Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-54/2024 11.06.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil cavabdehlər Cavabdeh2, Qusar rayon Notariat Ofisinə, üçüncü şəxslər X17, X4, X23, X28 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia tələbi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil cavabdehlər Cavabdeh2, Qusar rayon Notariat Ofisinə, üçüncü şəxslər X17, X4, X23, X28 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,X18, X5, X21, X24, İddiaçı, X25 ilə X26 arasında bağlanmış xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız sayılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlar X5, X21, X24, İddiaçı, X25 mərhum X8 ailə üzvləridir. Belə ki, X18 xx.xx.1977-ci il tarixdə X5 ilə ailə qurmuş və onların birgə nikahından aşağıdakı uşaqları anadan olmuşlar: X21 - xx.xx.1978, X24 - xx.xx.1980, İddiaçı - xx.xx.1985, X25 - xx.xx.1991. Ailə Qusar rayonunun Aşağı Ləyər kəndində yaşamış və hazırda da X18 istisna olmaqla həmin kənddə yaşayırlar. Qusar rayonu Aqrar İslahatı Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə xx.xx.1999-cu ildə ailəyə Qusar rayonu Aşağı Ləyər kəndi ərazisindən 72232,16 kv.metr sahəsi olan pay torpağı verilmiş və bu barədə onlara JN 357 seriyalı, 30100018 nömrəli Torpağa mülkiyyət hüququna dair Şəhadətnamə verilmişdir. Təxminən 5 ay öncə ona məlum olmuşdur ki, onun pay torpağı mərhum atası X18 tərəfindən xx.xx.2005-ci il tarixində tanımadığı hazırkı cavabdeh X1. Bundan sonra onun tərəfindən payın alqı-satqı müqaviləsini təsdiq edən Cavabdeh1 tərəfindən hazırlanmış 4Ə-3-576 nömrəli notariat işi əldə olunmuşdur. Notariat işinin materillarından müəyyən olunur ki, 29.11 2005-ci il tarixində X18 özünün və ailə üzvlərinin mülkiyyətində olan 7,22 ha torpaq sahəsini, ailə üzvlərinin razılığı ilə X2. Həmçinin notariat işi materiallarında ailə üzvlərinin, yəni hazırkı iddiaçıların razılıq ərizələri mövcuddur. Bildiririk ki, sözügedən alqı-satqı müqaviləsindən onun xəbəri olmamışdır. Belə aydın olur ki, mərhum atası X18 onunrazılığı olmadan, onun adından ərizələr hazırlanmaqla sözügedən torpaq sahəsini X2. Alqı-satqı zamanı onların mülkiyyətçi kimi razılıq ərizələrinin hamısı saxtadır və sözügedən razılıq ərizələrində olan imzaların heç biri onlara məxsus deyil. Ümumiyyətlə, sözügedən alqı-satqı müqaviləsi qanunda nəzərdə tutulduğu qaydada bağlanmadığından hesab edir ki, etibarsızdır. Belə ki, satılan torpaq sahəsi onun ailəsinə verilmiş və torpaq sahəsi üzərində 6 nəfərin bərabər payı mövcuddur. Lakin xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsi yalnız X18 ilə X26 arasında bağlanmışdır. Halbuki alqı-satqı müqaviləsi bağlanan zaman yalnız X25 yetkinlik yaşına çatmamış, digər mülkiyyətçilər isə yetkinlik yaşına çatmışlar. Belə olan halda onların torpaq sahəsinin satılması zamanı razılıq ərizəsi deyil, birbaşa iştirakçı kimi münasibətləri öyrənilməli və iştirakı tələb olunmalıydı. Bundan başqa yetkinlik yaşına çatmayan X13 14 yaşı olmasına baxmayaraq ondan da razılıq ərizəsi alınmışdır. Eyni zamanda alınmış razılıq ərizəsinə baxmayaraq guya X25 yetkinlik yaşına çatmadığı üçün onun valideynlərindən də razılıq ərizəsi alınmışdır. Əgər valideynlərinin razılıq ərizəsi mövcud idisə o zaman X13 yetkinlik yaşına çatmamasına rəğmən ondan razılıq ərizəsinin alınmasına nə ehtiyac var idi. Bütün bunlar onu sübut edir ki, sözügedən alqı-satqı müqaviləsi onun xəbəri və razılığı olmadan satılmışdır. Bundan başqa X26 xx.xx.2018-ci il tarixdə ölmüş və onun arvadı X31 xx.xx.2018-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən qanun üzrə vərəsəsi tanınmışdır. Hesab edir ki,X18, X5, X21, X24, İddiaçı, X25 ilə X26 arasında bağlanmış 29.11. 2005-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız sayılmalıdır. İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, hal-hazırki işlə bağlı Məhkəmə xətşünaslıq ekspertizası təyin edilmişdir,xətt və imzaların ekspertizası təyin edilmişdir.Ekspertin qarşısında Qusar Dövlət notariat kontorunda 4ə-3-576 nömrə ilə qeydiyyata alınmış xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2005-cil tarixli ərizədə olan imzaların X5,X21,X29,X25 və İddiaçı tərəfindən icra edilmişdirmi(yazılmışdırmı) sual qoyulmuşdur.Yekunda təhqiqatın nəticəsi olaraq müəyyən olunmuşdur ki,ekspertin rəyinə əsasən,həqiqətəndə həmin ərizələrdə olan imzalar başqa şəxs tərəfindən icra edilmişdir.Belə olan halda iddia tələbi tam əsaslı olduğundan təmin olunmalıdır. Məhkəməyə təqdim olunmuş iddianı tam şəkildə müdafiə edir.xx.xx.2024-cü il tarixdə saat 11:30-da təyin olunmuş məhkəmə baxış iclasında Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun icraatında olan və Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının hakimi Sabit Bəhrəmzadənin icraatında olan cinayət işi ilə bağlı iştirakı zəruri olduğundan iştirak edə bilmir.İddianı müdafiə edir vəməhkəmə iclasını onların iştirakları olmadan keçirib iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh2, Qusar rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin şəxs və Notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Üçüncü şəxslər X17, X4, X23, X28 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin şəxslər və həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4, 185.5 və 185.6-cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. İşdə olan 23 noyabr 2005-ci il tarixli 4ə-3-576 reyestr nömrəli müqavilənin surətindən görünür ki, X18, X14, X21, X24, İddiaçı və X6 rayon torpaq şöbəsindən verilmiş 03 mart 1999-cu il tarixli JN:357 KOD 30100018 saylı dövlət aktına əsasən Qusar rayonu Aşağı Ləyər kəndi ərazisində yerləşən 7.22 ha torpaq sahəsini vətəndaş X1923248400 (iyirmi üç milyon iki yüz qırx səkkiz min dörd yüz) manata satmışdır. İşdə olan JN-357 KOD 30100018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1998-ci il tarixli 10/7 saylı qərarı ilə Qusar rayonu Aşağı Ləyər kəndi ərazisində yerləşən 7.22 ha torpaq sahəsi X8, X7, X9, X15, İddiaçı və X13 xüsusi mülkiyyətlərinə verilmişdir. İşdə olan X18 və X14 tərəfindən imzalanmış ərizənin surətindən görünür ki, JN-357 saylı dövlət aktına əsasən onlara və həddi buluğa çatmamış övladlarına məxsus olan Qusar rayonu Aşağı Ləyər kəndindəki ünvanda yerləşən 7.22 ha torpaq sahəsinin alqı-satqısı zamanı müqaviləyə özləri tərəfindən imza edilməsinə razıdır. İşdə olan X14, X21, X24 və İddiaçı tərəfindən imzalanmış ərizənin surətindən görünür ki, onlara və X10 məxsus Qusar rayonu Aşağı Ləyər kəndi ərazisində yerləşən 7.22 ha torpaq sahəsinin satılmasına etiraz etmirlər. İşdə olan AZ-İ 946805 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X26 xx.xx.2018-ci il tarixdə ölmüşdür. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən verilimiş 4/117 saylı 29 fevral 2024-cü il tarixli məhkəmə-xətşünaslıq ekspertizasının ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş X3 adından olan xx.xx.2005-ci il tarixli əezidə “İmza” qrafasındakı imza və “Məhərrəmova” yasızı X12 (Salam) qızı tərəfindən icra olunmuşdur.Ekspertizaya təqdim edilmiş Abdiyeva (Məhərrəmova) Validə Sabir qızının adından olan xx.xx.2005-ci il tarixli əezidə “İmza” qrafasındakı imza Abdiyeva (Məhərrəmova) Validə Sabir qızı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş X15 adından olan xx.xx.2005-ci il tarixli ərzidə “İmza” qrafasındakı imza X24 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.Ekspertizaya təqdim edilmiş X16 adından olan xx.xx.2005-ci il tarixli əezidə “İmza” qrafasındakı imza X27 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş X11 adından olan xx.xx.2005-ci il tarixli ərizədə “İmza” qrafasındakı imza və Məhərrəmov yazısı X22 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən verilimiş 4/117 saylı 29 fevral 2024-cüil tarixli məhkəmə-xətnüşaslıq ekspertizasının tədqiqat dəyəri 100 (yüz) manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən verilimiş 4/117 saylı 29 fevral 2024-cü il tarixli məhkəmə-xətşünaslıq ekspertizasının ekspert rəyinin iddiaçının sübutu kimi qəbul etmir. Razılıq ərizəsində göstərilən imzaların başqa şəxs tərəfindən icra olunması hazırkı iş üzrə təqdid olunmuş sübutlara əsasən iddia tələbinin təmin olunması üçün sübut kimi qəbul edilə bilməz. Azəbaycan Respublikası Mülki Məcəlləsinin 139.1. mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
140. reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 222.1. Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. 222.2. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. 324.1. əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4. müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 334.1. Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. 337.1. bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 351.2. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir.
357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. 351.3. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. 360.1. Əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin. 355.1. Əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. 355.2. Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur. 360.2. Təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir.
394. bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 52-ci maddəsinə əsasən, torpaq sahəsi üzərində birgə hüquqlar iki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində torpaq sahəsi olduqda, habelə mülkiyyətçi, istifadəçi və icarəçi arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilə əsasında onlara məxsus olan torpaq sahələrinin birləşdirilməsi zamanı yaranır. İki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaq sahəsi həmin şəxslərin birgə mülkiyyət, birgə istifadə və ya birgə icarə hüququnda məxsus ola bilər. Birgə mülkiyyətdə olan torpaq sahələrinə sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin birgə mülkiyyət hüququ haqqında müddəalarına uyğun olaraq həyata keçirilir. Mülki Məcəllənin birgə mülkiyyətdə olan əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi ilə bağlı məsələləri tənzimləyən 222-ci maddəsinə görə isə birgə mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir. F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 03 mart 2023-cü il tarixli qərarında qeyd olunur ki, səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar). Aşağıdakı əsaslara görə məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarına iddiaçı tərəfindən mübahisə olunan torpaq sahəsinin iddiaçının və ya onun ailə üzvlərinin yaxud da paylı mülkiyyətdə olan digər şəxslər tərəfindən istifadə olunmasını təsdiq edən, hər hansı arayış, sənəd əlavə olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, sözü gedən torpaq sahəsi mübahisə olunan alqı-satqıdan sonra cavabdeh tərəfindən istifadə olunur. Əgər iddiaçı tərəfindən onun və ya ailə üzvləri yaxud da paylı mülkiyyətdə olan digər şəxslər tərəfindən istifadə olunmasını təsdiq edən, hər hansı arayış, sənəd əlavə olunsa idi məhkəmə belə qənaətə gələrdi ki, həmin torpaq sahəsini iddiaçı istifadə edir. Belə olan halda,F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 03 mart 2023-cü il tarixli qərarında qeyd olunduğu kimi, hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir, hazırkı iş üzrə də iddiaçı 2005-ci ildən satılan torpaq sahəsinə cavabdeh tərəfindən istifadə etməsini görmüş və ya həmin tarixdən iddia ərizəsi məhkəməyə verilən tarixə kimi hər hansı etirazını bildirməmişdir.Belə olan halda da məhkəmə hesab edir ki, iddiaçı özü sonradan bəyənmə hərəkətləri etməklə alqı satqı müqaviləsinin satılmasına razı olmuşdur. İddiaçı alqı-satqı müqaviləsindən xəbərdar olmasa da, həmin müqaviləyə imza etməsə də, alqı-satqı müqaviləsində göstərilən torpaq sahəsinin cavabdehlər tərəfindən istifadə olunmasına etiraz verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Hazırkı iş üzrə iddiaçı tərəfindən göstərilən sübutlar birinci instansiya məhkəməsinə təqdim edilməmişdir. İddiaçı tərəfindən göstərilən sənədlər gələcəkdə təqdim olunarsa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinin tələbləri pozulmuş olacaqdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004cü il 12 aprel tarixli Qərar). Göründüyü kimi, mülki qanunvericiliyin tələblərinə əsasən əqdin etibarlı olması üçün onun forma və məzmununa əməl olunması mütləq şərt kimi nəzərdə tutulmuş və həmin şərtlərə əməl olunmaması onun etibarsızlığına səbəb olur. Daşınmaz əmlakın alqı-satqı müqavilələri isə notariat qaydasında təsdiqlənməli, təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması ilə təsdiqlənir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Bundan başqa, qanunvericiliyin tələblərinə əsasən müqavilələr, o cümlədən alqı-satqı müqavilələri bağlanarkən tərəflərin iradə ifadəsi müqavilənin bağlanmasının və onun etibarlı olmasının zəruri şərtlərindən biridir. Alqı-satqı əqdinin məzmunu tərəflərin sərbəst iradə ifadəsinə uyğun olmalı, əqdin şərtlərini arzu etdiklərinivə buna razı olduqlarını öz hərəkətləri ilə bildirməlidirlər. Məhkəmə hesab edir ki, hazırkı işdə mübahisə olunan müqavilənin etibarsız hesab olunması üçün əsaslar müəyyən olunmamışdır. Belə ki, mübahisə olunan müqavilə notarial qaydada təsdiq olunmuşdur, forma və məzmuna da riayət edilmişdir. 2005-ci ildən imzalanan, alqı-satqısı həyata keçirilən daşınmaz əmlak üzrə iddiaçı məhkəməyə iddia ərizəsi verilən tarixə kimi hər hansı etirazını bildirmədiyinə görə həmin alqı-satqı müqaviləsinə razılığını bildirmiş hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil cavabdehlər Cavabdeh2, Qusar rayon Notariat Ofisinə, üçüncü şəxslər X17, X4, X23, X28 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyindən iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəm-xətşünaslıq ekspertizasının 29 fevral 2024-cü il tarixli 4/117 saylı rəy üzrə ekspertiza xərci 126 (yüz iyirmi altı) manat təşkil edən məhkəmə xərcləri İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X20, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil cavabdehlər Cavabdeh2, Qusar rayon Notariat Ofisinə, üçüncü şəxslər X17, X4, X23, X28 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia tələbi təmin edilməsin. İş üzrə 126 (yüz iyirmi altı) manat təşkil edən məhkəmə xərcləri İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X20, Kodu-210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİM: ƏLİ CƏLİLOV