi anda məhz həmin evdə yaşayırdılar, vəfat etdikdən sonra da orada onunla yaşamaqda davam etmişlər, məhz həmin evdə yetkinlik yaşına çatmışlar. Ona görə də, Emin və Bəhruzda mirası onunla birlikdə faktiki olaraq qəbul etmişlər. O, övladları Emin və Cavabdeh2lərin miras paylarının müəyyən olunaraq onlara verilməsinə etiraz etmir, Rəşad Hacıverdiyevin iddia tələbi əsassızdır, onun mirası faktiki qəbul etməsinə dair hər hansı sübutu yoxdur. Eləcə də, Cavabdeh1 mirası faktiki qəbul etməsinə dair hər hansı sübutu yoxdur. Odur ki, X67 iddiasının rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa Cavabdeh1 nümayəndəsi Nümayəndə məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, İddiaçı X4nun miras kütləsinə daxil olan, Qusar rayonunun Hil kəndində yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinin, həmin kənddə yerləşən, KOD 30111018 JN:763 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən 1,97 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin; mərhum X17 miras kütləsinə daxil olan, Qusar rayonunun Hil kəndində yerləşən 0,22 ha həyətyanı torpaq sahəsinin Şixverdi Hacıverdiyeva məxsus hissəsinin, həmin kənddə yerləşən, KOD 30111018 JN:764 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən 2,77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Şixverdi Hacıverdiyeva məxsus hissəsinin miras əmlaklar kimi onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və həmin əmlakların qanun üzrə vərəsəlik qaydasında bütünlüklə onun mülkiyyətinə verilməsinə dair qətnamə çıxarılmasını tələb edir. Aşağıdakı hallara görə o, İddiaçı həmin tələbi ilə razı deyildir. X4 onun babası X17 atası, X3 babasıdır. İddiaçı X3 ikinci arvadı, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Yavəroviç X3 ikinci arvadından, yəni İddiaçı olan uşaqlarıdır. O, və digər qardaşı X86 X3 birinci arvadından, yəni nümayəndəsi Nümayəndə (Sədifə) Salatovnadan olan uşaqlarıdırlar. Babasının atası X43, onun oğlu, yəni babası X38 və atası X7 rayonunun Hil kəndində yerləşən X27 məxsus fərdi yaşayış evində yaşamışlar. X14 həmin evdə yaşayan zaman Nümayəndə (Sədifə) Salatovna ilə ailə həyatı qurmuş, birinci həyat yoldaşı həmin evə gəlin köçmüşdür. O və qardaşı Cavabdeh1 X3 Nümayəndə (Sədifə) Salatovna ilə birgə nikahından olan uşaqlarıdırlar. X14 bir müddət Rusiya Federasiyasında yaşamış sonradan isə yenidən ailəsi ilə həmin evə qayıtmışdır. O və digər qardaşı X86 həmin evdə böyümüşlər. Babasının atası X43 10 fevral 1999-cu il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra qanun üzrə birinci növbədə vərəsələri babası X38 və yenə digər iki vərəsəsi qalmışlar. Lakin babasının atası X8 miras qalmış əmlakları, o cümlədən Qusar rayonunun Hil kəndində yerləşən fərdi yaşayış evini və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsini, həmin kənddə yerləşən, KOD 30111018 JN:763 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən 1,97 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini faktiki olaraq babası X38 qəbul edərək idarə etmişdir. Qusar rayonunun Hil kəndində yerləşən babasının atası X8 miras qalmış fərdi yaşayış evində babası X38, X14, o və digər qardaşı X86 yaşamışlar. Qusar rayonunun Hil kəndində torpaq islahatı keçirilən zaman Qusar rayon Aqrar İslahat Komissiyasının 24 oktyabr 1998-ci il tarixli 17/3 sayl qərarına əsasən həmin yaşayış evinin yerləşdiyi 0,22 ha həyətyanı torpaq sahəsinə babası X17 və onun adına KOD ********* JN:178F saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Bundan əlavə babası X17, onun arvadı, X1nın (Dövlət Aktında səhvən Surət Səfər qızı qeyd edilib), digər mülkiyyətçilər X19 və X49 mülkiyyətlərində Qusar rayonunun Hil kəndində 2,77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır və həmin torpaq sahəsinə onların mülkiyyət hüquqları KOD 30111018 JN:764 saylı Dövlət Aktı ilə təsdiq olunur. X1 09 iyun 2003-cü il, babası X38 11 noyabr 2004-cü il tarixlərdə vəfat etmişlər. Onların ölümündən sonra qanun üzrə birinci növbədə vərəsələri X14 və yenə digər 7 nəfər vərəsəsi qalmışlar. Lakin babası X9 və X1ndan miras qalmış əmlakları, o cümlədən Qusar rayonunun Hil kəndində yerləşən fərdi yaşayış evini və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinin babası X26 məxsus hissəsini, həmin kənddə yerləşən, KOD 30111018 JN:764 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən 2,77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin babası X26 və X1na məxsus hissəsini, habelə babasının atası X8 miras qalmış əmlakları faktiki olaraq atası X60 qəbul edərək idarə etmişdir, lakin həmin əmlakları rəsmi qaydada notariatda öz adına rəsmiləşdirməmişdir. Qusar rayonunun Hil kəndində yerləşən babasının atası X8 və babası X9 miras qalmış fərdi yaşayış evində X14, o və digər qardaşı X86, habelə həmin vaxt artıq atasıyla ailə həyatını qurmuş İddiaçı və onun uşaqları iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Yavəroviç yaşamağa davam etmişdirlər. X14 08 avqust 2014-cü il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra qanun üzrə birinci növbədə vərəsələri o, Cavabdeh1, digər qardaşı X86, İddiaçı və onun uşaqları iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Yavəroviç qalmışlar. X2 miras qalmış əmlakları, o cümlədən Qusar rayonunun Hil kəndində yerləşən fərdi yaşayış evini və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinin babası X26 məxsus hissəsini, həmin kənddə yerləşən, KOD 30111018 JN:764 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən 2,77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin babası X26 və X1na məxsus hissəsini, habelə babasının atası X27 məxsus əmlakları faktiki olaraq o, Cavabdeh1, digər qardaşı X86, İddiaçı qəbul edərək idarə etmişik. Qusar rayonunun Hil kəndində yerləşən babasının atası X8, sonra babası X9 və X2 miras qalmış fərdi yaşayış evində o, Cavabdeh1 və digər qardaşı X86, habelə İddiaçı öz uşaqları ilə yaşamağa davam etmişdirlər. Lakin vərsələrin heç biri qanunla müəyyənləşdirilmiş müddət ərzində X2 miras qalmış əmlakları notariat qaydasında öz adlarına rəsmiləşdirməmişlər. İndi isə İddiaçı babasının atası X8 miras qalmış əmlakın və babası X9 miras qalmış əmlakın yalnız onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsini və həmin əmlakların qanun üzrə vərəsəlik qaydasında bütünlüklə onun mülkiyyətinə verilməsini tələb edir. X3 ölümündən sonra ondan miras qalmış əmlakı təkcə İddiaçı yox, həm də o , Cavabdeh1 və digər qardaşı X86 faktiki qəbul etmişdirlər. X3 ölümündən sonra o, Cavabdeh1 və digər qardaşı X86 Qusar rayonunun Hil kəndində yerləşən babasının atası X8, sonra babası X9 və X2 miras qalmış fərdi yaşayış evində yaşamışdırlar, həmin evi İddiaçı ilə bərabər o, Cavabdeh1 və digər qardaşı X86 də faktiki qəbul edərək idarə etmişdirlər. O və qardaşı X86 Rusiya Federasiyasında yaşasalar da hər il yay aylarında Qusar rayonunun Hil kəndində yerləşən babasının atası X8, babası X9 və X2 miras qalmış fərdi yaşayış evinə gəlib həmin evdə yaşayıb, istirahət edib getmişdirlər. Axırıncı 1 ildə isə İddiaçı onları həmin evə buraxmaqdan imtina etmişdir. Bu səbəbdən o, babası X9 və X1ndan miras qalmış əmlaklara dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi üçün 2022-ci ilin noyabr ayında Qusar rayon Notariat Ofisinə müraciət etmişdir. Qusar rayon Notariat Ofisi həmin mirası qəbul etmək üçün qanunla müəyyənləşdirilmiş müddəti buraxmaqla müraciət etdiyini əsas tutaraq 17 noyabr 2022-ci il tarixli məktubu ilə ona qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina etmişdir. İddiaçı isə onda daha gec, yəni 2023-cü ilin may ayında babasının atası X8 və babası X9 miras qalmış əmlaklara dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi üçün Qusar rayon Notariat Ofisinə müraciət etmişdir. Qusar rayon Notariat Ofisi iddiaçının həmin mirası qəbul etmək üçün qanunla müəyyənləşdirilmiş müddəti buraxmaqla müraciət etdiyini əsas tutaraq 13 may 2022-ci il tarixli məktubu ilə İddiaçı qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina etmişdir. Babasın atası X8, babası X9, X1ndan və X2 miras qalmış əmlaklar barəsində qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi üçün Qusar rayon Notariat Ofisinə o, İddiaçı daha tez müraciət etmişdir. Babasının atası X8, babası X9, X1ndan və X2 miras qalmış əmlakların təkcə İddiaçı tərəfindən deyil, həm də onun , Cavabdeh1 tərəfindən faktiki edilməsi Qusar RİHB-mn Hil kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 14 sentyabr 2022-ci il tarixli 951 saylı arayışla təsdiq olunur. Həmin arayışdan görünür ki, babası X9 və X1ndan qalmış miras əmlaklarını “nəvələri Cavabdeh2, X62 və mərhum X34 həyat yoldaşı İddiaçı idarə edir”., Qusar rayonunun Hil kəndində yerləşən babasının atası X8, sonra babası X9 və X2 miras qalmış fərdi yaşayış evinin yerləşdiyi 0,22 ha həyətyanı torpaq sahəsi babası X17 və onun birgə ümumi mülkiyyətlərindədir. Həmin 0,22 ha həyətyanı torpaq sahəsinə babası X17 və onun birgə ümumi mülkiyyət hüquqlarını etiraza əlavə elədiyi KOD ********* JN:178F saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə təsdiq olunur. Həmin 0,22 ha həyətyanı torpaq sahəsindən babası X17 vəonun payları notarial və ya məhkəmə qaydasında müəyyənləşdirilməmişdir. Qanuna əsasən, miras qoyanla əmlaka ümumi mülkiyyət hüququ olan vərəsələrin ümumi mülkiyyətə daxil olan əmlakda vərəsəlikdə üstünlük hüququ vardır. Yuxanda göstərilənləri nəzərə alaraq xahiş edir ki, babasının atası X8, sonra isə babası X9 miras qalmış Qusar rayonunun Hil kəndində yerləşən fərdi yaşayış evinin; həmin kənddə yerləşən, babasının atası X8 miras qalmış KOD 30111018 JN:763 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən 1,97 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin; babası X9 miras qalmış Qusar rayonunun Hil kəndində yerləşən 0,22 ha həyətyanı torpaq sahəsinin babası X26 məxsus hissəsinin; həmin kənddə yerləşən, babası X9 miras qalmış KOD 30111018 JN:764 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən 2,77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin babası Şixverdi Hacıverdiyevə və X1na məxsus hissəsinin miras əmlaklar kimi onun, yəni Cavabdeh1, qardaşı X86 və İddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə və həmin əmlakda qanun üzrə vərəsəlik qaydasında onların hər birinin 1/3 hissədə paylarını müəyyən edilməklə həmin əmlakların onların mülkiyyətlərinə verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı məhkəmə iclasında məhkəməyə ərizə ilə müraciət etmiş və izahatında bildirmişdir ki, onun yoldaşının 4 oğlundan 3-ü Cavabdeh1, X86, Cavabdeh3 Yavəroviç Rusiya Federasiyasında doğulublar. Yeganə onun oğlu Cavabdeh2oviç həmin evdə dünyaya gəlib. Onlar 2001-ci ildə buraya gələndə qayınatası Hacıverdiyev Şıxverdi qayınanası ilə o evdə yaşayırdılar. 2003-cü ildə qayınanası dünyasını dəyişmiş, ondan sonra onun oğlu dünyaya gəlmişdir. Sonra isə 2004-cü ilin noyabr ayında qayınatası Hacıverdiyev Şıxverdi dünyasını dəyişmişdir. Bundan sonra mülkü onun həyat yoldaşı idarə etdi, həyat yoldaşı rəhmətə getdikdən sonra isə o, idarə etmişdir. Evin bütün kommunal ödənişləri onun üzərindədir, bütün ödənişləri özü etmişdir. 2014-cü ilin avqust ayının 8-də yoldaşı rəhmətə gedib və o vaxtdan kommunal xərclər onun adınadır. Oğlanlardan Cavabdeh2 orada qalıb. Qayınatası rəhmətə getdikdən sonra Valeriy onlarla yaşayırdı, yoldaşı rəhmətə getdikdən sonra artıq onları tərk etmişdi, yeni ailə qurub anasının yanına köçmüşdü. Cavabdeh2 atası rəhmətə gedəndə onunla qalırdı, hal hazırda Rusiyada yaşayır. Rəşad Rusiyada dünyaya gəlib, orada böyüyüb, hal hazırda da orada yaşayır. Həmin evə qonaq kimi gəlib-gedib. 22 ildi o, sözü gedən evdə yaşayır. Həmçinin bildirmişdir ki, Qusar rayon Məhkəməsinin icraatında olan onun Cavabdeh1, digər cavabdehlər Cavabdeh2,Cavabdeh3 Yavəroviçə və üçüncü şəxs Qusar rayon Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlakların qanun üzrə vərəsəlik qaydasında mülkiyyətə verilməsi tələbinə dair yekun məhkəmə aktı çıxararaq mərhum X11, sonra isə X12, X6 və X31 miras qalmış əmlakların Cavabdeh1, X86, İddiaçı, Cavabdeh2 və Cavabdeh3 Yavəroviç tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə və həmin əmlakda qanun üzrə vərəsəlik qaydasında olan hər birinin 1/5 hissə ilə paylarının müəyyən edilməklə həmin əmlakların mülkiyyətlərinə verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qismən qəbul etmiş və izahatında bildirmişdir ki, əmlakın qanuni qaydada, vərəsəlik qaydasında 5 hissəyə bölünməsini istəyir. Anası İddiaçı iddia ərizəsində qeyd etdiyi əmlakın 1/5 hissədə paylanılmasına razılıq verir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və üçüncü şəxs X67 etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddianı qismən qəbul etmiş, məhkəməyə ərizə təqdim edərək izahatında bildirmişdir ki, Hacıverdiyev Şıxverdi onun oğlu Hacıverdiyev Rəşadın əlində can verib və onun bütün qulluğunu onun uşaqları çəkiblər. Hacıverdiyev Şıxverdinin və X13 bütün xəstəlik və ölüm xərclərinin kimin tərəfindən çəkildiyi barədə arayış vardır. Atası öldükdən sonra da onun uşaqları orada yaşayıblar. Ondan sonra uşağın biri RF-na getmişdir, axırıncı dəfə gələndə evdə yaşayan Təranə xanım uşağı evə qoymayıb. Halbuki, onların ata-baba yurdudur, orada olmaq istəyirlər, oradan pay istəyirlər. O, 1/5 hissəyə vərəsəlikdən düşən paya razıdır. Onun böyük oğlu Cavabdeh1 o evdə böyüyüb, o evdən əsgər gedib, hərbi bileti var. Babasının, nənəsinin, atasının da qulluğunda onun uşağı durub. İddiaçı tərəfindən deyilənləri o, qəbul etmir. O, Hacıverdiyev Şıxverdinin yoldaşı olmuşdur. Həmin nikahdan 2 uşaqları dünyaya gəlmişdir. Nikah pozulduqdan sonra uşaqlar həmin evdə babasının, Hacıverdiyev Şıxverdinin yanında qalırdılar. Yavər rəhmətə gedəndən, 2014-dən sonraya qədər 2 uşağın ikisi də orada qalırdı. Qusar rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh1, digər cavabdehlər Cavabdeh2,Cavabdeh3 Yavəroviçə və üçüncü şəxs Qusar rayon Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlakların qanun üzrə vərəsəlik qaydasında mülkiyyətə verilməsi tələbinə dair yekun məhkəmə aktı çıxararaq mərhum X11, sonra isə X12, X6 və X31 miras qalmış əmlakların Cavabdeh1, X86, İddiaçı, Cavabdeh2 və Cavabdeh3 Yavəroviç tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə və həmin əmlakda qanun üzrə vərəsəlik qaydasında olan hər birinin 1/5 hissə ilə paylarının müəyyən edilməklə həmin əmlakların mülkiyyətlərinə verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 və X67 vəkili X109 iddianı qismən qəbul etmiş və bildirmişdir ki, iddiaçı tərəflə yanaşı cavabdeh tərəf ya 3-cü şəxs də qanunla müəyyənləşdirilmiş müddət ərzində faktiki qəbul ediblər. Cavabdeh1 birgə mülkiyyətçilik əsasında yaşayış yerinin yerləşdiyi torpaqda öz payı vardır. Miras qoyulan əmlakda payın olması özü də üstün hüquqa əsas verir. Hacıverdiyev Yavərin varisləri olaraq 5 nəfər arasında 1/5 hissədə bölüşdürülməsinə razıdırlar. Ona görə də o, xahiş edir ki, tərəflərin təqdim etdikləri ərizəyə uyğun hərəsinin 1/5 hissədə paylarının müəyyənləşdirilməsi barədə qətnamə çıxarılsın. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Yavəroviçə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin şəxslər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Üçüncü şəxslər X74 və Qusar rayon Notariat ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin şəxslər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci və 185.6-cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, iddiaçının və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan Qusar RİHB-nın Hil kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 07 aprel 2023-cü il tarixli 348 saylı arayışdan görünür ki, mərhum X55 vəfat etdiyi günə kimi ünvan 1i ünvanında yaşamışdır və onun ölümündən sonra nümayəndəlikdə olan məlumata görə aşağıdakı vərəsələri qalmışdır. Arvadı İddiaçı Əlirza qızı, oğlu Cavabdeh3 Yavəroviç, oğlu Cavabdeh2, oğlu X62, oğlu X85. Mərhumun ölümündən sonra miras əmlakını İddiaçı Əlirza qızı idarə edir. İşdə olan Qusar RİHB-nın Hil kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 14 sentyabr 2022-ci il tarixli 951 saylı arayışdan görünür ki, mərhum X38 və həyat yoldaşı X35 vəfat etdiyi günə kimi ünvan 1i ünvanında yaşayıblar və onların ölümündən sonra nümayəndəlikdə olan məlumata görə aşağıdakı vərəsələri qalmışdır.X28, X40, X41, X42,X50, X55, Cavabdeh2 Şixverdi oğlu, X51.Mərhumların ölümündən sonra miras əmlakını nəvələri Cavabdeh2, X62 və mərhum X34 həyat yoldaşı X63 idarə edir. İşdə olan Qusar RİHB-nın Hil kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 16 mart 2023-cü il tarixli 292 saylı arayışdan görünür ki, X4na məxsus ünvan 1ində yerləşən evdə hal-hazırda ev uçotu kitabına əsasən aşağıdakı şəxslər qeydiyyatdadır.İddiaçı, Cavabdeh3 Yavəroviç, Cavabdeh2. İşdə olan Qusar RİHB-nın Hil kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 07 aprel 2023-cü il tarixli 347 saylı arayışdan görünür ki,mərhum X55 vəfat etdiyi günə kimi ünvan 1i ünvanında yaşamışdır və onun ölümündən sonra mərhumun 1-ci növbə vərəsələri qalmamışdır.Həmin vərəsələr aşağıdakı üzrədir. X38, X39, X52. İşdə olan Qusar rayon Dövlət Arxivi tərəfindən verilmiş 01 may 2023-cü il tarixli 3-48- 30RA/1-h-1xx-xx/2023 saylı arxiv arayışının surətindən görünür ki,rayon arxivində saxlanılan ünvan 1 inzibati ərazi üzrə nümayəndəliyinin 1991-1995-ci ilərin Hil kənd üzrə 3 saylı Təsərrüfatbaşına kitabında şəxsi hesab nömrəsi 227 olan X16 təsərrüfatın şəxsi mülkiyyətində ümumi sahəsi 123kv.metr o cümlədən yaşayış sahəsi 58 kv.metr olan yaşayış evi və təsərrüfatın şəxsi istifadəsində 1990-1995-ci illərdə cəmi 0.15 hektar torpağın olduğu qeyd edilmişdir. İşdə olan Qusar rayon Dövlət Arxivi tərəfindən verilmiş 01 may 2023-cü il tarixli 3-48- 30RA/1-h-1xx-xx/2023 saylı arxiv arayışının surətindən görünür ki,rayon arxivində saxlanılan ünvan 1 inzibati ərazi vahidi üzrə nümayəndəliyinin 1996-2000-ci ilərin Hil kənd üzrə 4 saylı Təsərrüfatbaşına kitabında şəxsi hesab nömrəsi 293 olan X16 təsərrüfatın xüsusi mülkiyyətində 1996-2000-ci illərdə cəmi 0.22 hektar torpağın olduğu qeyd edilmişdir. İşdə olan Qusar RİHB-nın Hil kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 20 aprel 2023-cü il tarixli 397 saylı arayışın surətindən görünür ki, Cavabdeh2 ünvan 1 sakini olmuş mərhum X38 oğlunun vərəsələri siyahısına daxildir. İşdə olan Qusar RİHB-nın Hil kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 20 aprel 2023-cü il tarixli 396 saylı arayışın surətindən görünür ki, Cavabdeh2 ünvan 1 sakini olmuş mərhum X38 oğlunun vərəsələri siyahısına daxildir. İşdə olan 29 oktyabr 2014-cü il tarixli İİ-СТ 507652 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X96 ilə X54 27 iyul 2001-ci ildə nikaha daxil olaraq “Hacıverdiyeva” soyadını qəbul etmişdir. İşdə olan 20 fevral 2002-ci il tarixli İ-СТ 602311 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 Yavəroviç xx xxx 1998-ci ildə Rusiyanın Anqarsk şəhərində anadan olmuşdur. Anası İddiaçı, atası isə X37. İşdə olan 30 avqust 2004-cü il tarixli AZ-İ 523601 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 xx xxxx 2004-cü ildə Qusar rayonunda anadan olmuşdur. Anası İddiaçı,atası X33. İşdə olan Qusar RİHB-nın Hil kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 sentyabr 2014-cü il tarixli AZ-İ 669484 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X56, 08 avqust 2014-ü il tarixində koma səbəbindən ünvan 1ində vəfat etmişdir. İşdə olan Qusar RİHB-nın Hil kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 noyabr 204-cü il tarixli 146983 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X38, 11 noyabr 2004-cü il tarixində beyin infaktı səbəbindən ünvan 1ində vəfat etmişdir. İşdə olan Qusar RİHB-nın Hil kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 09 iyun 2003-cü il tarixli AZ 145971 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X35, 09 iyun 2003-cü il tarixində qaraciyər çatışmazlığı səbəbindən ünvan 1ində vəfat etmişdir. İşdə olan Qusar RİHB-nın Hil kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 11 may 2017-ci il tarixli 341433 saylı arayışın surətindən görünür ki,mərhum X44 ürək çatışmazlığı səbbindən ünvan 1ində ölmüşdür. İşdə olan 03 aprel 1960-cı il tarixli İ-ИЕ №805930 saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X55 19 mart 1960-cı ildə Qusar rayonunda anadan olmuşdur. X5, atası isə X32r. İşdə olan 16 may 1955-ci il tarixli ИЕ № 236377 saylı Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X72 ilə X38 16 may 1955-ci ildə nikaha daxil olaraq “Hacıverdiyeva” soyadını qəbul etmişdir. İşdə olan JN-763 KOD 30111018 saylı Torpağa mülkiyyətə dair Dövlət aktının surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 12 may 2000-ci il tarixli 6/6 saylı qərarı ilə Qusar rayonu Hil kəndində yerləşən 1.97 hektar torpaq sahəsi Qusar rayon kənd sakini X23 təsərrüfatı istehsalı məqsədi üçün verilmişdir. İşdə olan JN-764 30111018 saylı Torpağa mülkiyyətə dair Dövlət aktından görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 24 oktyabr 1998-ci il tarixli 17/3 saylı qərarı ilə Qusar rayonu Hil kəndində yerləşən 2.77 hektar torpaq sahəsi Qusar rayon kənd sakini X38, X73, X45 və X15 təsərrüfatı istehsalı məqsədi üçün verilmişdir. İşdə olan Qusar rayon Hil Bələdiyyə sədri tərəfindən verilmiş 28 noyabr 2022-ci il tarixli 169 saylı arayışdan görünür ki,hal - hazırda İddiaçı yaşadığı mərhum qaynatası X21 hesabında olan yaşayış evinin və dövlət tərəfindən mülkiyyətə verilmiş pay torpaq sahələrinin vergilərini 2004-cü ildən 2014-cü ilə qədər onun mərhum həyat yoldaşı X55 rəhmətə gedəndən sonrakı illərdə (2014-cü ildən 2022-ci il vergilərini)İddiaçı tərəfindən ödənilmişdir. İşdə olan Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “AZTELEKOM” MSC X66 Qusar şöbəsi tərəfindən verilmiş 16 mart 2023-cü il tarixli 63/6 saylı arayışdan görünür ki,ünvan 1 sakini İddiaçı adında ********** saylı telefon nömrəsi vardır. İşdə olan JN-178f KOD 30111018 saylı Torpağin mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 24 oktyabr 1998-ci il tarixli 17/3 saylı qərarı ilə ünvan 1i ərazisidə yerləşən 0.22 ha torpaq sahəsi X53 və X58 verilmişdir. İşdə olan JN-1176G KOD 30111018 saylı Torpağin mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 24 oktyabr 1998-ci il tarixli 17/3 saylı qərarı ilə ünvan 1i ərazisidə yerləşən 0.15 ha torpaq sahəsi X26 verilmişdir. İşdə olan Qusar RİHB-nın Hil kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 12 aprel 2023-cü il tarixli 05-4-87/15 saylı arayışın surətindən görünür ki, Rusiya Federasiyasının Kurqan rayon şəhər VVAQ şöbəsinin xx.xx.2000-ci il tarixli bildirişinə əsasən Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən,qeydə alınmış xx.xx.1960-cı il tarixdə 62 satlı doğum haqqında akt qeydində adı “Sədifə” əvəzinə “Zərifə”yə,ata adı “Salat qızı” əvəzinə “Salatovna” ya düzəliş edilmiş və ona AZ 170002 saylı xx.xx.2022-ci il tarixli yeni doğum haqqında şəhadətnamə verilmişdir. İşdə olan 09 yanvar 1986-cı il tarixli 149 saylı doğum hqqında şəhadətnamənin surətindən görünür ki,Cavabdeh1 Yaveroviç xx xxxxxx 1985-ci ildə Qusar rayonunda anadan olmuşdur.X22,atası X25. İşdə olan 03 aprel 1989-cu il tarixli 1461 saylı doğum hqqında şəhadətnamənin surətindən görünür ki,X86 17 mart 1989-cu ildə Qusar rayonunda anadan olmuşdur.X22,atası X33. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Əliqulu Hacıverdiyevin mülkiyyətində 0.15 ha həyətyanı, 1.97 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur. Fərdi yaşayış evinə dair Əliqulu Hacıverdiyevin adına mart 1989-cu il tarixli texniki pasport tərtib edilmiş, həmçinin Qusar rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-48-30RA/l-h-1xx-xx/2023 saylı arxiv arayışına əsasən rayon arxivində saxlanılan Qusar rayonu Hil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 1991-1995-ci illərin Hil kəndi üzrə 3 nömrəli təsərrüfatbaşına kitabında şəxsi hesab nömrəsi 227 olan X16 təsərrüfatın şəxsi mülkiyyətində ümumi sahəsi 123 kv.metr, o cümlədən yaşayış sahəsi 58 kv.metr olan yaşayış evi və təsərrüfatın şəxsi istifadəsində 1990-1995-ci illərdə cəmi 0.15 hektar torpağın olduğu qeyd edilmişdir. Bundan başqa, X16 mülkiyyətində olan 1.97 ha torpaq sahəsi JN:763 Kod 30111018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə Əliqulu Hacıverdiyevin adına rəsmiləşdirilmişdir. Əliqulu Hacıverdiyev xx.xx.1999-cu il tarixdə vəfat etmişdir. Vəfat etdikdən sonra onun aşağıdakı qanun üzrə vərəsələri qalmışdır: oğlu X38, oğlu X39, qızı X46. Həmin vərəsələrin hər üçü vəfat etmişdir. Əliqulu Hacıverdiyev vəfat etdikdən sonra yuxarıda qeyd olunan əmlakların hamısı həmin şəxsin oğlu, yəni Şixverdi Hacıverdiyev tərəfindən miras əmlak kimi faktiki olaraq qəbul edilmişdir. Belə ki, Əliqulu Hacıverdiyev vəfat etməmişdən əvvəl özünün mülkiyyətində olan evdə oğlu Şixverdi Hacıverdiyevlə birlikdə yaşamışdır. Əliqulu Hacıverdiyev vəfat etdikdən sonra da Şixverdi Hacıverdiyev həmin evdə yaşamaqda davam etmiş, evə bütövlükdə sahiblənməklə onun faktiki yiyəsi olmuşdur. Həmçinin, evin yerləşdiyi həyətyanı torpaq sahəsi və pay torpaq sahəsi də Şixverdi Hacıverdiyevin mübahisəsiz sahibliyində və idarəçiliyində olmuşdur. Bundan başqa, X17 özünün mülkiyyətində Qusar rayonu Hil kəndində yerləşən 0.22 ha həyətyanı torpaq sahəsi və 2.77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur. Qeyd olunan 0.22 ha həyətyanı torpaq sahəsi JN-178F 30111018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə X17 və sonuncunun nəvəsi X47 adına rəsmiləşdirilmişdir. 2.77 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi isə JN:764 Kod 30111018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə X17, X48, X19 və X49 adlarına rəsmiləşdirilmişdir. X38 xx.xx.2004-cü il tarixdə vəfat etmişdir. Vəfat etdikdən sonra onun qanun üzrə aşağıdakı vərəsələri qalmışdır: X36, X40, X41, X42, X50, X55, Cavabdeh2 Şixverdi oğlu, X51. X38 vəfat etdikdən sonra həmin şəxsin miras kütləsinə daxil olan, o cümlədən həmin şəxsin öz atası Əliqulu Hacıverdiyevin vərəsəsi kimi yiyələndiyi və sahibləndiyi miras əmlaklar Şixverdi Hacıverdiyevin oğlu, onun həyat yoldaşı X55 tərəfindən miras əmlak kimi faktiki olaraq qəbul edilmişdir. Belə ki, mərhum Şixverdi Hacıverdiyev vəfat etməmişdən əvvəl özünün mülkiyyətində olan evdə oğlu Yavər Hacıverdiyevlə birlikdə yaşamışdır. Şixverdi Hacıverdiyev vəfat etdikdən sonra da Yavər Hacıverdiyev həmin evdə yaşamaqda davam etmiş, evə bütövlükdə sahiblənməklə onun faktiki yiyəsi olmuşdur. Həmçinin, evin yerləşdiyi həyətyanı torpaq sahəsi və pay torpaq sahələri də Yavər Hacıverdiyevin mübahisəsiz sahibliyində və idarəçiliyində olmuşdur. Həyat yoldaşı Yavər Hacıverdiyev 08 avqust 2014-cü il tarixdə vəfat etmişdir. Vəfat etdikdən sonra onun qanun üzrə aşağıdakı vərəsələri qalmışdır: İddiaçı, Cavabdeh3 Yavər oğlu, Cavabdeh2, X71. X24 Hacıverdiyevin əvvəlki nikahından olan övladıdır. Bundan başqa müəyyən olunmuşdur ki, tərəflər arasında razılıq əldə olunmuş, məhkəməyə ərizələr təqdim edərək, həmin miras əmlakın tərəflər arasında 1/5 hissədə olmaqla bərabər bölünməsinə razı olmuşlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1 -ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151,2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1, 1159.1.1-ci maddələrinə əsasən birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1163-cü maddəsinə əsasən Nikahı ləğv etmiş ər-arvad birbirindən sonra vərəsə ola bilməzlər. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1274-cü Miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Həmin Məcəllənin 1281-ci maddəsinə əsasən Əgər mirası qəbul edən bütün vərəsələrin razılaşması ilə ayrı qayda müəyyənləşdirməyibsə, bölünməsi təsərrüfat təyinatının itirilməsinə və ya zəifləməsinə səbəb olacaq əmlak bölüşdürülmür və vərəsələrin paylarına uyğun onların ümumi mülkiyyəti olur. “G.Qəhrəmanovanm şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Mülki Məcəllənin 1246cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Həmçinin, həmin qərarda qeyd olunmuşdur ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Burada nəzərə alınmalıdır ki, həmin öhdəliklərin yerinə yetirilməsi vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin təmin edilməsinə və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanm şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 iyul 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin vərəsəlik şəhadətnaməsi anlayışı adlanan 1321- ci maddəsinə görə, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Həmin Məcəllənin 1325-ci maddəsinə görə, vərəsəlik şəhadətnaməsi həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Göründüyü kimi, vərəsəlik hüquq münasibətlərini tənzimləyən mülki qanunvericilik mirasın qəbulunun iki üsulunu-yəni formal və qeyri-formal üsullarını müəyyən etmiş, mirasın vərəsənin mülkiyyətinə keçməsini qanunla müəyyən edilmiş müddət daxilində onun özünün həmin mirasın mülkiyyətçisi olmaq niyyətini ifadə edən iradə ifadəsi ilə şərtləndirmişdir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu dedikdə isə vərəsənin elə hərəkətləri başa düşülür ki, o, məhz vərəsə kimi həmin hərəkətləri ilə mirası qəbul etmək niyyətini açıq-aşkar nümayiş etdirir və vərəsənin həmin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi güddüyü müəyyən olunur. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Belə hərəkətlər əsasən vərəsənin miras qoyanın ölümündən əvvəl və bundan sonra onun evində yaşaması və ya miras qoyanın ölümündən sonra onun evinə köçərək orada yaşaması, mirasın saxlanması və idarə olunması üçün onun tərəfindən xərclərin çəkilməsi və vergilərin ödənilməsi və s. hərəkətlər aiddir. Məhkəmə hesab edir ki, X8, sonra isə X9 miras qalmış Qusar rayonunun Hil kəndində yerləşən fərdi yaşayış evinin; həmin kənddə yerləşən X8 miras qalmış KOD 30111018 JN:763 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən 1,97 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin; X9 miras qalmış Qusar rayonunun Hil kəndində yerləşən 0,22 ha həyətyanı torpaq sahəsinin X26 məxsus ½ hissəsinin; həmin kənddə yerləşən, X9 miras qalmış KOD 30111018 JN:764 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən 2,77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X26 məxsus ¼ hissəsinin və X18 məxsus ¼ hissəsinin 5 nəfər vərəsə yəni, İddiaçı, Cavabdeh2, Cavabdeh1, X86 və Cavabdeh3 Yavəroviç arasında 5 (beş) bərabər hissəyə bölünməklə həmin şəxslərin müvafiq mülkiyyətlərinə verilməlidir. Belə ki, miras qoyanların yuxarıda göstərilən əmlakları İddiaçı əri, digər 4 nəfər şəxslərin isə ataları olmuş Yavər Hacıvermiyev tərəfindən vəfat edənədək faktiki olaraq qəbul edilmiş, məhz həmin şəxs həmin miraslara sahiblənməklə onları idarə etmiş, bu istiqamətdə müvafiq aktiv hərəkətlər etməklə torpaq sahələrinin torpaq vergilərini, həmçinin fərdi yaşayış evinin əmlak vergilərini, kommunal xidmət haqlarını ödəmişdir. Yavər Hacıverdiyev vəfat etdikdən sonra isə həmin miras əmlakılar onun arvadı Təranə Hacıverdiyevin və 4 nəfər övladlarının sahibliyinə keçmiş, həmin şəxslər həmin əmlakları faktiki olaraq qəbul etmişlər, Yavər Hacıverdiyevin vərəsələri olaraq miras əmlakların idarə olunmasını davam etdirmişlər. Odur ki, məhkəmənin qənaətinə görə miras qoyanların yuxarıda göstərilən miras əmlaklarına dair yuxarıda göstərilən 5 nəfər vərəsənin bərabər subyektiv vərəsəlik hüquqları vardır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndəsi öz tələblərinin əsası kimi istinad etdiyi halları qismən sübuta yetirmişlər. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası qismən təmin olunmalı, X8 miras qalmış Qusar rayonunun Hil kəndində yerləşən fərdi yaşayış evinin; həmin kənddə yerləşən X8 miras qalmış KOD 30111018 JN:763 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən 1,97 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin; X9 miras qalmış Qusar rayonunun Hil kəndində yerləşən 0,22 ha həyətyanı torpaq sahəsinin X26 məxsus ½ hissəsinin; həmin kənddə yerləşən, X9 miras qalmış KOD 30111018 JN:764 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən 2,77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X26 məxsus ¼ hissəsinin miras əmlaklar kimi İddiaçı, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 Yavəroviç və X86 tərəfindən faktiki olaraq qəbul edilməsi faktı müəyyən olunmaqla həmin miras əmlakların 1/5 hissəsi İddiaçı, 1/5 hissəsi Cavabdeh2, 1/5 hissəsi Cavabdeh1, 1/5 hissəsi Cavabdeh3 Yavəroviçin və 1/5 hissəsi X67 mülkiyyətinə verilməlidir. Bundan başqa X6 miras qalmış Qusar rayonunun Hil kəndində yerləşən KOD 30111018 JN:764 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən 2,77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X18 məxsus 1/4 hissəsinin miras əmlak kimi İddiaçı, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 Yavəroviç və X86 tərəfindən faktiki olaraq qəbul edilməsi faktı müəyyən olunmaqla həmin miras əmlakın 1/5 hissəsi İddiaçı, 1/5 hissəsi Cavabdeh2, 1/5 hissəsi Cavabdeh1, 1/5 hissəsi Cavabdeh3 Yavəroviçin və 1/5 hissəsi X67 mülkiyyətinə verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs X67 iddiası qismən təmin edilsin. X8 miras qalmış Qusar rayonunun Hil kəndində yerləşən fərdi yaşayış evinin; həmin kənddə yerləşən X8 miras qalmış KOD 30111018 JN:763 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən 1,97 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin; X9 miras qalmış Qusar rayonunun Hil kəndində yerləşən 0,22 ha həyətyanı torpaq sahəsinin X26 məxsus ½ hissəsinin; həmin kənddə yerləşən, X9 miras qalmış KOD 30111018 JN:764 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən 2,77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X26 məxsus ¼ hissəsinin miras əmlaklar kimi İddiaçı, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 Yavəroviç və X86 tərəfindən faktiki olaraq qəbul edilməsi faktı müəyyən olunmaqla həmin miras əmlakların 1/5 hissəsi İddiaçı, 1/5 hissəsi Cavabdeh2, 1/5 hissəsi Cavabdeh1, 1/5 hissəsi Cavabdeh3 Yavəroviçin və 1/5 hissəsi X67 mülkiyyətinə verilsin. X6 miras qalmış Qusar rayonunun Hil kəndində yerləşən KOD 30111018 JN:764 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən 2,77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X18 məxsus 1/4 hissəsinin miras əmlak kimi İddiaçı, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 Yavəroviç və X86 tərəfindən faktiki olaraq qəbul edilməsi faktı müəyyən olunmaqla həmin miras əmlakın 1/5 hissəsi İddiaçı, 1/5 hissəsi Cavabdeh2, 1/5 hissəsi Cavabdeh1, 1/5 hissəsi Cavabdeh3 Yavəroviçin və 1/5 hissəsi X67 mülkiyyətinə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar